şərqşünas-filoloq

şərqşünas-filoloq
şərqşünas-farsşünas
şərqşünas-hindşünas 2021
OBASTAN VİKİ
Şərqşünas
Şərqşünaslıq — Şərq ölkələrinin tarixini, iqtisadiyyatını, ədəbiyyatını, dillərini, incəsənətini, dinlərini, fəlsəfəsini, etnoqrafiyasını, maddi və mənəvi mədəniyyət irsini öyrənən elmi sahələr birliyi. Bəzən afrikanistika ilə birgə baxılır, bu qitənin bir hissəsinin müsəlman dünyasına aidiyyatı ilə bağlıdır.
Filoloq
Filologiya (q.yun. φιλολογία, "sözə sevgi") — mətn vasitəsi ilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq və s. elmlərin məcmui adı.
Qəzənfər Əliyev (şərqşünas)
Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) — görkəmli Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkmənistanın Dövlət Mükafatı laureatı. == Həyatı == Qəzənfər Əliyev 1930-cu il may ayının 15-də Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini 5 nömrəli şəhər məktəbində almış (1937-1947), Bakıda ADU-nun (indiki BDU-nun) şərqşünaslıq fakültəsində oxumuş (1948-1953), sonra Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. Orada məşhur şərqşünas alim, SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin rəhbərliyi altında "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poemalarının müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (28 yanvar, 1958). SSRİ EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi (1956-1964), sonra baş elmi işçi olmuşdur. 1974-cü ildə "Farsdilli ədəbiyyatın təşəkkülü problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının üzvü olmuşdur. Xarici ölkələrə — Əfqanıstana (1959-1962), İrana (1963-1965), Almaniyaya (1977, 1979), Çexoslovakiyaya (1980) elmi ezamiyyətlərində Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatına dair məruzələr etmişdir. Onun Şərq xalqları ədəbiyyatına həsr olunmuş müxtəlif mövzulu 160-dan çox elmi məqaləsi Azərbaycanda, eləcə də xaricdə, rus, Azərbaycan, özbək, türkmən, tacik, ingilis, alman, fars, çex və s. dillərdə nəşr olunmuşdur.
Rüstəm Əliyev (şərqşünas)
Rüstəm Əliyev (1929-1994) — məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru.[mənbə göstərin] == Həyatı == Rüstəm Musa oğlu Əliyev 1929-cu il yanvar ayının 13-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur.1946-cı ildə Nizami adına Morul kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, burada bir il oxuduqdan sonra A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə qəbul olunmuşdur. Daha sonra həmin universitetin aspiranturasını bitirmiş, 1954-cü ildə Leninqradda "Sədi Şirazinin "Gülüstan" əsərinin tənqidi mətni" mövzusunda namizədlik, 1968-ci ildə Moskvada "Sədi Şirazinin poetik irsinin bərpası problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Yevgeni Bertelsin dəvəti ilə Leninqraddan Moskvaya gələn Rüstəm Əliyev 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda işləmiş, burada kiçik elmi işçidən Şərq mətnşünaslığı bölməsinin müdiri vəzifəsinədək yüksəlmişdir. 1972-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş elmi işçi və Ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, 1980-1983-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin müdiri, 1983-cü ildən ömrünün sonuna qədər Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin elmi məsləhətçisi (1989-1994), AMEA prezidentinin klassik Şərq ədəbiyyatı üzrə müşaviri (1991-1994), Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri (1992-1994), "Şəhriyar" qəzetinin və "Nizami Gəncəvi" jurnalının baş redaktoru (1992-1994) olmuşdur. 1994-cü ilin aprel ayında Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir. == Mənbələr == Rüstəm Əliyev. Biblioqrafiya. Bakı, "Nafta-press" nəşriyyatı, 2003 Rüstəm Əliyev fenomeni (məqalələr və xatirələr toplusu). Bakı, "Nurlan" nəşriyyatı, 2004 Dünya şöhrətli şərqşünas (Professor Rüstəm Əliyevin anadan olmasının 75 illiyi münasibətilə 14 aprel 2004-cü ildə keçirilmiş ümümrespublika elmi konfransının materialları).
Uilyam Rayt (şərqşünas)
Vilyam Rayt(ing. William Wright; 17 yanvar 1830, Malayya (Benqal) — 22 may 1889, Kembric) — Böyük Britaniya şərqşünası. == Həyatı == Vilyam Rayt 17 yanvar 1830-cu ildə Benqalda doğulmuşdu.Benqalin son Hollandiya valisi M. Overbeckin qızı olan anası Şərq dillərinə marağı səbəbiylə oğlunu bu dilləri öyrənməyə təşviq etdi. Ailəsi Şotlandiyaya dönüb Saint-Andrews şəhərinə yerləşdiyində daha uşaq yaşdaydı. St. Andrews universitetindən məzun olunca təhsilini Almaniyada Halle universitetində davam etdirdi. Burada E. Rödigerin dərslərində iştirak etdi; öncə Aysor dilini, ardından Ərəbcəni öyrəndi; Farsca, Türkcə və Sanskritcə ilə də ilgiləndi. Alman filolologiyası yöndəmiylə aldığı təhsil bəzi dillərdə qazandığı yetkinlik qədər önəmliydi. Vilyam Rayt 22 may 1889-cu ildə vəfat edib.
Vilyam Rayt (şərqşünas)
Vilyam Rayt(ing. William Wright; 17 yanvar 1830, Malayya (Benqal) — 22 may 1889, Kembric) — Böyük Britaniya şərqşünası. == Həyatı == Vilyam Rayt 17 yanvar 1830-cu ildə Benqalda doğulmuşdu.Benqalin son Hollandiya valisi M. Overbeckin qızı olan anası Şərq dillərinə marağı səbəbiylə oğlunu bu dilləri öyrənməyə təşviq etdi. Ailəsi Şotlandiyaya dönüb Saint-Andrews şəhərinə yerləşdiyində daha uşaq yaşdaydı. St. Andrews universitetindən məzun olunca təhsilini Almaniyada Halle universitetində davam etdirdi. Burada E. Rödigerin dərslərində iştirak etdi; öncə Aysor dilini, ardından Ərəbcəni öyrəndi; Farsca, Türkcə və Sanskritcə ilə də ilgiləndi. Alman filolologiyası yöndəmiylə aldığı təhsil bəzi dillərdə qazandığı yetkinlik qədər önəmliydi. Vilyam Rayt 22 may 1889-cu ildə vəfat edib.
İbrahim Quliyev (şərqşünas)
Ələsgər Məmmədov (şərqşünas)
Ələsgər Cəfər oğlu Məmmədov və ya Əli Əsgər Cəfər oğlu Məmmədov (10 oktyabr 1919, Bakı və ya Keşlə – 29 yanvar 2000, Bakı) — azərbaycanlı şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, alman və ərəb dilləri üzrə mütəxəssis, Nürnberq prosesində tərcüməçi. Ələsgər Məmmədov ərəb dilinin tədris metodikasına gətirdiyi yeniliklərlə tanınır. == Uşaqlıq illəri və təhsil həyatı == Ələsgər Məmmədov 10 oktyabr 1919-cu ildə Bakının Keşlə qəsəbəsində anadan olub. Erkən yaşlarında valideynlərini itirən Məmmədov əmisinin himayəsində böyüyüb. Yeddi illik orta məktəbi bitirdikdən sonra 1933–1937-ci illərdə Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda, 1937–1941-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov eyni zamanda həmin illərdə yenicə yaradılmış Bakı Ali Hərbi Dənizçilik Məktəbində alman dilindən dərs demişdir. 1941-ci ilin iyulunda Məmmədov Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələrlə birlikdə Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilmiş və 1944-cü ildə Moskva Şərqşünaslıq İnstitutunun ərəb dili üzrə hərbi şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Nürnberq prosesi === 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində baş referent kimi əmək fəaliyyətinə başlayan Məmmədov həmin ilin dekabr ayından 1946-cı ilin fevral ayına qədər alman dili mütəxəssisi kimi Nürnberq prosesinə tərcüməçi qismində cəlb edilmişdir. O, Ənvər Məmmədovla birlikdə hərbi tribunalda iştirak edən iki azərbaycanlıdan biri idi. Ələsgər Məmmədov nazirlikdə işlədiyi 2 il yarım ərzində Almaniya Xarici İşlər Nazirliyinin ələ keçirilmiş diplomatik sənədlərinin böyük bir qismini, təxminən 30-dan artıq sənədi alman dilindən rus dilinə tərcümə etmişdi. 26 yaşlı Ələsgər Məmmədov Nürnberq prosesində iştirak etmək məqsədilə alman dilindən imtahan verərkən imtahanı qəbul edən alman dili mütəxəssisi Qrabor-Passak ondan razı qalmış və gənc Ələsgərin tribunalda alman dili tərcüməçisi kimi çıxış etməsini məsləhət görmüşdür.
Adil Babayev (filoloq)
Adil Babayev (tam adı: Adil Məhəmməd oğlu Babayev; d. 28 aprel 1938, Naxçıvan MSSR, Ordubad rayonu, Dırnıs) — Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü. == Həyatı == Adil Babayev 28 aprel 1938-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1962-ci ildə ADU-nun Filologiya fakütəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən bu günə kimi Azərbaycan Dillər Universitetində işləyir. 1969-cu ildə namizədlik, 1996-cı ildə filologiya üzrə namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. Dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlik, habelə bədii yaradıcılıqla məşğul olur. O, Dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır. İndiyədək onun 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunmuşdur. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifidir.
Adil Bağırov (filoloq)
Adil Nəsib oğlu Bağırov (28 iyul 1947, Nursu, Şahbuz rayonu – 21 aprel 2016) — filologiya üzrə elmlər doktoru, dosent, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Adil Bağırov 28 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olub. Ali təhsilini 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. == Əmək fəaliyyəti == Adil Bağırov əmək fəaliyyətinə 1966-cı ildə başlayıb. 1966–1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhəri və 39 №-li Naxçıvan şəhəri dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləyib. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri olmuşdur. Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, daha sonra Naxçıvan Özəl Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. Adil Bağırov 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölmə­sinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzi­fə­sini icra edib. == Elmi fəaliyyəti == Adil Bağırov 1981-ci ildə "Türk dillərində yarım­çıq feillər (Oğuz qrupu türk dillərinin mate­rial­ları əsasında)" mövzusunda namizədlik, 2005-ci ildə "Naxçıvan Mux­tar Respub­li­ka­sı ono­mastik vahidlərinin tarixi-linqvis­tik təh­lili (toponimlər və hidro­nimlər)" mövzu­sunda doktorluq dissertasi­yası müdafiə edib. 2010-cu ildə dosent elmi adını alıb.
Arif Mədətov (filoloq)
Arif Səməd oğlu Mədətov — Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Arif Mədətov 15 noyabr 1948-ci ildə Beyləqan rayonu 1-ci Aşıqlı kəndində anadan olmuşdur. İxtisasca filoloqdur. İlk tamaşası olan "Həqiqət" Azərbaycamın 1 çox teatrlarında səhnəyə qoyulmuşdur. Daha sonralar Azərbayvcan Milli Dram Teatrında "Şeytan", "Aylı gecə" tamaşaları səhnələşdirilmişdir. Gürcüsatanın Kutaisi teatrı da "Aylı gecə" tamaşasını uğurla tamaşaya qoymuşdur.Bundan başqa "Sezarın qətli" , M.F.Axundovun həyatından bəhs edən "İdrak işığı" tamaşalaı da müxtəlif vaxtlarda izləyicilərə təqdim olunub. Dramaturgiyadan əlavə Arif Mədətov həm də pedaqoji fəaliyyət,biznes və xeyriyyəçiliklə də məşqul olmuşdur. Hal-hazırda Yazıçılar Birliyinin üzvüdür.
Aydın Hacıyev (filoloq)
Aydın Cəfər oğlu Hacıyev — professor. == Həyatı == Aydın Hacıyev 1936-cı ildə Şuşanın Malıbəyli kəndində anadan olmuşdur. O, 1947-ci ildə Malıbəyli kənd 7 illik məktəbini bitirib, Şuşadakı pedaqoji texnikuma daxil olmuşdur. Aydın Hacıyev 1951-ci ildə həmin texnikumu bitirərək Tərtər rayonunun Sarov kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1953-cü ildə təhsilini davam etdirmək üçün o, V.İ.Lenin adına (indiki N.Tusi adına) ADPÜ-nin fiologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə həmin üniversiteti bitirmişdir. A.Hacıyev ölkəmizin qocaman ali məktəbində professor M.Rəfilidən, akademik Ə.Dəmirçizadədən, professor A.Abdullayevdən, S.Əfəndiyevdən, professor Ə.Seyidovdan elmlərin əsaslarını dərindən öyrənməyə səy göstərmişdir. A.Hacıyev 1957-62-ci illərdə Mingəçevir şəhərinin 10 saylı məktəbində əvvəl müəllim sonra isə direktor vəzifəsində çalışmışdır. A.Hacıyev 1962-ci ildə V.İ.adına ADPU-də ədəbiyyat tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuş, V-VIII siniflərdə lirik şerlərin tədrisi metodikası adlı dissertasiya mövzusu üzərində tədqiqat işləri aparmış, 1966-cı ildə bu dissertasiyanı uğurla müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən o, bir alim kimi H.Tusi adına ADPU –nin fiologiya fakültəsində həm müəllim kimi, həm də tədqiqatçı kimi fəaliyyətə başlamışdır. Aydın Hacıyev 1975-ci ildən başlayaraq “Azərbaycan Sovet uşaq nəsrinin təşəkkül və inkişaf problemləri (1920-1960)” adlı doktorluq dissertasiyası üzərində işləmişdir.
Aydın Məmmədov (filoloq)
Aydın Mirsaleh oğlu Məmmədov (16 yanvar 1944, Kiş, Nuxa rayonu – 19 aprel 1991, Qax rayonu) — Dilçi, türkoloq, tənqidçi, siyasətçi. == Həyatı == Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olub. Orta məktəbdə müəllim işlәyәn daha A.Məmmədov elmi işçi, ictimai xadim vә siyasətçi olub. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi yollarla isbat edәn Aydın Mәmmәdov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini vә Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün bir sıra işlər görüb. Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb. Millət vəkili seçilәn A.Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işlәr görüb. Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub. Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir. 1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).
Bəylər Məmmədov (filoloq)
Bəylər Məmmədov (1924, Şuşa, Şuşa rayonu[d] – 15 fevral 1991, Bakı) — filoloq, pedaqoq. == Həyat == Bəylər Ağalar oğlu Məmmədov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İxtisasca stomatoloqdur. Filologiya sahəsində dissertasiya müdafiə etdiyi üçün filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Alim hekayə və şeirlər yazmışdır Bəylər Məmmədov 15 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Şuşada dəfn edilmişdir. == Yaradıcılığı == Bəylər Məmmədov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığının tədqiq etmişdir. Alim ilk dəfə olaraq Natəvanın şair qohumları haqqında da məlumat vermişdir. O, "Natəvanın şair qohumları" kitabında şairənin anası Bədircahan bəyimin, dayıları Kəlbəli xan Müsahibin, Fətəli bəy Halinin, bibiləri Ağabəyim ağa Ağabacının, Gövhər ağanın, əmisi Əbülfət xan Tutinin, əmisi oğlu Cəfərqulu xan Nəvanın, bibisi oğlu Qasım bəy Zakirin yaradıcılıqlarından bəhs etmiş, nümunələr göstərmişdir. Tədqiqatçı Natəvanın övladları Mehdiqulu xan Vəfanın, Mir Həsən Ağa Mirin, Xanbikə xanımın analarının poetik üslubunu davam etdirdiklərini, orijinal qəzəllər qələmə aldıqlarını yazmışdır. == Əsas elmi əsərləri == Xurşid Banu Natəvan.
Cəlal Qasımov (filoloq)
Qasımov Cəlal Əbil oğlu (15 yanvar 1959 Püsyan, Noraşen rayonu — 30 oktyabr 2021 Bakı şəhəri) — Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, əməkdar müəllimAMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri (2021). Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi idi və polkovnik rütbəsini daşıyırdı. == Həyatı və fəaliyyəti == Cəlal Qasımov 15 yanvar 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur. 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə görkəmli tənqidçi və ədəbiyyatşünas "Abdulla Surun həyat və yaradıcılıq yolu" mövzusunda namizədlik, 2000-ci ildə "Siyasi repressiya həyatda və ədəbiyyatda" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1984–1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991–1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışıb. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Dəmir Alməmmədov (filoloq)
Həsən Hüseynov (filoloq)
Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; 2 sentyabr 1953, Bakı) — Azərbaycan mənşəli sovet və rus filoloqu — Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi. == Bioqrafiya == 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A. F. Losev və A. A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978–1984), sonra SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990–1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992–1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-nin universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001–2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006–2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.
Həsən Qasımov (filoloq)
Kamran Əliyev (filoloq)
Kamran İmran oğlu Əliyev (5 mart 1953, Diyadin, Noraşen rayonu – 24 dekabr 2020, Bakı) — AMEA-nın müxbir üzvü (2017), filologiya elmləri doktoru, professordur. == Həyatı == Kamran Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan MR Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. 1969 - cu ildə orta məktəbi, 1974 - cü ildə isə Azərbaycan Dövlət Univertsitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976 - 1979 - cu illərdə AZƏRBAYCAN MEA - nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1980 - cı ildə namizədlik, 1990 - cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. "Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şurasının", "Folklor İnstitunun Elmi Şurasının" , "Azərbaycan Yazıçılar Birliyinin üzvüdür". Müxtəlif illərdə orta məktəbdə, liseydə və ali məktəbdə dərs demişdir.Hal- hazırda Azərbaycan MEA Folklor İnstitunun aparıcı elmi işçisidir. Kamran Əliyev AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisidir. 24 dekabr 2020-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.
Mustafa Mustafayev (filoloq)
Mustafa Mir Qasım oğlu Mustafayev — filologiya elmləri namizədi, professor == Həyatı == Mustafa Mustafayev (Mir Mustafa Mir Qasım oğlu Mir Mustafayev - Talışlı) 18 noyabr 1926-ci ildə Lənkəran qəzasının Mahmudavar (indi Masallı rayonuna daxildir) qəsəbəsində anadan olmuşdur. O, XVIII əsrdə Talış xanlığının əsasını qoyan general-mayor Mir Mustafa xan Talışlının törəmələrindəndir. Sovet hakimiyyətinin ilk illərində inzibati tədbirlərlə əlaqədar ailəsi ilə Şirvana köçürülmüşdür. Mustafa Mustafayev ibtidai və orta təhsilini Şamaxı şəhərində almışdır. 1944-cü ildə hərbi səfərbərliyə alınmış, 1946-cı ildə Hərbi xidmətdən tərxis olunmuşdur. 1946-1947-ci illərdə Bakıda neft (Kirovneft, indiki Binəqədi) mədənlərində fəhlə və çilingər işləmişdir. 1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "dil-ədəbiyyat" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mustafa Mustafayev Lənkərana beş il təyinat almış, rayonun Mamusta və Kərgəlan kəndlərində dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləmişdir. 1958-ci ildən Bakıya köçmüş, Xəzər gəmiçiliyi idarəsində təhsil işləri üzrə müdir vəzifəsində çalışmışdır. 1961-ci ilin yanvarın 1-də "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə V.İ.Lenin adına ADPİ-nin əyani aspiranturasına qəbul olunmuşdur.
Məhərrəm Məmmədov (filoloq)
Məhərrəm Məmmədov (tam adı: Məhərrəm Əvəz oğlu Məmmədov; d. 10 oktyabr 1958, Əlvənd, Zərdab rayonu) — Bakı Dövlət Universiteti, Türkologiya kafedrası, Azərbaycan dialektologiyası tədqiqat sahəsi üzrə müəllim, filoloq, filologiya elmləri doktoru, professor. 2023-cü ildən etibarən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri. == Həyatı == 10 oktyabr 1958-ci ildə Azərbaycanın Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur. 1981-1985-ci illərdə İsmayıllı rayonunda Azərbaycan dili-Ədəbiyyat müəllimi işləmişdir. 1998-ci ildən hal-hazıra qədər BDU-nun türkologiya kafedrasında "Azərbaycan dialektologiyası", "Altayşünaslığın əsasları", "Türk dilçiliyinin əsasları", "Qədim türk dili", "Türkologiyaya giriş" fənlərindən dərs deyir. == Təhsili == 1975-ci ildə Göyçay şəhəri 6 saylı orta məktəbi bitirmişdir. 1975-1980-ci illərdə BDU-nun filologiya fakültəsində oxumuşdur. 1986-1989-cu illərdə AMEA-nın Dilçilik İnstitutunun əyani aspirantı olmuşdur. 1990-1998-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Məmməd Əliyev (filoloq)
Məmməd İrac oğlu Əliyev- filologiya üzrə elmlər doktoru, professor. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri. == Həyat == Əliyev Məmməd İrac oğlu 1948-ci il dekabr ayınnın 10-da Xızı rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aspiranturasında təhsil almışdır. Hal-hazırda Nizami Gəncəvi adına Ədəbiyyat institutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin müdiridir. == Elmi məqalələri == Dünya Ədəbiyyatında Orxan Pamuk zirvəsi. Dünya nəsrində Orxan Pamuk zirvəsi Aşıq Alı. Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi poeziyasının özəllikləri. Koroğlu eposu.
Ramil Əliyev (filoloq)
Ramil Manaf oğlu Əliyev (d. 28 sentyabr, 1953; Şəki, Azərbaycan SSR) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (2009), professor (2014). == Həyatı == 1960-1970-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbdə təhsil alıb. 1970-1971-ci illərdə Şəki mətbəəsində çalışıb. 1972 – 1977-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. 1983-cü ildə Nizami adına Аzərbaycan Ədəbiyyatı tarixi Muzeyində, 1983-1995-ci illərdə "Elm" nəşriyyatında işləyib. 1992-ci ildə "Mifoloji görüşlər və onların Аzərbaycan nağıllarında izləri" mövzusunda namizədlik, 2008-ci ildə "Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2009-cu ildən filologiya üzrə elmlər doktorudur. 2014-cü il noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə professor elmi adını alıb. 1995-2002-ci illərdə АMEА Milli Münasibətlər İnstitutunda çalışıb.
Sərxan Abdullayev (filoloq)
Abdullayev Sərxan Əvəz oğlu (1942, Papı, Cəbrayıl rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universiteti Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri. == Həyatı == Sərxan Abdullayev 1942-ci il martın 17-də Cəbrayıl rayonunun Papı kəndində anadan olub. 1949-52- ci illərdə Papı kənd ibtidai və Çərəkən yeddiillik məktəbində oxuyub. 1959-cu ildə Horovlu kənd orta məktəbini bitirib 1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman dili fakültəsinə qəbul olunub 1965-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi saxlanılıb 1966-ci ildən Alman dili kafedrasında müəllim işləyir Kafedrada əvvəlcə baş müəllim, sonra dosent vəzifələrində çalışıb, bir müddət Roman-german filologiyası kafedrası ilə əməkdaşlıq edib 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edib 1975-76- cı illərdə germanistikanın mərkəzi sayılan Leypsiq şəhərində (Almaniya) Karl Marks adına universitetdə 10 aylıq ixtisasartırma kursunda olmuşdur 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib 1993-cü ildə Alman dili kafedrasının professoru seçilib 1976-2003- cü illərdə Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb 2003-2009- cu illərdə Alman dili kafedrasının müdiri vəzifəsində işləyib Hal-hazırda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir Ailəlidir, 4 övladı var == Təhsili, elmi dərəcə və elmi adları == 1965, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu, Alman dili fakültəsi, fərqlənmə diplomu 1971, Filologiya elmləri namizədi, Elmlər Akademiyasının Dilçilik İnstitutu 1974, dosent, Azərbaycan Pedaqoji Dillər İnstitutu 1989, filologiya elmləri doktoru, Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti 1994, professor, Azərbaycan Pedaqoji Dillər İnstitutu == Əmək fəaliyyəti == 1966-1973, müəllim, baş müəllim, ADU-nun Alman dili kafedrası 1974-1994, dosent, ADU-nun Alman dili kafedrası 1966-2003, dekan, ADU-nun Alman dili fakültəsi 1994-2018, professor, ADU-nun Alman dili kafedrası 2003-2009, kafedra müdiri, professor, ADU-nun Alman dili kafedrası 2017, professor, ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası 2018-ci ildə professor Sərxan Abdullayev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib.[1] Arxivləşdirilib 2018-12-30 at the Wayback Machine == Tədqiqat sahəsi və bildiyi xarici dillər == Müqayisəi-tiploloji dilçilik, German dilləri, Dil nəzəriyyəsi, Semantika, Diskurs nəzəriyyəsi Alman, rus, ingilis, türk dilləri == Respublika və beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == 1968, Bakı, M.F.Axundov adına APDİ-nin professor-müəllim heyətinin elmi konfransı 1981, Bakı, Dil sisteminin funksional və konstruktiv səviyyələri mövzusunda Respublika konfransı 1982, Bakı, Xarici dil müəllimlərinin seminar yığıncağı 1983, Bakı, Konfrontativ linqvistika problemlərinə dair Respublika elmi konfransı 1990, Gəncə, “Respublikanın xalq təhsili sistemində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Bakı, Respublika elmi konfransı (Проблемы полиглосии и межьязыковой интерференции в Азербайджанской ЛСР) 1991, Xaçmaz, “Respublikada milli konsepsiya çərçivəsində xarici dillərin fasiləsiz tədrisi” mövzusunda Respublika konfransı 1990, Gəncə, Respublikanın xalq maarifi sistemində xarici dillərin fasiləsiz tədrisi mövzusunda Respublika elmi konfransı 2005, Bakı, Tərcümə və transmilli proseslər mövzusunda beynəlxalq konfrans == Çap olunmuş əsas əsərləri == 1.Dərslik, dərs vəsaiti və monoqrafiyaları 1984, Dil və bədii qavrayış, “Yazıçı”, 166 s. 1987, Alman və Azərbaycan dillərində inkarın leksik-frazeoloji ifadə vasitələri, Azərbaycan Təhsil Nazirliyi nəşriyyatı, 67 s. 1990, Müasir alman dilində təsdiq və inkarın praqmatik-üslubi variativliyi, Azərbaycan Təhsil Nazirliyinin nəşriyyatı, 79 s. 1997, Deutsch (VIII sinif üçün Alman dili) “Maarif” nəşriyyatı, Bakı, 214 s. 1998, Müasir alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası “Maarif”, Bakı, 278 s. 2001, Alman atalar sözləri və onların azərbaycanca-rusca qarşılıqları, Bakı, “Maarif”, 178 s. (N.Seyidəliyevə birlikdə) 2004, Немецкий аффирмативный контекст, Bakı, 331 s.
Telman Cəfərov (filoloq)
Cəfərov Telman Həmzağa oğlu — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, Rus ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi. == Həyatı == Cəfərov (Vəlixanlı) Telman Həmzağa oğlu 1963-cü ilin 22 iyul tarixində Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1985-1988-ci illərdə doğma kəndində rus dili və ədəbiyyat müəllimi kimi çalışmış və 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) əyani aspiranturasına daxil olmuşdur. Aspirantura müddətində ordu sıralarında xidmət etmiş və 1992-ci ildə «M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində» adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 2004-cü ildə isə «Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. 1992-ci ildə Bakı Slavyan Universitetinin (BSU) rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov (Vəlixanlı) hazırda həmin kafedranın professorudur. 2008-ci ildə professor elmi adını almışdır. Elmi və yaradıcı fəaliyyətlə yanaşı, o, 1996-2014-cü illərdə BSU nəzdində Məktəb-lisey Kompleksinin (əvvəlki adları: "Turan" liseyi; BSU Humanitar liseyi) direktoru kimi çalışmışdır. 2014-cü ilin aprel ayında Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru təyin edilmişdir. Filologiya elmləri doktoru, professor Telman Cəfərov (Vəlixanlı) 1993-cü ildə yaradılmış «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.