Hadisə üfüqü (film, 1997)
Hadisə üfüqü (ing. Event Horizon) — 1997-ci ildə Pol V. S. Anderson tərəfindən çəkilmiş elmi fantastika qorxu filmi. Baş rollarda Lorens Fişborn, Sem Nill, Ketlin Kuinlan və Coeli Riçardson oynuyub.
Filmin çətin istehsal tarixi var idi: Paramount Pictures-ın əsas layihəsi olan “Titanikin” planlaşdırıldığı vaxtda buraxılmayacağı məlum olanda, studiya tələbi ilə "Hadisə üfüqü" çəkilişləri və montaj işləri tələsik halda başa çatdırılmışdı. Filmin ilkin 130 dəqiqəlik versiyası ciddi şəkildə düzəliş edilib, qısaldıranda, rejissorun narazılığına səbəb olmuşdu.Buraxıldıqdan sonra film həm kommersiya baxımından, həm də film tənqidçiləri arasında ümidləri doğrultmadı və 60 milyon dollarlıq büdcədən cəmi 42 milyon dollar gəlir əldə etdi. Ancaq sonradan videodaşıyıcı vasitəsiylə yaxşı satılmağa başladı; DVD versiyasının yayılması o qədər gəlirli idi ki, buraxıldıqdan bir müddət sonra Paramount silinmiş materialların bərpası işinə başlamaq üçün Andersonla əlaqə saxladı. Lakin məlum oldu ki, kadrlar ya itib, ya da məhv edilib. O vaxtdan bəri film tədricən kult statusu qazandı, populyar mədəniyyətin digər əsərlərində ona istinadlar tez-tez rast gəlinir.
== Məzmun ==
Filmin süjeti 2047-ci ildə baş verir, itkin düşmüş və sonradan Neptunun orbitində peyda olan “Event Horizon” kosmik gəmisini astronavtlardan ibarət komandanın geri qaytarması və ekipajını xilasetmə missiyasının icrasından bəhs edir.
Xilasetmə qrupu gəmini tədqiq edərkən öyrənir ki, bu gəmi eksperimental yüksək texnologiyalı mühərrik üçün gizli sınaq meydançası olub və fəza-zaman kontinuumunda bir deşik yaradaraq məlum kainatı tərk edib, sonra geri qayıtmışdı, hansı ki nəticədə bəzi şər qüvvə tərəfindən ələ keçirilmişdi.