ƏDL

Allahın ədaləti deməkdir. Bu prinsip mütəzili kəlamı (I) və şiə inancının əsas təməllərindən biridir. Əl-Ədl adı həm də Allahın ən gözəl adlarında biridir. İslam hüququnda “adil” doğru və ədalətli insanlar üçün də istifadə edilir.
ƏCRƏDİLƏR
ƏDN
OBASTAN VİKİ
Mustafa Ədl
Seyid Mustafa Ədl — Mənsurüssəltənə ləqəbi ilə (1882 Təbrizin Əngəc məhəlləsi-1950 Tehran) hüquqşünası və siyasətçi. Mustafa Ədl, İranın ilk hüquq professorlarından idi və Rza şah Pəhləvi dövründə İranın müasir ədliyyəsinin təsisində o cümlədən Ticarət hüququ və ümumi cəza hüququ inkişafında əhəmiyyətli bir rol oynamışdır. Seyid Mustafanın atası Hacı Mirzə İbrahim Xəlil (Rüknüddövlə ləqəbi ilə) böyük adamlarından və məriflərindən idi və ömürünün sonlarında Xorasanın ədliyyə divanxanasının prezidenti idi və dayısı Mirzə Möhsün xan Təbrizi Nəsrəddin şah Qacarın ədliyyə naziri idi.Yəhya Ədl, "İranın Cərrahı atası"da ami oğlusu idi. Ədliyyə naziri Mansurəssəltənə bеynəlxalq hüquq üzrə tanınmış mütəxəssis idi. Tеhran univеrsitеtinin hüquq fakültəsinin dеkanı işləmişdi. 1935-1938-ci illərdə xarici işlər nazirinin müavini, İranın Millətlər Cəmiyyətində nümayəndəsi, Füruqi və Sühеyli hökumətlərində maarif naziri işləmişdi. 1937-ci ildə Sovеtlərlə yaranmış sərhəd münaqişəsinin törədicisi, Pəhləvi limanı haqqında 1927-ci il öhdəliyinin pozulmasının tərəfdarı kimi tanınırdı. 1930-cu illərdə İran hökuməti Araz çayı boyunca mübahisəli hеsab еtdiyi 11 kiçik torpaq sahəsini qaytarmağa cəhd göstərmişdi. Aşqabad şəhərindən 35 km. cənubda yеrləşеn Firuzə yaşayış məntəqəsi isə daimi olaraq Sovеtlərlə İran arasında mübahisəli əraziyə çеvrilmişdi.
Yəhya Ədl
Yəhya Ədl (1908, Təbriz – 3 fevral 2002, Tehran) — azərbaycanlı cərrah, İranın "cərrahı atası" adlanır. Bir müddət İran Senatında senator vəzifəsində işləyibdir. 1899-cu ildə Təbrizdə dünyaya gəlmişdir. Atası Yusif xan Mükərrəmülmülk bir müddət Azərbaycanın "Nayibüləyalə"si idi. Məhəmmədvəli mirzə Fərmanfərma və Həbib Nəfisi onun bacılarının həyat yoldaşları idilər. Onun əmisi oğlu Mustafa Ədl isə İranın müasir ədliyyəsinin banisi sayılırdı.
Ədl (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Əl-Ədl
Əl-Ədl (ər. العدل) — Allahın adlarından biri. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8) Allah ədalətlilərin ən xeyirlisidir.
Əhməd Hüseyn Ədl
Əhməd Hüseyn Ədl (1898, Təbriz – 1962) — Kənd Təsərrüfatı naziri, Kərəc Kənd Təsərrüfatı Məktəbinin təsisçisi , İran müasir kənd təsərrüfatının yaradıcılarından biri. Ədllər ailəsinə mənsub olmuşdur. Əhməd Hüseyn Ədl 1898-ci ildə Təbrizdə dünyaya gəlmişdir. Atası Mirzə Məsud xan Ədlülmülk və babası Hacı Seyid Hüseyn xan Şamqazani Azərbaycanın mülkiyyətçiləri və zənginlərindən idilər. 1963-cü ildə İsfahandan Tehrana gedərkən avtomobil qəzasında vəfat etmişdir. Orta təhsili aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanmışdır. Orada kənd təsərrüfatı üzrə ali təhsil almışdır. 1922-ci ildə ali təhsili başa vurduqdan sonra İrana geri dönmüşdür. O, üç dəfə Əhməd Qəvamın müxtəlif kabinetlərində, bir dəfə Mirzə İbrahim xan Həkiminin kabinetində və bir dəfədə Fəzlullah Zahidinin kabinetində İranın kənd təsərrüfatı naziri təyin edilib, o həmçinin İsfahan Sənayeçiləri İttifaqının prezidenti olmuşdur. Əhməd Hüseyn Ədl İranın yeni kənd təsərüfatının atası kimi tanınır.
"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı
"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalından sonra taxılır.
"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalından sonra taxılır.
"Ədliyyə sahəsində fərqlənməyə görə" medalı
"Ədliyyə sahəsində fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsasnaməsi == "Ədliyyə sahəsində fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə ədliyyə sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və başqa şəxslər aşağıdakılara görə təltif edilirlər: ədliyyə orqanlarında qulluqda xüsusi fərqlənməyə görə; ədalət mühakiməsinin həyata keçirilməsi işinə əhəmiyyətli töhfə verməyə görə; ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə; ədliyyə sahəsində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka və digər xidmətlərə görə. Maddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Ədliyyə sahəsində fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
Həqiqi Dövlət Ədliyyə Müşaviri
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş "Ədliyyə işçilərinin rütbə dərəcələri" və "Prokurorluq orqanlarının işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri haqqında" qanunlara əsasən Ədliyyə və Prokurorluq orqanları işçilərinə verilən ali xüsusi rütbədir. Həqiqi dövlət ədliyyə müşavirinin poqonunun üzərində 40 mm diametri olan qabarıq şəkilli qızılı rəngli lifdən Azərbaycan Respublikasının Dövlət gerbi, ondan aşağı hissədə diametri 40 mm olan qabarıq şəkilli səkkizguşəli ulduz hörülür. Poqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 45 mm, gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 65 mm olur. Poqonlar pencəyə, paltoya, plaşa və köynəyə bərkidilir. Həqiqi dövlət ədliyyə müşaviri poqonları mahud astar üzərində xüsusi toxunmuş gümüşü rəngli liflərdən hazırlanır. == Azərbaycan Respublikasının həqiqi dövlət ədliyyə müşavirləri == 16 oktyabr 1992 — İxtiyar Əlibala oğlu Şirinov — Azərbaycan Respublikasının Baş prokuroru (1992–1993). 14 sentyabr 1993-cü ildə məhrum edilib. 9 noyabr 1993 — Əli Ömər oğlu Ömərov — Azərbaycan Respublikasının Baş prokuroru (1993–1994).
İnzibati ədliyyə
İnzibati ədalət — dövlət idarəetmə sistemində hüququn aliliyinə riayət olunmasına nəzarət edən ixtisaslaşmış orqanlar və ya xüsusi məhkəmələr sistemi. Dar mənada bir tərəfdən vətəndaş və ya təşkilatla digər tərəfdən dövlət orqanı arasında olan inzibati-hüquqi mübahisələrin həlli üçün xüsusi prosessual prosedurdur. Dünyanın bir çox ölkələrində belə bir sistem yaradılmışdır. Десницкий, Семён Ефимович. Представление об учреждении законодательной, судительной и наказательной власти в Российской империи.// Избранные произведения русских мыслителей второй половины XVIII века. М.,1952. -Т.1.- С.300-311. Куплеваский, Николай Осипович. Административная юстиция в Западной Европе. Харьков, Куплеваский, Николай Осипович.
Ədli Mənsur
Ədli Mahmud Mənsur (ərəb. عدلي محمود منصور‎; 23 dekabr 1945, Qahirə) — Misirin müvəqqəti prezidenti. Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib. Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir. Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var. Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib. Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq.
Ədli tibb
Ədli tibb (ing. forensic pathology, alm. Rechtsmedizin‎, fr. médecine légale, rus. судебная медицина) — təbiət elmləri sahəsindəki tibbi və digər biliklərin hüquq mühafizə və ədliyyə orqanlarının ehtiyacları üçün tətbiqi ilə məşğul olan xüsusi bir tibb sahəsi. Ədli tibb xüsusi bir tibb elmidir, qanunda nəzərdə tutulmuş istintaqda sübut mənbəyi rolunu oynayan tibbi faktların meydana gəlməsi, aşkarlanması üsulları, araşdırılması və qiymətləndirilməsi üsulları haqqında elmi biliklər sistemidir. Məsələn, məhkəmə tibbi müayinələrinin aparılması yalnız qəfil ölümün səbəbini və ya günahkarın tapılmasını deyil, həm də atalığın, əlaqənin dərəcəsini müəyyənləşdirməyə və bioloji izləri ətraflı araşdırmağa kömək edir. Ədli tibb — hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin fəaliyyətində ortaya çıxan biyomedikal xarakterli məsələlərə əsaslanan elmi biliklər, araşdırma metodları və faktların (obyektlərin, proseslərin, hadisələrin) ekspert qiymətləndirilməsi sistemini təşkil edən tibb sahəsidir. Məhkəmə icraatı zamanı həll olunur və praktik sağlamlığın bəzi xüsusi vəzifələri vardır. Ədli tibbinin mənşəyi qədim zamanlara gedib çıxır.
Ədliyyə Bakı FK
Ədliyyə Bakı FK — Bakıda futbol klubu. Ədliyyə futbol klubu Bakıda yaranmışdır. 2 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 2011-ci ildə klub oyunların yarıdan çoxunu keçirmədi.Komandaya keçirmədiyi oyunlarda 3–0 hesabı ilə texniki məğlubiyyət verilirdi.Buna görə də klub fəaliyyətini dayandırdı.
Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi (Azərbaycan)
Ədliyyə Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdi. Cümhuriyyətin yaranması ilə eyni gündə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu. Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmişdir. Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur. Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir. Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və digər qanunlar parlamentdə müzakirəyə çıxarılmışdı. Cümhuriyyətin Sovet Rusiyası tərəfindən işğalından sonra, 13 may 1920-ci il tarixdə Ədliyyə Nazirliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur.
Ədliyyə Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi (qaz. Қазақстан Республикасының Әділет министрлігі) — öz səlahiyyətləri daxilində dövlətin fəaliyyətinə hüquqi dəstək verən, dövlət orqanlarının, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların işində qanunun aliliyini dəstəkləyən, hüquqlarının qorunmasını təmin edən Qazaxıstan Respublikasının mərkəzi icra orqanıdır. Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə Qazaxıstan Respublikası Hökumətinin 28 oktyabr 2004-cü il tarixli 1120 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qazaxıstan Respublikası Prezidentinin 22 yanvar 2001-ci il tarixli Fərmanına uyğun olaraq Qazaxıstan Respublikası Hökuməti 29 mart 2001-ci il tarixdə Fikri Mülkiyyət Hüquqları Komitəsini təsis etdi. Müəllif Hüquqları Komitəsinin səlahiyyətləri köçürülmüşdür. Buna görə Nazirlik haqqında Əsasnaməyə dəyişiklik edildi: Müəllif Hüquqları Komitəsi əvəzinə Əqli Mülkiyyət Hüquqları Komitəsi nazirliklər siyahısına daxil edildi. Qazaxıstan Respublikası Prezidentinin 22 yanvar 2001-ci il tarixli Fərmanına uyğun olaraq Qazaxıstan Respublikası Hökumətinin 14 aprel 2001-ci il tarixli qərarı ilə Nazirliyin Məhkəmə Qərarlarının İcrası Komitəsi dağıldı və onun Astana və Almatıdakı idarələri. Buna görə Nazirlik haqqında əsasnaməyə dəyişiklik edildi: Məhkəmə İcra Komitəsi Nazirliyin şöbələrinin sayından çıxarıldı. Nazirliyin əsas vəzifələri məhkəmə icraçılarının və icra məmurlarının təşkilati, kadr və maddi-texniki təminatı, habelə məhkəmə qərarlarının icrasıdır. Qazaxıstan Respublikası Hökumətinin 2 noyabr 2001-ci il tarixli Qərarı ilə fərqli bir formada lisenziyalaşdırma üçün Nazirliyin vəzifələri müəyyən edilmişdir: notariat və vəkillik fəaliyyətinin lisenziyalaşdırılması, məhkəmə ekspertizası və səlahiyyətlərinə aid bütün fəaliyyət növləri.
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan ədliyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi. Həmin vaxtdan başlayaraq Azərbaycanın ədliyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) bu siyahıda göstərilib.
Ədliyyə Nazirliyi (Moldova)
Moldova Respublikasının Ədliyyə Nazirliyi (rum. Ministerul Justiției al Republicii Moldova) — Moldova hökumətinin on dörd nazirliyindən biridir. Hazırkı ədliyyə naziri Veronika Mixaylov-Morarudur.
Ədliyyə Nazirliyi (Vyetnam)
Ədliyyə Nazirliyi (vyet. Bộ Tư pháp) — Vyetnamda qanunların və qaydaların hazırlanması, onların həyata keçirilməsi, hüquqi normativ sənədlərin postresenziyası, inzibati prosedurlara nəzarət, hüquqi təbliğat və maarifləndirmə üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. O, həmçinin, ölkə miqyasında mülki və inzibati məhkəmə qərarlarının icrasını, məhkəmə-inzibati fəaliyyətləri, məhkəmə işlərinin təmin edilməsini, dövlət kompensasiyasını, məhkəmə qərarlarının icrasını və digər ədalət mühakimə işlərini tənzimləyir, inzibati xətalara qarşı mübarizəyə dair qanun və qaydaların icrasına nəzarət edir.
Azərbaycan SSR Ədliyyə Nazirliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1802-ci ildə Rusiya İmperiyasında Ədliyyə Nazirliyi yarandıqdan sonra Ədliyyə Naziri eyni zamanda ölkənin Baş prokuroru hesab edilmiş, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan torpaqlarının parçalanması nəticəsində quzey Azərbaycan torpaqları Rusiya tərəfindən işğal olduqndan sonra, qeyd olunan qurumların yurisdiksiyası Azərbaycan ərazisinə də şamil olunmuşdur. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Cümhuriyyətin yaranması ilə eyni gündə (28.05.1918) Ədliyyə Nazirliyi də təsis edilmiş, Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin qəbul edilməsinin ardınca, 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur. Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmiş, Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir. Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir. Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və digər qanunlar parlamentdə müzakirəyə çıxarılmışdır. Bu dövrdə F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin Ədliyyə Nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Cümhuriyyətin Sovet Rusiyası tərəfindən işğalından sonra, 13 may 1920-ci il tarixdə Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuş, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək, funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlar arasında bölüşdürülmüş, Azərbaycan SSR baş prokuroru eyni zamanda Ədliyyə Naziri hesab olunmuşdur.
Ədliyyə
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ədliyyə Nazirliyi (Gürcüstan)
საქართველოს იუსტიციის სამინისტრო - Gürcüstanın Ədliyyə Nazirliyi Gürcüstanda ədliyyə sisteminin fəaliyyəti tənzimləmək, prokurorlara nəzarət etmək, hüquq sistemini və ictimai asayişi qorumaq, həmçinin ictimaiyyəti qorumaq və Gürcüstanda hüquqi islahatlara başlamaq üçün məsul olan Gürcüstan Nazirlər Kabinetinin tərkibində olan dövlət qurumudur. Hal-hazırda nazirliyə Rati Breqadze rəhbərlik edir. Müstəqil Gürcüstan Respublikasının ilk Ədliyyə Nazirliyi Gürcü Milli Şurası 1918-ci il mayın 26-da Gürcüstanın Müstəqillik Qanununu qəbul etdikdən sonra yaradılmışdır; Bu qanun 1921-ci ildə Gürcüstan Sovet Rusiyasına birləşənə qədər fəaliyyət göstərib. 11 oktyabr 1918-ci il tarixli qanuna əsasən, Ədliyyə Nazirliyində qanunvericiliyin məcəllələşdirilməsini və “Qanunlar və hökumət qərarları toplusu”nun rəsmi nömrəsinin nəşrini öz üzərinə götürən Qanuniləşdirmə İdarəsi yaradıldı. 1991-ci ildə Gürcüstan müstəqillik əldə etdikdən sonra nazirlik yenidən yaradılıb. Nazirliyə üç nazir müavini tərəfindən dəstəklənən nazir rəhbərlik edir. Nazirlik öz fəaliyyətini Prezidentin 7 noyabr 2008-ci il tarixli 541 nömrəli Fərmanına uyğun olaraq həyata keçirir. 2000-ci ilin yanvarından Ədliyyə Nazirliyi cəza sisteminin idarə edilməsi və təşkilati rəhbərliyi kimi ən mühüm səlahiyyətləri əldə etmişdir, dövlət və mülki sənədlərin funksiyaları (2004-cü ildə), Dövlət Arxivinə rəhbərlik edir (2004-cü ildə); Effektiv idarəetmə sisteminin, habelə ərazi məskunlaşma islahatı üzrə Dövlət Komissiyasının və işçi qruplarının fəaliyyətinin təşkilati təminatı (2006-cı ildə). Nazirliyin əsas vəzifələri milli və beynəlxalq məhkəmələr qarşısında dövlət maraqlarını qorumaq; aktiv tənzimləyici qanunlar üçün standartların müəyyən edilməsi; Gürcüstan qanunvericiliyini beynəlxalq qaydalara uyğunlaşdırmaq; Dövlət Reyestrinin yaradılması; miqrasiya və miqrasiya prosedurlarının tənzimlənməsi; Notariat rüsumlarının tənzimlənməsi, dövlət reyestr xidmətləri, əhalinin qeydiyyatı xidmətləri; dövlət arxivinin saxlanması; məhkəmə qərarlarının icrası; Avropa İnsan Hüquqları Məhkəməsində dövlətin təmsilçiliyinin təşkili.
Ədliyyə Nazirliyi (Rusiya)
Rusiya Federasiyasının Ədliyyə Nazirliyi (rus. Министе́рство юсти́ции Росси́йской Федера́ции, Миню́ст Росси́и) Rusiya Hökumətinin hüquq və cinayət sisteminə cavabdeh olan bir nazirliyidir. Ədliyyə Nazirliyi Rusiyada məhkəmələri və həbsxanaları idarə edən federal orqandır və iki tabeli federal icra hakimiyyəti orqanı: Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) və Federal Penitensiar Xidmət (FSIN) tərəfindən həyata keçirilir. Ədliyyə Nazirliyinin qərargahı Moskvanın Mərkəzi İnzibati Dairəsinin Yakimanka rayonunda, Jitnaya küçəsi 14 ünvanında yerləşir. Ədliyyə Nazirliyi Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə yaradılıb və onun adını dəyişdirərək Rusiya SFSR Ədliyyə Nazirliyi adlandırıb, lakin 1802-ci ildə yaradılmış Rusiya İmperiyasının Ədliyyə Nazirliyinin mirasını tələb edirdi. Konstantin Çuyçenko 21 yanvar 2020-ci ildən ədliyyə naziri vəzifəsində çalışır. Rusiya Federasiyası Prezidentinin 13 oktyabr 2004-cü il tarixli Fərmanına (15 dekabr 2016-cı il tarixli dəyişikliklərlə) və digər normativ hüquqi aktlara uyğun olaraq, Ədliyyə Nazirliyi dövlət siyasətinin və tənzimləyici nəzarətin hazırlanması və həyata keçirilməsi ilə də məşğul olur. O, aşağıdakı sahələrdə hüquq-mühafizə vəzifələrini və nəzarət-nəzarət funksiyalarını yerinə yetirir: Cinayət hökmlərinin icrası (Federal Penitensiar Xidmət tərəfindən) Qeyri-kommersiya təşkilatları, o cümlədən beynəlxalq təşkilatların ofisləri və xarici qeyri-hökumət təşkilatları, ictimai birliklər, siyasi partiyalar və dini qurumlar haqqında məlumatların verilməsi və qeydiyyata alınması Hüquqşünas və notariat fəaliyyəti Vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatı Qanuniləşdirmə və Apostil Məhkəmələrin, məhkəmə icraatının və digər orqanların müəyyən edilmiş qaydasını təmin etmək Korrupsiyaya qarşı mübarizə (Rusiya Baş Prokurorluğunun köməyi ilə) Korrupsiyaya qarşı mübarizə sahəsində ekspertizaya malik qanun layihələri müstəqil ekspert kimi akkreditə olunmuş fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir. 16 noyabr 2010-cu il tarixinə 828 fiziki və 164 hüquqi şəxs müstəqil ekspert kimi akkreditasiyadan keçib. Rusiya Federasiyasının Ədliyyə Naziri və ya onun səlahiyyətli nazir müavinlərindən biri tərəfindən akkreditasiya haqqında qərar inzibati qaydada dərc edilmişdir.
Ədliyyə Nazirliyi (İran)
1906-cı ildə yaradılmış Ədliyyə Nazirliyi hökumət işlərinin təqibinə cavabdehdir. Yəni ədliyyə naziri ölkənin baş prokurorudur,lakin bunun İran İslam Respublikasının daxili işlər nazirinin səlahiyyətində olan polis və polis işi ilə heç bir əlaqəsi yoxdur. Nazirliyin qərargahı 1938-ci ildə açıldı və sırf Avropa memarlıq üslubunu əks etdirir. Nazirlər aşağıdakıları daxil etdilər: Nizam el Mulk (1906) Mirzə Əhməd xan Müşirəssəltənə (1906-1907) [1-ci rəsmi ədliyyə naziri] Abdolhusein Mirza Farmanfarma (1907) Mohammad Ali Khan Ala al-Saltaneh (1907) Seyyed Mahmood Khan 'Ala ul-Molk (1907) Mirza Hasan Khan Pirnia (Moshir ul-Dowleh) (1907) Nezam ul-Molk (1907) Mehdiqulu xan Hidayət (1907) Mohtasham ul-Saltaneh (1907) Mokhber ul-Molk (1907) Mehdi Qoli Khan Mokhber ul-Saltaneh (1907-1908) Mokhber ul-Saltaneh (1908) Mo'ayed ul-Saltaneh (1908) Mohtashem ul-Saltaneh (1908-1909) Əhməd Qəvam (1909-1910) Vosooq ul-Dowleh (1910) Mirza Hassan Khan Esfandiary (1910-1911) Mohammed- 'Ali Khan Zoka' al-Molk (1911-1912) Mirzə İsmayıl xan Mümtazəddövlə (1912) Məhəmmədəli Füruği (1913-1914) Mohammed- 'Ali Khan Zoka' al-Molk (1914-1915) Fat'hollah Khan Sardar Mansur (1915) Mohammed Ali Khan 'Ala' ul-Saltaneh (1915-1916) Mahmood Khan 'Ala' ul-Molk (1916) Seyyed Hasan Modarres (1916) Firuz mirzə Nüsrətəddövlə (1916-1917) Mirzə İsmayıl xan Mümtazəddövlə (1917) Nasr ul-Molk (1917) Mokhber ul-Saltaneh (1917-1918) Nasr ul-Molk (1918) Firuz mirzə Nüsrətəddövlə (1918-1920) Məhəmməd Müsəddiq (1920) Soleiman Khan (1920-1921) Salar Lashkar (1921) Mustafa Ədl (1921) Ebrahim 'Amid (1921-1922) Əbdülhüseyn xan Teymurtaş (1922) Moshar ul-Saltaneh (1922) Sardar Mo'azzam Khorasani (1922) Moshar ul-Saltaneh (1922-1923) Momtaz ul-Molk (1923) 'Amid ul-Saltaneh (1923) Ebrahim Khan Hakim ul-Molk (1923) Mo'azed ul-Saltaneh (1923-1925) Firuz Mirzə Nüsrətəddövlə (1925) 'Emad ul-Saltaneh Fatemi (1925-1926) Mohsen Sadr (1926) Mostafa Adl (1926-1927) Mirzə Həsən Xan Vüsuqəddövlə (1926-1927) Mirzə Ələkbər xan Davər (1926-1927) Əhməd Mətin-Dəftəri (1927-1933) Möhsün Sədr (1933-1935) Möhsün Sədr (1935-1940) Majid Ahi (1940-1941) Mohammed Soruri (1940-1941) 'Ali Hey'at (1940-1941) Majid Ahi (1941-1942) Abbas Qoli Golshaian (1941-1942) Majid Ahi (1942) Mohsen Sadr (1942) 'Ali Asghar Hekmat (1942) Asadullah Mameqani (1942-1943) Möhsün Sədr (1942-1943) Allah-Yar Saleh (1943-1944) Mostafa Adl (1944-1945) Allah-Yar Saleh (1945) Amanollah Ardalan (1945) Hasan'ali Kamal Hedayar (1945) Allah-Yar Saleh (1946) Ali Akbar Musavi Zadeh (1946-1947) Mohammed Soruri (1947-1948) Nezam ul-Saltaneh (1948) Abbas Qoli Golshaian (1948) Sajjadi (1948-1950) Mohammed 'Ali Buzari (1950-1951) Jamal Akhavi (1951) Ali Heyat (1951) Shamseddin Amir-Alaei (1951-1952) Abdolali Lotfi (1952-1953) Jamal Akhavi (1953-1955) Fakhr ul-Din Shadman (1953-1955) Abbas Quli Golshaian (1955-1957) Əli xan Əmini (1955-1957) Mohammad Ali Hedayati (1957-1961) Mohammad 'Ali Momtaz (1961) Husein Najafi (1961) Nour ul-Din Alamuti (1961-1962) Mohammad Baheri (1962-1964) Gholamhusein Khoshbin (1962-1964) Baqer Amali (1964-1966) Javad Sadr (1967-1968) Manuchehr Parto (1968-1970) Sadeq Ahmadi (1972-1976) Mundhir al-Shawi (1976) Qolam Reza Kianpur (1977-1978) Mohammed Baheri (1978) Husein Najafi (1978-1979) Yahya Sadeq Vaziri (1979) Asadollah Mobasheri (1979) Ahmad Sayyed Javadi (1979) Judicial Council under observation of Məhəmməd Behişti (1979-1980) Ebrahim Ahadi (1980-1981) Mohammad Asghari (1981-1984) Hassan Habibi (1984-1989) Esmail Shooshtari (1989-2005) Jamal Karimi-Rad (2005-2006) Gholam-Hossein Elham (2006-2009) Morteza Bakhtiari (2009-2013) Mostafa Pourmohammadi (2013-2017) Alireza Avayi (2017–2021) Amin Hossein Rahimi (2021–present) Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi (İran) Kəşfiyyat Nazirliyi (İran) İran Siyasəti Vikianbarda Ədliyyə Nazirliyi (İran) ilə əlaqəli mediafayllar var.
Azərbaycan SSR xalq ədliyyə komissarı
Azərbaycan ədliyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi. Həmin vaxtdan başlayaraq Azərbaycanın ədliyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) bu siyahıda göstərilib.

Digər lüğətlərdə