ŞAD-XÜRRƏM

I
прил. радостный. Belə şad-xürrəm gündə в такой радостный день, özünü şad-xürrəm göstərmək показать себя радостным, səni şad-xürrəm görürəm вижу тебя радостным
II
нареч. радостно, с радостью. Şad-xürrəm yaşamaq жить радостно, şad-xürrəm danışmaq говорить радостно, с радостью; şadxürrəm olmaq радоваться, обрадоваться
ŞAD
ŞAD-XÜRRƏMLİK
OBASTAN VİKİ
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
Mirzə Xürrəm
Mirzə Xürrəm (?-1825) — XVIII əsr Azərbaycan şairi. Mirzə Xürrəm Qaradağ vilayətinin Kürdəşt kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir çox ünlü alimlərdən tibb elmini öyrənmişdi. Məhəmmədkazım xan Qaradağlının özəl həkimi və qohumu idi. Kazım xanın düşmənlərindənn biri yataqda ağır xəstə yatırdı. Ustünə gələn təbiblər dərdinin dərmanını tapa bilmirdilər. Əli yerdən, göydən üzüləndən sonra Kazım xana ismarış göndərib xahiş edir ki bəs Mirzə Xürrəmə icazə ver, məni sağaltsın. Ayağa durub xəcalətindən çıxaram. Kazım xan xəstəyə ağu verib öldürmək şərtiylə Mirzə Xürrəmə getmək izni verir.
Xürrəm Qadınəfəndi
Xürrəm Qadın Əfəndi (d. 6 dekabr 1692 - ö. 25 iyun 1760) - 23. Osmanlı padşahı III Əhmədin hərəmi. Xürrəm Qadın Əfəndi rus pravoslav əsilli tanınmış bir ailənin qızı idi. 6 dekabr 1692 tarixində Aleksandr Nazimov və Mariya Yefimovanın qızı olaraq Moskvada dünyaya gəldi. Əsl adı Diana Yekaterina Nazimovadır. Uşaqlıq illərində mükəmməl təhsil aldı. 1701-ci ildə tatar yürüşləri əsnasında 9 yaşlı qızcığaz əsir alınaraq İstanbula gətirilir. Elə həmin il Osmanlı hərəminə daxil olan Diana dövrün Validə sultanı Əmətullah Gülnuş Sultanın diqqətini cəlb etdi.
Xürrəm Sultan
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; bilinmir, bilinmir – 15 aprel 1558, Konstantinopol) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır. Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır. Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır. Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir. Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır. Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur. Lehistan Krallığı ərazisinə daxil olan Rutenya (indiki Ukrayna) ərazisində 1504 tarixində provaslav bir ailədə dünyaya gəldiyi söylənilir. Tatar quldur dəstələri tərəfindən əsir alınaraq 1520 tarixində 15 yaşlarında Krım sarayına satılmış, daha sonra Sultan I Süleymana hədiyyə olaraq İstanbula göndərilmişdir.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börü Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı, həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Tamqan şad
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi. Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi. Tamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.
Tarduş şad
Tarduş şad — Tonq Yabqu xaqanın oğlu, Toxaristanın ilk yabqusu. Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. Bütün Əfqanıstan torpaqlarını öz hakimiyyəti altına almışdı. 645-ci ildə oğlu İşbara Yabqunun sifarişi ilə öz xatunu tərəfindən öldürülmüşdür.
Yükük şad
Yükük İrbis Tulu xaqan (əsl adı Aşina Yükük 阿史那欲谷, taxt adı İrbis Tulu xaqan 乙毗咄陆可汗) — Tulular tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Atası Şərqi Göytürk xaqanı İllig xaqan idi. Şad titulu almışdı. Atasının əmrinə uyğun olaraq 627-ci ildə Tyanşan ətrafında üsyanları yatızdırmaq istəsə də buna nail olmamışdı. Üç il sonra atasının dövləti dağılmışdı. Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk xaqanlığı zəifləməyə başlamışdı. Nuşibilər və Tuluların münaqişəsi bitmək bilmirdi. Tulular və başçıları olan Tun Tudun xaqanlıq üçün Yükük şadı dəvət etdilər. Nuşibilər isə Xallıq İşbara Yabqu xaqanı taxta çağırdılar. İki xaqan arasındakı müharibədən sonra 638-ci ildə İli Çayı sülhü imzalandı.
Şad astrakanta
Xalid Xürrəm Səbribəyzadə
Xalid Xürrəm Səbribəyzadə görkəmli alim, şair və jurnalist Bakıda nəşr olunan Şəlalə (jurnal)nın redaktoru
Xürrəm Qadın Əfəndi
Xürrəm Qadın Əfəndi (d. 6 dekabr 1692 - ö. 25 iyun 1760) - 23. Osmanlı padşahı III Əhmədin hərəmi. Xürrəm Qadın Əfəndi rus pravoslav əsilli tanınmış bir ailənin qızı idi. 6 dekabr 1692 tarixində Aleksandr Nazimov və Mariya Yefimovanın qızı olaraq Moskvada dünyaya gəldi. Əsl adı Diana Yekaterina Nazimovadır. Uşaqlıq illərində mükəmməl təhsil aldı. 1701-ci ildə tatar yürüşləri əsnasında 9 yaşlı qızcığaz əsir alınaraq İstanbula gətirilir. Elə həmin il Osmanlı hərəminə daxil olan Diana dövrün Validə sultanı Əmətullah Gülnuş Sultanın diqqətini cəlb etdi.
Xürrəm Sultan türbəsi
Xürrəm Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVI əsrdə inşa olunan Süleymaniyyə külliyəsinə aid türbə. Türbə, Fateh rayonundakı Süleymaniyə külliyəsinin həyətində 1558-ci ildə Memar Sənan tərəfindən inşa edilmişdir. Xürrəm Sultan Sultan Süleyman Qanuninin xanımlarından, Sultan Səlimin isə anası idi. Türbə kəsmə daşdan inşa olunub. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Sultan Süleymanın xanımı Xürrəm Sultan (d. 1504 — ö. 15 aprel 1558) Sultan Səlimin oğlu Şahzadə Mehmed (ö. 1572) Sultan Səlimin oğlu Şahzadə Abdullah (ö. 1568) Yavuz Sultan Səlimin qızı Xədicə Sultanın qızı Xanım Sultan (ö.
İl Külüg şad
İl Külüg şad — Göytürk xaqanlığında çox qısa dövrdə hakimiyyətdə olmuşdur. Tezliklə İrbis İşbara Yabqu xaqanla əvəz olunub.
Sultan Süleyman və Xürrəm məscidi
Sultan Süleyman və Xürrəm məscidi (ukr. Мечеть султана Сулеймана та Роксолани) — Mariupolun Primorski rayonunda yerləşən eyniadlı məscid və İslam mədəniyyət mərkəzi. Məscid Osmanlı imperiyasının sultanı Sultan Süleyman Qanuni və onun həyat yoldaşı Xürrəm Sultanın şərəfinə adlandırılmışdır. Məscid İstanbuldakı proratipi olan Süleymaniyyə məscidinddən fərqli olaraq bir minarəyə sahibdir. Məscid 2007-ci il oktyabrın 15-də Türkiyənin inşaat, memarlıq və mənzil-kommunal təsərrüftı naziri Faruk Nafiz Özak və Türkiyədən gələn digər qonaqların iştirakı ilə açılmışdır. Tikinti Mariupol mərkəzi bazarının direktoru Salih Cihan və şəhərin azərbaycanlı icmasının digər üzvləri tərəfindən maliyyələşdirilib. Məscidin memarlığının prototipi İstanbuldakı Süleymaniyyə məscidi olmuşdur. Məscid və minarə toy fotoşəkilləri üçün məşhur bir yerə çevrilmişdir. 12 aprel 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi zamanı ruslar aralarına türklərində olduğu 90 nəfərin gizləndiyi məscidi atəşə tutmuşlar. Ancaq Sultan Süleyman və Xürrəm məscidinin Dərnək başqanı İsmail Hacıoğlu bombanın 700 metrə aralıya düşdüyünü söyləyərək hücüm iddiasını yalanlamışdır.

Digər lüğətlərdə