ŞİMPANZE

i. zool. chimpanzee

ŞİMALLI
ŞİMŞƏK
OBASTAN VİKİ
Şimpanze
Şimpanze (lat. Pan) — Primatlar dəstəsinin Hominidlər fəsiləsinə aid insanabənzər meymun cinsi. Bu cinsin iki növü yaşayır, adi şimpanze (Pan troglodytes) və cırtdan şimpanze, bonobo (Pan paniscus).
Adi şimpanze
Adi şimpanze (Pan troglodytes), Primatlar (primatlar) dəstəsinin Hominidae (böyük meymunlar) fəsiləsinə mənsub olan Pan (şimpanze) cinsini təşkil edən iki növdən daha böyüyüdür. “Şimpanze” adından daha çox bu növü ifadə etmək üçün istifadə olunsa da, bu texniki cəhətdən səhvdir. Son vaxtlara qədər daha çox “piqmy şimpanze” və ya “cücə şimpanze” olaraq adlandırılan pan paniscus (bonobo), Pan cinsinin başqa bir növüdür. Konqo Demokratik Respublikasının meşələri ilə məhdud bir yayılma arealına malik olan bonobodan fərqli olaraq, ümumi şimpanze, Qərbi və Mərkəzi Afrikada daha geniş bir yayılma arealına malikdir və bu yayılma arealında ayrı-ayrı regionlarda rast gəlinən dörd alt növə malikdir.
Qombe şimpanze müharibəsi
Qombe şimpanze müharibəsi (ing. Gombe Chimpanzee War) – Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-78-ci illərdə baş vermiş konflikt. İki şimpanze icması əvvəllər Kasakela icması şəklində birlikdə yaşayırdılar. 1974-cü ildə 8 ay ərzində böyük şimpanze qrupu Kasakeladan ayrılaraq Kahama icmasını əmələ gətirmişdirlər. Separatçılar 6 erkək, 3 dişi və onların bala şimpanzelərindən ibarət idi. Kasakela icması isə 8 erkək, 12 dişi və onların bala şimpanzeləri ilə qalmışdır. Dörd il davam edən qarşıdurma nəticəsində Kasakela şimpanzeləri Kahamanın bütün erkək şimpanzelərini öldürmüş və həmin icmanı məhv etmişdirlər. Kasakela icması yaşayış arealını genişləndirsə də, digər bir şimpanze icması tərəfindən geri çəkilməyə məcbur olmuşdur. Hadisələr primatoloq Ceyn Qudoll tərəfindən müşahidə edilmişdir. Müharibədən öncə Qombe Milli Parkı Qombe Çayı Tədqiqat Mərkəzi kimi tanınırdı.

Digər lüğətlərdə