Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələkçi
Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Ələkçilər (Kurbe)
“Ələkçilər” (fr. Les Cribleuses de blé) — 1853 cü ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə realizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Nant İncəsənət muzeyində sərgilənən bu tablonun ölçüləri 131 × 167 sm-dir. Tablo Qüstav Kurbenin Ornan kənd həyatından bəhs edən silsilə əsərlərindəndir. == Süjeti == Kurbe əsərdə çətin kənd həyatını təsvir etməyə çalışmışdir. Digər tərəfdən isə o, çalışmışdır ki, təsvir olunan qadın əməyini bir o qədər də yorucu göstərməsin. Kurbe kənd qızının öz işinə həvəslə yanaşmasını lirik bir əhval ruhiyyədə təsvir etmişdir. O, məhdud qammalı rənglərdən istifadə edərək, mərkəzi fiquru isə qırmızı rəngli paltarda təsvir etmişdir. Kurbe bu əsərindəki personajları təsvir etmək üçün öz bacıları: Zoya (xəlbirli qız) və Jülyettadan ( yerdə oturaraq bğda arıtdayan) model kimi istifadə etmişdir.
Ələkli
Ələkli (əvvəlki adı: Əlikli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Əlikli kəndi Ələkli kəndi adlandırılmışdır.
Ələki Bahadır
Ələki Bahadır (–v.1351) — XIV əsrin 40-cı illərində Naxçıvan hakimi == Həyatı == Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbü əl-Əhəri və İran tarixçisi Zeynəddin Qəzvini XIV əsrin 2-ci yarısında İranda və Azərbaycanda baş vermiş hadisələrdən bəhs edərkən Ələki Bahadır haqqında məlumat vermiş, onun böyük qüdrət sahibi olduğunu qeyd etmişdir. Çobani əmiri Teymurtaşın qulamlarından olan Ələki Bahadır Çobani Məlik Əşrəf və Yağı Basdının 1343-cü il Təbriz yürüşündə fəal iştirak edib. 1346-cı ildə Məlik Əşrəf tərəfindən zindana salınmış,sonra azad edilərək başqa dövlət işinə cəlb olumuşdur. === Vəfatı === 1351-ci ildə Qarabağda iğtişaş qaldırmış Dəli Bəyazidin üzərinə göndərilən Ələki Bahadır onunla ittifaqa girmiş və az sonra öldürülmüşdür. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 124-125. ISBN 5-8066-1468-9.
Ələki karvansarası
Ələki karvansarası — Güney Azərbaycanda yerləşir. Bu Kərvansaray Mərəndin quzeyində Ələki düzündə Mərənd-Cülfa yolunun 23 kilometrliyindədir. Karvansarayın 702-ci ildə tikilməsi guman edilir. Bir neçə il öncəyə kimi karvansarayın giriş qapısından başlayaraq hündürlüyü 9 metrə kimi olan divarlar ucalırdı. Lakin baxımsızlıqdan divarlar uçmuş və abidə tanınmaz hala düşmüşdür. 2013-cü ildə abidənin bərpası üçün hazırlıqlar gedir.
Ələki karvansarayı
Ələki karvansarası — Güney Azərbaycanda yerləşir. Bu Kərvansaray Mərəndin quzeyində Ələki düzündə Mərənd-Cülfa yolunun 23 kilometrliyindədir. Karvansarayın 702-ci ildə tikilməsi guman edilir. Bir neçə il öncəyə kimi karvansarayın giriş qapısından başlayaraq hündürlüyü 9 metrə kimi olan divarlar ucalırdı. Lakin baxımsızlıqdan divarlar uçmuş və abidə tanınmaz hala düşmüşdür. 2013-cü ildə abidənin bərpası üçün hazırlıqlar gedir.
Albaniya Əməkçi Gənclər İttifaqı
Albaniya Əməkçi Gənclər İttifaqı (alb. Bashkimi i Rinisë së Punës së Shqipërisë) — Albaniya Əmək Partiyasının gənclər təşkilatı. 1949-cu ildə təşkil edilmişdir. Kommunist Albaniyada əsas siyasi təşkilatlar olmuşdur və Demokratik Cəbhənin bir hissəsi idi. İttifaqın yaşı on beşdən iyirmi beşə qədər olan 200 mindən çox üzvü var idi. İttifaqı bütün pioner təşkilatlarına nəzarət etmək, gənclər arasında partiya direktivlərini yerinə yetirmək, xüsusi təsərrüfat layihələri üzərində işləmək üçün əmək dəstələrini səfərbər etmək vəzifəsi daşıyırdı. Partiya və ya dövlət aparatında karyera qurmaq istəyənlər üçün ittifaqa üzvlük ilkin şərt idi.
Bələdçi
Bələdçi — yol göstərən, nabələd kimi isə yola müşayiət edən şəxs. Bələdçi — kiməsə yol göstərişi üçün müşayiət edən. Məsələn: dağlıq bələdçisi. Bələdçi — (dəmir yolu qulluqçusu). Bələdçi — yolda sərnişin vaqonunu müşayiət edən və sərnişinlərə xidmət edən dəmir yolu qulluqçusudur. Bələdçi — (elektrik Bələdçisi). Elektrik cərəyanını keçirən maddədir və ya belə maddədən istehsal edilmiş elektrik zəncirin elementidir. Bələdçi — zavod Bələdçisi Riqada yerləşmiş və XIX sonunda mövcud olmuş rezin məmulatlarının zavodudur. Bələdçi — Windows bələdçisi. Windows, explorer.exe istifadəçiyə fayllara giriş üçün qrafik interfeysi verən və Microsoft Windows əməliyyat sisteminin idarəsi altında işləyən kompüter proqramıdır, fayl meneceridir və iş stolu mühitidir.
Kələki
Kələki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. Eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir. == Tarixi == Kələki Ordubad rayonunun Dırnıs inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Uçurdağın ətəyindədir. Kənd öz adını yaxınlıqdakı məbəd xarabalığından almışdır. Oykonim ərəb dilindəki kələ (məbəd) və fars dilindəki kuh sözünun fonetik variantı olan ki (dağ) sözlərindən düzəlib, "məbəd dağı" mənasındadır.. == Əhalisi == 27 aqvust 1727-ci il tarixli "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (səh.
Mələkli
Mələkli — İğdır ilinin İğdır ilçəsində belde. == Coğrafyası == Bələdiyyənin qüzeyində Evci, Tacirli və Özdəmir; şərqində Qaraqoyunlu və Göyçəli; qərbində Ağyumaq və İğdır; güneyində isə Aşağıərhacı yer alır.
Pələkli
Pələkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kənd vaxtilə çoxlu pələng olan və buna görə də Pələngli adlanan binə yerində salın­dığı üçün belə adlandırılmışdır. Oykonimi XIX əsrdə Qazax qəzasında yaşamış quşçu icmasının pələkli tirəsinin adı ilə də əlaqə­ləndirirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sahilində, Şah­dağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Həsən Ayvazov Cəlil oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Əliyev Faiq oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Vaqif Rəhimov adına Pələkli kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Çəlləkçi
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Əlikli
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Ələtli
Ələtli — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ələtli oyk, düz. Hacıqabul r-nun eyniadlı i.ə.v-də kənd. Kəndin ilk sakinləri Ələt qəsəbəsindən köçüb gəlmələrdir. Oykonim "Ələtdən olanlar, Ələtdən gələnlər" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 415 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ələhi
Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi movqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.. == Əhalisi == Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. == Mədəniyyəti == Bist bələdiyyəsinin tərkibinə daxildir.
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Abdi İpəkçi
Abdi İpəkçi (9 avqust 1929, Konstantinopol – 1 fevral 1979, İstanbul) — Türkiyə jurnalisti, yazıçı. == Həyatı == Abdi İpəkçi ibtidai təhsil aldıqdan sonra Qalatasaray litseyini bitirmişdir. Bir müddət Hüquq fakültəsinə təhsil almışdır. "Yeni Səhər", "Yeni İstanbul" və "İstanbul Ekspress Qəzeti" kimi müxtəlif qəzetlərdə idman müxbiri, səhifə sekretarı və yazı işləri müdiri kimi çalışmışdır. Əli Naci Cüyürün nəşr etdirdiyi "Milliyyət" qəzetinin yazı işləri müdiri (1954), bir müddət sonra da ümumi nəşr müdiri olmuşdur. 1961-ci ildən qətlə yetirildiyi 1 fevral 1979-cu ilə qədər bu qəzetin redaktoru olmuş, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Mətbuat İnstitutu Qurumu, İstanbul Jurnalistlər Cəmiyyəti və Beynəlxalq Mətbuat İnstitutunun ikinci katibi, Mətbuat Şərəf Divanının ümumi katibi vəzifələrini də daşımışdır. Yazılarında Atatürkçülüyü, sülhü, düşüncə azadlığını, ölkənin müstəqilliyini və bütünlüyünü müdafiə etmişdir. == Sui-qəsd və ölümü == 1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5–6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır.
Fələki Şirvani
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. == Həyatı == Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Kələki körpüsü
Kələki körpüsü — Ordubad rayonunun Kələki kəndi ərazisində, Vənəndçayın üzərində Dəstə-Dırnıs-Rumus avtomobil yolunun 21 kilometrliyində yerləşən körpü. == Ümumi məlumat == Körpü ikiaşırımlıdır.Uzunluğu 30 paqonometrdir. XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Milli memarlıq simasını və möhkəmliyini qoruyub saxlamışdır. 1998-ci ildə bərpa edilmiş və yenidən qurulmuşdur. Kələki körpüsü vasitəsilə Ordubad rayonunun Pəzməri, Unus, Kələki kəndlərinin Dırnıs-Vənənd yolu ilə magistral yola çıxışı təmin olunmuşdur.
Lələkli (Qoşaçay)
Lələkli (fars. للكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,397 nəfər yaşayır (318 ailə).
Lələkli stafula
Tüklüquyruqlu mirikariya (lat. Myricaria alopecuroides) == Təbii yayılması == Şərqi Avropa, Orta Asiya, Monqoliya, Himalay, Pamir və Altay ərazilərində bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək, alçaq, şaxələnmiş, düz dayanan, az budaqlı koldur. Ətli gözəl zoğları göyümtül - yaşıl, zərif, çox xırda, sıx oturaq. növbəli yerləşmiş, ətli pulcuqvari görnüşlü yarpaqlarla örtülmüşdür. Maydan avqustadək çiçəkləyir. Xırda, zəif, çəhrayı çoxsaylı- ucda yığılmış sıx çiçəkləri sünbülvari və ya sallaq çiçək qrupları əmələ gətirir. Çiçəkləmə prosesində çiçək qrupları 3-5 dəfə uzanaraq 30-40 sm-ə çatır. Meyvələri eyni vaxtda yetişmir. Oktyabrda meyvələrin qutucuqları yetişdikdə açılır və zoğların ucunda yerləşən tükcüklər dəstəsi ―tülkü quyruqlarına‖ bənzəyir.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Haqqında == Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Yələkli (Qoşaçay)
Yələkli (fars. يلكلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (36 ailə).
İpəkçi (qəzet)
"İpəkçi" — Azərbaycanda nəşri davam edən sonuncu çoxtirajlı qəzet, sonuncu fəhlə qəzeti. == Tarixi == "İpəkçi" qəzeti 13 mart 1933-cü il tarixdən nəşr edilir. O vaxt qəzet "Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı" idi və ilk redaktoru Rəsul Rəsullu olmuşdu. Daha sonra isə — 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilmişdi. İkinci dünya müharibəsi illərində — 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra — 1958-ci ildə yenidən bərpa edilir. 1958–1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965–2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur. "İpəkçi" qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibəti ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Qəzetin 60 illik yubileyi münasibəti ilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır. === Azərbaycan Sovet mətbuatında ilk müstəqil qəzet === "İpəkçi" qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33–34 (1967–1968) saylı nəşrində, V. İ. Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl "Azərbaycan Kommunist partiyası V. İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı" olan bu qəzet, bu dəfə "Şəki ipəkçilərinin açıq tribunası" elan edilmişdir.
Əlməki (Sultaniyə)
Əlməki (fars. المكي‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 420 nəfər yaşayır (98 ailə).
Ələtli (kənd)
Ələtli - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı . Mənbədə Aletlu kimidir. XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumat görə kəndin əhalisi ermənilər idi. XVIII əsrin əvvəllərindən mə'lumdur. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Oyrat tayfasının Olet qolunun adını əks etdirir. Azərbaycanda Ələt (Qaradağ rayonu), Ələtli (Sabirabad rayonu), Gürcüstanda XIX əsrdə Siqnax qəzasında Alet-KariTürkmənistanda Alat, Dağıstanda Ələtlər, XVIII əsrdə Türkiyənin şərqində Aletlu kənd adları ilə mənşəcə eynidir.
Ələtli bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aleksi Mesxişvili
Aleksi Mesxişvili və ya Vladimir Sardionoviç, Lado Mesxişvili (gürc. ვლადიმერ [ლადო] სარდიონის ძე ალექსი-მესხიშვილი;16 (28) fevral 1857, Tiflis – 24 noyabr 1920, Tiflis) — Gürcü və rus teatr aktyoru və rejissoru, Gürcüstan SSR xalq artisti (1930, ölümündən sonra). == Həyatı == Aleksi Mesxişvili 1857-ci il 16 (28) fevralda Tiflisdə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini Tiflisdə aldıqdan sonra Moskva Universitetinin tibb fakültəsinə oxumağa yollanmışdır. Lakin xəstəlik üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalaraq Tiflisə qayıtdı. Tiflisdə müəllimliklə məşğul idi, rus həvəskar tamaşalarında iştirak edirdi. Mesxişvili 1881-ci ildən Tiflis gürcü dram teatrına daxil olur. 1887-1890-cı və 1906-1910-cu illərdə Moskva İncəsənət Teatrı (1906-1907) daxil olmaqla Rusiya teatrlarında çalışmışdır. 1890-1896-cı və 1910-1914-cü illərdə Tiflis Dram Teatrının rəhbəri, 1897-1906, Kutaisi Dram Teatrının rəhbəri olub. 1890-cı ildən rejissorluq fəaliyyəti ilə məşğul olmağa başlamışdır.
Aleksi Pitu
Aleksi Paul Pitu(5 iyun 2002, Karlsrue, Baden-Vürtemberq) — Rumıniya Liqa I təmsilçilərindən olan Vitorul Konstanta klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Rumıniyalı futbolçudur. == Klub karyerası == === Vitorul Konstanta === Pitu George Haci Akademiyası akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 12 iyul 2018-ci ildə Milli Divizion təmsilçisi olan Rasinq Lüksemburq klubuna qarşı oyunda etmişdir. O, 86-cı dəqiqədə İanis Hacini əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Vitorul rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.Pitu Rumıniya Liqa I-də debütünü isə 22 iyul 2018-ci ildə Dunarea Kalaraşi klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Mihai Vodutu əvəz etmişdir. Liqa I görüşündə Vitorul rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Pitu Karlsrue şəhərində anadan olmuşdur. O, keçmiş futbolçu olan George Pitunun oğludur. == Karyera statistikası == === Klub === 5 oktyabr 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir.
Avropa uleksi
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
Erekli (Bakalı)
Erekli (başq. Ерекле, rus. Зириклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kiləy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 22 km, kənd sovetliyindən (Kiləy): 11 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95 %) üstünlük təşkil edir.
Jozef Teleki
Jozef Teleki (mac. Teleki József; 24 oktyabr 1790, Peşt[d], Peşt medyesi – 15 fevral 1855 və ya 16 fevral 1855, Peşt[d], Peşt medyesi) — 1830-cu ildən Macarıstan Elmlər Akademiyasının ilk prezidenti vəzifəsində çalışmış Macarıstan hüquqşünası və tarixçisi. == Həyatı == Jozef Teleki nəcib kalvinist ailəsində anadan olmuşdur. 1842–1848-ci illərdə Transilvaniya qubernatoru kimi fəaliyyət göstərmişdi.
Lobelia telekii
Lobelia telekii (lat. Lobelia telekii) — zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü.