şərq-qərbli

şərq-qərbli
şərq-qərb
şərqi
OBASTAN VİKİ
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Orta Şərq
Orta Şərq (fars. خاورمیانه‎,ing. Middle East,rus. Средний Восток, urdu مشرقی وسطٰی, ərəb. الشرق الأوسط‎, ivr. ‏המזרח התיכון‏‎, kürd. ڕۆژھەڵاتی ناوین/Rojhilata Navîn) — Orta şərq anlayışı Avropa mərkəziyyətçi yanaşmaya əsaslanır və britaniyalıların XIX əsrdə istifadə etdikləri anlayışdır. Bu təyin etməyə əsasən İngiltərə və Avropa ölkələri mərkəz qəbul edilmiş, Şərq, Uzaq Şərq, Yaxın Şərq, Orta Şərq kimi anlayışlar da buna görə təyin edilmişdir. Bu tanımaya görə Orta Şərq ölkələri Suriya, İraq, Qətər, Kipr, İordaniya, İsrail, Livan, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, Yəmən, Misir, Əfqanıstan, Pakistan, Tunis, Əlcəzair, Liviya, Sudan və Mərakeşdir. Yaxın Şərq anlayışı Fransanın Osmanlı İmperiyasınən torpaqları üçün istifadə etdiyi Yaxın Şərq təbiridir.
Uzaq Şərq
Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və Koreya Respublikası) və Yaponiya ərazilərinin şərqi aiddır.
Yaxın Şərq
Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, assuriyalılar, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350–360 milyon müsəlman (türklər, farslar, ərəblər, kürdlər və s.), 20 milyon xristian (ermənilər, yunanalar, gürcülər, aysorlar, qibtilər, marunilər və s.), 7 milyon yəhudi, 1 milyon dürzi, 1 milyon yezidi və s. İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var. Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.
Şimal-şərq
Şimal-şərq — şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şərq (Beyləqan)
Şərq — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şərq (dəqiqləşdirmə)
Şərq — cəhət. Şərq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şərq Legionu
Şərq Legionu lahiyəsi Birinci Dünya Müharibəsinin ortalarında Fransız ordusunda mövcud olan əsgər çətinliyinə həll tapmaq məqsədi ilə yaradılmışdır. Xüsusilə döyüşün ilk iki ilinin sonunda Fransız ordusunun seçmə birliklərinin Fransa-Almaniya sərhədində edilən döyüşlərdə ciddi itkilərə uğraması nəticəsində Fransız hökuməti Orta şərqdəki döyüş siyasəti üçün Fransız birliklərini istifadə etmək yerinə, bölgədə yaşayan və ortaq nöqtəsi Osmanlı hakimiyyətinə qarşı çıxmaq olan ünsürləri istifadə etməyi seçmişdir. Bu səbəblə əvvəllər Cebel Musa Ermənilərindən mütəşəkkil olması planlanan Şərq Legionuna Ermənilərdən başqa həm də xristian Suriyalılar və Livanlılar da daxil edilmişdir. Bu birliklər ilk olaraq Misirdə Port Səiddə toplanmış, daha sonra buradan Kiprdə qurulan düşərgəyə daşınmışlar. Fransa yalnız Orta şərqdəki Erməni və Suriyalıları deyil, on doqquzuncu əsr boyunca və iyirminci əsrin başında Amerika qitəsinə köç edərək burada güclü diaspor təsis etmiş olan Erməni və Suriyalıları da qiymətləndirməyi nəzərdən keçirirdi. Bu səbəblə Amerikaya göndərilmək üzrə Erməni və Suriyalı nümayəndələri meydana gətirmiş, bunların bütün xərclərini qarşılayaraq Amerikada təbliğat fəaliyyətlərinə girişməsinə vəsilə olmuşdur. Şərq Legionu üçün Cənubi Amerikadan könüllü toplanması işləri Erməni və Suriyalı nümayəndələrinin işlərinə baxmayaraq Fransanın istədiyi səviyyədə reallaşmamışdır. Bunun ən əhəmiyyətli səbəbləri Şərq Legionunun hüquqi quruluşunun kifayət qədər oturdula bilməməsi, Legiona daxil olan əsgərlərin təqaüdçülük və təzminat haqqlarının digər Fransız əsgərlərinə görə daha alt səviyyədə olmasının yaratdığı problemlər və ən əhəmiyyətlisi Latın Amerikada olan Erməni və Suriyalı birliklərinin aralarındakı qarşıdurmalardır. Bu qarşıdurmalar yalnız Latın Amerikadakı birliklər arasında deyil, eyni zamanda Legionu meydana gətirən Erməni və Suriyalı əsgərlər arasında da mövcuddur. 1916-cı ildə təsis edilən Şərq Lejyonu 1918 ili sonlarında Mondros Sülhü hökmlərin tərəfindən Kilikya bölgəsini işğal etmək üzrə Fransız ordusu ilə birgə bölgəyə gətirilmişdir.
Şərq Tərəfdaşlığı
Şərq Tərəfdaşlığı - Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna. "Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir.
Şərq adaları
Şərq adaları — Kara dənizində Nordenşeld arxipelaqı tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Arxipelaqın şərqində yerləşir. Qrupa bu adıda məhəs şərqdə yerləşməsi ilə əlaqədar verilmişdir. Şərq adalarından qərbdə Litke adaları, 15 km cənub-qərbdə Paxtusov adası yerləşir. Arrxipelaq ümumilikdə 15 adadan ibarətdir. Şimaldan cənuba 30 km məsafədə uzanır. Paxtusov adasından Lelin boğazı ilə ayrılır. Qrupa daxil olmayan və ondan cənubda yerləşən adalardan Matisen boğazı ilə ayrılır. Arrxipelaqa daxil olan Tırtov adasında 1940-1975-ci illər ərzində qütb stansiyası fəaliyyət göstərmişdir.
Şərq alkannası
Şərq alkannası (lat. Alkanna orientalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Şərq andızı
Şərq andızı (lat. Inula orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. Çoxillik, 20-50 (60) sm hündürlükdə, gövdəsi duz, şırımlı, sadə, tüklü bitkidir. Yarpaqları bütöv, yanlardan kirpikli, aşağıdakılar uzunsov-kürəkvari gövdədən dartılmış, sonrakılar oturaq ürəkvari və ya yumurtavari ucubizdir. Səbətləri iri, 20-30 mm enində, tək-tək yerləşirlər. Sarğısının yarpaqları çoxcərgəli, biz-lansetvari, sıx qaratəhər kirpiklidir. Dilcik çiçəkləri qızılı-sarı, sarğıdan iki dəfə uzundur. Toxumcaları 3 mm uzunda silindrvari, çılpaq, şırımlıdır; kəkili qonur, tükcüklü, toxumcalardan bir az uzundur. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Subalp və alp çəmənlərində, məşə kənarlarında və talalarında bitir.
Şərq ağəsmə
Şərq ağəsməsi
Şərq ağəsməsi (lat. Clematis orientalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. Оrtа Аsiyаdа, Аvrоpаdа, Qаfqаzdа, Mоnqоliyаdа, Çində təbii halda yаyılmışdır. Hündürlüyü 4–6 m оlаn, yаrımоduncаqlаşmış liаnаdır. Gövdəsi sаrmаşаn, buğumlu, bəzən qırmızımtıldır. Yаrpаqlаrı аçıq bоz-yаşıl, lələkvаri bölünmüş, cоd, fоrmа və ölçüsünə görə müхtəlifdir. Yаrpаqlаrın qоltuqlаrındа süpürgə-vаri çiçək qruplаrındа, uzunluğu 4-10 sm оlаn nаzik çiçək sаplаqlаrı yеrləşir. Çiçəkləri tüklü, sаrımtıl, diаmеtri 5-7 sm оlub, kаsаyаrpаqlаrı 4 ədəd, sаrımtıl, bəzən üstdən qırmızımtıl, hər iki tərəfdən qısа tüklü, uzunsоv-nеştərvаri və yа еnsiz yumurtаşəkilli-nеştərvаri оlub, uzunluğu 1,5-2,5 sm-dir. Еrkəkciklərin sаplаqlаrı bünövrədə еnli, tüklüdür. İyun-аvqust аylаrındа çiçəkləyir.
Şərq başlıqotu
Şərq başlıqotu (lat. Scutellaria orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. Hündürlüyü 25–30 sm-ə qədər olan, gövdəsiçoxsaylı, əsasında qalxan və ya aşağı hissədən yayılmış, bəzən düzdür, qısa sıx tüklü yarımkol ot bitkisidir. Yarpaqları saplaqlıdır, uzunluğu 4–20 mm, eni 4–15 mm-dir, yumurtaşəkilli, yumurtaşəkilli-üçbucaq və ya uzunsovyumurtaşəkillidir, uzunsov formaya qədər dəyişir, qaidə hissəsində kəsilmiş və ya zəif ürəkşəkillidir, kənarları qismən dərin, bəzən çox dərin dairəvi dişlidir, oval, uzunsov bəzən demək olar ki, xətvari dişlidir, üst tərəfdən tündyaşıl rəngli, səpələnmiş qısa və basıq xırda tüklü və ya demək olar ki, çılpaqdır, alt tərəfdən nazik basıq ağ keçə tüklü və ya ağımtıldır. Çiçək qrupu 5–6 sm-ə qədər uzunluqdadır, sıx və yaxud seyrəkdir. Tac iridir, uzunluğu 2,5–3 sm-dir, parlaq-sarı rəngdədir, xaricdən tüklü, bəzən çılpaqdır. Fındıqcalar 1,5 mm uzunluqdadır, yumurtaşəkilli və ağımtıldır. Çiçəkləməsi (aprel) may-iyul aylarında baş verir. İyul-sentyabr aylarıda meyvə verir. BQ (Quba–cənub-şərqdə), BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kür düz.
Şərq başınağacı
Şərq başınağacı (lat. Viburnum orientale) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. Şərq başınağacı Qərbi və Şərqi Zaqafqaziyada, dağların orta və aşağı zolağında bitir. Hündürlüyü 2 m-dək, hamar, qonur qabıqlı koldur. Budaqların və gövdələrin qabığı hamar, qonur, bünövrəsində çatlar vardır. Yarpaqları yumru, uzunluğu 6-15 sm, yuxarı hissəsi 3 pərli, əlvari yayılmış, damarcıqlı, bünövrələri ürəkvari və ya uzunsovdur, kənarı iri və iti dişli, bəzən qeyri-bərabərdir. Yarpaq ayasının üstü tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıqdır. Tumurcuqları 2 cüt pulcuqlu, qısa ayaqlarda yerləşir. Saplaqları qısa, bünövrələrində sapvari yarpaq altlıqları yerləşmişdir. Çiçəkləri ikicinslidir, altı-səkkiz şüalı, çoxçiçəkli, diametri 4-7 sm olan, çətirvari süpürgələrə yığılmışdır.
Şərq bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Şərq bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şərq cəbhəsi
Birinci dünya müharibəsi dövründə Şərq cəbhəsi
Şərq yemişanı
Şərq yemişanı (lat. Crataegus orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Türkiyə, Azərbycan, Gürcüstan, Ukrayna, Albaniya, Siciliya, İspaniya və Şimali Qafqazda daşlı-qayalıq ərazilərdə bitir. Hündürlüyü 5 m-ə çatan, tikanlı, al-qırmızı, qonur, boz budaqlara malik kol və ya ağacdır. Yarpaqları 3 və ya 7 dilimli, uzunluğu еnindən 3-4 dəfə çoхdur, yayda rəngi-tünd yaşıl, payızda isə narıncı-qırmızıya çalır. Çiçəkləri ağ, al qırmızıdır, 12–15 mm uzunluqda olub, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli və ya bir az oval, diamеtri 10 mm-ə çatan çəyirdəkmеyvədir, sеntyabr-oktyabr aylarında yеtişir, uzun müddət ağacın üzərində qalır. Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, qayalıqlarda daha yaxşı bitir. Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Şərq çinarı
Təbii hаldа Bаlkаn yаrmаdаsındа, Еgеy dənizi аdаlаrındа, Kiçik Аsiyаnın cənub və qərbində, Аrаlıq dənizinin şərq sаhillərində, Kipr və Krit аdаlаrındа yаyılmışdır. Hündürlüyü 40-50 m-ə, gövdəsinin diаmеtri 1,5-3 m-ə çаtаn gеniş çətirə mаlik iri аğаcdır. Gövdə və budаqlаrın qаbığı yаşılımtıl, аçıq bоz və yа sаrımtıl-yаşıldır. Tumurcuqlаrı еnli-kоnusşəkillidir, şişuclu, uzun zоğlаrdа növbəli düzülmüşdür. Yаrpаqlаrı növbəli düzülüşlü, dəyirmi və yа yumurtаvаri, 3-7 dilimlidir, uzun sаplаqlı, üst tərəfi pаrlаq yаşıl, аlt tərəfi qоnur-yаşıl, çılpаq və yа sеyrək tüklüdür. Birеvli bitkidir. Çiçəkləri müхtəlif cinsli, sаllаnаn uzun sаplаqlаrdа 2-dən 70-ə qədər оlmаqlа şаrvаri çiçək qrupundа yеrləşmişdir. Mеyvəsinin diаmеtri 2-2,5 sm-ə, uzunluğu 4-7 mm-ə çаtаn, yuхаrısı еnliləşmiş və tüklənmiş tохumcаdır. Tохumu uzunsоvdur. Toxum, qələm, bаsdırmа və gövdə pöhrəsi ilə аrtırılır.
Şərq çəpişotu
Şərq çəpişotu (lat. Galega orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin çəpişotu cinsinə aid bitki növü.
Şərq üsgüyotu
Şərq üsgüyotu (lat. Consolida orientalis) — birillik bitki. Birillik bitkidir. Gövdəsi düz, sadə və ya budaqlanan, hündürlüyü (10) 30-50 (70) sm, qısa sıx tükcüklü bitkidir. Aşağı gövdə yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar demək olar ki, oturaq, çoxdəfəli dar barmaqvari xətti hissələr bölümlü, hissələri iti, çılpaq və ya sıx qısa tükcüklüdür. Çiçəkqrupu uzun salxım, olduqca sıx, çiçək saplaqları qısa, 5-20 sm uzunluqdadır. Çiçəkləri fırfır-bənövşəyi, bənövşəyi və ya tündqırmızı rənglidir. Aşağı və yan çiçəkyanlığının yarpaqcıqları yumurtavarilansetvari və uzunsov-yumurtavari, yuxarı kənardakılar demək olar ki, dəyirmi, az ürəkvaridir; mahmızı düz və ya bir az əyridir. Çalov (meyvə) qısa tükcüklü, silindrvaridir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Şərq şaqqıldağı
Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır. Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir.