Hirkan şümşəsi (Hirkan pirkalı)
Elmi adı- Ilex hyrcana Pojark
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
3–6 m hündürlüyündə, 7 −8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2–7 sm uzunluğunda, 1–3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7–9 m m uzunluğunda, 6–7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3–8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir.