Öncəgörmə (film, 1993)
Öncəgörmə (rus. Предсказание) — rejissor Eldar Ryazanovun 1993-cü ildə Rusiya və Fransanın birgə istehsalı ilə lentə aldığı film.
Hadisələr 1990-cı illərin əvvəlində Moskvada cərəyan edir. Qaraçı qadın orta yaşlı yazıçının taleyi ilə bağlı öz öncəgörmələrini deyir: onu gözlənilməz görüş, böyük sevgi və tələsik ölüm gözləyir. Öncəgörmə həyata keçməyə başlayır: qəhrəman öz gəncliyi ilə qarşılaşır və əsl məhəbbətini tapır. Həyatının sonuncu günlərini yaşayaraq öz keçmişini canlandırır və yenidən mövcud olmağının itirilmiş mənasını əldə edir.
Film Eldar Ryazanovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. bu povest ilk dəfə 1992-ci ildə "Gənclik" jurnalının birinci və ikinci nömrəsində dərc edilmişdi.
Əsas qəhrəman Oleq Vladimiroviç Qoryunov rejissorun özünün prototipidir.
Filmin premyerası məşhur "Kino Evi"ndə keçmişdir.