ŞİRMƏMMƏD

“Məhəmmədin aslanı” (şiri) deməkdir. “Qoçaq” anlamını da əks et­dirir. Fars (şir) və ərəb (Məhəmməd) mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞİRMAYI
ŞİRNİKMƏK
OBASTAN VİKİ
Şirməmməd Hüseynov
Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru. == Həyatı == Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945–1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962–1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961–1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971–1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.
Şirməmməd Nəzərli
Şirməmməd Nəzərli (31 may 1948, Lənkəran) ― yazıçı, jurnalist, fotoqraf. "Humay" mükafatı laureatı. Azərbaycan jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvü. Azərbaycan sovet dövrü teatr həyatında ilk dəfə yaradılmış dini məzmunlu ZAMAN teatrı dramaturq Ş. Nəzərlinin "Müctəhidin yuxusu" birpərdəli pyesi ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində fəaliyyətə başlayıb. Teatr sonra onun müştərək yazdığı daha iki pyesini səhnəyə qoyub. == Həyatı == Şirməmməd Dadaş oğlu Nəzərli 1948-ci il may ayının 31-də Lənkəran rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikimunda təhsil alıb (1965–1967). Təyinatla indiki Biləsuvar rayonundakı A. S. Puşkin adına beynəlmiləl orta məktəbdə müəllim işləyib. Sovet ordusu sıralarında xidmət edib (1967–1969). 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub.
Şirməmməd Əli
Şirməmməd Əli (1 iyul 1997; Hotan, Çin) hazırda Çin Super Liqasında "Henan Cianye" komandasında oynayan Uyğur-Çinli yarımmüdafiəçi futbolçudur. == Klub karyerası == Şirməmməd 1 iyul 1997-ci ildə Çinin Hotan şəhərində anadan olmuşdur. Əslən uyğurdur. Şirməmməd karyerasına 1 yanvar 2015-ci ildə "Henan Reserves" komandasına transfer olunmaqla başlamışdır. 1 iyul 2016-cı ildə komandadan ayrılan Şirməmməd tam 1 il ərzində sərbəst futbolçu olaraq fəaliyyət göstərmiş, heç bir komandada oynamamışdır. Peşəkar karyerasına isə 1 iyul 2017-ci ildə Portuqaliyanın "Qondomar" klubunun ilk komandasına yüksəldikdən sonra başladı. 27 fevral 2018-ci ildə Çin Super Liqasının təmsilçisi "Henan Cianye" komandasına qayıtdı. 2 mart 2018-ci ildə Şirməmməd klubdakı debütünü 89-cu dəqiqədə Qu Caonun əvəzedicisi olaraq "Tyancin Quancian"-a qarşı 4:0 hesabı ilə qalibiyyətində etdi. Həmin mövsümdə 1 sarı kart almışdır. Ona yeganə sarı kart 19 may 2018-ci ildə keçirilən "Henan Cianye" və "Quanju RF" oyununda verilmişdir.
Namis Şirməmmədov
Namis Xanmirzə oğlu Şirməmmədov (3 aprel 1962, Ağsu – 12 aprel 2024) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Sumqayıt Dövlət Dram Teatrının aktyoru. == Həyatı == Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1979–1983-cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyorluğu" fakültəsində təhsil alib. 1983–1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008-ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. 2008-ci ildə Prezidentin sərəncamı ilə Respublikanın "Əməkdar artist"i fəxri adına və 2013-cü ildə " Tərəqqi" medalına layiq görülüb.

Digər lüğətlərdə