Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Günəşli" neft yatağında yanğın (2015)
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur. == Hadisə haqqında == Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. == Xilas etmə işləri == 4 dekabr Təlimata və təxliyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar.
"Qış albalısı" ticarət mərkəzində yanğın
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
"Yanğın zamanı igidliyə görə" medalı
"Yanğın zamanı igidliyə görə" medalı - SSRİ Ali Sovetinin 31 oktyabr 1957-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
1995-ci il Bakı metrosu yanğını
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
2015 Rusiya meşə yanğınları
2015 Rusiya meşə yanğınları (rus. Лесные пожары в Сибири (2015), ing. 2015 Russian wildfires) - Rusiyanın cənubi Sibir ərazilərində 12-16 aprel aralığında baş vermiş meşə yanğınları. Baş verən yanğınlar nəticəsində Xakasiya Respublikasında yaşayan 29 nəfər həlak olmuş 6.000 dən çox şəxs isə evsiz qalmışdır. Eyni zamanda Zabaykal diyarının inzibati mərkəzi olan Çita şəhəri yaxınlığında yerləşən meşədə yanğın nəticəsində 4 nəfər həlak olmuşdur. Yanğının Daxili Monqolustan Muxtar Rayonu ərazisinə qədər yayıldığı raport edilmişdir.
2017 Portuqaliya meşə yanğınları
2017 Portuqaliya meşə yanğınları (port. Incêndio florestal de Pedrógão Grande de 2017) — Portuqaliya Respublikasının Pedroqao Qrande bölgəsində 2017-ci ilin iyun ayının 18-də baş vermiş meşə yanğınları. == Xilasetmə == Hadisə yerinə azı 160 yanğınsöndürən maşın və 1700-dən çox işçi göndərilib. 40 dərəcə isti və güclü külək səbəbindən yanğının qarşısını almaq çətin olub. Təhlükəli vəziyyətlə əlaqədar ətraf kəndlərdən əhali təxliyə edilib. == İtkilər == Hadisə nəticəsində azı 61 nəfər ölmüşdür. Ölənlərdən azı 16-sı avtomobillərdə vəfat etmişdir. == Matəm == Portuqaliya hökuməti hadisə ilə əlaqədar ölkədə 3 günlük matəm elan etmişdir.
2017 Şimali Kaliforniya meşə yanğınları
Şimali Kaliforniya yanğınları — 8 oktyabr 2017 tarixində baş vermiş meşə yanğınları ardıcıllığı. Yanğınlar Şimali Kaliforniya sahəsinin əksəriyyətinə böyük qırmızı bayraq xəbərdarlığına səbəb olan şiddətli hava şəraiti zamanı Napa, Leyk, Sonoma, Mendosino, Byutt və Solano dairələrində baş vermişdir. Bu müddətdə on yeddi ayrı yanğın hadisəsi qeydə alınmışdır. == İqlim == Meşə yanğınlarından günləş əvvəl Kaliforniya Meşəçilik və Yanğından Mühafizə Şöbəsi, Şimali Kaliforniyanın əksər hissələrində qırmızı bayraq xəbərdarlıqları verməyə başlamışdı. Buna səbəb isə, küləklərin sürətinin 40 ilə 56 km/saat arasında olması idi. 8 oktyabr axşamı, Diablo küləkləri saatda 110 kilometrə çatdıqları bildirilmişdir. == Təsir == Yanğınlarda həlak olanların əksəriyyəti 8 oktyabr və ya 9 oktyabr 2017 tarixində, yanğınlar başladığı zaman öldüyünə inanılır. Qurbanların əksəriyyəti yaşlıdır, baxmayaraq ki, ölənlərin yaşları 14-dən 100-ə qədərdir.9 oktyabr 2017 tarixində Kaliforniya qubernatoru Jerri Braun Napa, Sonoma, Yuba, Byutt, Leyk, Mendosino, Nevada və Orinc kimi dairələr üçün fövqəladə vəziyyət elan etdi və Ağ Evə böyük fəlakət bəyannaməsi tələb edən bir məktub göndərdi. ABŞ prezidenti Donald Tramp 10 oktyabr tarixində təbii fəlakət nəticəsində hazırlanan bəyannaməni təsdiqləmişdir. Ərazini araşdırarkən, Kaliforniya 5-ci Konqresinin nümayəndəsi Mayk Tompson, "Bu, Kaliforniya tarixinin ən pis yanğın fəlakəti olacağını gözləyirəm" dedi.10,000-dən çox yanğınsöndürən 1000-dən çox yanğın mühərrikləri və digər avadanlıqları istifadə edərək, yanğına qarşı mübarizə aparırlar.
2018-ci il Kemerovo yanğını
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
Attika meşə yanğınları (2018)
Attika meşə yanğınları (yun. Πυρκαγιές στην Αττική) – 23 iyul 2018-ci ildə Yunanıstanın Attika regionunun sahilyanı hissələrində başlayan meşə yanğınları. 25 iyula kimi yanğınlar nəticəsində 81 nəfər ölüb, 187 nəfər (164 yetkin, 23 uşaq) yaralanıb. Bu fəlakət 2007-ci ildə 84 nəfərin ölümünə səbəb olan meşə yanğınlarından bəri Yunanıstandakı ən ölümcül fəlakətdir.Çoxu sahildə yerləşən Mati qəsəbəsindən olmaqla 700-dən çox sakin təxliyə olunub. Yanğının söndürülməsində 250-dən çox yanğınsöndürmə maşını və 600-dən çox yanğınsöndürən iştirak edir. Baş nazir Aleksis Tsipras Attikada fövqəladə vəziyyət və ölkə üzrə 3 günlük yas elan edib. Albaniya, İtaliya, Almaniya, Polşa, İsrail, Fransa, Rumıniya, Portuqaliya, İspaniya və Kipr Yunanıstana kömək edib və ya təklif edib. == Beynəlxalq kömək == Kipr – Yanğınsöndürmə maşınları və yanğınsöndürənlər. İsrail İtaliya – İki ədəd Canadair CL-415 su tankeri təyyarəsi. Portuqaliya - 50 yanğınsöndürən.
Avstraliya yanğınları (2019-2020)
Avstraliya yanğınları (ing. Australian bushfire season) — xarici mətbuatda Avstraliyada mövsümü kol yanğınları olaraq da adlandırılan 2019-cu ilin iyun ayından etibarən ölkənin şərq sahillərindən başlamış yanğınlar. 2019-ci ilə nəzərən, 2020-ci ilin ilk ayından etibarən yanğınların nəzərəçarpacaq dərəcədə intensivləşdiyi müşahidə olunmaqdadır. 2020-ci ilin yanvar ayının ilk həftəsinə olan məlumata görə 6.300.000 hektardan çox ərazi (16 milyon akr; 63 min kvadrat kilometr; 24,000 kvadrat mil) tamamilə yanıb, 2.500-dən çox müxtəlif təyinatlı tikili (1.300-dən çox yaşayış evi daxil olmaqla) məhv olub və ən az 34 nəfərin həlak olduğu bilidirilir .Rəsmilər yanğında 8,4 milyon hektar meşə sahəsinin məhv olduğunu və 1,2 milyard heyvanın xəsarət aldığını bildirir. Yanğının baş verməsinin əsas səbəblərindən biri kimi hava şəraitinin şərq sahillərində anormal dərəcədə isti keçməsi göstərilir. 2019-cu ilin dekabr ayında Yeni Cənubi Uels Hökuməti, rekord dərəcədə istiləşmə və uzun müddət davam edən quraqlığın ardından əyalətdə fövqalədə vəziyyət elan etmişdir. Yeni Cənubi Uelsdə davam edən yanğınlar nəticəsində təxminən yarım milyard heyvanın öldüyü təxmin edilməkdədir. == Arxa plan == == Yanğından təsirlənən bölgələr == === Yeni Cənubi Uels === Yeni Cənubi Uelsdə normalda mövsümü kol yanğınları dövrü 1 oktyabrda başlayır və 30 marta qədər davam edir. 2019–20-ci illərdə əyalətin 95 faizini əhatə edən quraqlıq və əyalətdə davamlı quru və isti hava şəraitinin olması səbəbindən miqyası və intensivliyi baxımından görünməmiş yanğın baş verdi. On iki yerli idarəetmə sahəsi mövsümü kol yanğınları dövrünə 2 ay daha tez,yəni 1 avqust 2019-cu ildə, daha doqquzu isə 17 avqust 2019-cu ildə başladı.
Bakı Yanğın Texniki Məktəbi
Bakı Yanğın Texniki Məktəbi — orta-ixtisas təhsili müəssisəsi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. == Yaranma tarixi == Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanın yanğın təhlükəsizliyi xidmətində mühüm hadisələrdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə DİN-in Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbinin yaradılması oldu. Bakı Yanğın Texniki Məktəbi Azərbaycanda yanğın təhlükəsizliyi orqanları üçün kadr hazırlayan yeganə orta-ixtisas təhsil müəssisəsi idi. 16 dekabr 2005-ci ilə qədər DİN BDYTİ-nin nəzarəti altında fəaliyyətini davam etdirmişdir. Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S. Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Azərbaycan Respublikası Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi orqanlarında Bakı Yanğın Texniki Məktəbinin yüzlərlə məzunu xidmətini davam etdirir.
Bakı metrosunda yanğın (1995)
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi
== Yaranma tarixi == “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə”nin, “Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1998-ci il 6 iyul tarixli qərarı ilə DİN BDYTİ-nin Əsasnaməsi təsdiq olundu.Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi insanların həyatını və sağlamlığını, milli sərvəti yanğınlardan qorumaq, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin, eləcə də təşkilati-hüquqi formasından asılı olmayaraq idarələrin, müəssisələrin, təşkilatların yanğın təhlükəsizliyinə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradılmışdır. Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əsas vəzifələri bunlardır: yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsinin təşkili; yanğınlarla mübarizənin səmərəliyini yüksəltmək; respublika məqsədli proqramların yerinə yetirilməsinin həyata keçirilməsi; dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin hazırlanması, təsdiqi və icrasının təmin edilməsi; dövlət yanğından mühafizənin, yanğın-texniki, elmi-tədqiqat və tədris müəssisələrinin saxlanması xərclərinin icrasını həyata keçirmək; Azərbaycan Respublikasında dövlət yanğın nəzarətini aparmaq; şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil etmək və yerinə yetirmək; yanğınların qarşısının alınması işini təkmilləşdirm ək; respublikada yanğına qarşı mülki müdafiə xidmətini təşkil etmək və ona rəhbərliyi həyata keçirmək; yanğın profilaktika tədbirlərinin və müəyyən olunmuş yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısını hazırlamaq və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etmək; yanğınların və onların nəticələrinin vahid statistik uçotunu aparmaq; yanğından mühafizə üçün kadrların hazırlanması, yenidən hazırlıq keçməsini və ixtisasının artırmasını təmin etmək; yanğından mühafizə fondlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər vermək; müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə növlərinin yaradılması barədə məsələ qaldırmaq; yanğınların söndürülməsi və onlarla əlaqədar olan təxirəsalınmaz xilasetmə işlərini həyata keçirmək; yanğından mühafizə növlərinin yanğın və xüsusi texnika, geyim və ləvazimatlarla təmin etmək.
Bibiheybətdə neft fontanı yanğını (1898)
Bibiheybətdə neft fontanı yanğını — 27 iyul 1898-ci ildə neft mədənlərində yanğın hadisəsi. == Məzmun == 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y.V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır. Bütün bu dəhşətli hadisə "Bibiheybətdə neft fontanı yanğını" adlı filmdə öz əksini tapmışdır.
Bibiheybətdə neft fontanı yanğını (film, 1898)
Bibiheybətdə neft fontanı yanğını — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir. == Məzmun == İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir. == Film haqqında == Azərbaycan xalq yazıçısı, görkəmli kinodramaturq və kinorejissor Rüstəm İbrahimbəyov dünya kinosunun 100 illiyi münasibətilə Parisdə keçirilən yubiley tədbirlərində iştirak edərkən, orada göstərilən ən yaxşı filmlər içərisində "Bibiheybətdə neft fontanı yanğını" kinolentini görmüşdür. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.
Bibiheybətdə qaz fontanı yanğını (film, 1925)
Bibiheybətdə qaz fontanı yanğını qısametrajlı sənədli filmi 1925-ci ildə çəkilmişdir. AFKİ və "Kino-Mədənçi" studiyalarının istehsalıdır. Yanvarın 31-də səhər 52 saylı neft quyusunda yanğın baş verir. Yalnız fevralın 2-də yanan quyunu söndürmək mümkün olur. Bu fövqəladə hadisə filmdə öz əksini tapmışdır. == Məzmun == Yanvarın 31-də səhər 52 saylı neft quyusunda yanğın baş verir. Yalnız fevralın 2-də yanan quyunu söndürmək mümkün olur. Bu fövqəladə hadisə filmdə öz əksini tapmışdır. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Binəqədi rayonunda yaşayış binasında yanğın (2015)
Binəqədi rayonunda yaşayış binasında yanğın — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) baş vermiş yanğın hadisəsi. İlkin məlumatlara əsasən hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Yanğın zamanı həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib. == Arxa plan == Hadisə 2015-ci ilin 19 mayında Bakı vaxtı ilə saat 10:30 da baş verib.
Böyük Buxarest yanğını
Böyük Buxarest yanğını (rum. Focul cel mare) — 23 mart 1847-ci ildə baş verən Buxarest tarixindəki ən böyük yanğın. Yanğın nəticəsində 1850 bina yanır (şəhərin təxminən üçdə biri). Valaxiya hakimi Qeorqe III Dmitri Bibeskunun dediyinə görə, şəhərin ən çox məskunlaşdığı və ən zəngin hissəsi bu yanğından daha çox zərər görür. Burada tacirlər və sənətkarların çoxlu taxta ikimərtəbəli binaları var idi, onların emalatxanaları birinci mərtəbədə, yaşayış yerləri isə ikinci mərtəbədə yerləşirdi. == Öncəki vəziyyət == XIX əsrdə Buxarestin böyük bir hissəsi taxta evlərdən qurulmuşdur. Bu dar küçələrlə birlikdə yanğın hadisəsi halında sakinlər üçün böyük təhlükə yaradırdı. Fanariotlar dövründən bəri davamlı yanğın təhlükəsi var idi. Buna görə türk ağasının əmri ilə insanlar onun iqamətgahının ətrafında daim növbə çəkirdilər. Üzvi qaydalar qəbul edildikdən sonra Valaxiyada qərbiavropa su nasosları ilə təchiz olunmuş yanğınsöndürənlər meydana gəlir.
Böyük London yanğını
Böyük London yanğını — 1666-cı ildə 2 sentyabr, bazar günü Londonun orta məhəllələrində başlayaraq 5 sentyabr çərşənbə gününə qədər şəhəri təsiri altına alan, şəhərin tarixindəki ən böyük yanğın fəlakəti. Yanğın şəhərin qədim Roma divarlarının əhatə etdiyi daxili hissələri əhatə etmiş, Vestminister rayonu (indiki Vest-End), Vaythol sarayı, bir çox şəhər ətrafı xarabalıqlar üçün təhlükə yaratmışdır.Fəlakət nəticəsində 13 500 ev, 87 kilsə (hətta Müqəddəs Pavel kafedralı), hökumət binalarının əksər hissəsi yanmışdır. Hesab olunur ki, Böyük London yanğını 70 mindən çox insanın sığınacaqdan məhrum olmasına səbəb olmuşdur.Həmin dövrdə Londonun mərkəzi hissəsində 80 min nəfər insan yaşayırdı. Yanğın nəticəsində nə qədər insanın ölməsi dəqiq məlum deyildir. Bir çox qurbanlar haqda dəlillər olsa da, onların çoxu qeydə alınmamışdır. Bundan başqa, çoxlarının kremasiya olunması versiyası da vardır. Arxeoloqlar tərəfindən yanğının başladığı Puddinq-Leyndə tapılan və hal-hazırda London Muzeyində nümayiş olunan ərimiş dulusçuluq nümunəsi fəlakət zamanı temperaturun 1250 °C-yə qalxdığını göstərmişdir. == Yanğının mənbəyi və nəticələri == Hadisə bazar günü 2 sentyabr tarixində Puddinq-Leyn küçəsində Tomas Farrinerin çörəkxanasında başlamışdır. Yanğın şəhərin qərb istiqamətində sürətli şəkildə yayılmağa başlamışdır. Həmin dövrün yanğınsöndürənləri qaydaya uyğun olaraq, hər hansı bir yanğının yayılmaması üçün yanğın ətrafında tikililərin dağıdılması metodunu tətbiq edirdilər.
Böyük Roma yanğını
Böyük Roma yanğını (lat. incendium magnum Romae) — b.e. 64-cü ilin iyul ayında Roma imperiyasının paytaxtı olan Roma şəhərində baş vermiş yanğın. Yanğın 19 iyulda, gecə saatlarında keçən gecə Romanın Böyük sirk cəng arabası stadionunun ətrafındakı tacir dükanlarında başlamışdır. Altı gündən sonra yanğın nəzarət altına alınmışdır, lakin dəyən zərər qiymətləndirilənə qədər yanğın yenidən başlamış və daha üç gün davam etmişdir. Yanğından sonra Romanın üçdə ikisi məhv olmuşdur.Korneli Tasit və sonrakı dövrlərə aid xristian ənənəsinə görə, imperator Neron şəhərdəki xristian icmasını yanğına səbəb olmaqda günahlandırmış və bu əsasla imperiyada xristianlara qarşı ilk təqibi başlatmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Cassius Dio, Roman History, Books 62 (c. 229) Suetonius, The Lives of Twelve Caesars, the Life of Nero, 38 (c. 121) Tacitus, Annals, XV (c. 117) James Romm, "Who started it?" (review of Anthony Barrett, Rome Is Burning, Princeton, December 2020, 447 pp., ISBN 978 0 691 17231 6), London Review of Books, vol.
Cənubi Koreyada xəstəxana yanğını (2018)
Cənubi Koreyada xəstəxana yanğını (kor. 밀양 세종병원 화재) - 2018-ci ilin 26 yanvar tarixində Cənubi Koreyanın Miran şəhərində yerləşən Sejong xəstəxanasında səhər saatlarında baş vermiş yanğın hadisəsi. Hadisə nəticəsində 39 nəfər həlak olub, 153 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə son 10 il ərzində ölkədə baş vermiş ən güclü yanğın hesab olunur. 2017-ci ilin 21 dekabr tarixində Jeçhon şəhərindəki idman zalında baş vermiş yanğın zamanıda 29 nəfər həlak olmuşdur. Xəstəxana yanğınına nəyin səbəb olduğu dəqiq məlum deyil, mütəxəssislər tərəfindən araşdırmalar aparılır. == Hadisə == Yanğın səhər saat 07:35-də xəstəxananın birinci mərtəbəsindən başlamışdır. Həmin an xəstəxanada 100 dən çox xəstə və xəstəxananın nəznində fəaliyyət göstərən qocalar evində isə 94 nəfər ahıl olmuşdur. Hadisə şahidi kimi ifadə vermiş iki tibb bacısı, xəstələrin təcili olaraq qəbul edildiyin otağın qarşısında partlayışın baş verdiyini və partlayış səsindən dərhal sonra xəstəxananın evakuasiya edilməsinə başlandığını bildirmişdir.Evakuasiya cəhdlərinə baxmayaraq, qatı duman qısa zamanda xəstəxananın bütün mərtəbələrini bürümüşdür. Yanğın söndürənlər qatı dumana qarşı apardıqları mübarizədə, xəstəxana daxilində qalmış bir çox xəstənində həyatını xilas etməyi bacarmışdır.
Diqlas Ticarət Mərkəzində yanğın (2019)
Diqlas Ticarət Mərkəzində yanğın — Bakıda, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində baş vermiş yanğın. == Zəmin == Yanğın səhər saatlarında baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib: Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olub: Yanğın zamanı bir nəfər əlinin kəsilməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, həmin şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib: 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkiminin verdiyi məlumata görə yanğında 10 nəfər tüstüdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb.Yanğın elektrik naqillərini də sıradan çıxarıb.Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır. == Reaksiyalar == === Ölkə daxili === Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti "Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında" Sərəncam imzalamışdır. Martın 29-da isə "Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.
Dövlət Yanğından Mühafizə Xidməti
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. Xidmətin fəaliyyəti haqqında: Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır. Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək; Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalmmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünü idarəetmə orqanlarınm fəaliyyətini əlaqələndirmək; Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasmı həyata keçirmək. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafizə Xidməti yaradılmışdır.
Dövlət Yanğından Mühafizə Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir. Xidmətin fəaliyyəti haqqında: Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır. Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək; Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalmmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünü idarəetmə orqanlarınm fəaliyyətini əlaqələndirmək; Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasmı həyata keçirmək. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafizə Xidməti yaradılmışdır.
Dənizdə neft yanğını (film, 1931)
== Məzmun == Kinolent Xəzər dənizində təbii qazların üzə çıxması və yanğınların təsadüf nəticəsində baş verməsi haqqındadır. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. == Yanğından mühafizə == Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. == Yanğın fotoqrafiyasında istifadə edilənlər == Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi == Yanğınsöndürmə şöbələrinə cəlb olunma == Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
Yanğın fırtınası
Alov fırtınası, yanğın fırtınası, alov tornadosu və ya yanğın tornadosu — bir çox yanma mərkəzinin birləşdiyi zaman meydana gələn atmosfer hadisəsidir. == Mexanizmi == Belə bir yanğın fırtınası, vulkanik püskürmə və ya bir ərazinin bombalanması nəticəsində baş verə bilər. Ayrı-ayrı yanma ocaqları geniş bir mərkəzə birləşdirilir. Üstündəki hava təbəqəsi çox qızır və nəticədə yuxarıya doğru qalxmağa başlayır. Bu proses yanmanın ətrafından gələn soyuq hava kütlələrini özünə çəkir. Beləliklə alovları daha çox yuxarıya qaldırır və nəticədə beş kilometrə qədər yüksəkliklərə çata biləcək sabit mərkəzli cərəyanlar yaradırlar. 500-800 ˚C-ə qədər qızdırılan hava kütləsi qasırğa sürətində fırlanır. Alov tornadosunun mərkəzinin yaxınlığında olan hər şey yanır və ya əriyir. == Baş vermiş nümunələr == 1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları zamanı yanğın fırtınası hadisələri qeydə alınmışdır. Bu fenomen həmçinin, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-də baş vermiş meşə yanğınları zamanı da müşahidə edilmişdir..
Ön yarğı
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Adaçayı yağı
Adaçayı yağı — Azərbaycanda acı alma yağı olaraq bilinən Adaçayı yağı bitkisinin hündürlüyü 100–130 sm-ə qədər çatan çox illik bitkinin yağı. Bu bitkinin qoxusu fərqli və cəzbedicidir. Özünəxas xarakteristik qoxusu var. Çox vaxt sarımtıl, bəzi hallarda isə rəngsizdir. Adaçayın bitkisinin vətəni Orta Avropa və Balkanlardır. Hal-hazırda dünyanın hər yerində hətta Azərbaycandada yetişdirilir. Adaçayının digər adı Acı Alma yağıdır. Buna səbəb isə yağın əldə edildiyi Salvia triloba bitkisinin budaqlarında almanı xatırladan balaca tünd yaşıl rəngli toxumların olmasıdır. Bu toxumların tərkibində 60-a qədər Sineol maddəsi var. Adaçayı yağını bitkinin yarpaq və çiçəklərindən buxar damcı yoluyla əldə edirlər.
Arqan yağı
Arqan yağı — arqan bitkisindən əldə olunan yağ. Arqan bitkisinin meyvəsinin çəyirdəyini qovurub üyüdürlər. Alınan yağ "Duru qızıl" adlandırırlar. == Xalq təbabətində əhəmiyyəti == Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir.
Badam yağı
Badam yağı — badam ağacının toxumlarından soyuq sıxma nəticəsində əldə edilmiş, açıq sarı rəngli, yüngül qoxulu və qoz dadında yağ. Badam yağında yüksək miqdarda doymamış yağ, kalsium, kalium, dəmir və manqan mövcuddur.
Balıq yağı
Balıq yağı — qida məhsulu Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Kaliforniya ştatının Amerikan Universitetindəki alimlər balıq yağının tərkibində Omeqa 3 olduğunu aydınlaşdırmış və bunun da insan orqanizminin gec qocalmasına səbəb olduğunu bildirmişdir. Tədqiqatlarda həkimlər də yer almışdır və onlar da insanın qan sistemində bu tərkibin əhəmiyyətli rolunu tibbi sahədən açıqlamağı bacarmışdır. Omeqa 3 xromosomlara da öz təsirini göstərir. Nəticədə insanın həyatı əhəmiyyətində rol oynayan şəbəkələrin müddəti çoxalır və orqanizmdə qocalma prosesi olduqca ləng gedir. Məhz buna görə də alimlər həftəlik qida rasionunda balığın rolunun mühüm olduğunu bildirmiş və xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoymuşdur. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verin. Həmçinin bu yağın tərkibi təxminən yunan qozu, toxumlu qabaq və soya bitkisində də vardır. Məhz bu qidaların insanın daha uzun yaşamasına yardım edir.
Efir yağı
Efir yağı — bitkilərin hasil etdiyi müxtəlif üzvi maddələrin uçucu qarışıqlarının ümumi adı. Efir yağları əsasən distillə üsulu ilə əldə edilir. Onlardan ətir, kosmetika, sabun və digər məhsullarda, yemək və içkilərə ləzzət vermək və ya məişət təmizlik məhsullarına ətir əlavə etmək üçün istifadə olunur. Efir yağları aromatik birləşmələrlə müalicəsini ehtiva edən aromaterapiya üçün istifadə olunur. == Tərkibində efir yağı olan bitkilər == Efir yağı istehsal etmək üçün müxtəlif bitkilərdən istifadə edilir. Tərkibində efir yağı olan və praktikada geniş istifadə olunan, həddən artıq uçucu maddələr konsentrasiyasına malik bitkilərə efiryağlı bitkilər deyilir: Sarıkök Yarpız Qoz Cirə Küknar Portağal limon Naringi Kəklikotu Zəncəfil Qızılgül Qreyfurt Valerian(pişikotu) Şam == Efir yağlarının kimyəvi tərkibi == Efir yağları yeganə təbii maddədir ki, onun tərkibində yüzlərlə kimyəvi komponent vardır. Hər bir komponent fərdi maddələr yığımından ibarətdir və o da nəticədə çox mürəkkəb bir qarışığın əmələ gəlməsini yaradır. Efir yağının tərkibindəki bütün maddələr üzvü maddələrdir, başqa sözlə hər bir maddənin molekulyar quruluşu karbon atomlarından təşkil olunmuşdur. Bitkilərin efir yağlarındakı komponentlər, onun tərkibində olan əsas komponentin sanki kombinasiyasıdır. Məsələn, hamıya məlum olan nanənin efir yağının əsas komponenti mentoldur.
Günəbaxan yağı
Günəbaxan yağı – günəbaxan tumundan alınan yağ. == Tarixi == Günəbaxan yağının tarixi 1829 – cu illərə təsadüf edir. Belə ki, ilk dəfə indiki Belqorod əyalətinin ərazisində yerləşən Alekseyevka kəndində yaşayan adi kəndli Daniil Bokarev günəbaxan tumundan kəhrəba rəngli məhsul – yağ almışdır. Bu ideyanı Daniil Bokarev düşünməsə idi, bu vaxta qədər ruslar XVIII əsrin əvvəllərində Hollandiyadan gətirilmiş bu qəribə çiçəyin tumunu çırtlayır və digər təyinatlarından isə xəbərsiz olaraq qalacaqdılar. == Yağ çəkilməsinin üsulları == Bu gün Bokarev tərəfindən düşünülmüş fikir soyuq sıxma adlanır. Bu üsuldan cənub kəndlərində hələ də istifadə edilir. Soyuq sıxma zamanı yağ çox dadlı və ətirli alınır, onun tərkibindəki bioloji aktiv komponentlərin demək olar ki, hamısı saxlanılır. Bir şey pisdir ki, soyuq sıxmanın uzun müddət saxlanıla bilmir, tezliklə acı dad verir. Lakin insanlar rəngi solmuş yağa 1 litr üçün bir çay qaşığı olmaqla duz əlavə edərək bir neçə gün saxlayırlar və başqa bir butulkaya tökürlər, çöküntünü isə əvvəlki butulkada saxlayırlar. Günəbaxan tumları isti sıxmaya yerləşdirildikdə, artıq günəbaxan deyil, dağılmış məhsulların ətrini verən intensiv rənglənmiş yağ alınır.
Gənəgərçək yağı
Gənəgərçək yağı (lat. Оlеum Ricini) — gənəgərçək bitkisindən əldə olunan yağ. Əsasən təbabətdə, kosmetologiyada və sənayedə istifadə olunur. == Xalq təbabətində istifadəsi == Gənəgərçək yağı saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir. O, unikal tərkibi sayəsində hər bir tükü görünməz plyonka ilə örtərək saçları çox yaxşı qidalandırır. Xüsusi ortük saç özəyinə qidalı maddələr hopdurur və üzərində nəmi qoruyub saxlayır. Bundan əlavə o, üzərində olan pulcuqları yapışdıraraq, zədələnmiş sahələri hamarlaşdırır. Nəticədə zədələnmiş saç strukturu hamarlaşaraq, saçın görkəminə sağlamlıq, parlaqlıq və hamarlıq verir. Bundan əlavə gənəgərçək yağı nəinki saçın strukturuna, həmçinin baş dərisinə də çox yaxşı təsir göstərir. Epitellərə hoparaq, hüceyrələrdə olan mübadilə prosesslərini yaxşılaşdırır, bakteriyaları məhv edir, iltihabı aradan qaldırır, dərinin elastikliyini artırır və qan dövranını gücləndirir.
Küncüt yağı
Küncüt yağı küncüt toxumundan alınan yeməli bitki yağıdır. Yağ kimi istifadə olunmaqla yanaşı, bir çox mətbəxdə fərqli qoz ətri və dadı olan ləzzət artırıcı kimi istifadə olunur. Yağ, erkən tanınan bitki mənşəli yağlardan biridir. Dünya miqyasında kütləvi müasir istehsal, səmərəsiz əl yığımı prosesi səbəbindən məhduddur. == Tərkibi == Küncüt yağı sadalanan yağ turşularından ibarətdir: linoleik turşu (ümumi miqdarın 41%), olein turşusu (39%), palmit turşusu (8%), stearin turşusu (5%) və digərləri az miqdarda. == Tarixi == Tarixən, küncüt 5000 il əvvəl quraqlığa davamlı bir məhsul kimi becərilib və digər məhsulların uğursuz olduğu yerlərdə yetişə bilib. Küncüt toxumu, yağ üçün emal edilən ilk bitkilərdən biri, həm də ən erkən dad əlavələrindən biri idi. Küncüt, Hind vadisi mədəniyyəti dövründə yetişdirilirdi və əsas yağ məhsulu idi. Ehtimal ki, eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyaya ixrac edilmişdi. == İstehsal prosesi == Küncüt toxumu ilk növbədə inkişaf etməkdə olan ölkələrdə istehsal olunur, genişmiqyaslı, tam avtomatlaşdırılmış yağ hasilatı və emalı texnikasının yaradılmasının məhdudlaşdırılmasında rol oynayan bir amildir.
Kərə yağı
Kərə yağı — Təzə və ya qıcqırdılmış ayran və ya süd qaymağının çalxalamaqla əldə olunan süd məhsulu.
Pambıq yağı
Pambıq yağı — pambıq toxumundan (çiyiddən) presləmə və ya eksqraksiya üsulu ilə alınan alifatik yağ. Çox işlədilən bitki yağlarındandır. Pambıq yağının keyfiyyəti və rəngi tərkibindəki qossipol piqmentindən asılıdır. Təmizlənməmiş pambıq yağı qırmızı-qonur, bəzən qaramtıl rəngdə, spesifik iyli, acıtəhər, təmizlənmişi isə, samanı-sarı rəngdə mayedir. Tərkibi və xassələri pambığın çeşidi, bitdiyi ərazi və becərilmə şəraitindən asılıdır. Onda alifatik turşulardan 40—48% linol, 30—35% olein, 20—22% palmitin, 2%-ə qədər stearin, 1,3% araxin, 0,3—0,4% miristin turşusu olur. Əlif isteh-salında, təmizlənmişi isə xörəkdə, konserv, marqarin, bəzi yağ çeşidləri və s. hazırlanmasında işlədilir. Azərbaycanda hər il min tonlarla pambıq yağı istehsal edilir.
Razyana yağı
Razyana yağı (Foenıculum mıll) – iki və ya çoxillik çətirşəkilli olub, sarı rənglidir. Bitkisinin bütün orqanları ətirlidir. İyun-iyul aylarında çiçək açır, avqusta isə toxumları yetişir. Toxumlarından alınan efir yağının miqdarı 2.5-3.5% olur. Efir yağının əsas tərkib hissəsi 50-60% anetoldan ibarətdir. Anetol – şirintəhər, özünə məxsus iyə malikdir. == Tərkibi == Razyana yağında 10-12%-ə qədər fenxona, pinenə, dipentenə, kamfenə, anis (cirə) aldehidinə, metilxavinol və anis turşusuna rast gəlinir. Razyana toxumlarından alınan efir yağının tərkibində rəngli maddələr, doymuş yağlar (18-23%) doymamış olein yağı (22%) kəhraba, alma turşuları vardır. == Istifadə sahələri == Razyana toxumlarından alınan efir yağı farmokopeyada mədə ağrılarına və öskürəyə qarşı istifadə olunan dərman kimi istifadə olunur. Onun toxumlarını əzib dəmləmək öskürək üçün təbii məlhəmdir.
Zeytun yağı
Zeytun yağı — Olea europaea (zeytun) bitkisinin meyvələrindən əldə edilən maye yağ. == İstehsalı == Zeytun yağı dünyada ildə 1,6–2,6 milyon ton həcmində istehsal edilir və bunun 75–80% qədəri istehsalçı ölkələr tərəfindən istehlak edilir. Geri qalan 20–25%-lik qismi isə, dünya bazarlarına ixrac edilir. Zeytun yağı, zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması ilə əldə edilir. Zeytun yağı tamamilə fiziki üsullarla əldə edilir və burada heç bir kimyəvi metoddan istifadə edilmir.[mənbə göstərin] == Növləri == Zeytun yağının üç əsas növü var: Təbii zeytun yağı, çiy yeyilə bilən ən keyfiyyətli zeytun yağıdır. Daha çox salat və souslarda istifadə olunur. 2. Rafinə zeytun yağı; fiziki üsullarla rafinə edilərək, ləzzəti artırılan və turşuluq nisbəti aşağı salınan yağ növüdür. Rafinə zeytun yağı daha çox, bişirilən yeməklərdə istifadə olunur. Bundan başqa Rusiya və Amerika kimi zeytun yağı dadına alışmamış ölkələrdə istifadə edilir.
Şi yağı
Şi yağı (/ʃiː/ , /ˈʃiːə/ və ya /ʃeɪ/ ; ߛߌ߮ߕߎߟߎ) — Afrika şi ağacının (Vitellaria paradoxa) qozundan alınan yağ. Xam olduqda fil sümüyü rənglidir və adətən borututu kökü və ya palma yağı ilə sarı rəngə boyanır. Kosmetikada nəmləndirici, məlhəm və ya losyon kimi geniş istifadə olunur. Şi yağının yeyilməsi mümkündür və bəzi Afrika ölkələrində qida hazırlanmasında istifadə olunur.
Qış sarayında yanğın
Qış sarayında yanğın — Rusiya çarlarının Sankt-Peterburqdakı iqamətgahı 17 dekabr 1837-ci ildə, divar arası alovlanma səbəbindən baş vermişdi.Üç gün müddətində yanan sarayın alovları 50-70 verst (50-75 km/30-45 mil) məsafədən görünmüşdü. Yanğında otuz gözətçinin ölməsinə baxmayaraq, demək olar ki, sarayda olan bütün eksponatlar, Hərbi qalereya və Feldmarşallar zalındakı portretlər, həmçinin Böyük saray kilsəsindəki dəyərli əşyalar xilas edilmişdi. == Hadisələrin gedişatı == Yanğın, qığılcımın nəfəslik vasitəsiylə Feldmarşallar zalının taxtadan olan qoşa divarı arasına düşməsi nəticəsində baş vermişdi. Bundan sonra divarlar daxildən yanmağa başlamış və alov Kiçik taxt zalının damına keçmişdi. Quru taxtadan inşa edilmiş və yağlı boya ilə bəzədilmiş daxili divarlar, qısa zamanda alışmağa başlamışdı. Hadisə baş verən zaman imperator ailəsi Mixail teatrında idi, bu zaman, bir yavər o dövrün nazirlərindən biri olan Şahzadə Volkonskiyə yaxınlaşaraq hadisə haqqında məlumat verir. Şahzadə yavərə tapşırıqlar verərək, sakit şəkildə tamaşanı izləməyə davam edir. Saat yarım sonra yavər yenidən qayıdır və bu zaman nazir I Nikolayla danışmağa məcbur olur.Yanğının Ermitaj binasına keçməsinin qarşısını ala bilmək üçün I Nikolay təcili şəkildə birləşdirici dəhlizin uçurulmasını və damın sökülməsini əmr etdi. Lakin, imperatriçanın gizli müşaviri Şambonun “Burada hər şey imperatriçaya məxsusdur. Heç nə dağıdılmamalıdı.” əmrindən sonra, yanğınsöndürmə işində xeyli çətinliklər meydana gəldi.
Təbriz Yanğın Qülləsi
Təbriz Yanğın Qülləsi (Farsca: برج آتش نشانی, Azərbaycanca:يانقين قوله‌سی) - Təbriz şəhərində olan tarixi abidə. == Tarixi == Təbrizin mərkəzi bölgəsi olan Xəqani küçəsindədir. 23 metr yüksəkliyindəki abidə 1917-ci ildə inşa edilmişdir. Hündürlüyü 23 metrdir. == Tikilməsinin səbəbi == O illərdə rabitə vasitələrinin olmaması səbəbilə şəhər daxilindəki yanğınlara vaxtında müdaxilə etmək üçün qurulmuşdur. Qüllənin ən üstündə olan müşahidəçi 24 saat duman və alov izinin olub-olmamasına nəzarət edir, gördüyü anda şəhərin yanğınsöndürmə xidməti orqanına xəbər verərdi. Qaranlıqda hamının qüllənin yerini rahat tapa bilsin deyə qüllədə həmişə çıraq yandırıldı.Onu da qeyd etmək lazımdır ki, Təbriz yanğınsöndürmə xidməti təşkilatı 1832-ci ildə qurulmuşdur və İranda bu təyinatla qurulan ilk orqandır.
B-3V yağı
Bataqlıq kərə yağı
Bataqlıq kərə yağı (ing. Bog butter) — İrlandiyada bir çox nümunəsi olan tarixi kərə yağları. Soyuducunun icadından əvvəl insanlar qida məhsullarını uzun müddət saxlaya bilmək üçün müxtəlif üsullardan istifadə edirdilər. Bu üsullardan biri də qidanın bataqlıqda saxlanılması idi. İrlandiya sakinləri də əvvəllər kərə yağlarını qoruya bilmək üçün bataqlıqda basdıraraq, sonrakı illərdə ehtiyac olduqca, onları həmin ərazilərdən çıxarmağı planlaşdırırdı. Ancaq bataqlıq kərə yağlarının qədim zamanlarda bolluq olsun deyə tanrılara, ya da ruhlara əhd olaraq verildiyi də iddia edilir.
Hind küncüt yağı
Küncüt yağı küncüt toxumundan alınan yeməli bitki yağıdır. Yağ kimi istifadə olunmaqla yanaşı, bir çox mətbəxdə fərqli qoz ətri və dadı olan ləzzət artırıcı kimi istifadə olunur. Yağ, erkən tanınan bitki mənşəli yağlardan biridir. Dünya miqyasında kütləvi müasir istehsal, səmərəsiz əl yığımı prosesi səbəbindən məhduddur. == Tərkibi == Küncüt yağı sadalanan yağ turşularından ibarətdir: linoleik turşu (ümumi miqdarın 41%), olein turşusu (39%), palmit turşusu (8%), stearin turşusu (5%) və digərləri az miqdarda. == Tarixi == Tarixən, küncüt 5000 il əvvəl quraqlığa davamlı bir məhsul kimi becərilib və digər məhsulların uğursuz olduğu yerlərdə yetişə bilib. Küncüt toxumu, yağ üçün emal edilən ilk bitkilərdən biri, həm də ən erkən dad əlavələrindən biri idi. Küncüt, Hind vadisi mədəniyyəti dövründə yetişdirilirdi və əsas yağ məhsulu idi. Ehtimal ki, eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyaya ixrac edilmişdi. == İstehsal prosesi == Küncüt toxumu ilk növbədə inkişaf etməkdə olan ölkələrdə istehsal olunur, genişmiqyaslı, tam avtomatlaşdırılmış yağ hasilatı və emalı texnikasının yaradılmasının məhdudlaşdırılmasında rol oynayan bir amildir.
Nanə efir yağı
Nanə efir yağı— nanə cinsinə aid bitkilərin hava hissələrindən olan efir yağlarının böyük qrupunun ümumi adı, ilk növbədə nanə və tarla nanə yağlarıdır. Nanə efir yağları bitkinin kəsilmiş torpaq hissəsindən buxar distilləsi yolu ilə alınır. == Nanə efir yağının tərkibi == Nanə yağı Nanə yağı nanə yağı ailəsində "klassik"dir. Bu nanə M.viridis L. və M.aquatica arasında təbii növlərarası hibriddir. İngiltərədə onu "qara nanə" adlandırırdılar, uzun müddət ən yüksək keyfiyyət hesab edilən bu efir yağı idi. 20-ci əsrin əvvəllərində bu növ neftin ən böyük istehsalçısı Rusiya (Ukrayna nefti)dir. SSRİ-də ingilis cinsləri əsasında yaradılmış ən çox yayılmış sort Prilukskaya-6 (yağda 40-55% mentol, 20-30% menton) növüdür. Bu sort 1956-cı ildən Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdə yetişdirilir. Tarla nanə yağı Tarla nanə yağı (Mentha arvensis L.) və ya Yapon nanəsi parfümeriya və kosmetika sənayesində (əsasən diş pastalarının bir hissəsi kimi) ən çox istifadə edilən yağlardan biridir. Mentolun yüksək tərkibi (bəzən 80%-dən çox) ilə seçilir Bu nanə bütün dünyada, ilk növbədə Çin və Braziliyada çox geniş şəkildə becərilir.
Qara zirə yağı
Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı. == Qara zirə yağının effektləri == Xolesterin mübadiləsini yaxşılaşdırır, bununla da ateroskleroz və ürək-damar xəstəliklərinin qarşısını alır. Güclü antifunqal, antibakterial, virus əleyhinə, antihelmint, yəni qurd əleyhinə təsirlərə malikdir, qaşınmanı aradan qaldırır, dərini iltihablaşmış sahələrini regenerasiya edir Sidikqovucu, ödqovucu, yumşaq işlədici təsir göstərir Böyrək və sidik kisəsində daşları əridir Ana südünü artırır Dəriyə çəkildikdə ziyillərin əriməsini təmin edir Alkoqolun antidotudur, alkoqol zəhərlənməsinin əlamətlərini aradan qaldırır İmmunomodulyatorların (interferonlar, raferonlar, intronlar, betaferonlar) sintezini stimullaşdırır, bununla da yoluxucu aqressiyanı dərhal neytrallaşdırırYerli və ümumi səviyyədə iltihabəleyhinə təsir göstərir və soyuqdəymənin əlamətlərini aradan qaldırır (halsızlıq, zəiflik, öskürək, burun tutulması və s.) Prostaqlandinlər eyni zamanda orqanizmin sekretor funksiyalarını və mikrosirkulyator qan dövranını yaxşılaşdırır, neyromediator balansı bərpa edir və MSS-də tormozlanma-oyanma proseslərini normallaşdırır. Qara zirənin tərkibindəki siklooksigenaza aşağıda qeyd olunan effektlərə malikdir: iltihabi proseslərin qarşısını alır və qanın laxtalanmasını tənzimləyir;trombositlərin aqreqasiyasının və adgeziyasının, bununla da trombların yaranmasının qarşısını alır; ahtisklerotik və damargenəldici təsirlərə də malikdir; hemostatik balansı formalaşdırır; bağırsaq florasının təbii simbiozunu bərpa edir, bunulada disbakteriozu aradan qaldırır == Xarici keçidlər == Qara zirə – Black seed Qara zirə yağı haqqında Arxivləşdirilib 2011-01-14 at the Wayback Machine == Həmçinin bax == Qara zirə Qara zirə yağının hemoqlobinin qatılığına təsiri Qara zirə yağının orqanizmə faydaları insanlara qədimdən məlumdur. Aparılan təcrübələrdə heyvanların yem paylarına qara zirə yağının müxtəlif dozalarda əlavə edilməsinin qanda eritrositlərin sayına və hemoqlobinin qatılığına təsiri olub. Orqanizmdə maddələr mübadiləsini gücləndirir, eritrositlərin sayını artırır və onların daşıdıqları hemoqlobinin qatılığı artmış olur. Qara zirə yağı qan yaradıcı orqanların fəaliyyətini gücləndirir. Qan catişmamazlığı olan xəstələrə verilməsi məsləhətdir.
Bangi
Banqi (fr. Bangui, sanqo Kötä gbätä tî Bangî) — Mərkəzi Afrika Respublikasının paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 622 771 nəfərdir. Şəhərin əsası 1889-cu ildə fransız hərbi məntəqəsi kimi Ubangi-Şari koloniyasında qoyulmuş, daha sonra adı Kubangi-Şari olaraq dəyişdirilmiş və fransız Ekvatorial Qvineyasının bir hissəsinə çevrilmişdir. rəsmi adı tərcümədə "kandarlar" ("astanalar") mənasını verir.
Langi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Yanni
Yanni (tam adı Yiannis Hrysomallis ya da məşhur olduğu adıyla John Yanni Christopher; 14 noyabr 1954[…], Kalamata[d], Peloponnes, Qərbi Yunanıstan və İon adaları) — Yunan pianoçu və bəstəkar. 1992-ci ildə "Dare to Dream" albomu ilə Grammy mükafatı qazanmışdır. Başqa uğurlu albomlarından biri isə 1993-cü ildə çıxardığı "My Time" albomu olmuşdur. Əsl müvəffəqiyyəti 1994-ci ildə çıxardığı "Yanni Live at the Acropolis" albomu ilə qazanan sənətçinin bu əsəri bütün zamanların ən çox satan ikinci video-klipi olmuşdur. 2011-ci ilə qədər 20 ölkədə, 2 milyondan çox konsert vermiş; 20 milyonun üzərində albom satmışdır. == Yanni == 1993-cü ildə İngilis Kraliyət Simfonik Orkestri ilə Acropolis-də verdiyi konsertlə özünü dünyaya tanıtdırmışdır. Özü xüsusi bir musiqi təhsili almadığı halda Simfoniyalar yazan bir musiqiçidir. 1987-ci ildəki ilk albomu " Keys to Imagination " olan məşhur musiqiçinin eyni zamanda Yunanıstan gənclər üzmə rekorçuluğu və Amerikadakı Minnesota Universitetindən psixologiya lisenziya var. == Albomları == Optimystique (1980) Keys to Imagination (1986) Out of Silence (1987) Chamaleon Days (1988) Niki Nana (1989) Reflections of Passion (1990) In Celebration of Life (1991) Dare to Dream (1992) In my time (1993) Live at the Acropolis (1993) In the Mirror (1997) Tribute (1997) If I Could Tell You (2000) Ethnicity (2003) Yanni Live!
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. == Yanıqlar haqqında məlumat == Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir.Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır. Bütün dünya üzrə yanıqlara məruz qalmış şəxslərin ən yüksək faizini 12 yaşdan aşağı uşaqlar təşkil edir.
Atası yandı (film, 1986)
Atası yandı qısametrajlı bədii süjeti rejissor Elxan Qasımov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film idarələrdə şikayətlərə əhəmiyyət verilməməsindən bəhs edir. Rolları Sadıq Hüseynov, Elxan Ağahüseynoğlu və Arif Həbibi ifa edirlər. == Məzmun == Film idarələrdə şikayətlərə əhəmiyyət verilməməsindən bəhs edir.
Amblyseius wangi
Amblyseius wangi (lat. Amblyseius wangi) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius wangi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Banqi adası
Banqi adası (malay Pulau Banggi) — Malayziyanın Sabah ştatı, Kudat vilayətində yerləşən ada. Kalimantan adasından şimal-şərqdə yerləşir. banqi adasından 5 km qərbdə, Balambanqan, 15 km cənub-şərqdə Malavali adası qərarlaşır. Sahəsi 440,7 km²-dir. Ən hündür nöqtəsi 533 metrdir. 2003-cü il məlumatına görə adada 20 000 insan yaşayır. Ən iri yaşayış məntəqəsi Limbuakdır.
Danqı nahiyəsi
İncərud nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Gəncə sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Gəncə nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir Şah II. Abbas’ın 1650 tarixli fərmanı ilə Gəncə-Qarabağ bəylərbəyliğinə bağlı Danqı nahiyəsinin Şəki ölkəsinin idarəsinə geçici olaraq verildi.
Gəmi ranqı
Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.
Matrisin ranqı
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi. == Elementar çevrilmələr == Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar: Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək; Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq; Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək; Bu zaman matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz. Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar. Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar. == Matrisin ranqının tapılması == Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determinantı sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Min Yunqi
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. == Həyatı və karyerası == === 1993–2010: İlkin dövr === Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. === 2013-günümüz: BTS === Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Neoseiulus yanoi
Neoseiulus yanoi (lat. Neoseiulus yanoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Tomas Yançi
Tomas Yançi (23 iyul 1968) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tomas Yançi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Yanıq (Həştrud)
Yanıq (fars. يانوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (84 ailə).
Yanıq Kərəmi
Yanıq Kərəmi — aşıq havası. "Əsli və Kərəm" dastanı ilə bağlıdır. Poetik mətni qoşmadır. Dilqəmi kökündə ifa olunur. "Yanıq Kərəmi"də kədər, qəm ifadə edilir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). == Toponimikası == Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yengi Molk
Yengi Molk (fars. ينگه ملك‎; azərb. Yengi Mülk‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. Kəndin adı yerli şivədə "Mamudabad" kimi də deyilir. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 126 ailədə 244 nəfəri kişilər və 233 nəfəri qadınlar olmaqla cəmi 477 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Yengi kənd
Yengikənd (Dağıstan)
Tanqi Ndombele
Tanqi Ndombele (28 dekabr 1996) — Fransalı peşəkar futbolçu. İngiltərənin "Totenhem" klubunun və Fransa milli komandasının yarımümdafiəçisi. İcarə əsasında İtaliyanın "Napoli" klubunda çıxış edir.
Yanıq xəstəliyi
Yanıq xəstəliyi - geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur. == Mərhələləri == Yanıq xəstəliyinin inkişafında 5 mərhələ ayırd edilir. Yanıq şoku Yanıq tokemiyası Yanıq septikotoksemiyası Üzülmə Nəticə === Yanıq şoku === Yanıq şoku yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir: erektil mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsinin fəallığının artması ilə müşayiət olunur, qana çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin keçir;torpid mərhələdə vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır. Travmatik şokdan fərqli olaraq, yanıq şokunda damar-hərəki mərkəzin rezistentliyi ilə əlaqədar arterial təzyiq nisbətən az dəyişir. === Yanıq toksemiyası === Yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin (histamin, bradikinin, prostaqlandinlər) təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsindən çoxlu miqdarda plazma itirilir, qan qatılaşır, özlülüyü artır. Dövr edən qanın həcmi azalır. Bütün bunlar ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125-140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. == Tarixi == Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qayğı
Qayğı (film, 1943)
Sarğı
Sarğı (gəmi)
Sayğı
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Tanrı
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.