Şade Adu
Şade Adu (ing. Sade Adu; 16 yanvar 1959, İbadan) — Nigeriya əsilli ingilis müğənni, mahnı müəllifi və şairə, aranjımançı və prodüser, Sade qrupunun lideri və yeganə vokalisti.
== Həyatı ==
Şade Adu, Stüart Metyumen, Pol Spenser Deymen və Endryu Xeylin üzvlüyü ilə yaradılan qrup vokal xarakterli idi. Lakin, qrup musiqi dünyasında üzvlərinin birinin-Şadenin adıyla tanındı və beləcə də məşhurlaşdı.Qrupun üzvləri repertuarda soul, caz, ritm-n-blüz, fanka və soft-rok janrlarına üstünlük veriblər.
İlk debütünü 1984-cü ildə edən "Şade" hələ də dünyanın dinlənilən qruplarındandır. Debütdən bir il sonra, 1985-ci ildə "Diamond Life" adlı albom təkcə ABŞ-də 17 milyon, dünyada isə 50 milyon tirajla satıldı. Bu, qrupun məşhurluğunun ilk addımı oldu.
"Qremmy" mükafatı laureatı "Şade" bir neçə beynəlxalq mükafata da layiq görülüb.
Qrupun tərkibi belədir:
Şade Adu-Vokal, Stüart Metyumen-saksofon, gitara, Pol Spenser Deymen-bas, Endryu Xeylın-klaviş.
25 fevral 1984-cü ildə "Şade" öz birinci sinqlı olan "Your Love is King"-i Böyük Britaniyada təqdim etdi.