Öyrə, öyrə-n, öyrə-t sözləri ilə qohumdur. Kökü (öy sözü) ad – feil omonimi olub. Dilimizdə bircə səsdən (ö səsindən) ibarət feil olub və “fikirləşmək” mənasını əks etdirib, onun əsasında öy (əsli: ög) ismi yaranıb, “ağıl” anlamını əks etdirir. Öyrənmək, öymək (tərifləmək) feilləri, öyüd ismi həmin ö feili zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)