Şatıroba
Şatıroba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman türklərdən ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı.
Hazırda kəndin əhalisi 1740 nəfərdir.
Tədqiqatçaların bir qismi oykonimi "çörəkçilər kəndi" kimi izah edilir. Bəzi tədqiqatçılar kəndin adını əslində şatoba olub, "əri oba" mənasını verdiyini deyir. Kəndin Türkoba adlanan sovetliyə daxil olması və Sovetlikdə Türkoba və şatıroba adlı iki kəndin olması onu göstərir ki, oykonimin birinci hissəsi şatır tayfa adı ilə bağlıdır.
Kənddə Şatıroba kənd məscidi dini icması fəaliyyət göstərir.