Uc sözü ilə qohumdur. Say sistemində ilk dəfə son ədəd məhz üç olub, ondan sonrakı ədədlər adamlara məlum olmayıb; mənası “sonuncu ədəd” deməkdir. Uc sözünün başqa mənaları da mövcud olub: səbəb, hündür, sonluq. Uc-a sözü “ucu hündür olan” kimi başa düşülə bilər. Güman edirəm ki, uçmaq feili də uca sözü ilə qohumdur: uçmaq “ucadan (hündürdən) aşağıya doğru enməkdir, dağılmaqdır”. Üçün qoşması da səbəb mənası verən üç (uc) kəlməsindən törəyib: ya üç (uc) sözü ad-feil omonimi olub, ya da üçün sözündəki -ün şəkilçisi adlardan yeni söz də düzəldə bilib. Ucbat (üz, uc) sözü də səbəb mənası ilə bağlıdır; sənin ucbatından (üzündən, ucundan) birləşməsi məhz səbəb anlamı ilə bağlıdır. “İlk” sözü isə ilişmək kəlməsinin kökü olan il feili ilə bağlıdır: “sonrakıları əlaqələndirən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)