şərqi
şərt
OBASTAN VİKİ
Şərqşünaslıq
Şərqşünaslıq — Şərq ölkələrinin tarixini, iqtisadiyyatını, ədəbiyyatını, dillərini, incəsənətini, dinlərini, fəlsəfəsini, etnoqrafiyasını, maddi və mənəvi mədəniyyət irsini öyrənən elmi sahələr birliyi. Bəzən afrikanistika ilə birgə baxılır, bu qitənin bir hissəsinin müsəlman dünyasına aidiyyəti ilə bağlıdır.
Şərqşünaslıq İnstitutu
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: Filologiya elmləri doktoru, Gövhər Baxşəli qızı Baxşəliyeva. AMEA-nın Şərqşünaslıq İnstitutu [1958]-ci ildə Az.SSR Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaranmışdır. Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilmişdir. İndiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilmişdir. İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Ə.Ə.Əlizadə (1958-1963) olmuşdur. Sonralar instituta akademik Ə.S.Sumbatzadə (1963-1970), akademik H.M.Araslı (1970-1981), akademik Z.M.Bünyadov (1981-1986, 1988-1991, 1992-1997), professor A.N.İmanquliyeva (1991-1992) kimi görkəmli alimlər başçılıq etmişlər. Hal-hazırda institutun direktoru professor, müxbir üzv G.B.Baxşəliyevadır. Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı; Şərq ölkələri ilə Azərbaycanın münasibətləri, Azərbaycanın və Azərbaycana aid orta əsrlər dövrü yazılı Şərq abidələrinin tədqiqi, islamın tarixi, müasir dövrdə dinin vəziyyəti, Azərbaycan-ərəb, Azərbaycan-fars, Azərbaycan-türk filoloji əlaqələri. Son beş ildə İnstitut əməkdaşlarının 50-dən çox elmi kitabı və 400-ə yaxın elmi məqaləsi çapdan çıxmışdır.
AMEA Şərqşünaslıq İnstitutu
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: Filologiya elmləri doktoru, Gövhər Baxşəli qızı Baxşəliyeva. == Tarixi == AMEA-nın Şərqşünaslıq İnstitutu [1958]-ci ildə Az.SSR Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaranmışdır. Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilmişdir. İndiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilmişdir. İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Ə.Ə.Əlizadə (1958-1963) olmuşdur. Sonralar instituta akademik Ə.S.Sumbatzadə (1963-1970), akademik H.M.Araslı (1970-1981), akademik Z.M.Bünyadov (1981-1986, 1988-1991, 1992-1997), professor A.N.İmanquliyeva (1991-1992) kimi görkəmli alimlər başçılıq etmişlər. Hal-hazırda institutun direktoru professor, müxbir üzv G.B.Baxşəliyevadır. == Fəaliyyət istiqamətləri == Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı; Şərq ölkələri ilə Azərbaycanın münasibətləri, Azərbaycanın və Azərbaycana aid orta əsrlər dövrü yazılı Şərq abidələrinin tədqiqi, islamın tarixi, müasir dövrdə dinin vəziyyəti, Azərbaycan-ərəb, Azərbaycan-fars, Azərbaycan-türk filoloji əlaqələri. == Elmi nəticələr == Son beş ildə İnstitut əməkdaşlarının 50-dən çox elmi kitabı və 400-ə yaxın elmi məqaləsi çapdan çıxmışdır.
BDU Şərqşünaslıq fakültəsi
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Haqqında == 1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır. Fakültənin inkişafında məşhur alim və pedaqoqlar, o cümlədən akademiklər N. Marr, İ. Meşşaninov, V. Bartold, A. Samoyloviç, H. Araslı, professorlarİ. Oşmarin, A. Romaşkeviç, P. Juze, B. Çobanzadə, A. Qubaydulin, V. Xuluflu, Ə. Məmmədov, M. Əlizadə, R. Sultanov, Y. Şirvani və başqaları böyük rol oynamışlar. Şərqşünaslıq fakültəsinin ilk dekanı P. Juzeolmuşdur. Hazırda dekan professor E. Z. Əzizovdur. Şərqşünaslıq fakültəsində türk və fars şöbələri ilə yanaşı 1957-ciil də ərəb, 1993-cü ildə ibri, 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2002-ci ildə çin və 2007-ci ildə koreya şöbələri də açılmışdır. Fakültədə 4 kafedra, linqafon kabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə müasir mebel, kompüter, televizor, peykantennaları, videomaqnitafon və digər texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar, zəngin fondu olan kitabxana vardır. == Məzunlar == Eks-prezident Əbülfəz Elçibəy, məşhur şərqşünaslardan akademiklər Ə. Sumbatzadə, V. Məmmədəliyev, N. Vəlixanlı, AMEA-nın müxbir üzvləri M. Nemətova, B. Hüseynov, Z. Məmmədov, Ə. Səfərli, professorlar A. İmanquliyeva, C. Qəhrəmanov, M. Mahmudov, H. Mahmudov və başqaları, İran, Küveyt, Misir, BƏR, Qətər, SəudiyyəƏrəbistanı, Suriya, Mərakeş, Yaponiya, Koreya, ABŞ, Moldovavə Latviyada Azərbaycan Respublikasının səfirləri, BMT-də ölkəmizin nümayəndəsi, tanınmış ədib və şairlər C. Cabbarlı, Ə. Cəfərzadə, C. Əlibəyli, Ə. Hacızadə, A. Zeynallı fakültənin məzunlarıdırlar.
Moskva Şərqşünaslıq İnstitutu
Moskva Şərqşünaslıq İnstitutu (MŞİ) — 1920—1954-ci illər arasında Moskva şəhərində fəaliyyət göstərmiş ali təhsil müəssisəsi. 27 oktyabr 1921-ci il tarixdə Moskvadakı şərqşünaslıq tədris edilən bütün ali təhsil müəssisələri (o cümlədən Lazarev İnstitutu), müxtəlif ali təhsil müəssisələrinin şərq şöbələri bu instituta birləşdirildi. İnstitut bir müddət Nəriman Nərimanovun adını daşımışdı. 1927-ci ildə inistitutun direktoru Səncər Asfəndiyarov idi, hansı ki, özünün qısa müddət rəhbərliyi dövründə institutun işlərini lazimi səviyyədə qaydaya sala bilmişdi. İnstitut 1954-cu ildə bağlandı. Hind, Yaxın Şərq və Orta Şərq dilləri kafedrası praktiki olaraq tamamilə MDBMİ-yə verildi. Hal-hazırda keçmiş institutun binasında Ermənistanın Rusiya səfirliyi yerləşir.
REA Şərqşünaslıq İnstititutu
Rusiya Elmlər Akademiyasının Şərqünaslıq İnstititutu (rus. Институ́т востокове́дения Росси́йской акаде́мии нау́к) və ya qısaca REAŞİ — Asiya və Şimali Afrikanın kompleks şəkildə öyrənilməsi sahəsində Rusiya Elmlər Akademiyasının elmi–tədqiqat institutu. İnstitutun direktoru tarix elmləri doktoru, professor, REA–nın müxbir üzvü Vitali Vyaçeslavoviç Naumkindir. İnstitut 1960–1970–ci illərdə Asiya Xalqları İnstitutu adlanırdı. 2007–ci ildə institutun Sankt–Peterburq şöbəsi əsasında Şərq Əlyazmaları İnstitutu təşkil edilmişdir.
REA Şərqşünaslıq İnstitutu

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Haqqında == 1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır. Fakültənin inkişafında məşhur alim və pedaqoqlar, o cümlədən akademiklər N. Marr, İ. Meşşaninov, V. Bartold, A. Samoyloviç, H. Araslı, professorlarİ. Oşmarin, A. Romaşkeviç, P. Juze, B. Çobanzadə, A. Qubaydulin, V. Xuluflu, Ə. Məmmədov, M. Əlizadə, R. Sultanov, Y. Şirvani və başqaları böyük rol oynamışlar. Şərqşünaslıq fakültəsinin ilk dekanı P. Juzeolmuşdur. Hazırda dekan professor E. Z. Əzizovdur. Şərqşünaslıq fakültəsində türk və fars şöbələri ilə yanaşı 1957-ciil də ərəb, 1993-cü ildə ibri, 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2002-ci ildə çin və 2007-ci ildə koreya şöbələri də açılmışdır. Fakültədə 4 kafedra, linqafon kabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə müasir mebel, kompüter, televizor, peykantennaları, videomaqnitafon və digər texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar, zəngin fondu olan kitabxana vardır. == Məzunlar == Eks-prezident Əbülfəz Elçibəy, məşhur şərqşünaslardan akademiklər Ə. Sumbatzadə, V. Məmmədəliyev, N. Vəlixanlı, AMEA-nın müxbir üzvləri M. Nemətova, B. Hüseynov, Z. Məmmədov, Ə. Səfərli, professorlar A. İmanquliyeva, C. Qəhrəmanov, M. Mahmudov, H. Mahmudov və başqaları, İran, Küveyt, Misir, BƏR, Qətər, SəudiyyəƏrəbistanı, Suriya, Mərakeş, Yaponiya, Koreya, ABŞ, Moldovavə Latviyada Azərbaycan Respublikasının səfirləri, BMT-də ölkəmizin nümayəndəsi, tanınmış ədib və şairlər C. Cabbarlı, Ə. Cəfərzadə, C. Əlibəyli, Ə. Hacızadə, A. Zeynallı fakültənin məzunlarıdırlar.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstititutu
Rusiya Elmlər Akademiyasının Şərqünaslıq İnstititutu (rus. Институ́т востокове́дения Росси́йской акаде́мии нау́к) və ya qısaca REAŞİ — Asiya və Şimali Afrikanın kompleks şəkildə öyrənilməsi sahəsində Rusiya Elmlər Akademiyasının elmi–tədqiqat institutu. İnstitutun direktoru tarix elmləri doktoru, professor, REA–nın müxbir üzvü Vitali Vyaçeslavoviç Naumkindir. İnstitut 1960–1970–ci illərdə Asiya Xalqları İnstitutu adlanırdı. 2007–ci ildə institutun Sankt–Peterburq şöbəsi əsasında Şərq Əlyazmaları İnstitutu təşkil edilmişdir.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu

Digər lüğətlərdə