çilingağac

çilingağac
çiling
çilingər
OBASTAN VİKİ
Çilingağac
Çilingağac — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan ən qədim oyunlardan biri. Bu oyuna bəzi bölgələrdə pəldəstə deyilir. Çilingağac oyunu əsas hallarda iki üsulla oynanılır: Birinci üsul: Oyunda iki-üç nəfər oğlan uşağı iştirak edir. Hər oyunçunun bir dəyənəyi və bir "pəli" olmalıdır. Pəl bir qarış uzunluğunda hər iki ucu düzünə kəsilmiş çubuqdan düzəldilir. Böyük dairəvi cızıq çəkilir. Pəli cızığın ortasında qoyurlar. Püşk yolu ilə oyunu başlayırlar. Oyunçular bir-bir dəyənəklə əvvəlcə pələ vurur, onu yerdən bir qədər aralayıb ikinci dəfə dəyənəklə vurub cızıqdan çıxarmağa çalışırlar. Göstərilən qaydada oyunçular bir-birilə yarışırlar.

Digər lüğətlərdə