şəhərdənkənar
şəhəriçi
OBASTAN VİKİ
Şəhərətrafı zona
Şəhərətrafı zona - şəhəri əhatə edən və onunla qarşılıqlı əlaqədə olan ərazi. Şəhərətrafı zonada aşağıdakılar yerləşir: kənd təsərrüfatı sahələri; şəhərə xidmət göstərən ayrı-ayrı sənaye müəssisələri, nəqliyyat qurğuları (dəmir yolu və avtomobil stansiyaları, aerodrom və s.); fəhlə və kurort yaşayış məntəqələri; şəhərətrafı yaşıl zona; kommunal təsərrüfatları, suqoruyucu zona, suburaxıcı punktlar; meşələr və meşə-parklar, su hövzələri və s.
Mets-şəhərətrafı (rayon)
Mets-şəhərətrafı (fr. Metz-Campagne) — Fransanın Lotaringiya regionun rayonlarından biri. Departamenti — Mozel. Suprefektura — Mets. Rayon əhalisi 2006-cı ildə 217 686 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 208 nəf / km². Rayon ərazisi — 1047 km². Rayon 2015-ci il dekabrın 29-da 2014-1721 saylı fərmanına əsasən ləğv edilib və 2015-ci il yanvarın 1-dən Mozel departamentinin 143 kommunası üçün inzibati mərkəzdən yeni Mets rayonunda Mets-şəhər rayonu ilə birləşdi.
Bakı şəhərətrafı dəmir yolu
Abşeron dairəvi dəmir yolu (əvvəlki adı Bakı dairəvi xətti) və ya Bakı şəhərətrafı dəmir yolu — Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Bu dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı sərnişin — Biləcəri — Sumqayıt və Bakı sərnişin — Sabunçu — Sumqayıt. Hazırda Bakı sərnişin — Biləcəri — Sumqayıt xətti üzrə Biləcəri, Xırdalan və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcək planda Keşlə, Dərnəgül, Binəqədi və Güzdək dayanacaqlarının da inşası nəzərdə tutulub. Bakı sərnişin — Sabunçu — Sumqayıt xətti üzrə Nərimanov, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Gorədil, Novxanı və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcəkdə Nərimanov dayanacağında da qatarların dayanması nəzərdə tutulub. Bakı şəhərinin baş planına əsasən, gələcəkdə Zabrat 2 stansiyasından Maştağa Albalılıq Zağulba istiqamətində, Bakıxanov dayanacağından Suraxanı, Qala, Zirə, Hövsan istiqamətində xətlərin yenilənməsi, Yeni Suraxanı — Hava limanı istiqamətində xəttin çəkilməsi planlaşdırılıb. Bundan əlavə Bakının Baş planına əsasən 2027-ci ilədək 28 may və Biləcəri stansiyaları arasında 4 yeni dayanacağın (Dərnəgül, Binəqədi Cənub, N. Nərimanov) yaradılması, Lökbatandan 28 maya (Lökbatan, Heybat, Xocahəsən, Biləcəri, Binəqədi, Dərnəgül, Keşlə, N. Nərimanov, 28 may) şəhərətrafı qatarların hərəkəti, 2040-cı ilədək Bakı sərnişin — Keşlə — Dərnəgül — Binəqədi — Binəqədi Şərq — Binəqədi Şimal — Mehdiabad — Fatmayı xəttinin inşası planlaşdırılır. == Tarixi == Bakı və Abşeron ərazisində ilk dəmir yolu xətti olan Bakı — Sabunçu — Suraxanı xətti 1880-ci ilin yanvar ayında istifadəyə verilmişdir. 1883-cü ildən Bakı — Tiflis — Batum, 1890-cı ildən isə Biləcəri — Dərbənd magistral xəttlərinin inşası ilə dəmiryolu xətti tədricən daha şaxəli formaya malik olur.

Digər lüğətlərdə