ŞİRK

kimi və ya nəyi isə Allaha ortaq qoşmaq və ona tapınmaqdır. İslam əqidəsinə görə şirk ən ağır günahlardan biri hesab edilir. Əgər şirk edən insan tövbə etməzsə, Allah onu əsla bağışlamaz (Quran, 4: 48). Bəzi İslam alimləri şirki böyük və kiçik olmaqla iki yerə ayırmışlar. Onlar böyük şirki Allahdan başqasına tapınmaq, kiçik şirki isə Allaha ortaq qoşmaq kimi dəyərləndirmişlər. Məsələn, pis gözdən qorunmaq üçün gözmuncuğunun boyundan asılması, xoşbəxtlik gətirsin deyə at nalının qapılara vurulmasını göstərmək mümkündür. Kiçik şirk müsəlmanı İslamdan çıxarmasa da, yenə də çox ağır günahlardan hesab edilir.
ŞİƏLƏR
ŞİT
OBASTAN VİKİ
Şirk
Şirk (ərəb. شرك‎) — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir. Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğmаn öz oğlunа nəsihət edəndə belə dedi: "Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür". Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin.", yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonrа dа onа xаtir sevən və düşmənçilik edən şəxsdir". Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır.
Gəlirlərinə görə dünyanın ən böyük şirkətləri
Bu siyahıda 2021-ci ildə Fortune jurnalı tərəfindən yayımlanan "Fortune Qlobal 50" siyahısında verilmiş gəlirlərinə görə dünyanın ən böyük şirkətləri yer alır.ABŞ şirkəti olan Walmart 2013-cü ildən indiyədək gəlirinə görə dünyanın ən böyük şirkətidir. Siyahıda illik gəliri 12o milyard ABŞ dollarından çox olan ilk 50 şirkət var. Bu siyahı tam deyil, çünki bəzi şirkətlər öz məlumatlarını geniş ictimaiyyətə açıqlamırlar.
Gəlirlərinə görə dünyanın ən böyük şirkətlərinin siyahısı
Bu siyahıda 2021-ci ildə Fortune jurnalı tərəfindən yayımlanan "Fortune Qlobal 50" siyahısında verilmiş gəlirlərinə görə dünyanın ən böyük şirkətləri yer alır.ABŞ şirkəti olan Walmart 2013-cü ildən indiyədək gəlirinə görə dünyanın ən böyük şirkətidir. Siyahıda illik gəliri 12o milyard ABŞ dollarından çox olan ilk 50 şirkət var. Bu siyahı tam deyil, çünki bəzi şirkətlər öz məlumatlarını geniş ictimaiyyətə açıqlamırlar.
Holdinq şirkəti
Holdinq — iki və daha çox şirkət və ya müəssisənin, gəlir əldə etmək məqsədilə birləşməsidir. Bir başqa adla Şirkətlər Qrupu deməkdir. Holdinqlərə bağlı şirkət və müəssisələr bir mərkəzdən idarə olunur, müxtəlif sahələrdə fəaliyyət göstərir. Holdinqlər əksər halda bir qrup sahibkar və yaxud bir ailə tərəfindən idarə olunur.
Hudzon körfəzi şirkəti
Hudzon körfəzi şirkəti (ing. Hudson's Bay Company, HBC; Hudzonbay şirkəti kimi 1870-ci illərədək tərcümə edilmişdir) — Şimali Amerikadakı və dünyanın ən köhnə ticarət şirkətlərindən biri. Şirkət rəhbəri vəzifəsinə hələ də Qubernator deyilir. Şirkətin mərkəzi ofisi Kanadanın Toronto şəhərində, köhnə şəhərətrafı, indiki Skarboro bölgəsində yerləşir. == Tarixi == === Yaranması === XVII əsrin ortalarına qədər Kanadada kürk ticarəti demək olar ki, tamamilə Kvebekdəki (Yeni Fransa) Fransız müstəmləkə rəhbərliyinin əlində idi. Fransız Huguenot tələsi Pyer-Espri Radisson, Kri hindilərindən öyrəndi ki, ən yaxşı kürk ölkəsi Hudzon Körfəzi mənasını verən "donmuş dəniz" ə gedən yolda, Yuxarı gölünün şimalında və qərbində yerləşir. 1659-cu ildə Radisson və qayınatası Medard de Qrozey, öz xəsarəti və riski ilə oraya getdilər, çoxlu kürk əldə etdilər və Huron hinduları ilə ticarət əlaqələri qurdular. 1661-ci ildə iki Fransız tərəfindən edilən dəfələrlə uğurlu səyahətə baxmayaraq, təşəbbüsləri hazırkı qubernator Marquis d'Argenson'dan təsdiq almayıb, tutucuların qənimətini tutdu və bundan sonra Bostondan gələn İngilis tacirlərinə müraciət etdilər.
Jarık (şirkət)
Jarık (qaz. «Жарық», ЖШС, rus. ТОО «Жарык» , ing. "Jarykh", LLP) — Qazaxıstanda kosmik rabitə, televiziya, radio yayımı və radio rabitəsi ilə məşğul olan bir qazaxıstan şirkəti. == Tarixi == Məhdud məsuliyyətli "Jarık" ortaqlığı, 1991-ci ildə "Kazsvyazitekhnika" kiçik müəssisəsi tərəfindən 1990-cı ilin sonunda istifadəyə verilmiş Ku-banddakı SSRİ-də peyk televiziyası yayım sistemi "Jarık" -a xidmət göstərmək üçün 1991-ci ildə qurulmuşdur. 1990-cı ilin sonunda Qazaxıstanda "Jarık" televiziya peyk yayım şəbəkəsi istifadəyə verildi, burada 80 ° East, "Horizon" kosmik gəmisinin 12 transponderi vasitəsilə milli bir televiziya proqramı paylandı. Qeyd etmək lazımdır ki, Jarık sistemi SSRİ-də ilk Ku-band peyk televiziya şəbəkəsi oldu. "Katelko Plus" - Qazaxıstan Respublikasının birbaşa peyk televiziya yayımı şəbəkəsidi Federal Qanun Rusiya Federasiyası ərazisində və Rusiya Federasiyasının yurisdiksiyasına aid ərazilərdə rabitə sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyənləşdirir, rabitə sahəsində dövlət orqanlarının səlahiyyətlərini və hüquqlarını müəyyənləşdirir. və bu fəaliyyətlərdə iştirak edən və ya rabitə xidmətlərindən istifadə edən şəxslərin vəzifələri. == Fəaliyyəti == Jarık bir sıra iri şirkətlərin yaradılmasında iştirak etmişdir: TRK 31 Kanal televiziya və radio şirkəti, Alma-TV kabel televiziyası operatoru, Alma-Page çağrı şirkəti və digərləri.
Kodak şirkəti
Kodak — fototexnika və kinoməhsullar istehsal edən məşhur ABŞ şirkəti. Mənzil-qərargahı ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində yerləşir. == Mülkiyyət == Şirkət səhmləşdirilib və azad satışdadır. 2011-ci ilin yanvarına əsas səhm sahibləri aşağıdakılar idi: Legg Mason Capital Management (21,6 %). Vanguard Group (5,5 %). BlackRock Institutional Trust Company (5,1 %).
Madhouse (şirkət)
MADHOUSE Inc. (株式会社マッドハウス, Kabushiki-gaisha Maddohausu) — Yaponiyanın ən tanınmış cizgi studiyalardan biri. == Tarix == 2004-cü ilin fevralında Madhouse studiyası Index Corporation-un budaq şirkəti olub. 2011-ci ilin fevralın 8-də, yeni aksiyaların üçüncü tərəfdən paylaşdırması vasitəsi ilə Madhouse studiyanın əsas səhmdarı Index Corporation yerinə Nippon Television şəbəkəsi olub. 2014-cü ilin mart ayında Index Corporation öz payının 95%-ə qədər böyüdüb. == İş == Şirkətdə təhminən 70 adam işləyir. Onların sayı eyni vaxta istehsal olunan layihələrin sayından asılıdır. Bundan artıq, şirkət DR Movie adlı Cənubi Koreya cizgi sudiyasına sərmayə qoyub və onun Madbox Co., Ltd. adlı kompüter qrafikası ilə məşqul olan budaq şirkəti var. === Əməkdaşlıq === Madhouse Marvel Entertainment şirkəti ilə birlikdə Bleyd, Dəmir adam, Şimal porsuğu və İks-adamların adaptasiyası üzərində işləyirdi.
Mars (şirkət)
Mars — uzun müddət saxlanıla bilən qida məhsulları istehsal edən Amerika şirkətidir. Daha çox şokolad batonları ilə məşhurdur, həmçinin ev heyvanları üçün yem, saqqız, içki, fast food, konservləşdirilmiş souslar istehsal edir. Əsas ticarət nişanları Mars, Snickers, Milky Way, Twix, Bounty, M&M's, Pedigree, Uncle Ben'sdir və korporasiya həmçinin alınmış Wrigley şirkətinin bir sıra ticarət nişanlarına da malikdir. Qərargahı — Makleyn şəhərində yerləşir (Virciniya). 2021-ci il üçün dünyanın ən böyük qənnadı şirkətidir. == Tarixi == Şirkət 1911-ci ildə Franklin Klarens Mars tərəfindən Vaşinqtonun Takoma şəhərində Mar-O-Bar Company adı ilə təsis edilib. 1920-ci ildə şirkət Minneapolisə (Minnesota) köçdü, burada Snickers (əvvəl şokolad qlazuru olmadan) və Milky Way batonları hazırlanır. 1924-cü ilə qədər satış 700.000 dollara çatmışdı. 1926-cı ildə Frank Mars şirkətin adını Mars Candies (sonralar Mars Incorporated) adlandırdı və 1928-ci ildə Çikaqonun ətrafında yeni bir fabrik tikdi. Böyük depressiya illərində şirkətin satışları dörd dəfə artdı, Mars Almond (badamlı baton), 3 Musketeers, Snickers (qlazurlu) kimi yeni məhsullar meydana çıxdı.
Mayer Mint şirkəti
1871-ci ildə Almaniyada Bernard Henrix Mayer tərəfindən əsası qoyulan "Mayer Mint" şirkətinin kolleksiyaları arasında Mahatma Qandi, Tereza Ana, ABŞ-nın keçmiş prezidenti Con Kennedi, Şahzadə Diana, Martin Lüter kimi tanınmış şəxsiyyətlərin qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonları da vardır. Bu cür medalyonlar müvafiq dövlət orqanlarının xüsusi icazəsi ilə buraxılır. Şirkətin hazırladığı xatirə medalyonları dünyanın 160-dan artıq ölkəsinə yayılıb. Heydər Əliyevin xatirəsinə istehsal edilən medalyonlar da həmin medalyonlar sırasına daxil olub və dünyanın 200-dən çox ölkəsində kolleksiya həvəskarlarına təqdim edilməsi nəzərdə tutulmuşdur. 2009-cu il sentyabrın 25-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr edilmiş medalyonların təqdimat mərasimi olub. Şirkət dünyada, xüsusilə də keçmiş Sovet İttifaqının və Qafqaz regionunun siyasi həyatında böyük rol oynamış Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün xatirə medalyonlarını istehsalı etməyi qərarlaşdırdıqdan sonra Heydər Əliyev Fondundan rəsmi icazə alıb.
Nar (şirkət)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. == Tarixi == Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib. 2007-ci il mart 21-də “Nar Mobil” əmtəə nişanı ilə fəaliyyətə başlayıb (link). 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını “Nar mobile” yerinə sadəcə “Nar” olaraq təsbit etdi. == Tətbiqi == Nar şirkətinin Nar+ adlı tətbiqi var.
Niderland Ost-Hind Şirkəti
Niderland Ost-Hind Şirkəti, rəsmi olaraq Birləşmiş Ost-Hind Şirkəti (nid. Vereenigde Oostindische Compagnie; VOC), 17-ci əsrin əvvəllərində bir neçə rəqib holland ticarət şirkətinin (voorcompagnieën) hökumət tərəfindən yönəldilmiş və birləşməsi ilə qurulmuş erkən meqakorporasiya idi. Proto-sənayeləşmə dövründə Muğal Hindistanı ilə ticarət etmək üçün qurulmuş bir şirkət olaraq 20 mart 1602-ci ildə yaradıldı. Əsasən də ən inkişaf etmiş Benqal Subah olaraq bilinən bölgədən 50% -i toxuculuq və 80% ipək idxal edildi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Niderland Ost-Hind Şirkəti ilə əlaqəli mediafayllar var. Oldest share – the oldest share in the world (VOC 1606) "A taste of adventure – The history of spices is the history of trade", The Economist, 17 December 1998.
Nurgün Şirkətlər Qrupu
Nurgün Şirkətlər Qrupu — fəaliyyətinə 1994-cü ildən başlamışdır.
Opera (şirkət)
Opera Software — 30 avqust 1995-ci ildə təsis edilmiş və Opera veb brauzerini inkişaf etdirən Norveç şirkətidir. Firmanın tam adı Opera Software ASA-dır. ASA adı Allmennaksjeselskap-dan gəlir. Şirkətin Opera Brauzeri, Opera Neon, Opera GX, Vivaldi, My Opera, Opera Mail və s. məhsulları var. 1995-ci ildə Norveçin Oslo şəhərində yaranıb.
Ost-Hind şirkəti
Ost-Hind şirkəti (ing. British East India Company) — 1600-1874-cü illərdə fəaliyyət göstərmiş ingilis şirkəti. Orginal adı "British East India Company" olan Ost-Hind şirkəti 31 Dekabr 1600-cü ildə Portuqaliya və İspaniyanın monopoliyasında olan Uzaq Şərqdə və Hindistanda ədviyyat ticarətindən pay almaq üçün ingilis tacirləri tərəfindən krallıq patenti ilə yaradılmış, zaman keçdikcə dünyanın ən böyük ticarət təşkilatlarından birinə və İngilis müstəmləkəçiliyinin Asiyadakı nümayəndəsinə çevrilmişdir. == Şirkətin yaranma tarixi == 1591-ci ildə Sir Ceyms Lançestr Ümid burnunu iki dəfə dolanaraq Hind okeanını keçmiş o və onun dəstəsindən sağ qalan 1 nəfər böyük ekspedisiyadan sonra evlərinə qayıda bilmişdi. Onların bu səyləri “Ost-Hind” şirkətinin yaradılması nöqtəsində ingilis tacirlərinə güclü təsir göstərmişdi. Portuqallar ilə bir yerdə Hindistana və Ümid burnu vasitəsilə Qoaya qədər səyahət edən ingilislərin təsüratları digər ingilis tacirlərini də həvəsləndirmişdi. 6 il Qoada yaşayan holland səyyah Yan Huygen van Linçotenin 1595-1596-cı illərdə qələmə aldığı əsəri Hindistan ticarəti və bölgədəki siyasi və ticari vəziyyət haqqında maraqlı məlumatları özündə ehtiva edirdi. 1595-ci ildə hollandların Ümid burnunu keçərək Hindistana getmələri ingilisləri daha da təşviq etdi və nəticədə 1599-cu ildə “Avantürist tüccarlar” cəmiyyətinin himayəsi altında bir şirkət yaradıldı. Qurum kraliçaya müraciət edərək ondan “3 gəmi” və səyahət edə bilmək üçün bir miqdar qızıl tələb etdi. Kraliça İspaniya və Portuqaliya ilə münasibətləri pozmaqdan narahatlıq duysa da tezliklə onların xahişini qəbul edərək, Con Mildenhol adlı taciri elçi kimi Moğol İmperiyasına göndərdi.
Ost-Hind şirkəti (Böyük Britaniya)
Ost-Hind şirkəti (ing. British East India Company) — 1600-1874-cü illərdə fəaliyyət göstərmiş ingilis şirkəti. Orginal adı "British East India Company" olan Ost-Hind şirkəti 31 Dekabr 1600-cü ildə Portuqaliya və İspaniyanın monopoliyasında olan Uzaq Şərqdə və Hindistanda ədviyyat ticarətindən pay almaq üçün ingilis tacirləri tərəfindən krallıq patenti ilə yaradılmış, zaman keçdikcə dünyanın ən böyük ticarət təşkilatlarından birinə və İngilis müstəmləkəçiliyinin Asiyadakı nümayəndəsinə çevrilmişdir. == Şirkətin yaranma tarixi == 1591-ci ildə Sir Ceyms Lançestr Ümid burnunu iki dəfə dolanaraq Hind okeanını keçmiş o və onun dəstəsindən sağ qalan 1 nəfər böyük ekspedisiyadan sonra evlərinə qayıda bilmişdi. Onların bu səyləri “Ost-Hind” şirkətinin yaradılması nöqtəsində ingilis tacirlərinə güclü təsir göstərmişdi. Portuqallar ilə bir yerdə Hindistana və Ümid burnu vasitəsilə Qoaya qədər səyahət edən ingilislərin təsüratları digər ingilis tacirlərini də həvəsləndirmişdi. 6 il Qoada yaşayan holland səyyah Yan Huygen van Linçotenin 1595-1596-cı illərdə qələmə aldığı əsəri Hindistan ticarəti və bölgədəki siyasi və ticari vəziyyət haqqında maraqlı məlumatları özündə ehtiva edirdi. 1595-ci ildə hollandların Ümid burnunu keçərək Hindistana getmələri ingilisləri daha da təşviq etdi və nəticədə 1599-cu ildə “Avantürist tüccarlar” cəmiyyətinin himayəsi altında bir şirkət yaradıldı. Qurum kraliçaya müraciət edərək ondan “3 gəmi” və səyahət edə bilmək üçün bir miqdar qızıl tələb etdi. Kraliça İspaniya və Portuqaliya ilə münasibətləri pozmaqdan narahatlıq duysa da tezliklə onların xahişini qəbul edərək, Con Mildenhol adlı taciri elçi kimi Moğol İmperiyasına göndərdi.
Ost-Hind şirkəti (Danimarka)
Danimarka Ost-Hind şirkəti (dan. Dansk Østindisk Kompagni) — 1616-1729 (fasilələrlə) ilə Asiya ilə ticarət edən Danimarka ticarət şirkəti. 1616-cı ildə Hollandiyanın Ost-Hind şirkəti modelindən sonra yaradılmışdır. Şirkətin ən böyük səhmdarı Kral IV Kristian idi. Şirkət qurulduqda, Asiya ilə dəniz ticarətində inhisar aldı. 1620-ci illərdə Danimarka tacı Hindistanda bir qala əldə etdi - Trankebar, daha sonra şirkətin ticarət fəaliyyətinin mərkəzinə çevrildi (Dansborq fortu). Çiçəklənmə dövründə İsveç Ost-Hind şirkəti ilə birlikdə İngilis Şərqi Hindistan Şirkətindən daha çox çay idxal etdi , bunun 90% -i İngiltərəyə qaçaq yolla gətirildi və bu da ona böyük qazanc gətirdi. Zəif iqtisadi göstəricilərə görə şirkət 1650-ci ildə ləğv edildi, lakin 1670-ci ildə yenidən quruldu. 1729-cu ilə qədər Danimarka Ost-Hind şirkəti çürüdü və nəhayət ləğv edildi . Tezliklə səhmdarlarının çoxu 1730-cu ildə qurulmuş Asiya şirkətinin üzvü oldu (dan.
Ost-Hind şirkəti (Portuqaliya)
Portuqaliya Ost-Hind şirkəti — İspan-Portuqaliya tacının Hind Okeanı hövzəsi ölkələri ilə ədviyyə ticarəti mövzusunda inhisar verdiyi böyük bir dövlətin iştirak etdiyi müstəmləkə bir şirkət olan 1628–1633-cü illər arasında yalnız 5 il davam. İskandinav ölkələrindən fərqli olaraq İspaniya və Portuqaliyada müstəmləkələrlə ticarət dövlət əhəmiyyətli bir məsələ olaraq qəbul edildi və nəticədə bu ticarət növündə dövlət inhisarı quruldu. Müstəmləkə işləri, demək olar ki, hər il sözdə olanları təchiz edən Hindistan Ticarət Evinə rəhbərlik edirdi. Hindistan armada. XVI əsrin sonlarında dövlət suverenliyini itirən və İspan Habsburqlarının əlinə keçən Portuqaliya İmperiyası, Hollandiyadan və İngiltərədən özəl Şərqi Hindistan şirkətlərinin rəqabətinə tab gətirmək getdikcə çətinləşdi. Yerli merkantilistlər ticarətə kapital cəlb etmək üçün Hollandiyanın imicində və bənzərində xüsusi bir şirkət yaratmağı təklif etdilər. Bir çox yüksək səviyyəli şəxsin müqavimətinə baxmayaraq, nazir Olivaresin məsləhəti ilə kral bu təcrübəni qəbul etdi. Ancaq şirkət zərərli olduğu ortaya çıxdı və 5 ildən sonra bağlanıldı .
Ost-Hind şirkəti (dəqiqləşdirmə)
Ost-Hind şirkəti — müstəmləkə dövrünün Avropa ölkələrindəki bir sıra ticarət cəmiyyətlərinin adı. Böyük dövlətlərin hər biri Şərqi Hindistan ilə ticarətdə inhisara malik olan öz şirkətlərini qurdular: Ost-Hind şirkəti (Böyük Britaniya) — 1600-cü ildə yaradılmışdır. Ost-Hind şirkəti (Hollandiya) — 1602-ci ildə yaradılmışdır. Ost-Hind şirkəti (Danimarka) — 1616-cı ildə yaradılmışdır. Ost-Hind şirkəti (Portuqaliya) — 1628-ci ildə yaradılmışdır. Ost-Hind şirkəti (Fransa) — 1664-cü ildə yaradılmışdır. Ost-Hind şirkəti (Avstriya) — 1717-ci ildə Avstriya Niderlandında yaradılmışdır. Ost-Hind şirkəti (İsveç) — 1731-ci ildə yaradılmışdır.
Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan
Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan — 1757-ci ildə Plassey döyüşü ilə başlayan və 2 avqust 1858-ci ildə Britaniya Parlamenti tərəfindən qəbul edilən Hindistan Hökuməti Qanunu ilə ləğv edilmiş administrasiyadır. Bu qanunla şirkətin siyasi statusu ləğv edilmiş və onun yerinə Müstəmləkə Hindistanı yaradılmışdır. == Şərqi Hindistan şirkətinin dövlət statusuna gətirilməsi == Plassey döyüşündən sonra Britaniya Ticarət Şirkəti olan Şərqi Hindistan Şirkəti şirkət statusundan hökumət statusuna yüksəldilmişdir. Müharibədən əvvəl şirkətin şəxsi ordusu mövcud idi. Şirkətin Ordusunun 1764-cü ildə Buxar döyüşündə qalib gəlməsi ilə Babur İmperatoru II Şah Alam Şirkətə Benqal, Bihar və Orissa əyalətlərində vergi yığmaq imtiyazını vermişdir. Daha sonra şirkət ordusu tədricən Mədrəs və Bombey rayonlarını ozinəy ilhaq etmişdir. İngilis-Maratx müharibələri və İngilis-Maysor müharibələri ilə Şirkət Hindistanda bir çox torpaqları özünə ilhaq etmişdir. == Ləğvi == 1857-ci ildəki Hindistan üsyanından sonra 2 avqust 1858-ci ildə Britaniya hökuməti Şirkətin Nizamnaməsini ləğv etmək qərarına gəlmişdir. Şərqi Hindistan Şirkətinin siyasi statusu 2 avqust 1858-ci ildə Britaniya parlamentində qüvvəyə minmiş Hindistan hökuməti aktı ilə ləğv edilmişdir. Bundan sonra Müstəmləkə Hindistanı hökuməti yaradılmışdır.
Palmali Şirkətlər Qrupu
Palmali Şirkətlər Qrupu (ing. Palmali Group of Companies) — 1998-ci ildə Türkiyədə yaradılmış və qeydiyyatdan keçmiş, Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupu. == Yaranma tarixi == "Palmali Şirkətlər Qrupu" 1998-ci ildə Türkiyədə yaradılmışdır. Şirkət öz işinə Türk limanlarına baş çəkən gəmilər də daxil olmaqla Bosfor və Dardanel boğazlarından keçən gəmilərə agentlik servisləri göstərərək başlamışdır. Əməliyyatlar İstanbuldakı baş ofisdən idarə edilir. Qara və Aralıq dənizlərinin aralarındakı daşımacılığın ən əhəmiyyətli olduğu nöqtə kimi İstanbulu əsas korporativ qərarların alınmasına və idarəetmə strategiyalarının reallaşdırılmasına əsas verir. Bundan başqa, gəmi daşımacılığını 100% idarə nəzarət etmək üçün şirkətin Rostov-Don, Volqoqrad, Həştərxan, Moskva, Odessa, Pirey, Salonik, Bakı, Bourgas, Constanta, Malta, Novorosiysk, Peterburq, Ceyhan, Poti, Cenevrə, Sinqapur və İzmir kimi şəhərlərdə yerli ofisləri mövcuddur. Şirkət ən azı İSO 9001:2000, İSO 14001:2004 və İSM kodun tələblərinə cavab verən menecment sisteminin istismarıyla məşğuldur.
Passione (şirkət)
Passione Co., Ltd. (パッショーネ株式会社, Passhōne Kabu.iki-qayşa) — 2013-cü il 26 yanvar tarixində təsis edilmiş Yaponiya animasiya studiyası. == İşləri == === Anime serialları === Rail Wars!
Pulman şirkəti
Pulman şirkəti (ing. Pullman Company) — 1867-ci ildə Corc Pulman tərəfindən yaradılmış şirkət. Şirkət dəmiryolu vaqonlarının istehsalı ilə məşğul olur. ABŞ-də iqtisadi inkişafın yaşandığı illərdə, ölkənin dəmiryol vaqonlarına olan ehtiyacını tək başına ödəyən şirkət, bu gündə fəaliyyətini davam etdirir. Pulman şirkətinin işçiləri yaxşı iş şəraitinin yaradılması və maaşların artırılması kimi tələbərlərlə, şirkət yarandığı gündən etibarən tətil keçirmişdilər. Şirkət daxilində fəaliyyət göstərən kuriyer sindikatının işçiləri XX əsrin əvvələrində əsasən qara dərili şəxslərdən təşkil olunmuşdu. Həmin sindikat ABŞ-də fəaliyyət göstərən ən böyük afroamerikalı sindikatı idi. == Ümumi tarixi == Corc Pulman bir gün dəmiryolu ilə uzun səfərə çıxır. Səfər narahat şəkildə keçir. Özü və digər sərnişinlər, vaqonların şəraitsiz və narahat olmasında, gecəni yata bilmirlər.
Qüds Aviasiya Sənayesi Şirkəti
Qüds Aviasiya Sənayesi Şirkəti (eyni zamanda Qüds kimi də yazılır) 1985-ci ildə yaradılan İran dövlət şirkətidir. PUA-larda ixtisaslaşmışdır. IRGC nəzdində yaradılmışdır. 1998-ci ilin əvvəlində Aerokosmika Sənayesi Təşkilatı nəzdində yenidən təşkil edilmişdir. 2011-ci ildən etibarən yüzlərlə işçisi var. Məhsul və xidmətlərinə aşağıdakılar daxildir: Dron istehsalı: Saeghe, Talash və Mohajer; Müxtəlif paraşütlərin inkişafı (Freefall Personal Paraşütləri, Strato Cloud paraşütləri, Ofogh paraşütləri və Fakhte paraşütləri) Güclü yamac paraşütlərinin istehsalı; Yerüstü idarəetmə stansiyası (GCS) sistemlərinin, görüntü, hədəfləmə, optik izləmə və aviasiya sistemlərinin istehsalı və dizaynı.
Rus-Amerika şirkəti
Rus-Amerika şirkəti (rus orf. rus. Россійско-Американская компанія), RAŞ — Qriqori Şelixov və Nikolay Rezanov tərəfindən qurulan və İmperator I Pavelin 8 (19) 1799 tarixli fərmanı ilə təsdiqlənmiş yarı dövlət müstəmləkə ticarət şirkəti. 1867-ci ildə Alyaskanın ABŞ-yə satılmasından sonra fəaliyyətini rəsmən dayandırdı, lakin 1881-ci ilə qədər mövcud oldu və 1888-ci ilə qədər dividend verdi. == Adı == Müəssisənin tam rəsmi adı İmperator Əlahəzrətinin, Rusiya Amerika Şirkətinin himayəsindədir (Подъ Высочайшимъ Его Императорскаго Величества покровительствомъ Россійская Американская компанія). Amerikalılar və tarixçilər doğru qısaltmanın Rus-Amerikan Şirkəti olduğunu israr edirlər. Bu, arxiv məlumatları ilə təsdiqlənir və ən əsası, tamamilə rus olan şirkətin mahiyyətini əks etdirir - heç vaxt Amerika kapitalı olmayıb və məqsəd və vəzifələr yalnız Rusiya maraqlarına cavab verirdi. == İstinadlar == == Ədəbiyyat == ДО. Американская компания // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Sincan Ba Yi Dəmir və Polad Şirkəti
Sincan Ba Yi Dəmir və Çəlik Şirkəti, Ba Yi Dəmir və Polad və ya 8 1 Dəmir və Çəlik və ya 1 Avqust Dəmir & Çəlik və ya BYİS və ya Bagang (Basteel), əsasən Çin polad şirkətidir. Urumçidə, Sincan-Uyğur Muxtar Rayonunda yerləşir . Şirkət, Ba Yi Dəmir və Çəlik Qrup (indi "Baosteel Steel Group Sincan Ba Yi Iron and Steel Co., Ltd." olaraq bilinir) vasitəsi ilə Çin Baowu Çəlik Qrupun ikinci dərəcəli şirkəti idi. Şirkətin qalan səhmləri Şanxay Birjasında satılır. Sincan hökuməti holdinqin azlıq hissədarıdır. == Tarix == === Ba Yi Dəmir və Çəlik Qrupu === Urumçidəki polad zavodu 1951-ci ildə Xalq Azadlıq Ordusu (PLA) tərəfindən qurulmuşdur. 1 avqust 1927-ci ildə PLA-nın qurulduğu tarixə əsasən "8 1" adını aldı. Çinin 18 vilayətində qurulmuş 18 kiçik ölçülü polad zavodundan biri idi. Ba Yi Dəmir və Çelik 1997-ci ildə 512 mühüm dövlət mülkiyyətindən biri idi. (47 dəmir və polad sənayesindən 1-i) Çinin bazarlaşdırılmasından sonra məhdud bir şirkət oldu.

Digər lüğətlərdə