ÇILPAQ

прил. 1. кьецӀил, кьацӀул (нугъ.); çılpaq uşaq кьецӀил аял; // нареч. кьецӀила, кьецӀилдаказ, пекер алачиз; çılpaq yatmaq кьецӀила ксун; 2. пурар, палан алачир (мес. балкӀан); 3. пер. ттар-вал, векь-хъач авачир, кьуру (мес. баябан); 4. пешер алачир ва я пешер авахьнавай (мес. ттар); 5. пер. юхсул, пек-лек алачир; 6. пер. са алавани галачиз, са затӀни артух тавуна, гьикӀ аватӀа-гьакӀа (мес. фикир лугьун).
ÇILĞINLIQ
ÇILPAQCA
OBASTAN VİKİ
Uzanmış çılpaq
Uzanmış çılpaq (fr. Nu Couché) — italyan rəssamı Amadeo Modilyaninin 1917–1918-ci illərdə çəkdiyi rəsm əsəri. Dünyanın ən çox sərgilənən rəsm əsərlərindən biri sayılır. Bu rəsm əsəri hazırda dünyanın ən bahalı rəsm əsərlərinin siyahısında doqquzuncu yeri tutur. 9 noyabr 2015-ci ildə "Uzanmış çılpaq" əsəri Nyu-Yorkdakı "Kristis" hərracında 170,405,000 ABŞ dollarına satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.
Çılpaq Maxa
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Çılpaq Maya

Çılpaq atşabalıdı
Çılpaq atşabalıdı (lat. Aesculus glabra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. Şimali Amerikanın şərqində meşələrdə yayılmışdır. Mədəni şəraitdə 1809-cu ildən becərilir. Avropa, Orta Asiyanın və Şimali Amerikanın botanika bağlarında yayılmışdır. Hündürlüyü 10 (20) m-ə catan, yarpağı tökülən, dekorativ ağacdır. Çətiri gözəl yarpaqlı və özünəməxsus yumşaq iynəli, çıxıntılı meyvəlidir. Ləçəklərinin sarımtıl, meyvə səthinin kələ-kötür olması ilə fərqlənir. Yarpaqları növbəli və ya qarşı-qarşıya düzülməklə lələkvari, ikiqat lələkvari, üçyarpaqlı və ya sadədir. Əsasən birevlidir.
Çılpaq biyan
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü. Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır.
Çılpaq bugenvilleya
Çılpaq bugenvilleya (lat. Bougainvillea glabra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü.
Çılpaq bənövşə
Çılpaq bənövşə (lat. Viola epipsila) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Çoxillik bitkidir. Hündürlüyü 8-15 sm olur. Yarpaqları azacıq dairəvidir. Yarpaqların yuxarı hissəsi daha çox hamardır. Çiçəkləri zəif iyli olur və rəngi göyə çalır, ölçüsü isə mahmızla birlikdə 1,5-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Vegetativ yolla çoxalır. Geniş yayılmasına baxmayaraq, çılpaq bənövşə Polşanın Qırmızı kitabına salınıb.
Çılpaq dorema
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Çılpaq dəmirsəhləb
Çılpaq dəmirsəhləb (lat. Gymnadenia conopsea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dəmirsəhləb cinsinə aid bitki növü. Hündürlüyü 25-60 sm olan, çoxillik bitkidir. Kök yumruları 3-6 bölümlüdür. Gövdəsi əsasından qonur qına bürünmüşdür. Yarpaqları xətvari-neştərşəkilli, ucu sivriləşmiş, eni 2,5 sm-ə qədərdir, yuxarı yarpaqları xırdadır. Çiçək qrupu silindrikdir çoxçiçəkli, uzunluğu 15 sm-ə qədər olan, sıx sünbülcükdür. Çiçək altlığı ellipsvarineştərşəkillidir, sivridir, yuxarıdakılar çiçəkdən qısa, aşağıdakılar isə uzundur. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və yaxud enliyumurtaşəkilli, bənövşəyi-çəhrayı və ya açıq bənövşəyi-qırmızıdır, gözəl ətri var. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Çılpaq gəvən
Çılpaq herniyar
Çılpaq herniyar (lat. Herniaria glabra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin herniyar cinsinə aid bitki növü.
Çılpaq məmurlar
Çılpaq məmurlar (çin sadələşdirilmiş heroqliflərlə裸体官员, pinyin luŏtĭ guānyuán) — ailəsi ölkə hüdudlarından kənarda yaşayan, əmlakı da xaricdə yerləşən və ailə üzvlərinin adına qeydiyyata alınmış dövlət qulluqçularını bildirən Çin neologizmi. ÇXR İctimai Elmlər Akademiyasının qiymətləndirməsinə görə, çinli məmurların təxminən 40%-nin ailəsi və uşaqları Çinin qitədə olan ərazisindən kənarda yaşayır. Əmlakın xaricə köçürülməsi və ailənin də ölkə hüdudlarından kənarda yaşaması məmurun mütləq rüşvətxor olmasının göstəricisi olmasa da, ÇXR hökuməti belə məmurları rüşvətə daha çox meyilli hesab edərək, onlara bəzi yüksək vəzifələri (məsələn, bəzi idarələrin rəisi və rəis müavini vəzifələri) tutmağa qadağan edir. ÇXR-nın Kommersiya Nazirliyinin məlumatlarına görə, 1978–2003-cü illərdə Çindən qaçmış dörd min rüşvətxor məmur ölkədən 50 milyard dollara yaxın vəsait çıxara bilmişlər. Onların əksəriyyəti əvvəlcə ailəsini xaricə göndərir, daha sonra pulları köçürür və özləri dəölkəni tərk edirdilər.
Çılpaq Maya (şəkil)
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Çılpaq dәmir sәhlәbi
Çılpaq dəmirsəhləb (lat. Gymnadenia conopsea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dəmirsəhləb cinsinə aid bitki növü. Hündürlüyü 25-60 sm olan, çoxillik bitkidir. Kök yumruları 3-6 bölümlüdür. Gövdəsi əsasından qonur qına bürünmüşdür. Yarpaqları xətvari-neştərşəkilli, ucu sivriləşmiş, eni 2,5 sm-ə qədərdir, yuxarı yarpaqları xırdadır. Çiçək qrupu silindrikdir çoxçiçəkli, uzunluğu 15 sm-ə qədər olan, sıx sünbülcükdür. Çiçək altlığı ellipsvarineştərşəkillidir, sivridir, yuxarıdakılar çiçəkdən qısa, aşağıdakılar isə uzundur. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və yaxud enliyumurtaşəkilli, bənövşəyi-çəhrayı və ya açıq bənövşəyi-qırmızıdır, gözəl ətri var. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Pilləkənlə enən çılpaq, No. 2
Pilləkənlə enən çılpaq, No.2 (fr. Nu descendant un escalier n° 2, ing. Nude Descending a Staircase, No. 2) — Marsel Düşan tərəfindən 1912-ci ildə çəkilmiş rəsm əsəridir. Əsər əsasən modernizm klassikası kimi qəbul edilir və çəkildiyi dövrdə çox məşhur olmuşdur. 1912-ci ildə Müstəqil rəssamlar Salonunda nümayiş etdirilməmişdən əvvəl bu əsər kubistlər və futuristlər tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, əsər 20 aprel – 10 may 1912-ci il tarixində Barselonadakı J.Dalmau Qalereyalarında keçirilən “Exposició d'Art Cubista” sərgisində həmin qruplardan olan rəssamların əsərləri ilə bir yerdə sərgilənmiş, 1913-cü ildə Nyu-Yorkda keçirilən “Arsenal sərgisi” zamanı isə böyük marağa səbəb olmuşdur. Əsər Giyom Apollinerin 1913-cü ildə nəşr edilmiş “Les Peintres Cubistes, Méditations Esthétiques” kitabına daxil edilmişdir. “Pilləkənlə enən çılpaq” əsəri Luiza və Volter Arensberqlərin kolleksiyasının tərkib hissəsi kimi Filadelfiya Sənət Muzeyində sərgilənir. Yağlı boya ilə 147 sm × 89.2 sm (57.9 in × 35.1 in) ölçülü kətan üzərində çəkilmiş əsər portret janrındadır.
Çılpaq astrakanta
Astragalus denudatus (lat. Astragalus denudatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astracantha denudata (Steven) Podlech Tragacantha denudata (Steven) Steven Astracantha carthlica (Al.Fed., Fed. & Rzazade) Podlech Astracantha marschalliana (Fisch.) Podlech Astracantha talarensis (Širj. & Rech.f.) Podlech Astragalus carthlicus Al.Fed., Fed. & Rzazade Astragalus caspicus f. sharifii (Širj. & Rech.f.) Parsa Astragalus caucasicus M.Bieb. Astragalus erinaceus subsp. sefidrudensis Širj.
Kür çılpaqçası
Kür çılpaqçası (lat. Oxynoemacheilus brandtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. Qarın üzgəcləri anal dəliyinə çatır. Bədənində çox xırda pulcuqlar və bütün üzgəclərində də ifadə olunmuş, düzgün yerləşməmiş tünd qonur xallar vardır. Başqa çılpaqçalardan iri gözləri güclü kəsilmiş quyruq üzgəci və aşağı quyruq gövdəsi ilə fərqlənir. Quyruq üzgəcləri dərin haçalıdır, ucları sivridir. Üst çənəsində zəif etmiş diş şəkilli çıxıntı vardır. Bədəninin uzunluğuna görə başının uzunluğu 20-25 %, orta hesabla 22,8%, bədəninin ən çox hündürlüyü 13-19%, orta hesabla 15,2%, antedorsal məsafə 47-55% təşkil edir. Bədəninin üzərində nizamsız düzülən qonur rəngli ləkələr vardır. Üzgəclərinin üzərində sıra ilə yerləşən ləkələr olur.
Lənkəran çılpaqçası
Lənkəran çılpaqçası (lat. Oxynoemacheilus lenkoranensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. Bel üzgəcində bəzən 9 şaxəli şüanın olması, bir qədər uzun başı və üzgəcləri, ölçüsünün kiçikliyi ilə tipik növdən fərqlənir. Onun yayılması Lənkəran vilayətindəki bir neçə çayla (Lənkəran, Viləş, Qumbaşı, Təngəru, Astara) məhdudlaşır. Daşlı və ya daşılı-qumlu dibi olan kiçik çaylardayaşayan şirinsu balığıdır. Xironomid, gündəcə sürfələri, bəzən diatom su bitkiləri ilə qidalanır. Nadir hallarda taxtabitiləri yeyir. Çoxalması və böyüməsi öyrənilməmişdir. Y.Ə.Əbdürrəhmanova (1962) görə uzunluğu 39-60, ortalam 38,5 mm-dir. Lənkəran çılpaqçası təsərrüfat əhəmiyyəti olmayan balıqlardandır.
Zolaqlı çılpaqgöz
Zolaqlı çılpaqgöz (lat. Ablepharus bivittatus) — çılpaqgözlülər fəsiləsinə aid növ. Kiçik kərtənkələ olaraq 6 sm uzunluğa malikdir. Quyruğu 1,5 dəfə böyükdür. Dişilərlər erkəklərdən həcmcə böyük olur. Göz qapağları yoxdur. Onlar əsasən dağlıq ərazilərdə qayaların üzərində, hündürlüyü 2100 m olan ərazilərdə yaşayırlar. Təklükə zamanı uçqunların altında gizlənirlər. Günlük aktiv həyat sürürlər. Əsasən Cücülərlə qidalanırlar.
Çılpaqdağ
Çılpaqdağ — Ağdam rayonu ərazisində dağ. Ağdam rayonu ərazisində dağ. Qazançı kəndindən şimal-qərbdə yerləşir. Hündürlüyü 1202 m. Dağın yamacları aşındığından orada bitki örtüyünün olmamasına görə belə adlanmışdır. Keçəldağ oroniminin sinonimidir.
Çılpaqdağ terrası
Çılpaqdağ terrası — çılpaqdağ zonaları üçün səciyyəvi olan pilləli relyef forması. Yüksəkliyi 1–3 m-dən bir neçə on metrə çatan dik sıxıntılı sahələr. Bərk süxurlardan təşkil olunmuş dağ yamaclarında meşə sərhəddindən yuxarıda, çılpaqdağ aşınma zonasında və qütb vilayətlərində əmələ gəlir. Dağ süxurlar Dağ Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm. 2012. səh. 53.
Çılpaqgövdə dalaqotu
Çılpaqgövdə dalaqotu (lat. Chrysosplenium nudicaule) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin dalaqotu cinsinə aid bitki növü.
Çılpaqgözlülər
Çılpaqgözlülər (lat. Ablepharus) — Uzunayaqlar fəsiləsinə aid cins. Çılpaqgözlülər əsasən kiçik ölçüyə malik olurlar. Onların ümumi uzunluğu 15 olur. Bədənləri yumru və yumşaq pulcuqlarla örtülü olurlar. Bu cinsə daxil olan kərtənkələlərin özünəməxsus xüsusiyyəti ondadır ki, onların göz qapaqları yoxdur. Bu xüsusiyyət oları ilanlara bənzədir. Çılpaqgözlülər Cənubi Avropa, Cənubi Qafqaz, Önasiya, Mərkəzi Asiya və Pakistanın şərqi, Hindistanın qərbi kimi ərazilərdə yayılmışdır. Onlar əsasən otluqlarda və qumlu ərazilərdə yaşayırlar. Bu növə daxil olan kərtənkələlər yumurta qoymaqla çoxalırlar.
Çılpaqlı
Çılpaqlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində yaşayış sahəsi. Çılpaqlı adlanan yaşayış ərazisinin adı 2020-ci ildə dərc olunmuş "İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019" sənədində adı keçmir. Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 31 avqust 2006-cı il tarixli 1643 saylı sərəncam imzalamışdır.
Çılpaqlıq
Çılpaqlıq, heç bir paltar, geyim geyinməmək vəziyyətinə deyilir. Geyinmək; bədəndəki tük örtüyünün tökülməsi və soyuq regionlara köçdükdən sonra təbii şəraitdən mühafizə olunmaq ehtiyacı nəticəsində yaranan insanlara xas olan xüsusiyyətdir. İstifadə olunan paltarın miqdarı istilik ehtiyacına və ya sosial şərait kimi funksional səbəblərə əsaslana bilər. Bəzi hallarda az və yaxud da heç geyim geyinməmək, bəzi vəziyyətlərdə isə daha çox geyim geyinmək sosial baxımdan məqbul sayıla bilər. İffət, əxlaq və sosial normalar geyinməyi şərtləndirən sosial səbəblərdəndir. Həmçinin də, çılpaqlığın qanuni olub-olmaması da buna təsir edən faktorlardandır.
Çılpaqlıq təsvirləri
Çılpaqlıq təsvirləri və ya Çılpaqlığın təsvirləri incəsənət və elmlər də daxil olmaqla, tarix boyu çılpaqlığın vizual təsvirlərini əhatə edir. Çılpaqlıq əksər cəmiyyətlərdə məhdudlaşdırılmışdır, lakin bəzi çılpaqlıq təsvirləri erotik incəsənətə və struktur funksionallığa xidmət edə bilər. Geyim həm də şəxsiyyətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi fəaliyyət göstərir və cəmiyyətdə geyim çatışmazlığının sosial kontekstdə olması gözlənilir. Qərb cəmiyyətlərində fərdlərin əksəriyyəti tərəfindən asanlıqla tanınan üç fərd incəsənət, pornoqrafiya, bilik və ya elmdir. Bu kateqoriyalardan hər hansısa birinə asanlıqla müvafiq gəlməyən istənilən bir şəkil yanlış şərh oluna bilər və bu da öz növbəsində, fikir ayrılıqlarına səbəb ola bilər.

Digər lüğətlərdə