Elçin Mehman oğlu Əliməmmədov (18 avqust 1997, Zirə – 6 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Elçin Əliməmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 avqust 1997(1997-08-18) |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2020(2020-10-06) (23 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Horadiz əməliyyatı |
Təltifləri | 2020 2020 |
Elçin Əliməmmədov 1997-ci il avqustun 18-də Bakının Zirə qəsəbəsində anadan olub.[1]
Azərbaycan Ordusunun baş çavuşu olan Elçin Əliməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Horadiz kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əliməmmədov oktyabrın 6-da Horadiz əməliyyatı zamanı şəhid olub.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]