Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jandarma
Jandarma — Jandarma (Türkiyə)
Jandarma (Azərbaycan)
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itgin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
Jandarmeriya
Jandarmeriya (fr. gendarmerie) — Çar Rusiyasında və burjuaziya ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə üçün xüsusi polis qoşunları. Azərbaycanda isə bu peşəni Azərbaycan Daxili Qoşunları yerinə yetirir.
Jandarmeriyaların siyahısı
Jandarmeriya (Gendarmery) — vətəndaş cəmiyyəti arasında polis vəzifələrini icra edən hərbi orqan. Bu orqanın üzvlərinə isə jandarma deyilir. Bir çox ölkələrdə bu qurum fəaliyyət göstərir.
İran jandarması
İran jandarması (fars. ژاندارمری دولتی‎ Jandarmirī-ye dövlətī)—1910-cu ildən 1991-ci ilədək İranda olan hərbi birləşmə. == Tarixi == İran jandarması 1910-cu ildə İsveç dövləti tərəfindən yaradılıb. Belə ki, İran öz Jandarma və Polis təskilatını qurub, inkişaf etdirmək üçün həmin ildən etibarən İsveçli zabitləri ölkəsinə dəvət edir. İlk dəfə 36 zabit dəvət edilmişdi.1924-cü ilə qədər İranda qalan bu zabitlərin təlim-tərbiyə verdikləri birliklər və yetisdirdikləri əsgərlər daha sonra İran sahının ordusunun əsasını təşkil etdilər. 1911-1924-cü illər arasında 49 orta rütbəli zabit və 5 aşağı rütbəli zabit, toplam 54 hərbi personel İsveç tərəfindən İrana yollanir. 1911-ci ilin may ayında Amerikalı müşavir Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Marneuli bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Aleksis Yandard
Aleksis Yandard (23 aprel 1997) — Fransalı suya tullanan. Aleksis Yandard Fransanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Aleksis Yandard birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 292.15 xal toplayaraq 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Bandari musiqi
Bandari musiqi (fars. بندری‎) — İranın cənubdan, Fars körfəzi ətrafında gəlir. Cənubda Ərəb ölkələri ən yaxın olduğu kimi, bu, ərəb musiqi təsiri ilə İran musiqi stili, va toy zamanı ifa olunur.
Bandar-loq
Bandar-loq(hind बन्दर-लोग) – İngilis yazıçısı Redyard Kiplinqin "Cəngəlliklər kitabı"nda yaratdığı uydurulmuş meymun xalqıdır. İngilis dilindən olan bir sıra tərcümələrdə cəm şəklində — bandarloqlar kimi tərcümə olunur., == Xarakteristikası == Hindi dilindən tərcümədə Bandar sözü "meymun", log sözü isə "xalq" anlamına gəlir. Bu iki sözün birləşməsi olan "Bandar-log" sözü "meymun xalqı" mənasını verir. Kiplinq Bandar-loq haqda belə yazmışdır: "Onlar hamısı özlərinə başçı seçmək, öz qanunlarını qurmaq, öz adətlərini fikirləşmək üçün yığışırlar, lakin onların yaddaşı növbəti günə qədər qalmadığından heç vaxt fikirləşdiklərini həyata keçirə bilmirlər". Özlərinə bəraət qazandırmaq üçün hətta belə bir deyim də tərtib etmişdilər: "Bandar-loqun indi nə haqda düşündüyünü, cəngəlliklər sonra düşünəcək". "Cəngəlliklər kitabı"nda Bandar-loq haqqında daha çox "Kaa-nın ovu" hekayəsində oxuya bilərik. Bu hekayədə Bandar-loq görünüşcə meymuna bənzəyən Mauqlini oğurlayırlar. Mauqli meymunların "Biz güclüyük! Biz azadıq! Biz heyran olunmağa layiqik!
Candar (Salmas)
Candar (fars. جاندر‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər. yaşayır (62 ailə).
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Tolga Çandar
Tolga Çandar (d. 1959, Milas) Türk Xalq musiqisi sənətçisidir. ODTÜ 3. sinifdə yoldaşlarıyla birlikdə qurduğu Çağdaş Türkü qrupu olaraq Bekle Beni albomunu çıxardı. Delikanlıya albomundan sonra qrup dağıldı. Tolga Çandar albomlarına davam etdi.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. == Həyatı == Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi.Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
Aba Andam
Aba A. Bentil Andam (1948) — Qana fiziki. O, hissəciklər fizikası üzrə ixtisaslaşmışdır. Andam 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam qanalı ilk qadın fizikdir. == Fəaliyyəti == Aba Andam müxtəlif elmi təşkilatların əməkdaşıdır. Bunlara Dünya İnnovasiya Fondu (2002-ci ildən), Qana İncəsənət və Elmlər Akademiyası (2003-cü ildən), Fizika İnstitutu (2004-cü ildən) aiddir. O, 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam bu vəzifəni tutan ikinci qadın idi. == Şəxsi həyatı == Aba Andam inşaat mühəndisi, akademik və keçmiş vitse-kansler olan professor Kvesi Akvansah Andam ilə evlənmişdir. Onların dörd övladı olmuşdur.
Andar xan
Andar xan — türk və altay mifologiyalarında od tanrısı. Andır Xan olaraq da tanınır. Atəşi qoruyur. Bəzən əsəbiləşərək yer üzündə yanğınlara səbəb olur. Əlində bir "yola" (məşəl) ilə ifadə edilir. Saçları oddandır. Gözləri alov saçar. Heybətli və əzələli bir görünüşü vardır. Məşəli özbaşına heç sönmədən davamlı yanar. Bitkilərin qoruyucu tanrısı olaraq da görülər.
Janar Duqalova
Canar Asılbəy qızı Duğalova (qaz. Жанар Дұғалова; a.o. 18 yanvar 1987, Qızılorda) — Qazaxıstan pop müğənnisi və aktrisası. 2015-ci ildən Qazaxıstanın əməkdar artistidir. 2014 Türkviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur. KeşYou qazax qadın pop-qrupunun keçmiş ifaçısı olmuşdur. == Bioqrafiyası == Canar Duğalova 18 yanvar 1987-ci ildə Qazaxıstanın Qızılorda şəhərində anadan olmuşdur. 3 il Tallində yaşamış, sonra isə yenidən vətənə qayıtmışdır. Yaşlı anasının təkidi ilə Canar 5 il pionerlərin yerli Saray estrada studiyasında fəailiyyət göstərmişdir. 6 yaşı olarkən Canar "Ənşi balaban" vilayət vokal müsabiqəsini qalibi olmuşdur.
Bandar Seri Begavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.
Bandar Səri Bəgavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.