Üç eşşək bir axurdan arpa yeməz.

bax İki qoçun (qoyunun) başı bir qazanda qaynamaz.
Üç cüt, bir tək
üç qat bahasına haqqını vermək
OBASTAN VİKİ
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Bir, iki, üç
"Bir, iki, üç" (ing. One, two, three) — rejissor Billi Uaylderin filmi. Mak Namara "Koka-Kola" şirkətinin yüksək vəzifəli əməkdaşıdır. Şirkətin Qərbi Berlindəki nümayəndəliyinin sədridir. O, bu şirkətin bütün Avropadakı filiallarının rəhbərliyini öz əlinə almaq və Londona köçmək arzusundadır. Mak Namaranın müdiri ondan Berlinə gəlmiş 17 yaşlı qızı Skarletin qayğısına qalmağı xahiş edir. Bu səfəri zamanı, Skarlet heç kimə demədən Şərqi Berlin kommunisti Ottoya ərə gedir. İndi Mak Namara onların nikahını pozmaq üçün əlindən gələni etməlidir. Lakin ortaya Skarletin hamilə olması məsələsi çıxır. Ona görə də indi artıq Mak Namaranın qarşısında Ottonu Şərqi Almaniya həbsxanasından çıxarmaq və ondan kapitalist fikirli adam yaratmaq vəzifəsi durur.
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi. Kəndlər Arpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd. Digər Arpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Üç badam, bir qoz
Üç badam bir qoz — Azərbaycanın milli rəqsi. Rəqs qədimidir, Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnısını vaxtilə Cabbar Qaryağdıoğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.
Eşşək şousu
Eşşək şousu — qadının eşşəklə zoofilik əlaqədə olduğu canlı seks şousu növü. Şəhər əfsanəsinə və bəzi bədii əsərlərə görə, bu, bir vaxtlar Meksikanın sərhəd şəhəri Tixuanada, xüsusən XX əsrin ortalarında həyata keçirilmişdir. Qustavo Arelyano "Meksikalıdan soruş" adlı köşə yazısında bu cür eşşək şoularının real olmadığını iddia etmişdir. 2008-ci ilin sonlarında Tixuanaya səfər etmək üçün bir səbəb kimi qeyd edilmişdir. 2005-ci ildə bu terminin "tam qarışıqlığa" çevrilmiş vəziyyəti təsvir etmək üçün istifadə edildiyi iddia olunmuşdur. Buna misal olaraq Meksikada hökumət və xəbər mediasının vəziyyəti göstərilmişdir.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür. Frumentum hordeum E.H.L.Krause Hordeum polystichon var.
Arpa (Dərələyəz)
Arpa — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban abidəsinin-məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Arpa türk şəxs adı əsasında formalaşmışdır. Görünür, sonralar tayfa adı kimi sabitləşmişdir. H.Mirzəyev toponimin türk tayfa adından əmələ gəldiyini göstərir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə dəyişdirilib Areni qoyulmuşdur. Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 34 nəfər, 1926-cı ildə 15 nəfər azərbaycanlı yaşamışdır.
Arpa (bitki)
Arpa (lat. Hordeum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Onun dənindən perlova yarması və un hazırlanır. Unundan ehtiyac olduqda 20-25% buğda ununa qatırlar. Dənin tərkibində 12% zülal, 5,5% sellüloza, 58-64% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir. Arpa insanlara qədimdən daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız ərzaq məqsədi üçün becərilirdi. Sonralar yem və daha sonralar isə pivə məqsədi üçün becərməyə başlamışlar.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Arpa xan

Arpa yarması
Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: arpa yarması (perlovaya) хırdalanmış arpa yarması (yaçnevaya). Arpa yarması istehsal etdiкdə çiçəк qişasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toхum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Arpa yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5–2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraхılır. Iri ölçülü yarma duru хörəкlərin və dənəvər sıyıqların hazırlanmasında, хırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur. Хırdalanmış arpa yarması üç nömrədə (yaçnevaya) çiçəк qişasından azad edilmiş хırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçülərinə görə üç nömrədə (1 №-li 2,5–2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır. Bütöv arpa yarmasından fərqli olaraq cilalanmır və ona görə də tərкibində sellüloza nisbətən çoхdur.
Arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır.
Ağ arpa
Ağ arpa — Azərbaycanın qədim payızlıq arpa sortu. Sünbülləri ağ, altıcərgəli, seyrəkdənli və qılçıqlıdır. Küləşi sarı, dəni aq, azca yaşılaçalan, uzunsov və iri olur. Ağ arpanın 1,000 dəninin çəkisi 39–50 qramdır. Dəni tökülmür, yerə az yatır. Orta müddətdə yetişir. Soyuğa, quraqlığa (orta dərəcədə), sürmə xəstəliklərinə davamlıdır. Sentyabrın 2-ci, oktyabrın 1-ci yarısında torpağa səpilir. Vegetasiya dövrü 230–250 gündür. 1 hektardan 20–35 sentner məhsul yığılır.
Arpa məbədi
Arpa məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Arpa (10.09.1046-cı ildən — Areni) kəndində, Yelpiçay çayı ilə Arpa çayının qovuşduğu yerdə yerləşən alban-türk xristian abidəsidir. Məbədin kitabəsində onun Burtel Orbelianın, onun arvadı Vağağın, oğlanları Başken və İvanın şərəfinə Siyuni hakimi Darsaiçin əmri ilə yepiskop Ovanes Orbelian tərəfindən 1322-ci ildə tikdirildiyi göstərilmişdir. Elxani hökmdarı Arpa xanın (1335–1336) adını daşıyan Arpa kəndində tarixən Türk-Oğuz tayfaları yaşamışlar. Daha sonra kəndə Türkiyədən və İrandan ermənilər köçürülüb gətirilmişlər.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
Bir, iki, üç (film, 1961)
"Bir, iki, üç" (ing. One, two, three) — rejissor Billi Uaylderin filmi. == Məzmun == Mak Namara "Koka-Kola" şirkətinin yüksək vəzifəli əməkdaşıdır. Şirkətin Qərbi Berlindəki nümayəndəliyinin sədridir. O, bu şirkətin bütün Avropadakı filiallarının rəhbərliyini öz əlinə almaq və Londona köçmək arzusundadır. Mak Namaranın müdiri ondan Berlinə gəlmiş 17 yaşlı qızı Skarletin qayğısına qalmağı xahiş edir. Bu səfəri zamanı, Skarlet heç kimə demədən Şərqi Berlin kommunisti Ottoya ərə gedir. İndi Mak Namara onların nikahını pozmaq üçün əlindən gələni etməlidir. Lakin ortaya Skarletin hamilə olması məsələsi çıxır. Ona görə də indi artıq Mak Namaranın qarşısında Ottonu Şərqi Almaniya həbsxanasından çıxarmaq və ondan kapitalist fikirli adam yaratmaq vəzifəsi durur.
Üç badam bir qoz (Rəqs)
Üç badam bir qoz — Azərbaycanın milli rəqsi. Rəqs qədimidir, Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnısını vaxtilə Cabbar Qaryağdıoğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.
Eşşək-meydanı aşırımı
Eşşək-meydanı aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində aşırım (hünd. 2862,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid çökmə (Alt Paradaş yarımlay dəstəsi) və vulkanogen-çökmə (Biləv lay dəstəsi) süxurlardan təşkil olunmuş hamar səthli gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının nüvə hissəsində yerləşir. Cənub yamacında andezit tərkibli subvulkanik kütlə açılır. Səthində və yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay qırılmaları, həmçinin dioritli porfirit və siyenit-diorit daykaları izlənilir.
Eşşək arısı (komiks)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Eşşək arısı (personaj)

Eşşək beli sındırdı
Eşşək beli sındırdı - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə yayılan ən qədim oyunlardan biri. Bu oyun müəyyən mənada ənzəliyə bənzəyir, onun davamı kimidir. Oyunu keçirmək üçün iki dəstəyə ayrılmaq gərəkdir. Dəstələr halay getmək yolu ilə ayrılır. Püşk ilə uduzan dəstə bir-birinin arxasından yapışaraq əyilir, o biri dəstə isə onların belinə tullanıb otururlar. Əgər bu arada dəstədən biri yıxılırsa, dəstələr yerlərini dəyişdirir.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Arpa (ölçü vahidi)
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi. Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur. Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi. Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə.
Qovrulmuş arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır.
Sultan Arpa xan