ŞƏRAB

I
сущ. вино (алкогольный напиток, получаемый обычно в результате брожения винограда). Al şərab красное вино, tünd şərab крепкое вино, natural şərab натуральное вино, kəmşirin şərab полусладкое вино, şampan şərabları шампанские вина, bir qədəh şərab бокал вина, şərab içmək пить вино, şərabın dadına baxmaq пробовать вина, şərab turşuyub вино прокисло, şərab qıcqırır вино бродит, şərabların dequstasiyası дегустация вин
II
прил. винный:
1. относящийся к вину, производящий вино. Şərab zavodu винный завод
2. свойственный вину. Şərab iyi винный запах
3. предназначенный для вина. Şərab şüşəsi винная бутылка, бутылка из-под вина; şərab anbarı винный склад (погреб)
ŞƏR
ŞƏRABÇƏKMƏ
OBASTAN VİKİ
Şərab ölkəsi
"Şərab ölkəsi" (ing. The Republic of Wine) — Çinli yazar Mo Yan tərəfindən satirik üslubda yazılmış əsər. == Süjet == Çin. XX əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə detektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır.
Mukuzani (şərab)
Mukuzani (gürc. მუკუზანი) — quru qırmızı gürcü şərabı, gürcü şərabçılığının “vizit kartlarından” biri. 1888-ci ildən istehsal olunur, SSRİ-də №4 olub. Bu şərabda 10,5-12,5% spirt və 6,0-7,0% titrə bilən turşuluq vardır. == Hazırlanması == Mukuzani şərabı (Gürcaani bələdiyyəsi) Kaxetiya rayonunun Mukuzani kəndi ərazisində saperavi üzüm növündən hazırlanır. 2014-cü ildə bu şərabın üzümçülük bazasının sərhədləri genişləndirildi. SSRİ-nin dağılmasından sonra belə bir fikir yarandı ki, bütün gürcü qırmızı şərabları arasında Mukuzaninin qırmızı şərabları keyfiyyətli quru şərablar üçün hazırkı qlobal üstünlüklərə ən yaxındır: "Mukuzani şərabları daha yaxşı tərkibli, yüksək keyfiyyətli şərablardır." Bölgənin fərqli terruarının Mukuzaniyə digər saperavi şərablarından daha fərqli və xoş ləzzət verdiyi deyilir. Ənənəvi olaraq eyni üzüm sortundan hazırlanan Mukuzani və digər quru gürcü şərabları arasındakı əsas fərqin palıd çəlləklərində ən azı üç il saxlanılması olduğuna inanılır. Bununla belə, 2013-cü ildən etibarən Gürcüstan şərab qanunu apellyasiya ilə şərab üçün nəinki palıd, hətta neytral qablarda minimum saxlanma müddəti təyin etmir. Nəticədə, satışda bəzən bir yaş və ya daha az yaşda "Mukuzani" adlı şərab tapa bilərsiniz (yəni şərab vintage deyil, adidir).
Karvan-saray (şərab)
Qarabağ şərab festivalı
Qarabağ şərab festivalı (erm. Արցախյան գինու փառատոն) — Azərbaycanın Xocavənd rayonunun Tuğ kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən keçirilən festival. İlk dəfə 18 oktyabr 2014-cü ildə keçirilmişdir, İkinci Qarabağ müharibəsindən sonra dayandırılmışdır. Festival təkrarlanan xarakter daşıyırdı və hər sentyabrın üçüncü şənbə günü keçirilirdi. == Tarixi == Festival Qondarma Dağlıq Qarabağ Respublikası Mədəniyyət, Turizm və Gənclər Nazirliyinin Turizm və Tarixi Yerlərin Mühafizəsi Departamentinin təşəbbüsü ilə keçirilirdi, regionda turizmi inkişaf etdirmək məqsədi daşımışdır. Bu, Qarabağda şərabçılıq ənənələrini bərpa etmək üçün nəzərdə tutulmuşdu. Festival Dağlıq Qarabağ və Ermənistan şərabçılarına öz məhsullarını satmaq, təcrübə mübadiləsi aparmaq, şərablarını tanıtmaq və s. imkanı verən platforma yaratmışdır. Hər il keçirilən festivalın proqramına üzüm ayaqlama, ənənəvi Qarabağ mətbəxinin dequstasiyası, sənət əsərlərinin sərgisi, Dizaq məlik sarayına aid tarixi artefaktların sərgisi, eləcə də yerli şərabın sərgisi və satışı daxildir. Burada Qarabağ və Ermənistanın 5 müxtəlif bölgəsindən məhsul sərgilənirdi.
Siyəzən Şərab zavodu
Siyəzən Şərab zavodu — şərab istehsalı ilə məşğul olan Azərbaycan müəssisələrindən biri. == Tarixi == Zavod 1970-ci ildə qurulmuş, 1990-cı illərdə isə fəaliyyətini dayandırmışdır. 2010-cu ildə "Synergy Group" ASC tərəfindən yenidən qurulmuş və burada beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edilmişdir.
Tiryək və Şərab
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Göygöl Şərab Zavodu
Göygöl Şərab Zavodu — Göygöl şəhərində yerləşən və 160 illik tarixə malik olan Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan "Göygöl Şərab Zavodu" ASC-nin təməli 1860-cı ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur. == Tarix == 1862-ci ildə "Forer Qardaşları" Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Həmin cəmiyyətə ata Xristofer Forer və onun oğulları Qotlob, Fridrix və Henrix rəhbərlik edirdilər. Elə həmin vaxt "Hummel Qardaşları Ticarət Evi" Səhmdar Cəmiyyəti yaradıldı ki, buna da X. Hummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər. Hər iki cəmiyyətın idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış "Konkordiya" kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi. "Kaqor", "Köhnə portveyn", "Ağ süfrə şərabı", "Qırmızı süfrə şərabı", "Xeres şərabları", "Qaranquş", "Ekstra" konyakları, likyorlar və şampan şərabları istehsal olunurdu. Həmin vaxt Azərbaycanda istehsal olunan şərab məhsullarının böyük hissəsi "Göygöl Şərab Zavodu" ASC-nin payına düşürdü, həmçinin Rusiya imperiyasında yalnız dörd müəssisə klassik fransız texnologiyasından istifadə edərək şampan istehsal edib, “Göygöl Şərab Zavodu” ASC onlardan biridir.
Gəncə Beynəlxalq Şərab Festivalı
Gəncə Beynəlxalq Şərab festivalı hər il Azərbaycanın Gəncə şəhərində keçirilir. Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində ilk şərab festivalı 2012-ci il 7 oktyabr tarixində Gəncə şəhərində keçirilmişdir. === I Gəncə Beynəlxalq Şərab Festivalı === İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ı7 oktyabr 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində ilk şərab festivalı təşkil olunmuşdur. === II Gəncə Beynəlxalq Şərab Festivalı === İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçirilmişdir. === III Gəncə Beynəlxalq Şərab Festivalı === Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 sentyabr-01 oktyabr 2014-cü il tarixində III Gəncə Beynəlxalq Şərab Festivalı təşkil olundu. === IV Gəncə Beynəlxalq Şərab Festivalı === Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 2016-cı il 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” təşkil olundu. == Adət ənənə == Şərab festivalında əsasən poeziya axşamı və konsertlər, həmçinin Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər də təşkil olunur. == Müsabiqə == Festivalda Azərbaycanın yerli şərablarının beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi də keçirilir və dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılır. == Nümayiş == Şərab festivalında Gəncə ilə yanaşı Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl, Abşeron və s.
Şərab
Şərab və ya çaxır — spirtli içki. Şərab bitkilərin şirələrindən düzəldilmiş və tərkibində alkoqol olan içkidir. Alkoqol qıcqırma adlandırılan proses zamanı əmələ gəlir. Şarab növlərinin əksəriyyətini üzümdən düzəldirlər, amma onu hazırlamaq üçün başqa meyvələrdən də istifadə etmək olar. == Şərab növləri == Ağ şərab Qırmızı şərab Çəhrayi şərab Desert şərabı Qazlı şərab == Şərabın yaranma tarixi == Şərabın yaranma tarixi eramızın I əsrinə aid edilir ki, bu da imperator Probusun dövrünə təsadüf edir. Həmin vaxt kəndçilər müasir Fransanın ərazisinə üzüm gətirdilər və onu becərməyə başladılar. Üzüm sahələri olduqca genişləndi və isti iqlimlə əlaqədar daha çox məhsul verməyə başladı. Tezlikə üzüm bağları yalnız Ron çayının ətrafında deyil, eyni zamanda mərkəzi hissələrdə də yetişdirilməyə başlandı. Lakin V əsrdə bütün Fransa üzümçülüklə məşğul olurdu. XII əsrdə hersoq X Hiens Vilyamın rəhbərliyi dövründə Vignoble de Poitou adı altında üzüm bağları salınmışdı.
Şəki Şərab Muzeyi
Az Abrau muzeyi – Azərbaycanın və Qafqazın şərabçılıq tarixinə həsr olunmuş muzey. Muzey Şəki şəhərində, ölkənin şimal-qərbində, Bakıdan 350 km aralıda yerləşir. 2023-cü ilin iyununda açılmışdır. == Tarixi == Muzey 2021-ci ildə zavodun yenidən qurulmasından sonra Şəki Şərab müəssisəsinin bazasında 2023-cü ilin iyun ayında açılmışdır. Muzey müasir Şəki Şərab zavodunun ərazisində yerləşir. Bina 2004–2008-ci illərdə tikilmişdir. 18 noyabr 2008-ci ildə zavodun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmiş və zavodu işə salmışdır. 2021-ci ilə qədər müəssisə "ASC" brendi ilə fəaliyyət göstərmişdir, 2021-ci ildə isə özəlləşdirmədən sonra burada Qafqaz Şərabçılıq Tarixi Muzeyi yaradılmışdır. Muzeyin və zavodun açılış mərasimində Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov iştirak etmişdir. == Ekspozisiyası == Muzeydə şərabçılıq və üzümçülüyün tarixi və mədəniyyətindən, şərab istehsalı üsullarından bəhs edən zəngin sərgi təqdim olunur.
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. == Tarixi == Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

Azərbaycan şərabları
Azərbaycan şərabları - Azərbaycanda istehsal olunan şərablar. == Tarixi == === Qədim tarix === Ərəb tarixçiləri və coğrafiyaçıları - Əbülfida, İbn Havqəl, Məsudi, Əl Müqəddəsi ərəblərin hökmranlığı dövründə Bərdə, Gəncə ətrafında və Azərbaycanın digər regionlarında üzümlüklərin mövcudluğu haqqında məlumatlar verirlər. X əsrin ərəb coğrafiyaşünası Əl Müqəddəsi Azərbaycanın var-dövlətini təsvir edərək yazır «...bu vilayət böyük və gözəldir, orada çoxlu meyvə və üzüm var». Yunan alimi Herodot (e.ə.V əsr), roma alimi Plinii (e.ə. 23-79-ju il), yunan joğrafiyaşünası Stroban (e.ə.I əsr-eramızın I əsri), roma tarixçisi Ammian Masellin (eramızın II-III əsri, 330-400-cü illər) Azərbaycanın həyatında üzümçülüyün xüsusi rol oynadığını qeyd etmişlər. === Sovetlər dövründə === Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi. 1980-ci ildə Azərbaycanda 120 mln. litr çaxır, 1,16 mln. litr konyak istehsal edilib.
Azərbaycanda şərabçılıq
Azərbaycanda şərabçılıq — Azərbaycan Respublikasındakı yeyinti sənayesi sahələrindən biri. Azərbaycanda şərabçılıq əsasən sovet hakimiyyəti illərində inkişaf etdirilən bir sahədir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2011-ci ildə respublikada 693 min dekalitr əmtəəlik, yəni satış üçün şərab istehsal edilib. Ölkə daxilində istehlak edilən və ya xaricə göndərilən şərab məhsullarının həcmi isə bundan xeyli aşağı olub: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Azərbaycanda yaşı 15-dən yuxarılar arasında adambaşına çaxır istehlakı ildə cəmi 0,03 litrə bərabərdir. 1984-cü ildə respublikada 2,1 mln. ton üzüm yığılmışdı və həmin illərdə ölkədə 100-110 mln. dekalitr çaxır materialı, 10,4 mln. dekalitr şərab, 1,4 mln dekalitr konyak şərabı, 1,5 milyon dekalitr şampan şərabı istehsal edilmişdi. SSRİ-nin sonuna yaxın Azərbaycanın toplam gücü 1,8 milyon ton olan 181 şərab zavodu əsasən Rusiya bazarı üçün işləyirdi. == Tarixi == Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi.
Ağstafa Şərabçıları (1992)
Ağstafa şərabçıları qısametrajlı sənədli filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1992-ci ildə çəkilmişdir. Film "Mozalan" Studiyasında istehsal edilmişdir. Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Məzmun == Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Mövlud Süleymanlı Rejissor: Şamil Mahmudbəyov Operator: Vaqif Muradov == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı 1992-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ağstafa Şərabçıları (film, 1992)

Krımda şərabçılıq
Krımda şərabçılıq- aparıcı kənd təsərrüfatı sahələrindən biridir. Artıq iki min ildən artıq mövcuddur. == Tarixi == === Qədim Dövr === Krımda şərabçılıq, Krımın qədim yunan yaşayış məntəqələrində başladı. İlk mərkəzlərdən biri qədim Hersonisos yunanlar tərəfindən tikilmişdir. Daha sonra Bosfor krallığında, Feodoro knyazlığnda və Krım yarımadasında, Genuya kaloniyalarında davam etdirildi. Krımda Osmanlı dövrü şərabçılar üçün elə də yaxşı olmadı. Səbəb İslam dininin şərabçılığa qoyduğu qadağa idi. Müsəlman şərabçıları bu içki istehsalı üçün çubuqlarla cəzalandırılmasına baxmayaraq, onlar şərab istehsalını tamamilə məhv etməyə gətirib çıxaran vergilərə tabe olmadılar. === Sovet Ittifaqı dövrü === 24 aprel 1914-cü il tarixli "Üzüm şərabları haqqında qanun" bu sahənin təhlükəsizliyinin qanunvericilik səviyyəsinə yüksəlməsinə səbəb oldu. 25 May 1985-ci ildə "Sərxoşluq və alkoqolizmə qarşı mübarizə haqqında" qərarın qəbul edilməsi Krım və Sovet şarabçılığına ziyan vurdu.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. == Tarixi == Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Üzümçülük və şərabçılıq (film, 1928)
Üzümçülük və şərabçılıq (film, 1938)
Şampan şərabı
Şərabçıyam, Şərabçı (1991)
Şərabçıyam, şərabçı – Azərbaycan filmi. == Məzmun == Kinolentdə Göyçay bölgəsindəki konyak zavodunun fəaliyyətindən, burada çalışan əmək adamlarından və zavodun istehsal etdiyi məhsullardan söhbət açılır. == İstehsal == Film Göyçay Konyak Zavodunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ceyhun Mirzəyev Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov == Sponsor == Göyçay Konyak Zavodu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Şərabçıyam, şərabçı (film, 1991)

Odessa vilayətində şərabçılıq
Odessa vilayəti Ukraynanın ən böyük üzümçülük rayonudur. 2018-ci ilin məlumatına əsasən Odeşçinada (Odessa vilayəti) şərab istehsalı 26,29 min hektar ərazini — Ukraynadakı üzüm bağlarının ümumi sahəsinin 60,44%-ni əhatə edir. Odessa vilayəti Dunay çayının mənsəbindən Tiliqul estuarına qədər olan ərazini – Qara dənizin şimal-qərb sahilində yerləşir və bu bölgənin iqlimi şərabçılıq üçün əlverişli hesab olunur. 2015-ci ilin məlumatına əsasən, üzüm istehsalı vilayətin 26 rayonunun 13-də həyata keçirilir (Ukraynanın keçmiş inzibati-ərazi bölgüsünə görə). Kənd təsərrüfatı müəssisələri 2018-ci ildə 2.966.984,57 kvintal üzüm istehsal etmişdir. 5 oktyabr 2016-cı ilin məlumatına və iqtisadi fəaliyyət növlərinin rəsmi təsnifatına əsasən, Odessa vilayətində şərabçılıqla 4 sahibkar və 152 hüquqi şəxs, üzümçülüklə isə 55 özəl müəssisə və 528 hüquqi şəxs məşğul olur. 2018-ci ilin məlumatına əsasən, ən çox istehsal olunan şərab məhsullarına üzüm mustu (57,88%) və faktiki spirt konsentrasiyası 15–24,08%-dən çox olmayan şərab və təzə üzümdən hazırlanan köpüklü şərab (10,77%) aiddir. Bölgəyə Qara dəniz və Bessarabiya şərab regionları da daxildir. Odessa vilayətində şərabçılığın tarixi qədim dövrlərə gedib çıxır.
Səkinə Əliyeva (şərabçı)
Səkinə Əli qızı Əliyeva (1910, İrəvan – 1950, Kirovabad) — Sovet Azərbaycanı şərabçısı və Sosialist Əməyi Qəhrəmanı, "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı laureatı (1949). == Həyatı == Səkinə Əliyeva 1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. 1944–1950-ci ildə Kirovabad şəhərində yerləşən Nizami adına üzümçülük sovxozundə əvvəlcə fəhlə, daha sonra isə briqada rəhbəri kimi çalışmışdır. O, 1948-ci ildə 10.1 hektar suvarılan üzüm sahəsinin hər hektarından 168.7 sentner üzüm məhsulu almışdır. Bu o dövr üçün böyük məhsuldarlıq göstəricisi hesab edilirdi. 5 oktyabr 1948-ci ildə SSSRİ Ali Sovetinin Rəyasəy Heyətinin qərarına əsasında 1948-ci ildəki göstəricilərinə görə Əliyev Səkinə Əli qızına Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Həmin ildə ona həmçinin "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı ilə də təltif edilmişdir. 1944-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1950-ci ildə Azərbaycan SSR-ın Kirovabad (indiki Gəncə) şəhərində vəfat etmişdir. == Həmçinin bax == Ermənistan azərbaycanlıları == İstinadlar == == Mənbə == Дж.
Şərabçıyam, şərabçı
Şərabçıyam, şərabçı – Azərbaycan filmi. == Məzmun == Kinolentdə Göyçay bölgəsindəki konyak zavodunun fəaliyyətindən, burada çalışan əmək adamlarından və zavodun istehsal etdiyi məhsullardan söhbət açılır. == İstehsal == Film Göyçay Konyak Zavodunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ceyhun Mirzəyev Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov == Sponsor == Göyçay Konyak Zavodu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Ağstafa şərabçıları (film, 1992)
Ağstafa şərabçıları qısametrajlı sənədli filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1992-ci ildə çəkilmişdir. Film "Mozalan" Studiyasında istehsal edilmişdir. Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Məzmun == Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Mövlud Süleymanlı Rejissor: Şamil Mahmudbəyov Operator: Vaqif Muradov == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı 1992-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Digər lüğətlərdə