şimal
şimal-cənubi
OBASTAN VİKİ
Şimal-Cənub modeli
Şimal-Cənub modeli — Kolumbiya Universitetində çalışan iqtisadçı professor Ronald Findli tərəfindən ortaya çıxarılmış model. İnkişaf iqtisadiyyatında yer alan bu model, daha az inkişaf etmiş "Cənub" və ya "kənar" iqtisadiyyatının ticarətdən istifadə edərək "Şimal" və ya "özək" iqtisadiyyatı ilə yaratdığı qarşılıqlı təsir və əlaqədən bəhs edir. Şimal-Cənub modeli, iqtisadiyyatdakı asılılıq üzərində işləyən nəzəriyyəçilər tərəfindən asılılıq nəzəriyyəsi üçün "nəzəri iqtisadi əsaslandırma" kimi istifadə olunur. == Fərziyyələr == Bu modelin Şimal və Cənub, o cümlədən onlar arasındakı əlaqələr haqqında bir neçə tənqidi fərziyyəsi vardır. Şimal iqtisadiyyatı Solou modelinin fərziyyələri altında fəaliyyət göstərərkən, Cənub iqtisadiyyatı isə Luis artımı fərziyyələrinə əsasən inkişaf etdirilir. Halbuki bu modelin daha da sadələşdirilməsi məqsədi ilə, Luis modelinin ənənəvi sektordakı hasilatı nəzərə alınmır və Cənubun müasir sektordakı hasilatı Canubdakı ümumi hasilat ilə eyniləşdirilir. Daha çox inkişaf etmiş Şimal ölkələri bazara istehsal olunmuş məhsulları çıxararkən, daha zəif inkişaf etmiş Cənub ölkələri isə bazara ilkin məhsullar təqdim edir. Təbii ki, bunlar yalnızca müqayisə üçün istifadə olunan iki növ məhsuldur. Hər iki iqtisadiyyat tam ixtisaslaşmaya məruz qalır. Ticarət üçün maneələr yoxdur və ticarət edən yalnız iki tərəf vardır.
Cənub və Şimal sülalələri
Cənub və Şimal sülalələri (çin. sadə. 南北朝, pinyin: Nán Běi Cháo) — Çin tarixində 420–589-cu illərdə on altı barbar düvlətlərindən Suy sülaləsinə qədər olan bir dövr.
Şimal və Cənub (geosiyasət)
Şimal və cənub müxalifəti — dünyanın empirik bir şəkildə zəngin şimal və yoxsul cənub ölkələrinə bölünməsi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı qlobal ziddiyyət. Dünyanın ən zəngin 20 ölkəsində adambaşına gəlirlər yoxsul 20 ölkədən 37 dəfə çoxdur və bu fərq son 40 ildə iki dəfə artmışdır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının analitiklərinə görə, XXI əsrin əvvəllərində. planetin 225 ən varlı adamının ümumi sərvəti 1 trilyon dolları keçdi, bu da dünya əhalisinin% 47-ni təşkil edən 2,5 milyard kasıb insanın illik gəlirinə bərabər gəldi. Forbes siyahısından dünyanın ən varlı 500 nəfərinin gəliri dünyanın ən kasıb insanların 416 milyonunun ümumi gəlirlərini üstələyir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına görə dünyanın ən zəngin ölkələrinin ÜDM-dəki payı 86%, orta ölkələrin payı 13%, kasıb ölkələrin payı cəmi 1% -dir. İqtisadi artım templərinin fərqli dəyərləri zəngin və yoxsul ölkələr arasındakı uçurumun artmasına səbəb olur. Məsələn, 1960-cı illərdə. Orta Latın Amerikası ölkəsində adambaşına gəlir səviyyəsi orta inkişaf etmiş ölkənin gəlirlərinin təxminən üçdə birini təşkil edirdi; bu gün bu rəqəm 20% -dən azdır. 1960-cı illərdə tipik inkişaf etməkdə olan bir ölkənin gəliri tipik inkişaf etmiş bir ölkənin gəlirinin təxminən 12% -ni təşkil edirdi; indi bu rəqəm 5% -ə yaxındır.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (abreviatur ing. INSTC ) — 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulmuşdur. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulmuşdur. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya etmişdir (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). == Məqsədləri == Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir). Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur: Qafqaz – Fars körfəzi (Qərb marşrutu); Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu); Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzi (Mərkəzi marşrut). == İştirakçı ölkələr == === Azərbaycan === "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı tədbirlər görülüb: Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib; Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub; Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün: 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib; İran İslam Respublikası ərazisində Rəşt – Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir. 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş" imzalanıb.
Şimal və cənub (Qaskell romanı)
Şimal Və Cənub ( North and South ) - Məşhur ingilis yazıçı Elizabet Qaskell tərəfindən qələmə alınmış roman. 'Şimal Və Cənub' əsəri, ilk dəfə 1854-cü ildə, Household Words adlı ədəbiyyat jurnalında hissə-hissə olaraq yayımlanmışdır. Müəllif, romanı 22 hissə olaraq yazmağı planlasa da, nəşriyyatın həftəlik tələbindən dolayı, sadəcə 20-ci hissədə yekunlaşdırmağa məcbur qalmışdır. Mrs. Qaskellin istəyindən fərqli olaraq, vaxt məhdudiyyəti səbəbilə, əsərdə hadisələr ixtisarla və tezləşdirilərək nəql edilmişdir. Daha sonra, məşhur yazıçı Çarlz Dikkens, müəllifin də icazəsi ilə əsər üzərində bəzi düzəlişlər etmiş və 1855-ci ildə, şəxsi nəşriyyatında iki cild olaraq yayımlatmışdır. Kitabın ön səhifəsində bu düzəlişlə bağlı açıqlama verilib. Roman, bəzi hissələrin əlavə olunub, redekte edilməsilə daha normal bir axara qovuşsa da, buna baxmayaraq, hələ də kitabda bu tələsgənliyin izlərini görmək mümkündür. Belə ki, müəllif, daha təfərruatlı bir final yazmağı qərarlaşdırdığı üçün, əvvəlki hissələrdə mövzular uzadılıb. Lakin məhz bitiş hissəsində ani bir kəsilməni müşahidə etmək olur.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Avatar: Aanq haqqında əfsanə — Şimal və cənub
Şimal və cənub (ing. North and South); tam adı Avatar: Aanq haqqında əfsanə — Şimal və cənub (ing. Avatar: The Last Airbender – North and South) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2016 və 2017-ci illərin arasında çıxan üç hissədən ibarət olan komiks. Məzmunu Tüstü və kölgə komiksindən sonra baş verir.
ARB Cənub
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. == Tarixçə == “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Cənub-Pireneylər
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). == Coğrafiya == Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. == İnzibati bölgü == Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Cənub akalifi
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Cənub balinası
Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) — Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikri dolaşırdı. == Görünüşü == Balinalar açıq-qəhvəyi və göyütül-qara rəngdə olurlar. Ağ ləkələrə rast gəlinir. Bəzən ağ erkək balalar doğulur (albinos sayılmır). Cənub balinaları 18 metr uzunluğa, 80 ton çəkiyə malik olur. Bir qayda olaraq dişilər erkəklərə nisbətən iri olur. Bütün cənub hamar balinalarında olduğu kimi Cənub balinaları iri kəlləyə mlikdirlər (ümumi uzunluğun ⅓ təşkil edir). == Yayılması == Cənub balinaları əsasən subarktik və mülayim enliklərdə (Cənub okeanı), bir qayda olaraq 30° və 50°Cənub enliklərində yaşayır.
Cənub bülbülü
Cənub dağdağanı
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Cənub dəlizoğalı
Cənub dəlizoğalı == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmişdir; Krımda, Volqanın aşağı sahillərində təbii halda bitir. == Botaniki təsviri == Boyu 4 metrə çatan, geniş çətirli, tutqun yaşıl rəngli koldur. Yarpaqlarının uzunluğu 9 sm-ə qədərdir, saplaqlı, dəyirmi və ya geniş pazvarıdır, damarları 4-5 cüt olmaqla aydın seçilir, üst tərəfdən parlaq-yaşıl, alt tərəfdən nisbətən solğun, tükcüklüdür. Çiçək qrupu 6 sm enində olub, qalxanvarı çətirdə yerləşir. Kasacığı qısa dişlidir, daxildən tükcüklüdür, ləçəkləri neştərvaridir. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsi kürəvarıdır, qaramtıl, çəyirdəklidir. Toxumunun 1000 ədədi 48-50 qramdır. Kök pöhrələri ilə yaxşı çoxalır. == Ekologiyası == Çay kənarlarında, qayalarda, rütubətli yerlərdə bitir.
Cənub kordilinası
Cənub kordilinası (lat. Cordyline australis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin kordilina cinsinə aid bitki növü. == Təbii yayılması == Yeni Zelandiya endemikidir. Türkiyədə, Şimali-Qərbi Suriyada, Cənubi Qafqazda, Qərbi Avropada, Cənubi Amerikada və bir çox başqa ölkələrdə qayalı açıq yamaclarda və quru düzənliklərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə qədər olan, bünövrəsindən qalınlaşmış ağac və ya koldur. Gövdədə yarpaqlar dəstəyə yığılmışdır. Budaqları düz dayanandır. Kladodiləri əyri-uzunsov-lansetvari, parlaq, uzunluğu 5-6 sm, eni 1,5-2 sm olub, ucu bizdir. Budaqlarının təplərində uzunluğu 0,3-1 m-ə qədər olan yarpaq topaları vardır. Yarpağı oturaq, qılıncvari, yaşıl, uzunluğu 40-90 sm, eni 3-7 sm-dir, çoxsaylı paralel damarcıqlıdır.
Cənub nalburunu
Cənub nalburunu (lat. Rhinolophus euryale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 (1994 - 2000-ci illərdə BTMİ-nın Qırmızı Siyahısındə «həssas» - VU A2c növ kimi qiymətləndirilmişdir). Nadir, azsaylı, periferik növ olmaqla məhdud ərazilərdə yayılmışdır. Qafqazda ekspert dəyərləndirmələrinə görə «nəsli kəsilmək təhlükəsi» (EN) statusuna malikdir. == Yayılması == Areal R. euryale Şimal-şərqi Afrika, Cənubi Avropa, Qafqaz, Kiçik, Ön və Orta Asiyanın d.s-dən 1500 m qədər aşağı meşəlik ərazilərini əhatə edir. Qafqazda qeyri bərabər yayılmaqla d.s-dən 1250 m aşağı qeydə alınmışdır. Azərbaycanda təsadüfi fərdlər 4 məntəqədə, Kiçik Qafqazda, daha dəqiq Ordubad Milli Parkında və Dağlıq Qarabağda tapılmışdır. == Məskunlaşdığı yerlər və həyat tərzi == Azərbaycanda arid landşafta malik ərazilərdə məskunlaşmışdır. Areal daxilində cənub nalburunu oturaq növdür.
Cənub parkı
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. == Baş personajlar və ailələri == === Marş ailəsi === Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Cənub qambiti
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Cənub qaramurdaçası
Cənub qızılsarmaşığı
Avstraliya qızılsarmaşığı (lat. Cuscuta australis) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Cənub tikanbalığı
Cənub tikanbalığı (lat. Pungitius platygaster) — Tikanbalığıkimilər fəsiləsinə daxil olan balıq növü. == Yayılması == Qara dəniz, Xəzər dənizi, Aral dənizi sularında yayılmışdır. Dunay çayında Belqrada qədər ərazilərdə müşahidə edilir. Yunanıstanın Vardar, Alyakmon çaylarında qeydqə alınmışdır. Onlara həmcinin İssık-Kul gölündə, Sarısu, Tobol çaylarında müşahidə edilirlər. Azərbaycanda Cənubi Xəzər sahillərində, Kür çayının aşağı axarlarında, Quba-Xaçmaz massivindən axan çaylarda müşahidə edilirlər. == Təsviri == Bel üzgəcinin önündə 8–11 arası tikan olur. Qarın tikanı azacıq diş-dişdir. Şirin və şorsulu ərazilərdə yaşaya bilir.
Cənub yarımkürəsi
Cənub yarımkürəsi — Yer kürəsinin ekvatordan cənubda olan hissəsidir. Cənub yarımkürəsində təqvim yayı dekabr-fevral aylarında, təqvim qışı isə iyun-avqust aylarında olur. Antarktida, Avstraliya və Cənub okeanı bütünlüklə, Cənubi Amerika, Afrika və Asiyanın böyük hissəsi, eləcə də Atlantik, Hind və Sakit okeanlarının cənub hissəsi Cənub yarımkürəsində yerləşir. Argentina, Avstraliya, Boliviya, CAR, Çili, Peru, Yeni Zelandiya və digər ölkələr Cənub yarımkürəsində yerləşir.
Cənub yukkası
Cənub yukkası (lat. Yucca faxoniana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Meksikada bitir. == Botaniki təsviri == Təbiətdə hündürlüyü 8–10 m olan ağac və ya koldur. Cavan bitkilərin gövdələri zəif olur. Yaşlı bitkilərdə gövdənin diametri 20-60 sm-dək çatır. Yarpaqları gövdədə sıx yerləşir, rəngi tünd yaşıldır, kənarlarında sapları vardır. Yarpağin yuxarı hissəsində şaxələnmiş dərili, qısa yarpaqların uzunluğu 25-30 sm, eni 2-3 sm-ə çatır. == Ekologiyası == Şoran, qələvi torpaqlarda yaxşı bitir. İşıqsevəndir.