Şişkin qovağı
Şişkin qovağı (lat. Populus schischkinii) — Söyüd fəsiləsinə adi bitki növü
== Təbii yayılması ==
Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir.
== Ekologiyası ==
İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir.
Azərbaycanda yayılması: Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
== İstifadəsi ==
Tez böyüyən, dekorativ ağacdır.