Üslub

1) yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideya-bədii xüsisiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. Məsələn, romantik üslub, qotik üslub; 2) hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu. Məsələn, qəzet üslubu, felyeton üslubu, nağıl üslubu; 3) nitqin sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulması. Məsələn, üslub səhvləri; 4) bir xalqın dil, ədəbiyyat və incəsənətinə aid olan səciyyəvi cəhətləri məcmusu; 5) yaradıcılıqda özünü göstərən əsas ideya-bədii xüsusiyyətlərin fərqlənmə əlamətlərinin vəhdəti.
Utilitar
Üsul

Digər lüğətlərdə