ümum-Azərbaycan
ümum-Qafqaz
OBASTAN VİKİ
Ümum-Rusiya Müsəlmanları Qurultayı
== Qurultayın keçirilməsi zərurəti == Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. == Qurultayın təşkili və keçirilməsi == Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu.Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər. Məhəmməd Əmin Rəsulzadə idarə üsulu haqqında Azərbaycan türk dilində etdiyi çıxışında göstərirdi ki, bu məsələyə həm insanlıq mədəniyyəti, həm də milli maraqlar nöqteyi-nəzərindən baxılmalıdır.
Ümum-Rusiya Müəssislər Məclisi
Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir. == Seçki nəticələri == Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir. Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir. Seçkinin nəticələri belə idi: == İstinadlar == == Əlavə ədəbiyyat == V. I. Lenin.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı
Birinci Ümumazərbaycan Sovetlər qurultayı — Azərbaycan SSR-in dövlət quruculuğunun formalaşdırılması sahəsində mühüm mərhələlərdən biri. == Qurultayın çağrılmasına hazırlıq == 1921-ci ilin yanvarından etibarən sovetlərə seçkilər keçirilməsinə və Birinci Ümumazərbaycan Sovetlər qurultayarın çağrılmasına hazırlıq başlandı. Bütünlükdə Azərbaycanda yoxsul komitələrindən sovetlərə keçilməsinə əməkçi kəndlilərin qurultaylarında seçilən kənd və nahiyə sovetlərinin yaradılmasından qəza inqilab komitələrinin ləğvindən və qəza sovetlər qurultaylarında seçilən icraiyyə komitələrinin yaradılmasından başlanmalı idi. Naxçıvan qəzası və Kürdüstan istisna olmaqla, 1921-ci ilin yazından Azərbaycanın bütün qəzalarında sovetlərə seçkilərin təşkili və keçirilməsi kampaniyası genişlənir. Ümumazərbaycan Sovetlər qurultayının çağırılması üzrə komissiya yaradıldı. Sovetlərə seçkilər keçirilməsinə kömək göstərmək üçün 1921-ci il yanvarın axırınadək Bakıdan qəzalara 700-dək azərbaycanlı nümayəndə göndərildi. Qəzalardakı (fövqaladə) üçlüklər və beşliklər kənd sovetlərinin təşkilinə kömək edirdilər. Seçkilərdə əməkçi kütlələrin fəal iştirakını təmin etmək məqsədilə bitərəflərin konfransları keçirilirdi. Yerlərdə seçkilərin keçirilməsinə rəhbərlik etmək üçün bütün qəza təşkilatlarına qanun göndərilmişdi. Qanuna əsasən seçki kampaniyası başa çatandan sonra hər bir qəza şəhərində qəza kəndli, fəhlə və əsgər deputatları soveti fəaliyyət göstərməli idi.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. == Tarixi == Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman sosialist bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. == Fəaliyyəti == Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2002)
2002-ci il ümumrusiya əhalinin siyahıya alınması — 9 oktyabr 2002-ci il tarixdə Rusiya Federasiyasında keçirilmiş əhalinin siyahıyaalınması. Siyahıyaalma bütün Rusiya ərazisində saat 00:00 radələrində başlamışdı. == Xarici keçidlər == Сайт переписи населения России Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine Федеральная служба государственной статистики Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine «МИГРАЦИОННАЯ СТАТИСТИКА В ОТКРЫТОМ ОБЩЕСТВЕ».
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2010)
2010-cu il ümumrusiya əhalinin siyahıya alınması — Rusiya Federasiyasının bütün ərazisində vahid dövlət stasistik metodologiya ilə ümumiləşdirilmiş demoqrafik, iqtisadi və sosial məlumatların əldə edilməsi. Siyahıya alınma əsasən 14 oktyabr - 25 oktyabr 2010-cu il tarixində, bəzi yerlərdə isə 1 aprelən 20 dekabr 2010-cu ilədək keçirildi.
Bakı-Türkmənbaşı-Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Bakı–Türkmənbaşı–Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Atəşgah (Bakı)
Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir. Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır.Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir. 1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir.
Azərreyl (Bakı)
Azərreyl (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. == Tarixi == 2000-ci ildə yaradılmışdır.
Azərreyl Bakı
Azərreyl (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. == Tarixi == 2000-ci ildə yaradılmışdır.
Azəryol Bakı
"Azəryol" voleybol klubu — Azəryolservis Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə yaratdığı klubdur. Paytaxt Bakı şəhərini təmsil edir. == Tarixi == Azəryol Bakı 2011-ci ildə Azəryolservis adı altında yaradılıb. Voleybol üzrə Azərbaycan Superliqasında ilk dəfə 2011-12 mövsümündə iştirak edib (Bəzi mənbələrdə 2010-cu ildə yaradılmış Şirvan klubunun bərpa edilmiş komandası kimi göstərilir) və altıncı yeri tutaraq Avropa arenasına çıxmaq şansını itirib. 2012-ci ildə Bakı voleybol klubu ilə birləşərək Azəryol-Bakı adını aldı. Azərreyl Bakı klubu ilə razılaşmaya əsasən bu klubun 2-ci komandası kimi fəaliyyət göstərməyə başladı. 2013-14 mövsümündən etibarən isə Azəryol əsas komanda,Azərreyl isə əlavə komanda kimi tanınmağa başladı. Çünki Azərreylin bütün əsas voleybolçuları Azəryola transfer olundu və Azərreylin 2012-13 mövsümündə əldə etdiyi Voleybol üzrə Çempionlar Liqasına vəsiqə də Azəryola verildi və klub Azərbaycanı Çempionlar liqasında təmsil edən 4-cü klub kimi tarixə düşdü.
BMKZ (Bakı)
BMKZ (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. "Bakı Məişət Kondisionerləri Zavodu"nu təmsil edir.
Bakı (dəqiqləşdirmə)
Bakı — Azərbaycan Respublikasının paytaxtı. TarixdəBakı Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. Bakı Quberniyası — Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə.İdmandaBakı — Azərbaycanın futbol klubu. Bakı Valensiya — İspaniyada Valensiya regional çempionatının II dəstəsində oynayan futbol klubu. Bakı Beynəlxalq Futzal turniri 2009 —Kütləvi informasiya vasitələrindəBakı (qəzet) — Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanı. Bakinskiye izvestiya (qəzet) — Baku.fm — Bakı Universiteti (qəzet) — Baku (qəzet, 1902) —TəşkilatlarBakı Tekstil Fabriki — Baku Steel Company — Bakı Beynəlxalq Avtovağzalı — Bakı Biznes Mərkəzi — Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi — Bakı Telefon Rabitəsi İstehsalat Birliyi — Bakı Tikiş Evi — Bakı Yağ Fabriki — Bakı yük terminalı — Bakı Şəhər Həkimlər Təşkilatı —TəhsildəBakı Oksford Məktəbi — Bakı Politexnik Məktəbi — Bakı şəhəri 213 nömrəli tam orta məktəb — Bakı şəhəri 4 nömrəli tam orta məktəb —FilmlərBakı (film, 1999) — 1999-cu ildə çəkilmiş tammetrajlı musiqili film.
Bakı (qəzet)
Bakı və Baku qəzetləri – Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanlardır. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Bakı və Baku qəzetləri respublika paytaxtının bir növ salnaməsinə çevrilmişdir. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri Bakıda yeni yaradılan nəhənq sənayə müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırmışdır. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapmış və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Qəzetlərin şöhrətlənməsində onların yaradıcısı və ilk baş redaktoru Nəsirulla Əsədulla oğlu İmanquliyevin mühüm rolu olmuşdur. N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, eyni zamanda Bakı Dövlət Universitetində müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf etmişdir.
Bakı (rəqs)
Bakı — Azərbaycan milli rəqslərindən biri. Azərbaycanda "Bakı" adı ilə iki oyun havası mövcuddur. Onlardan biri Şur ladında səslənin, iti tempdə oynanılan kişi rəqsidir. Digəri isə kollektiv şəkildə ifa olunan yallı rəqsidir. Bu yallı iki hissəlidir. Birinci hissəsi ağır tempdə başlanan rəqs ikinci hissədə çox iti surətdə oynanılır. Rəqsin musiqisi Qılman Salahov tərəfindən Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı üçün bəstələnib. Q.Salahov 1936-cı ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılmış bu kollektivin dirijoru, xormeysteri, daha sonra rəhbəri olmuşdur. İlk dəfə "Yallı" adı ilə yaradılan bu rəqsə Əlibaba Abdullayev quruluş vermişdir. 1959-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində qızlardan ibarət "Çinar" xalq rəqs ansamblı yaradıldıqdan sonra, bu kollektivə rəhbərlik edən Əminə Dilbazi rəqsə yeni quruluş verərək onu "Naxçıvan yallısı" adlandırmışdır.
Bakı (şəhər)
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bakı 2015
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb.
Bakı 2017
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ilin 12-22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu. == Yer seçiminin keçirilməsi == 2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanı Azərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü. 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olundu. == İştirakçı ölkələr == İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişilər. Küveyt Olimpiya Komitəsinin fəaliyyətininin dayandırılması səbəbindən Küveytli idmançılar oyunlarda İslam Həmrəyliyi Federasiyasının bayrağı altında İHİF-in müstəqil idmançıları kimi iştirak etməsi nəzərdə tutulurdu, amma bu ölkə Liviya və Sudan kimi açılış mərasimindən bir gün əvvəl Oyunlarda iştirakdan imtina etdilər. Aşağıda iştirakçı ölkələrin siyahısı göstərilib, mötərizədə nümayəndə heyətinin sayı göstərilib. == Məkanlar == İslam Həmrəyliyi Oyunları üçün yeni heç bir idman arenası tikilmədi. Yarışlar 16 idman arenasında keçirildi.
Bakı Aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Hava limanı 2008-ci ildən bəri fəaliyyət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan “Farman-4” sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır.
Bakı xanlığı
Bakı xanlığı (az.-əbcəd باکی خان‌لیغی‎, fars. خانات باکو‎) — XVIII əsrdə müasir Azərbaycan Respublikasının ərazisində yaranmış, paytaxtı Bakı şəhəri olan feodal dövlət. == Tarixi == 1440-cı illərdə Abşeron yarımadasında yaranmış dövlətdir. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa, şahın Bakıdakı əlaltısı Səlimi qovmuş və özünü müstəqil xan elan etmişdi. Bakı xanlığı Şərq feodal dövlətlərinin xüsusiyyətlərini özündə cəmləşdirən dövlət qurumu idi. Bakı xanlığına 39 kənd daxil idi. Təsərrüfatında neft, duz və zəfəran istehsalı, bağçılıq, balıqçılıq, maldarlıq və s.əsas yer tuturdu; toxuculuq, zərgərlik, boyaqçılıq, dulusçuluq, dəmirçilik və s. sənət sahələri inkişaf etmişdi. Xanlıqda olan neft quyularının sayı 18-ci əsrin ortalarında 50-dən çox idi. 19-cu əsrin əvvəlində onların sayı 100-ə çatmışdı; ildə 240 min puddan çox neft çıxarılırdı.
Bakı xəstəxanaları
Aşağıda Bakı şəhərində yerləşən xəstəxanların siyahısı verilmişdir.
Bakı əhalisi
Bakı əhalisi — Bakıda yaşayan insanlar. Bakı Azərbaycanda və Cənubi Qafqazda ən çox əhalisi olan şəhərdir. == Şəhərin tərkib hissələrinin əhalisi == Müasir Bakının, 1 yanvar 2018-ci il tarixinə əsasən 2.262.600 nəfər əhalisi var. Ümumi sayı 964.500 nəfər əhalisi olan 59 qəsəbəsi var. Bakı Şəhər İcra Hakimiyyətinin inzibati şöbəsinin tabeliyində yerləşən ərazidə şəhər 12 ərazisinə bölünür. Yalnız 5 rayon şəhər tipli yaşayış məntəqələrindən ibarətdir, 4 qəsəbə Bakı şəhəri və şəhər tipli yaşayış məntəqələrindən ibarətdir, 3 rayon yalnız Bakı şəhəri ərazisindən ibarətdirBu baxımdan Bakının ərazisi ənənəvi olaraq "Kiçik Bakı" və "Böyük Bakı" kimi bölünür. Qeyd etmək lazımdır ki, rəsmi olaraq Bakı şəhərinin inzibati sərhədləri "Qlobal İqtisadi Məskunlaşma" (GHS-SMOD) tərəfindən müəyyən edilmiş ərazidən "şəhər" kimi daha kiçikdir. Bu tərifə əsasən, şəhər əhalinin sıxlığı ən azı 1500 nəfər/km2 -dir.Bu tərifi nəzərə alaraq, Kiçik Bakı əhalisi 1,885,000 (GGMSF) və 1 963 825 (2015-ci il üçün GHS-ə uyğun olaraq) arasında müəyyənləşdirilmişdir bu ərazinin sahəsi 334 km2 təşkil edir. Sıxlığı 5643 km2-dir. == Əhalinin ölçüsü və tərkibi == XIX əsrdə, Bakı şəhər sərhədlərinin kənarında hərəkət edən və şimal və cənub istiqamətlərində yayılmağa başlayan sənaye artımı ilə inkişaf etməyə başladı.1851-ci ildə şəhər əhalisi 7 431 türkdilli müsəlman var idi, 1863-cü ildə isə 14,500, 1897-ci ildə isə 111 904 nəfər var idi.
Bakı əməliyyatı
Bakı əməliyyatı, Aprel inqilabı (azərb. آ ﭘﺭﻳﻞ ﺍﻧﻘﻼﺑﯽ ‎), Aprel çevrilişi və ya Azərbaycanda sovet hakimiyyəti qurulması — Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hücum hərbi əməliyyatıdır. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı.1919–1920-ci illərdə dərin siyasi və sosial-iqtisadi böhran yaşayan Azərbaycanda daxili siyasi vəziyyət gərgin idi: ölkənin qəzalarında müxtəlif siyasi və sosial qruplar arasındakı silahlı münaqişələr baş verirdi. Eyni zamanda, 1918-ci ildə Sovet hakimiyyətinin dağılması anından etibarən, yeraltı cəmiyyətlərdə müxtəlif siyasi partiyalar və sosialist oriyentasiyalı təşkilatlar fəaliyyət göstərirdi. Onlar siyasi məqsədlərinə nail olmaq üçün 1920-ci ilin fevralında AK(b)P ilə birləşdi. 1920-ci ilin aprelində XI Qırmızı Ordu Şimali Qafqazdakı Könüllü ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarlar Azərbaycanla sərhədi keçdi və düşmən arxasında uğurlu dərin basqın etdi. Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi. Fövqəladə toplantıda məclis Azərbaycan Kommunist Partiyasına hakimiyyəti vermək üçün səs verdi.
вы́гранить ни гра́на отро́сточек перепроки́дываться полови́нчатый разгля́дывать репети́роваться су́точный травести́ровать яйцеро́дный актёрство испани́ст мелома́нка прорепети́ровать расса́дный скрипу́чий токова́ть шта́тник adobe dollar binary nerve gas branchiae ignore paintress Slavic посмешище