Askaniya Nova. Böyük Çaplı
Askaniya-Nova — Cənubi Ukraynanın Xerson vilayətində Çaplı (indi Çaplinsk) rayonunda qəsəbə, ovalıqlar, çöllər Böyük Çaplı adlanırdı. XVIII əsrin 70-ci illərində Rusiyanın idarəsinə keçdikdən sonra da hələ öz əski türk adıyla yaşamaqda idi. Istilanın ilk illərində bu ərazidə Böyük Çaplı rus hərbi keşikçi postu qurulmuşdu. 1828-ci ildə isə bu münbit torpaqlarda Hersoq Anhaldt Hettenskinin alman koloniyasının əsası qoyuldu. Alman Qraflıqları ilə qohumluq əlaqəsi saxlayan çar ailəsi Romanovların dəvət etdikləri və böyük səxavətlə verimli torpaqları bağışladıqları kolonistlər bu yeni əldə etdikləri mülklərə öz əski dədə-baba yerlərinin adlarını qoyurdular. Elə bu yerlərin yeni sahibi də öz ata-baba yurdu Askaniya Hersoqluğunun xatirəsinə 1832-ci ildə böyük Çaplını Askaniya Nova adlandırdı.
İndiki Askaniya Nova Dövlət Qoruğu əvvəl Böyük Çaplı bazılarının (təpələrinin) ətəklərində yerləşdiyindən əvvəllər Çaplı adlansa da, sonralar Askaniya Nova kimi rəsmiləşir. Bu çöllərdə eyniadlı Askaniya Nova adlı qoyun cinsi yetişdirilir.
Rusların gəlişinə qədər bu yerlərin sakinləri tatarlar (noqay türkləri) idilər. Bu torpaqlar məhz istila olunduqdan sonra ruslar, ukraynalılar burada Qara dəniz boyunca yerləşdirilmişdir.