ŞEYPURÇALAN
ŞEYTAN
OBASTAN VİKİ
Nəhəng Avstraliya şeypurçusu
Nəhəng Avstraliya şeypurçusu (lat. Syrinx aruanus) — olduqca böyük olan dəniz ilbizi. Yeganə növ ilə təmsil olunan Syrinx cinsinə daxildir. Böyük ehtimalla dünyanın ən böyük ilbizləridir. == Təsviri == Molyusk çanağının uzunluğu — 91 sm, ümumi çəkisi — 18 kq. Çanaqların çoxunun ölçüsü — 25 sm qədər. Çanağının rəngi açıq rənglidir, lakin molluskun həyatı boyu qəhvəyi və ya boz periostrakum (qabığın xarici nazik təbəqəsi) ilə örtülür. Qabıq açıq sarı rəngə boyana bilir. Tipik olaraq, qıvrımların düyünlər şəklində qalınlaşma ola biləcəyi açıq bir nöqtəsi var. Çanağın sifonu uzundur.

Digər lüğətlərdə