ÖRTÜK
ÖRTÜKLÜ
OBASTAN VİKİ
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Örtük (coğrafiya)
Örtük - Geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin (Lava örtüyü, üstəgəlmə örtüyü, moren örtüyü, çöküntü örtüyü və s.).
Örtük buzlağı
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük sistemi
Örtük sistemi (lat. integumentum, in + tegere — «örtmək») - əzələlərin və bədən boşluqlarının üstünü örtən , əzələ, birləşdirici və sinir toxumalar (epiteli) növlərinin orqanizm üzərində cəmləşmiş kompleksi . Örtük sistemi orqanizmi ətraf temperaturun mənfi təsirindən, mümkün zədələrdən, xəstəlik törədən mikroorqanizmlərdən və zəhərli maddələrdən qoruyur. Həmçinin, örtük sistemi çoxlu sayda kiçik, əsasən onurğasızlarda, su heyvanlarında və yüksək nəmlikdə yaşayan heyvanlarda nəfəs üzvü kimi fəaliyyət göstərə bilir. Örtük sistemi həcminə görə orqanizm sistemlərinin ən böyüyüdür.
Örtük strukturu
Örtük strukturu (rus. покровная структура, ing. nappe structure) — tektonik örtüklə əmələ gələn, geoloji struktura. Örtük strukturu olan dağlar örtük tipli dağ adlanır. Mis: Şərqi Alplar.
Marant yalançı örtük
Örtük buzlağı (coğrafiya)
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması (coğrafiya)
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük buzlaşmasının mərkəzi
Örtük buzlaşmasının mərkəzi (rus. центр покровного оле-денения, ing. centre of glaciation) — rütubətli hava axını yolunda, yaxud siklonlar yolunda yerləşən quru sahəsi (əksər halda dağlıq yaxud yüksəklik). Örtük buzlaşmasının mərkəzi Dördüncü dövrdə buzlaq sahəsi olmuş və ətraf sahələrə buradan yayılmışdır. Şimali Avropanın Skandinaviya dağlarındakı örtük buzlaşma mərkəzi.
Madonna örtüklə (Rafael)
Madonna örtüklə (it. Madonna del Velo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1509-1510-ci illərdə, yaradıcılığının Roma dövrünə aid edilir.Madonna örtüklə əsəri hal-hazırda Fransada Kantili şəhərində saxlanılır.
Yer örtükləri
Yer örtükləri (rus. Земные обoлочки, ing. Earth`s cover) — müəyyən dərəcədə düzgün konsentrik zonalar olub, bütün planeti əhatə edir, dərinliyə getdikcə dəyişir və bir- birindən fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinə görə fərqlənir.
Örtükçəkmə
Örtükçəkmə- maşın hissələrinin üzərinə toz halında olan materialdan ibarət qatın çəkilməsinə xidmət edir. Proses zamanı əmələgələn qat nazik, qalın və ya bir-birinin üzərinə çəkilmiş bir neçə qatdan ibarət ola bilir (Çoxlaylı örtük). Örtük qatının qalınlıqları tətbiq olunan üsuldan asılı olaraq müxtəlif məqsədlər üçün istifadə olunur. Örtükçəkmə əsasən örtüyün çəkilməsi üsullarından asıllı olaraq fərqlənirlər: kimyəvi, mexaniki, termiki və termo-mexaniki. Örtük materialları müxtəlif olurlar. Əsas material (substrat) üzərində örtüyün yaxşı hopması üçün stabil prosesin, bərabərformalı qatçəkmənin və qatın ətraf mühitin təsirlərinə davamlı olması zəruridir. Bunun üçün bütün örtülən hissələr prosesdən əvvəl mexaniki və ya kimyəvi emal olunurlar. Keçid (sərhəd) səthlərinin halı örtükçəkmə üsulundan və substratın emalından (məsələn: pardaqlama, mikroşırnaqla təmizləmə, dekapirləmə və s.) asılıdır. Örtükçəkmə üsulları örtük materialına (metal, süni material), substratın növünə və aralıq birləşdiricyə görə fərqlənirlər. Çəkilən materiallar qaz, bərk, məhlul və maye halında olurlar.

Значение слова в других словарях