ÇARIQÇI

i. bast sandal maker, bast shoe-maker

ÇARIQ
ÇARİZM
OBASTAN VİKİ
Çarıqçı Bahadır
Çarıqçı Bahadır (təq. 1870, Şuşa – 1930, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Çarıqçı Bahadır təqribən 1870-ci ildə Şuşa şəhərində yerləşən Saatlı məhəlləsində anadan olmuşdur. Kiçik yaşlarından çarıqçılıq sənətini öyrənən Bahadır Şuşa şəhərində kiçik dükan açmış, burada işləmişdir. Buna görə də o, "çarıqçı" ləqəbi ilə tanınmışdır. Gənc yaşlarından şəhərin qış klubuna və ya "Xandəmirovun teatrı"na gedərək buradakı musiqiçilərin çıxışlarını dinləyən Bahadır bir müddət sonra özünə qrammofon almış, vallardan bir sıra Azərbaycan muğam və təsniflərini öyrənərək ifa etmişdir. Çarıqçını səsini eşidən tarzən Balaca Qrikor onu Daşaltına toy məclisinə aparmış, bununla Bahadırın xanəndəlik fəaliyyəti başlanmışdır. Çarıqçı Bahadır 30 il xanəndə kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, Qarabağ kəndlərində ifa etmiş, tarzən Balaca Qrikor, Tatevos, Lazar Qabrielyan, kamançaçalan Mirzə və Makiç ilə uzun müddət əməkdaşlıq edərək Şuşa məclislərində çıxışlar etmişdir. Bahadır həyatının son illərində tarzən Abbasqulu ağa və qarmonçu Kərbəlayı Lətif ilə əməkdaşlıq etmişdir.

Digər lüğətlərdə