şabalıdyarpaq

şabalıdyarpaq
şabalıdsız
şabalıdyarpaqlı
OBASTAN VİKİ
Şabalıdyarpaq palıd
Şimali İranda, Gilan, Mazandaran, Xəzər dənizinin cənub sahili boyunca yayılmışdır. Qazıntı halında Naxçıvanın alt və ya orta miosen çöküntülərindən məlumdur. Hündürlüyü 40-45 m-ə, gövdəsinin diametri 100-150 sm-ə çatan, çadırabənzər və ya enli-piramidal çətirlidir. Budaqların qabığı boz, gövdənin qabığı isə tünd-boz, uzununa dərin çatlıdır. Zoğları sıx tüklü, tumurcuqları xırda və yumurtavari olub, ucları sivridir. Yarpaqları töküləndir. Yarpağın uzunluğu 19-20 sm, eni 4-8 sm olub, kənarı dişli və ya dilimli, səthi dərivaridir. Üst tərəfi parlaq, tünd yaşıl rəngli, çılpaq, alt tərəfi isə açıq yaşıl rəngli, keçəşəkilli, tüklüdür. Damarları 9-13 cütdür. Çiçəkləri bircinslidir.