ÜÇ…

тре …, трёх … (первая составная часть сложных слов, обозначающая:
1) имеющий три одинаковых признака предмета. Üçtelli трёхструнный
2) состоящий из трёх частей, разделов и т.п. Üçhecalı трёхсложный и т.д
ÜÇ
ÜÇ-DÖRD
OBASTAN VİKİ
Doxsan üç
Doxsan üç — say sistemində ədədlərdən biridir. Doxsan ikidən sonra, doxsan dörddən əvvəl gəlir. Doxsan üç ədədi — tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
On üç
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
Otuz üç
Otuz üç — say sistemində ədədlərdən biridir. Otuz ikidən sonra, otuz dörddən əvvəl gəlir. Otuz üç ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx üç
Qırx üç — say sistemində ədədlərdən biridir. Qırx ikidən sonra, qırx dörddən əvvəl gəlir. Qırx üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən üç
Səksən üç — say sistemində ədədlərdən biridir. Səksən ikidən sonra, Səksən dörddən əvvəl gəlir. Səksən üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş üç
Yetmiş üç — say sistemində ədədlərdən biridir. Yetmiş ikidən sonra, yetmiş dörddən əvvəl gəlir. Yetmiş üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Üç Bela
Üç Bela — 1998-ci il Ozan Arifin Destanlar Konuşuyor albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Ozan Arifə aiddir. Mahnı ABŞ, Rusiya və Çinin işğalçı siyasətini tənqid edir.
Üç F
Üç F — (port. "Três F" (Futebol, Fado e Fátima) "Futbol, Fado və Fatima" mənalarını bildirən ifadə, sosial fenomen. Portuqaliyada "Yeni Dövlət" (Estado Novo) avtoriatar rejimi dövründə, xüsusiylə 1951-ci ildən etibarən prezident Antoniu di Oliveyra Salazar dövrünü nəzərədə tutan bu ifadə, ölkədə sabitliyi saxlamaq üçün dövlətin istifadə etdiyi vasitə kimi nəzərdə tutulur. Futbol — Böyük böhran sonrası Latın Amerika və bir sıra Avropa ölkələrində ortaya çıxan ideoloji-siyasi hərəkatlardan geniş kütlələri yayındırmaq üçün dövlət əhalini futbola cəlb etməyə çalışırdı. Belə ölkələrdə iki klub arasındakı rəqabət daim önplanda saxlanılır, əhalinin, xüsusiylə də gənclərin mühabisə, müzakirə mövzusuna çevrilirdi. Portuqaliyada Sporting və Benfika klubları arasındakı rəqabəto dövrdən bəri davam etməkdədir. Fado — Portuqal gitarası müşayətində bir nəfər tərəfindən ifadə edilən, mövzusu hüzunlu olan tipik portuqal xalq musiqisi. Fatima — Portuqaliyanın mərkəzində yerləşərən Fatima adlı tarixi qəsəbədə, 1917-ci ildə 3 uşağın Bakirə Məryəmi görmələri barədə iddiaları, və bu dövrdə baş verən bəzi təbiət hadisələrinin xalq arasında ajiotaj yaradır. Daha sonrakı illərdə Vatikan bu hadisəni möcüzə kimi qəbul edir və Fatima kəndində baş verənləri ilahi mesaj və müqəddəs hesab etdiyini elan edir. Bu konteksdə "Fatima" sözü dinə, dini fanatizmə işarə edir.
Üç Paşa
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Üç alov
Üç alov (rus. Три огня) — Azərbaycan rok qrupu. 1967-ci ildə ADNA-nın tərkibində Çingiz Ədibin rəhbərliyi ilə yaradılıb. Qrup üzvləri "Beatles" qrupu tərzində bir qrup yaratmaq istəyirdilər. Lakin həmin dövrdə onların musiqi texnikası olmadığı üçün həmin qrupu təqlid etmək asan deyildi. Qrupa məşqlər üçün verilən yerin isə təmirə ehtiyacı var idi. Onlar çətinliklə olsa da, oranı təmir etdirdilər və demək olar ki, yenidən qurdular. Qrup Bakının üç alov simvolu ilə əlaqəli olaraq "Üç alov" ("Tri oqnya") adlandırıldı. Qrupun üzvləri Çingiz Ədib (solo gitara, vokal), Rüfət Kərimov (bass gitara), Pərviz Bayramov (orqanola), Pərviz Ədib (zərb alətləri) idi. Çingiz Ədib qrupun yeni fəaliyyət vaxtlarını belə xatırlayır: "Ansamblımızı təşkil edəndən sonra biz sakitcə işləməyə başladıq.
Üç bacı
3 bacı (film, 2012-2014) — teleserial. Üç bacı adından göründüyü kimi üç bacıdan bəhs edir. Üç bacı (pyes) — rus yazıçı Anton Çexovun pyesi. Üç bacı – Azərbaycanın milli mətbəxinə aid olan Badımcan dolmasının ikinci adı.
Üç dükan
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Üç musiqiçi
Üç musiqiçi (isp. Tres músicos) — Dieqo Velaskes tərəfindən çəkilmiş yağlı boya rəssamı. Dərinlik hifzi yaratmaq üçün işıqkölgə adlı barokkonun texniki işənilib.
Üç muşketyor
Üç muşketyor(fr. Les Trois Mousquetaires)— Aleksandr Düma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış roman. Bu romanda XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və Qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edilir. Dartanyan başlıqda göstərilən üç muşketyordan biri deyil, muşketyorlar onun dostları olan, hamı bir nəfər üçün, bir nəfər hamı üçün ("tous pour un, un pour tous") şüarı ilə yaşayan ayrılmaz dostlar Atos, Portos və Aramisdir. Dartanyanın hekayəsi İyirmi il sonra və Vikont de Brajelon:On il sonra romanlarında davam edir. Düma tərəfindən yazılmış bu üç roman birlikdə Dartanyanın romansları kimi tanınır. Üç muşketyor ilk dəfə 1844-cü ilin mart iyul ayları arasında Fransanın Əsr (fr. Le Siècle) qəzetində ardıcıl formada nəşr olunub. Aleksandr Düma Üç muşketyoru yazdığı vaxtlarda qılıncoynatma ilə məşğul olub və Cozef Çarlemont (fransız ordusunda ixtisaslı qılıncoynatma təlimçisi olub) Çarlz Lekour və Mişel Casseuxun Savate və Kan de Kombat dərslərində iştirak edib. Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur.
Üç oxlar
Üç pəncə
Üç pəncə — iki hissəli yallı rəqsi. Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında "üç pəncə" yallısını qurur. "Üç pəncə" rəqsinə sonralar "Axsaq yallı" adını da vermişlər. Bəzi bölgələrdə yallı "Çolağı" adı ilə də tanınır. Bu yallı həm Naxçıvanda (Şərur rayonu və ətraf kəndlər), həm də İrəvan bölgəsində maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs sakit və yeyin hissələrdən ibarətdir.
Üç tenor
Üç tenor — ispan opera müğənniləri Plaçido Dominqo, Xose Karreras və italyan opera müğənnisi Luçano Pavarottinin birlikdə tarixi çıxışlarına verilən ad.
Üç Üqnum
Üç üqnum (ərəb dilində üqnum أقنوم, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər. Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir. Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir. Ümumiyyətlə, pravoslav, katolik və protestant olmaqla bütün xristian kilsələri Üç üqnum əqidəsini qəbul edirlər.
İyirmi üç
İyirmi üç — say sistemində ədədlərdən biridir. İyirmi ikidən sonra, İyirmi dörddən əvvəl gəlir. İyirmi üç ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli üç
Əlli üç — say sistemində ədədlərdən biridir. Əlli ikidən sonra, əlli dörddən əvvəl gəlir. Əlli üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Üç-Ovlaq
Üç-Ovlaq (qum. Уьч-Авлакъ, rus. Уч-Авлак), indiki rusca rəsmi adı Первомайское (Bir may kəndi) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Qayakənd rayonunda yerləşən bir kənd. Üç-Ovlaq kumıklar ovlağı kimi yaranmış yaşayış məntəqəsidir. 1928-1929 illərdə SSRİ hökuməti bu ovlağa darginləri köçürtdü, 1930 ildə isə özbaşına 10 böyük rus ailəsi də bura yaşamağa köçdülər. 1957-ci ildə çeçenləri bu kəndə köçürdərək kommunist bayramı olan 1 may şərəfinə Первомаское adını qoydular.
Üç Kuruş
Üç kuruş, rejissoru Sinan Öztürk olan, ssenari müəllifi Damla Serim və Eset Akçilad olan, ilk bölümü 1 noyabr 2021-ci ildə yayımlanan, Ay Yapım imzası ilə çəkilmiş, aksiyon, dram və detektiv janrında Türkiyə istehsalı olan televiziya serialıdır. Baş rolları Uraz Kaygılaroğlu, Ekin Koç və Necip Memili paylaşır. Çaka ailəsinin böyük oğlu Qartalın idarə etdiyi Çınqıraklı məhəlləsində İrfan adlı serial qatil tərəfindən bir-birinin ardınca qətllər törədilir. Qartal qatili tapmaq üçün Mütəşəkkil Şöbə Müvəkkili Efe ilə əməkdaşlıq edir və onlar qatili tutmağa çalışırlar. Serial İstanbul'un Fatih səmtinin Balat səmtində və Sarıyer mahalının Çayırbaşı səmtində çəkildiyi halda, bəzi səhnələr Beykozdakı köhnə ayaqqabı fabrikində cərəyan edir. Qartal Çaka (Uraz Kaygılaroğlu): Çıngıraklı məhəlləsinin lideridir. Efe Tekin (Ekin Koç): O, Mütəşəkkil Büronun üsyankar, idealist komissarıdır. Bahar Yöndel (Nəsrin Cavadzade): Nezih'in qızıdır. Leyla Çaka (Aslıhan Malbora): Qartal'ın bacısıdır. Oqtay Çaka (Civan Canova): Qartal'ın atasıdır.
Üç nöqtə
İki nöqtə — sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, ümumiləşdirici sözdən sonra iki nöqtə (:) qoyulur. "O bir sıra islahatlar: pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş vermişdir." Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və cümlə üzvlərindən əvvəl iki nöqtə qoyulur. "Camaat arasında belə bir inam var: "Dost üzünə açılan süfrə həmişə bərəkətli olar"" (S. Rəhimov). "Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə." Üç nöqtə – adətən, yarımçıqlığı (tamamlanmamanı) bildirmək üçün istifadə olunan üç nöqtədən ibarət qrup (…). Çap mətnində bir və ya bir neçə sözün buraxıldığını göstərir. Qrafik interfeysli proqram məhsullarında menyu komandasının sonundakı üçnöqtə onu göstərir ki, o, seçildikdə dialoq pəncərəsi açılacaq. Proqramlaşdırma dilləri üzrə soraqçalarda və tətbiqi proqramların istifadəçi üçün təlimatlarında üçnöqtədən deyimin, funksiyanın və ya komandanın sintaksisinin təsvirində sintaksisin müəyyən elementlərinin təkrarlana bilməsini göstərmək üçün istifadə edilə bilər. Sitat daxilində göstərilən hissəyə qədər olan hissə verilmirsə, özündən əvvəl, özündən sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. "Nəriman Nərimanov yazır: "Bu zamanda mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar…"" O cümlədən yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur (əksərən, subyektiv və köşə yazılarında).
Cümhuriyyətə doğru üç addım (film, 2008)
Film Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə ithaf olunub. Filmdə şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cumhuriyyətinin qurulmasında Gəncənin rolundan bəhs edilir. Filmdə ilk dəfə olaraq bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov tərəfindən bəstələnən, Nuru Paşanın şərəfinə 1919-cu ildə Gəncədə səsləndirilmiş "Türk marşı" da yer almışdır. Titrlərdə "film" əvəzinə flim yazılmışdır.
Cümə, ayın 13-ü. Üçüncü hissə (film, 1982)
Cümə, ayın 13-ü. Üçüncü hissə (ing. Friday the 13th Part III) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir. Ceyson Vurhiz bu seriyada ilk dəfə olaraq hokkey maskası taxmış və bu maska ilə filmin digər seriyalarında iştirak etmişdir. Filmin bu seriyası kinoteatrlarda 3D formatında göstərilmiş ilk hissəsidir.
Cənub Üçbucağı (bürc)
Cənub Üçbucağı (lat. Crux) - göyün cənub yarımkürəsində bürc.
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...
Dostluq üçün futbol
Dostluq üçün futbol (ing. Football for Friendship) — "Qazprom"—İSC tərəfindən həyata keçirilən illik beynəlxalq uşaq sosial proqramıdır. Proqramın məqsədi —futbol vasitəsilə, yeniyetmə nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, "Dostluq üçün futbol" dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər. Proqrama FİFA, UEFA, BMT, Olimpiya və Paraolimpiya Komitetləri, ölkələrin başçıları, hökumətlər və müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq xeyriyyə fondları, ictimai təşkilatlar, dünyanın aparıcı futbol klubları dəstəkləyirlər. Proqramın qlobal operatoru AQT (Rusiya) Rabitə qrupudur. "Dostluq üçün futbol" ilk beynəlxalq uşaq forumu 25 may 2013-cü ildə Londonda keçirilib. Burada 8 ölkədən: Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniyadan 670 uşaq iştirak edib. 2018-ci ildə futbol üzrə dünya çempionatı ma tçlarını qəbul edən 11 Rusiya şəhərindən 11 futbol komandası Rusiyanı təqdim edirdilər. Forumda həmçinin "Zenit", "Çelsi", "Şalke 04", "Srvena Zvezda" klublarının yeniyetmələr komandaları, "Qazprom" ASC-nin uşaq spartakiadasının qalibləri, "Fakel" festivalının laureatları iştirak edirdilər.
Doxsan üçüncü il (roman)
Doxsan üçüncü il (fr. Quatrevingt-treize) — Viktor Hüqonun Böyük Fransa inqilabının son günləri haqqında qələmə aldığı axırıncı romanı. "93-cü il" romanı demək olar ki, Viktor Hüqonun yaradıcılığına yekun vuran axırıncı böyük əsəridir. Bu roman bir tarixi əsər olmaqdan başqa Viktor Hüqonun ümumi humanist görüşlərinin silsiləsində müəyyən dərəcədə xüsusi bir həlqəyə çevrilmişdir. Əsər iki dünyagörüşü, tarixə iki baxış və bir-birindən diametral surətdə fərqlənən müxtəlif dəyərlər sistemi arasında olan amansız mübarizədən bəhs edir. Markiz de Lantenak köhnə rejimin mücəssiməsidirsə, onun qardaşı oğlu özündə respublikaçıların inqilabi ideyalarını və yeni dövrü əks etdirir. Romanda, həmçinin Fransa İnqilabının üç əsas xadimi – Marat, Danton və Robespyerin də fəaliyyəti barədə söhbət açılıb... Kitab ilk dəfə 1874-cü ildə Fransada nəşr edilib. Roman Azərbaycan dilinə ilk dəfə Mikayıl Rəfili tərəfindən rus dilindən tərcümə edilib və 1948-ci ildə Bakıda nəşr edilib. Nigar Rəfibəyli tərəfindən edilən tərcümə Əkbər Ağayevin ön söz müəllifliyi və redaktorluğu ilə Bakıda, əvvəlcə kiril qrafikalı Azərbaycan əlifbası ilə, daha sonra Əsgər Quliyevin redaksiya heyəti baş redaktorluğu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə 2006-cı ildə Çaşıoğlu nəşriyyatında, 256 səhifədə, "Dünya Ədəbiyyatı" seriyasından, 5000 tirajla, 2015 və 2017-ci illərdə isə Bakı Kitab Klubunda 328 səhifədə, 100 tirajla çap edilib.
Drakula üçün qan (film, 1974)
Drakula üçün qan (ing. Blood for Dracula) — 1974-cü ildə istehsal olunmuş filmdir. Drakula üçün qan — Internet Movie Database saytında.
Dövlət və Sənaye Rəhbərləri üçün Kolumb Qlobusu
Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu (həmçinin Hitlerin Qlobusu və ya Fürer Qlobusu kimi tanınan) şəxsən Adolf Hitler və Nasional Sosialist Alman Fəhlə Partiyası üçün dizayn edilmiş qlobus idi. Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu 1930-cu illərdə Berlində hazırlanmış və Hitlerin vaxtının böyük bir hissəsini keçirdiyi ofisində yerləşirdi. Qlobus komediyaçı Çarli Çaplinin 1940-cı ildə rol aldığı Böyük diktator (film, 1940) filmində nümayiş etdirildikdən sonra Amerika Birləşmiş Ştatlarında geniş tanınmışdır. Üç məddah (film) adlı komediya qrupu özlərinin istehsal etdiyi daha 2 qısametrajlı filmdə qlobusu gülüş hədəfi etmişdir. İki məhdud buraxılışdan biri Adolf Hitlerin yayda geri çəkilməsindən sonra Amerika ordusunun xüsusi nümayəndəsi olan Con Barsamiya tərəfindən oğurlanmış və 60 il sonra San-Fransiskoda keçirilən auksionda qlobus 100.000 $ dəyərində satılmışdır. Hitlerin ofisində yerləşmiş bu qlobus üzərində Efiopiyanı İtalyan Şərqi Afrika ilə dəyişdirdi və qlobus həmçinin özünün ölçüsü və eləcə də istehsal dəyəri ilə tanınmışdır. Qlobusun iki məhdud buraxılışı 1930-cu illərdə Berlində hazırlanmışdır. Bunlardan biri Nasional Sosialist Alman Fəhlə Partiyası üçün, ikincisi isə şəxsən alman diktatoru Adolf Hitler üçün hazırlanmışdır. Fürer üçün hazırlanmış qlobusun ölçüsü təxminən Volkswagen maşınının ölçüsü həcmində idi və böyük məsrəf hesabına istehsal olunmuşdur. O, Abissiniyanı (İndiki Efiopiya) İtalyan Şərqi Afrika ilə dəyişdirmişdir.
Dövri sistemin üçüncü periodu
3-cü period elementləri — üçüncü periodda yerləşən elementlərdir. Bu periodda 8 element yerləşir.
Düzbucaqlı üçbucaq
Düzbucaqlı üçbucaq—bucaqlarından biri düz bucaq (90⁰) olan üçbucağa deyilir. Düzbucaqlı üçbucaqda düz bucaq qarşısındakı tərəf hipotenuz, ona bitişik tərəflər, yəni iti bucaqlar qarşısında duran tərəflər isə katetlər adlanır. Pifaqor teoreminə görə düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. a²+b²=c² Katetləri bərabər olan düzbucaqlı üçbucaq bərabəryanlı düzbucaqlı üçbucaq adlanır. Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90°-yə bərabərdir. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir. Bərabəryanlı düzbucaqlı üçbucağın iti bucaqlarının hər biri 45°-yə bərabərdir. Bərabəryanlı düzbucaqlı üçbucaqda hipotenuz katetin kök altında iki mislinə bərabərdir. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir.
Düzgün üçbucaq
Düzgün üçbucaq, yaxud bərabərtərəfli üçbucaq - bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Tərifdən aydın olur ki, düzgün üçbucaq həm də bərabəryanlı üçbucaqdır. İstənilən bucaqdan qarşı tərəfə endirilmiş hündürlük, həm median, həm də həmin bucağın tənbölənidir (düstur aşağıda verilmişdir).; Düzgün üçbucağın bucaqlarının hər biri 60°-dir. (Teorem: Üçbucaqda istənilən iki tərəfin qiyməti eyni və onlar arasındakı bucaq 60°-dirsə, deməli, bu üçbucaq bərabərtərəflidir/düzgündür) Tutaq ki, n {\displaystyle n} düzgün üçbucağın tərəfi, R {\displaystyle R} — xaricə çəkilmiş çevrənin radiusu, r {\displaystyle r} isə daxilə çəkilmiş çevrənin radiusudur. Daxilə çəkilmiş çevrənin onun tərəfi ilə əlaqəsi: r = 3 6 n {\displaystyle r={\frac {\sqrt {3}}{6}}n} . Xaricə çəkilmiş çevrənin onun tərəfi ilə əlaqəsi: R = 3 3 n {\displaystyle R={\frac {\sqrt {3}}{3}}n} . Düzgün üçbucağın perimetri: P = 3 n = 3 3 R = 6 3 r {\displaystyle P=3n=3{\sqrt {3}}R=6{\sqrt {3}}r} . Düzgün üçbucağın hündürlüyü: h = 3 2 n {\displaystyle h={\frac {\sqrt {3}}{2}}n} , Düzgün üçbucağın sahəsi aşağıdakı düsturlarla hesablanır: S = 3 4 n 2 = 3 3 4 R 2 = 3 3 r 2 {\displaystyle S={\frac {\sqrt {3}}{4}}n^{2}={\frac {3{\sqrt {3}}}{4}}R^{2}=3{\sqrt {3}}r^{2}} .
Düzgün üçbucaqlı
Düzgün üçbucaq, yaxud bərabərtərəfli üçbucaq - bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Tərifdən aydın olur ki, düzgün üçbucaq həm də bərabəryanlı üçbucaqdır. İstənilən bucaqdan qarşı tərəfə endirilmiş hündürlük, həm median, həm də həmin bucağın tənbölənidir (düstur aşağıda verilmişdir).; Düzgün üçbucağın bucaqlarının hər biri 60°-dir. (Teorem: Üçbucaqda istənilən iki tərəfin qiyməti eyni və onlar arasındakı bucaq 60°-dirsə, deməli, bu üçbucaq bərabərtərəflidir/düzgündür) Tutaq ki, n {\displaystyle n} düzgün üçbucağın tərəfi, R {\displaystyle R} — xaricə çəkilmiş çevrənin radiusu, r {\displaystyle r} isə daxilə çəkilmiş çevrənin radiusudur. Daxilə çəkilmiş çevrənin onun tərəfi ilə əlaqəsi: r = 3 6 n {\displaystyle r={\frac {\sqrt {3}}{6}}n} . Xaricə çəkilmiş çevrənin onun tərəfi ilə əlaqəsi: R = 3 3 n {\displaystyle R={\frac {\sqrt {3}}{3}}n} . Düzgün üçbucağın perimetri: P = 3 n = 3 3 R = 6 3 r {\displaystyle P=3n=3{\sqrt {3}}R=6{\sqrt {3}}r} . Düzgün üçbucağın hündürlüyü: h = 3 2 n {\displaystyle h={\frac {\sqrt {3}}{2}}n} , Düzgün üçbucağın sahəsi aşağıdakı düsturlarla hesablanır: S = 3 4 n 2 = 3 3 4 R 2 = 3 3 r 2 {\displaystyle S={\frac {\sqrt {3}}{4}}n^{2}={\frac {3{\sqrt {3}}}{4}}R^{2}=3{\sqrt {3}}r^{2}} .
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Ermənistan vətəndaşları üçün viza tələbləri
Ermənistan vətəndaşları üçün viza tələbləri — digər dövlətlərin hökumətləri tərəfindən Ermənistan vətəndaşlarına tətbiq olunan inzibati giriş məhdudiyyətlərdir. Henley Passport İndeksinə əsasən, 7 yanvar 2020-ci il tarixinə qədər Ermənistan vətəndaşları səyahət azadlığı üzrə 81-ci yeri tuturlar, onlar 62 ölkə və əraziyə vizasız və ya vizanı girişdə almaqla daxil ola bilərlər.
Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır. "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
Esme üçün – məhəbbət və səfalətlə
Esme üçün – məhəbbət və səfalətlə və ya digər adı ilə Esme üçün – məhəbbət və yoxsulluqla (ing. For Esmé – With Love and Squalor) — ABŞ yazıçısı Cerom Selincerin ən çox tanınan hekayələrindən biri. İlk dəfə “The New Yorker” jurnalının 8 aprel 1950-ci il tarixində nəşr edilən nömrəsində nümayiş edilmişdir. Hekayədə II Dünya Müharibəsi əsnasında Avropada döyüşən Amerika baş serjantı İksdə yaranan ruhi özünüidarəetmə pozğunluqlarından, Esme ve Çarlz adlı iki ingilis bacı-qardaşının ona göstərdiyi sevgi nəticəsində sağalmasından və daxili rahatlıq əldə etməsindən bəhs edilir. İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarında ən çox tanınan və əsərləri bəyənilən yazıçılardan biri olan Selincerin bir çox əsərlərinin əsas fikri “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsinin mövzusu ilə oxşardır. Yazıçının əsərlərində bildirdiyi əsas fikir bu cürdür: “İstənilən bir şəxs məhəbbətsiz yaşaya bilməz.” Selincer Amerika ordusunda xidmət etdiyi və Normandiya əməliyyatında iştirak etdiyi üçün hekayə ilk dəfə nəşr olunanda əsərin avtobioqrafik hekayə olduğu iddiaları irəli sürüldü. Yazıçı “hekayəni müharibədə yaşadığı pis təcrübələr nəticəsində yazdığı” iddialarını rədd etdi. İki hissəli hekayənin ilk hissəsində müəllifin on üç yaşlı qız övladı Esme və onun qardaşı Çarlzla tanış olmasından bəhs edilir. Esme müəllifin yazıçı olduğu öyrənəndə ondan özü üçün səfalətlə əlaqəli bir hekayə yazmağını xahiş edir. Hekayənin səfalətdən bəhs edən ikinci hissəsində hadisələr Normandiya əməliyyatından sonra Almaniyada baş verir.
GSM-mobil rabitə üçün qlobal sistem
Global System for Mobile Communications (abr. GSM; azərb. Mobil Rabitə üzrə Qlobal Sistem‎) — Avropa Telekommunikasiya Standartları İnstitutu (ATSİ) tərəfindən mobil telefon və planşetlər kimi mobil cihazlar tərəfindən istifadə edilən ikinci nəsil (2G) rəqəmsal mobil şəbəkələr üçün hazırlanmış protokollar standartı. "GSM" həm də "GSMA"ya məxsus əmtəə nişanıdır. "GSM" həmçinin, "Full Rate" səs kodekinə də aid edilir. Bu, ilk dəfə 1991-ci ilin dekabrında Finlandiyada tətbiq edilmişdir. 2010-cu illərin ortalarında 90%-dən çox bazar payına çatmış, 193-dən çox ölkə və ərazidə fəaliyyət göstərən mobil rabitə üçün qlobal standarta çevrilmişdir. "GSM" sistemləri və xidmətləri "ETSI" tərəfindən idarə olunan bir sıra standartlarda təsvir edilmişdir. 2G şəbəkələri birinci nəsil (1G) analoq mobil şəbəkələri əvəz etmək üçün hazırlanmışdır. "GSM" standartı əvvəlcə tam dupleks səsli telefoniya üçün optimallaşdırılmış rəqəmsal, dövrə keçidli şəbəkəyə aid edilirdi.
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Gizli qalada üç əclaf (film, 1958)
Gizli qalada üç əclaf (yap. 隠し砦の三悪人) — rejissor Akira Kurosavanın filmi. Filmin əvvəlində iki bədbəxt kəndli Tahey və Matasiti döyüş meydanından qaçırlar. Evə aparan yolu tapmağa çalışan kəndlilər general Rokurota Makabe ilə rastlaşırlar. O, taxtdan salınmış kral ailəsinin şahzadə xanımını gizli surətdə təhlükəsiz əraziyə köçürmək istəyir. Daha sonra satın alınaraq bir qul alverçisinin karvansarasının həyətində saxlanılan fermer qızı da onlara qoşulur. Çox keçmir ki, kəndlilər də onlara qoşulur. Lakin əvvəlcədən nəzərdə tutulmamış bu hal generalın işlərini çətinliyə salır. Hətta iş o yerə gəlib çatır ki, kəndlilər şahzadənin qızıllarını götürüb aradan çıxmağa çalışırlar. Beşlik ümidsiz halda çətin bir qərar qəbul edirlər.
Gödəkli (Üçkilsə)
Gödəkli — Körpübasar mahalında İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. Kənd 1918-ci ildə dağdılmışdır.
Hacıqara (Üçkilsə)
Hacıqara, Hacı Qara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 9 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş, «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Hacı Qaralı kimi, Qafqazın 5 verstlik xəritəsində Hacı Qara formasında qeyd edilmişdir. Toponim Qara Hacılı türk etnoniminin əsasında əmələ gəlmişdir. Qara Hacılı etnonimi inversiyaya uğrayaraq Hacı Qara, Hacı Qaralı formasma çevrümişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aygeşad qoyulmuşdur. Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1829-cu ildə İranın Xoy vilayətindən köçürülmüşdür.
Hamı bir nəfər üçün (film, 1984)
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Həyat üçün təhlükəlidir! (film, 1985)
"Həyat üçün təhlükəlidir!" (rus. Опасно для жизни!) — rejissor Leonid Qaydayın filmi. Spartak Molodsov heç nəyə biganə qala bilməyən insandır. Buna görə də onun başına həmişə qeyri-adi bir hadisə gəlir. Bir gün səhər o, yolda üstü açıq qalmış yüksək gərginlikli xəttə rast gəlir və insanları oradan uzaqlaşdırmağa çalışır. Elə bu da Molodsovun işə gecikməsinə səbəb olur. Onun işə vaxtında gəlməməsi hər şeyi alt-üst edir. Hətta onun yeni müdiri bürokrat Andrey Pavloviç Peredelkin Molodsovsuz qərar qəbul etməyə cürət etmir. Filmin rejissoru Leonid Qayday bu süjet xəttini bir qədər özünəməxsus şəkildə dinamikləşdirmiş və satiradan ibarət ekssentrik komediya yaratmışdır. Filmin çəkilişləri Çernovsı və Kamenes-Podolski şəhərlərində aparılmışdır.

Digər lüğətlərdə