ÖLMƏK

глаг.
1. умирать, умереть:
1) перестать жить, стать мертвым. Ağır xəstəlikdən ölmək умереть от тяжёлой болезни, aldığı yaralardan ölmək умереть от полученных ран, qan itkisindən ölmək умереть от потери крови, … yaşında ölmək умереть в возрасте … лет (года), cavan (ikən) ölmək умереть молодым, qürbətdə ölmək умереть на чужбине, öz əcəli ilə ölmək умереть своей (естественной) смертью
2) за кого-л., что-л. погибнуть, защищая, отстаивая что-л. Vətən uğrunda ölmək умереть за Родину, azadlıq uğrunda ölmək умереть за свободу, haqq işi uğrunda ölmək умереть за правое дело
3) изнемогать под действием сильных ощущений, чувств, страстей. Acından ölmək умирать с голоду, susuzluqdan ölmək умирать от жажды, yorğunluqdan ölmək умирать от усталости, gülməkdən ölmək умирать со смеху; utandığından ölmək умирать от стыда, qüssədən ölmək умирать от тоски
4) сильно желать, жаждать чего-л. Oxumaq üçün ölür страстно жаждет (хочет) учиться, işləməkdən ötrü ölür горит желанием работать (страсть как хочет работать)
2. пасть, погибнуть. Döyüş meydanında ölmək пасть на поле боя, düşmən əlindən ölmək погибнуть от руки врага
3. падать, пасть, дохнуть (о животных)
4. перен. гибнуть, погибать, погибнуть (о растениях)
◊ mən ölüm! очень прошу! ради меня! (выражает настоятельную просьбу). Mən ölüm, tez-tez gəlin прошу, приходите почаще; mən ölüm, ona toxunmayın прошу, не трогайте его; özüm ölüm клянусь собой, жизнью. Özüm ölüm gələcəyəm клянусь, приду; sən öl клянусь тобой (твоим здоровьем); sən öləsən: 1. клянусь тобой; 2. ирон. жди, дождёшься; siz öləsiniz: 1. клянусь вами; 2. ждите, дождётесь от меня; öləsən də хоть умри; bir gün yaranan bir gün ölməlidir все люди смертны, öldü var, döndü yoxdur со щитом или на щите; ya ölərəm, ya qalaram либо с жизнью расстанусь, либо жив останусь; igid ölər, adı qalar, müxənnətin nəyi qalar погиб молодец – славу оставил, умер скупец – что он оставил? Qorxaq gündə min dəfə ölər, cəsur isə ömründə bircə dəfə трус умирает тысячу раз, а герой – только однажды; ölmə, eşşəyim, ölmə, yaz açılar (gələr) yonca bitər погоди, сивка, зима пройдёт, весна придёт, снег сойдёт, что посеяно взойдёт; ayaqlarının altında ölüm умоляю тебя (выражает настоятельную просьбу, мольбу); Allah, sən məni öldür! убей меня Бог! olacaqla ölməyə çarə yoxdur от судьбы не уйдёшь
ÖLMƏ-DİRİL
ÖLMƏLİ
OBASTAN VİKİ
Ölmək hüququ
Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur. Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər. Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır: Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər.

Digər lüğətlərdə