Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Surami
Surami (gürc. სურამი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində Daba (Şəhər tipli qəsəbə), kiçik bir dağ-iqlim kurortu. Lixi silsiləsinin cənub yamaclarında, dəniz səviyyəsindən 740 metr yüksəklikdə yerləşir. Dəmiryol xəttilə Xaşuri ilə bağlıdır. Qəsəbə statusu 1926-cı ildə verilmişdir. Əhalisi 7,492 nəfərdir (2014). == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Sumahi türbəsi
Sumahi türbəsi — Digah kəndində yerləşən köhnə qəbirstanlığın kənarında yerləşən türbə. Türbənin 1901-ci ildə inşa edildiyi qeyd edilir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili üzəri günbəzlə tamamlanır. Türbədən bir qədər yuxarıda türk şəhid əsgərlərinin məzarları yerləşir.
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.
Avropa Şurası
Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir.İngilis və Fransız dilləri iki rəsmi dildir. == Şuranın orqanları == Avropa Şurasının aşağıdakı strukturları vardır: Nazirlər Komitəsi; Parlament Assambleyası (AŞPA).Şuraya üzv dövlətlər Avropa İnsan Haqları Konvensiyasına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasına riayət etməlidirlər. Hər iki sənəd üzrə müdafiə mexanizmi mövcüddür: Avropa İnsan Haqları Məhkəməsi; İşgəncələrin qarşısının alınması üzrə Avropa KomitəsiNazirlər Komitəsi üzv dövlətlərin bu iki orqanın qərarlarına əməl etmələrini təmin edir. Digər vacib Şura orqanları bunlardır: Baş katibin rəhbərlik etdiyi Katiblik; Yerli və Regional Hakimiyyətlər Konqresi (məşvərət orqanı); Avropa İnsan Hüquqları Komissarı. == İdarəçilər == İdarəetmə ilə əlaqəli mövzular Əmək və Sosial İşlər Nazirləri tərəfindən həll edilir; ümumi siyasi problemlər, Xarici işlər və Birliyi maraqlandıran əsas məsələlər Xarici İşlər Nazirlərinin hüquqları çərçivəsindədir. Şuranın mərkəzi Brüsseldədir; ancaq bəzi iclaslar Lüksemburqda keçirilir. == İşi == Avropanın gələcəyi ilə bağlı ən vacib qərarlar Şura tərəfindən verilir.
Beşyüzlər Şurası
Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) — III Konstitusiya zamanı fransız Milli Konventinin aşağı palatası. Adından göründüyü kimi departamentlərin yaşı otuza çatmış nümayəndəlirindən 3 il müddətinə seçilmiş 500 üzvə malikdir.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10-12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Mediasiya Şurası
MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu. == Funksiyaları == Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir: mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir; mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir; mediatorların ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır; mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir; mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir; üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür; mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır; mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir; mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir; mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır; intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir; mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır.Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir. == İdarəetmə == == Üzvləri == Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir. === Mediator === Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir.Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər. === Mediasiya təşkilatı === Mediasiya təşkilatı qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir: ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır; mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır; istifadəsində ən azı iki otaqdan ibarət ofisi olmalıdır. === Mediasiya təlimi qurumu === Mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir: 1.
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Türk Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Azərbaycan Şurası
Azərbaycan Şurası və ya Əncüməni Azərbaycan — İran İslam İnqilabı zamanı Cənubi Azərbaycanda yaradılmış və İrandakı Azərbaycan türkləri üçün geniş muxtariyyət istəyən siyasi təşkilat. == Tarixi == İnqilabın gətirdiyi nisbi rahatlıq dövrü zamanı Təbriz əsas olmaqla bir çox təşkilatlar və Azərbaycan türkcəsində mətbuat orqanları meydana çıxdı. Cənubi Azərbaycana aid qurulmuş mühüm təşkilatlardan biri də Əncüməni Azərbaycan idi. Əncümənin çap edilmiş proqramında "Azərbaycanın milli dilinin və mədəniyyətinin" tanınmasını, Azərbaycan türkcəsində növbəti tədris ilindən etibarən məktəblərin və media orqanlarının yaradılmasını, habelə bu dilin rəsmi qurumlarda, məhkəmələrdə istifadəsinin rəsmi olaraq qəbul edilməsini tələb edirdi. Əncümən daha da irəli gedərək rəsmi Tehranla konfederasiya əlaqəsində olmağı tələb edirdi. Rəsmi olaraq yalnız regional muxtariyyət tələb edilsə də, Əncümən bütün inzibati, mədəni, hüquqi, iqtisadi və hətta təhlükəsizlik məsələlərinin yerli nümayəndələrdə və şuralarda olmasını istəyirdi. Tələbə əsasən bu şuralar və təmsilçilər yerli xalq tərəfindən seçilməli idi. İslam İnqilabından sonrakı ilkin dövrdə bir çox Azərbaycan siyasətçiləri və ziyalıları İslam Respublikasının yeni konstitusiyasında, Yazıçılar Birliyi kimi bir çox ictimai qurumların nizamnamələrində və bir çox mövcud İran siyasi hərəkatları daxilində etnik azlıqların dil hüquqlarının təmin edilməsində fəal iştirak etmişlər. Yeni İran konstitusiyasının XV maddəsinin yerli və milli dillərin mətbuatda və məktəblərdə istifadəsinə rəsmi şəkildə icazə versə də, rejim bu maddənin reallıqda həyata keçməsinə icazə vermədi. Artıq Ali Dini Lider olmuş Ruhullah Xomeyni "İslamda fərqli dilləri danışan müsəlmanlar arasında fərq yoxdur" və "belə tələblər müsəlmanların birləşməsini istəməyən qüvvələr tərəfindən yaradılır deyərək buna qarşı çıxmışdı".
Valyuta şurası
Valyuta şurası (ing. сurrency board), və ya valyuta idarəsi — monetar orqanların qanunvericilik səviyyəsində müəyyən edilmiş sabit məzənnə ilə milli valyutanın qeyri-məhdud xarici valyutaya dəyişdirilməsi öhdəliyini öz üzərinə götürdüyü pul siyasəti rejimi. Valyuta şurası, idarə və ya şura təsvir olunan siyasətin həyata keçirilməsinə cavabdeh olan pul orqanlarıdır. Milli valyutanın məzənnəsinin müəyyən edildiyi xarici valyutaya “lövbər valyutası” deyilir. Valyuta şurası Avropa imperiyalarının çiçəklənmə dövründə geniş yayıldı və müstəmləkələrdə pul hakimiyyətinin bir forması idi. Koloniyada yerli valyutanın buraxılışı metropolun ehtiyat valyutasının dəstəyi ilə həyata keçirilirdi. Əslində, koloniyanın pul orqanları emissiya funksiyasından məhrumdurlar: onlar yalnız bir valyutanı digərinə dəyişirlər. Qlobal maliyyə sistemində ümumi pul kütləsi dəyişməz olaraq qalır. Real emissiya mərkəzlərinin rolu müstəmləkələrin ehtiyatlarını təşkil edən ehtiyat valyuta buraxan mərkəzi banklarda qalır. Bu sistem XIX əsrin ortalarında ingilislər tərəfindən öz koloniyaları üçün yaradılmışdır.
Kürehi
Kürehi — İranın Fars ostanının Bəvanat şəhristanının Sərçihan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,158 nəfər və 807 ailədən ibarət idi.
Seraki
Seraki (rus. сераки, ing. seracs, ice pennacles on the glacier) /fr.serac, lat. serum- sulu maye/– buz dillərinin qeyri-bərabər əriməsi nəticəsində buz şəlalələrinin səthində əmələ gəlmiş buz piki və dişləri.
Sorani
Soran dili- Kürd dilinin dialektlərindəndir ki İraq və İranda danışılır.
Azərbaycan Milli Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əbcəd آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əbcəd آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər.
Azərbaycan Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Azərbaycan Sənaye Şurası
Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi. == Tarixi == 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.
Süruri
Süruri və ya Süruriyi-Şərqi, Süruriyi-Əcəm (XV əsr, Ağqoyunlu dövləti – 1520) — XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış Azərbaycan şairi. Nəsiminin ardıcılı olan Süruri hürufiliyi təbliğ edən bir çox şeirin müəllifidir. == Həyatı == Süruri XV əsrin sonunda Ağqoyunlular dövlətinin ərazisində dünyaya gəlib. Əsasən Təbrizdə fəaliyyət göstərən o, 1515-ci ildə şəhər Osmanlılar tərəfindən işğal edildikdən sonra digər yazıçı və alimlər kimi Osmanlı İmperiyasına aparılıb. Ömrünün son günlərinə qədər burada yaşayıb, 1520-ci ildə dünyasını dəyişib. == Yaradıcılığı == Əsasən Azərbaycan türkcəsində yazıb-yaradan Süruri Nəsimi ədəbi məktəbinin davamçısı olub. Hürufiliyi təbliğ edən şair Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra daha rahat fəaliyyət göstərib.Sürurinin 192 səhifəlik əlyazma divanı Fərid Ələkbərli tərəfindən 2013-cü ildə Vatikanın Apostol Kitabxanasında aşkarlanaraq Azərbaycana gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib. Yaşadığı dövrdə "Süruri" təxəllüsündan istifadə edən bir neçə şair olduğuna görə onu fərqləndirmək üçün "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırıblar. Vatikanın Apostol Kitabxanasında və Peterburq Universitetinin məcmuəsində şair "Süruriyi-Əcəm" kimi qeyd olunub.Süruri yaradıcılığı əsasən hürufiliyə həsr olunmuş əsərlərdən ibarət olsa da, onun məhəbbət mövzusunda yazılmış qəzəlləridə vardır. 2013-cü ildə bəzi Azərbaycan əlyazmalarının surətləri Fərid Ələkbərli tərəfindən Vatikandan Bakıya gətirilmiş və Əlyazmalar İnstitutuna təhvil verilmişdir.Sürurinin "Divan"ı əldə olunan mənbələrin ən qiymətlisidir.
Süvari
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Alman Milli Şurası
Alman Milli Şurası — Azərbaycandakı alman koloniyalarının mənafeyini müdafiə etmək məqsədilə fəaliyyət göstərmiş qurum. 1918-ci il noyabrın 19-da yaradılmışdı. Şura, ilk növbədə, almanların Azərbaycandakı əmlakının qorunması məsələləri ilə məşğul olurdu. Sayları az olduğundan seçki senzinə uyğun gəlməmələrinə baxramayaraq, milli təmsilçilik prinsipinə uyğun olaraq Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə alman əhalisindən də bir nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini alman milli təşkilatlarına həvalə etmək nəzərdə tutulmuşdu. Azərbaycan Parlamentində mill azlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman azlığının nümayəndəsi mandatını Yelenendorfdan (indiki Göygöl) olan deputat Lorens Yakov Kun aldı. Onun Parlamentdəki, xüsusilə aqrar komissiyasındakı işi, əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi.
Azərbaycan Ağsaqqallar Şurası
Azərbaycan Ağsaqqallar Şurası — 1989-cu ildə İmam Mustafayev tərəfindən təsis olunmuş təşkilat. == Tarixi == 1989-cu ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi İmam Mustafayev tərəfindən təsis olunub. 1990-cı ildə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. 1998-ci ildə İmam Mustafayevin vəfatından sonra akademik Budaq Budaqov 1998–2012-ci illərdə sədrlik edib. 2012–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini,Fəttah Heydərov rəhbərlik edib. 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı — "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev keçirilən qurultayda sədr seçilib. == Fəaliyyəti == === Həyata keçirtdiyi layihələr === Azərbaycan Ağsaqqallar Şurası ilə "Türk Dünyası Ağsaqqalları" qəzetinin birgə təbdirlər keçiriblər. "İmkansız ailələrə maddi-mənəvi dəstək, gənc ailələrin maarifləndirilməsi"(2000–2006) "Bizə uzanan əllər" (2005-ci ildən bu günə qədər) "Ümidə qayıdış- həbsxanada cəza çəkən insanların tərbiyələnməsinə ictimai dəstək və yaradıcı insanların tanıdılması"(2007–2011 "Görünməyən tariximiz-itməkə olan abidələrin və adətlərin bərpası, qeydə alınmamış abidələrin şərhi"(2008–2010) "Ağsaqqal və gənclik- cəbhələrdə, məktəb və bağçalarda gənclərlə birlikdə maarifləndirici təbliğat"(2009–2012 "Ekologiya və biz" (2010–2013) "Əsgərlərə yeni ruh"(2011–2019) "Biz heç kimi unutmuruq.."(2008-ci ildən davam edir) "Türkdilli dövlətlərin həyatı və inteqrasiya məsələləri Azərbaycan mediasında: mövcud durum və perspektivlər"(2013-Mətbuat Şurası ilə birgə 1 illik layihə "Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında"(2017–2018) "Azərbaycanın iqtisadi konsepsiyası:media hərəkətverici qüvvə kimi"-(2013) Qeyd edək ki, bu layihələr çərçivəsində Ramin Əhmədov işçi qrupu ilə birlikdə hər il 500-dən yuxarı şəhid ailəsini və şəhid məzarlarını ziyarət edir, imkansız aztəminatlı ailələrin və sığınacaqlarda olan uşaqları dərs ləvazimatları, paltar və ərzaqla təmin edir. Müharibə veteranları, fiziki qüsurlu insanlara məxsusi diqqət ayırır. Bütün bayramlarda onlara tədbir keçirilir, ərzaq sovqatı verilir.
Azərbaycanın Təhlükəsizlik Şurası
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası — 1991-ci il mayın 14-də Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası adı ilə yaradılıb. == Haqqında == Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır və səlahiyyətlərinə aid edilmiş digər funksiyaları yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasının sədridir. Təhlükəsizlik Şurasının üzvlərini, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təyin və azad edir. Təhlükəsizlik Şurası öz işini iclaslar vasitəsilə həyata keçirir. Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir. Təhlükəsizlik Şurasının iclaslarının təşkilini Təhlükəsizlik Şurasının katibi təmin edir. Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının funksiyalarının həyata keçirilməsini təmin edən vəzifəli şəxsdir. Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Ağbaba Milli Şurası
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. == Haqqında == Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
BMT Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Başqırd Mərkəzi Şurası
Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb. == Tarixi == 1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər.Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi.Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi. 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular. Aprelin əvvəlində onlar Orenburqun başqırd və kazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular. İyun ayında mərkəzi şura öz fəaliyyətini bərpa etdi. Şura Başqırd hökumətinin tədbirlərini dəstəkləyib, antibolşevik təbliğat apararaq Başqırd Milli Hərəkatı üçün maaliyyət dəstəyi yığmaqla yanaşı, digər milli hərəkatlarla münasibət yaradırdı.
Beynəlxalq Arxivlər Şurası
Beynəlxalq Arxivlər Şurası (fr. Conseil international des archives) — 1948-ci ildə arxivlərlə əlaqəli bütün sahələrdə beynəlxalq əməkdaşlığı, tədqiqatı və inkişafı təşviq etmək üçün yaradılmış bir qeyri-hökumət təşkilatıdır. Fransanın Paris şəhərində, Fransa Milli Arxivi binasında yerləşir. Beynəlxalq Arxivlər Şurası ümumi məclis tərəfindən idarə olunur. Onun rolu dünyanın hər yerindən arxivçilər üçün regional forumlar yaratmaq və arxiv işçiləri ilə maraqlı qurumları bir araya gətirmək, konkret problemlərin həllinə nail olmaq üçün komitələr yaratmaqdır. Katiblik təşkilatın rəhbərliyinə həvalə olunmuşdur və üzvlərin öz aralarında əlaqələndirilməsinə xidmət edir. == Missiya barədə bəyanat == Beynəlxalq Arxivlər Şurasının missiya bəyanatında deyilir: "Beynəlxalq Arxivlər Şurası, dünya arxivi mütəxəssislərinin təmsilçiliyi ilə qeydlərin effektiv idarə olunması və dünya arxiv irsinin qorunması, qayğısı və istifadəsinə həsr olunmuşdur. Arxivlər insan fəaliyyətinin sənədli məhsuludur və bu səbəbdən demokratiyanın, fərdlərin və icmaların şəxsiyyətinin və insan haqlarının təməlini qoyduğu keçmiş hadisələrin əvəzolunmaz şahididir. Altmış ildən çoxdur ki, Beynəlxalq Arxivlər Şurası dünyanın hər yerində arxiv qurumlarını və praktikantlarını birləşdirir, yaxşı arxiv idarəçiliyi və qeyd olunan mirasın fiziki qorunmasını təmin edir, nüfuzlu standartlar və ən yaxşı təcrübələr yaradır.
Beynəlxalq Muzeylər Şurası
Beynəlxalq Muzeylər Şurası — (ing. International Council of Museums, ing. ICOM) 1946-cı ildə Parisdə (Fransa) yaradılmış qeyri-hökumət beynəlxalq təşkilatdı. ICOM — dünya təbii və mədəni irsinin, maddi və qeyri-maddi irsin qorunması, inkişafı və cəmiyyətnən qarşılıqlı əlaqələri yaradılması ilə məşğul olan muzey və muzey mütəxəssislərinin beynəlxalq təşkilatıdır. 137 ölkədən təxminən 35,000 üzvü olan ICOM, muzey və mirasla əlaqəli müxtəlif intizam daxilində fəaliyyət göstərən muzey işçilərin şəbəkəsidir. == ICOM-un məqsəd və vəzifələri == Nizamnaməyə əsasən, ICOM-un məqsəd və vəzifələri aşağıdakılardır: bütün dünyada muzey işinin inkişafının təşviqi; mirasın qorunması və mədəni mülkiyyətdə qanunsuz ticarətlə mübarizə; muzey işçilərin təlimi və peşəkar standartlarına uyğun təkmilləşdirilməsi; muzey və muzey işçilərinə kömək göstərilməsi; muzey təşkilatları və müxtəlif ölkələrin mütəxəssisləri arasında əməkdaşlığın qurulması. == Ümumi məlumat == 1946-cı ildə təsis edilmiş ICOM, UNESCO ilə rəsmi əlaqələri davam etdirən və Birləşmiş Millətlər Təşkilatıının İqtisadi və Sosial Şurası ilə məsləhətçi statusu olan qeyri-hökumət təşkilatıdır. ICOM həmçinin, beynəlxalq mülki xidmət missiyalarının yerinə yetirilməsi məqsədilə Ümümdünya Əqli Mülkiyyət Təşkilatı, INTERPOL və Ümümdünya Gömrük Təşkilatı kimi təşkilatlarla əməkdaşlıq edir. Mədəni əmlakın qanunsuz dövriyyəsi ilə mübarizə və təbii və ya texnogen fəlakətlər zamanı dünya mədəni irsinin qorunması üçün risklərin idarə edilməsinə və fövqəladə hallara hazırlığa kömək etmək ICOM-un missiyasına daxildir. == Etik davranış kodeksi == ICOM 1986-cı ildə muzeylər üçün ICOM Etik davranış kodeksi qəbul etdi və təşkilatın bütün üzvlərinə riayət etməsi lazım olan təcrübə standartlarını təyin etdi.
Böyük Nazirlər Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əbcəd آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı.
Qürah
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir. == Kəndin salınması == Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı. == Sonrakı tarix == XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir.
Spahi
Spahi — Fransa ordusunun tərkibində olan yüngül süvarilə növü. Xidmətə cəlb olunanlar əsasən Əlcəzair, Tunis və Mərakeşin yerli əhalisindən idi. Termin Osmanlı süvarilərindən olan "sipahi" adının fransızca transkripsiyasıdır. == Seneqal spahisi == Məğrib spahi alaylarına əlavə olaraq, Fransa Qərbi Afrikasında iki spahi eskadronu yaradılmışdır. Sıravilər Seneqal və Fransa Sudanının (indiki Mali) yerli əhalisindən, zabitlər isə Şimali Afrika spahi bölmələrindən ezam olunmuşlar. 1928-ci ildə Seneqal spahiləri Atlı Jandarma olaraq yenidən təşkil edilmişdir. Seneqal Respublikasının müasir Milli Jandarmeriyası ənənələri və forması müstəmləkə dövrünün Seneqal spahilərinə aid olan mərasim eskadronu daxildir. == İtaliya spahisi == 1912–1942-ci illərdə Liviyadakı İtaliya müstəmləkə rejimi Fransa–Əlcəzair modelinə uyğun olaraq, kəndlərdə və səhrada patrul etmək üçün istifadə edilən bir neçə spahi süvari birliklərini xidmətə götürmüşdür. Zabitlərinin italyan olmasına baxmayaraq, bu dəstələr yerli Liviya süvari birləşmələrindən daha az nizamlı idi. Spahi forması onların cəlb olunduğu tayfaların ənənəvi geyimləri əsasında işlənib hazırlanmışdır.
Artım sürəti
Bucaq sürəti
Bucaq sürəti — vektorial kəmiyyət olub, cismin fırlanmasını səciyyələndirir. Bucaq sürətinin qiyməti cismin vahid zamanda dömnəsi ilə qiymətləndirilir. ω = d ϕ d t {\displaystyle \omega ={\frac {d\phi }{dt}}} Koordinat sisteminin başlanğıc nöqtəsinə əsasən isə belə ifadə edilir: ω → = [ r → , v → ] ( r → , r → ) {\displaystyle {\vec {\omega }}={\frac {[{\vec {r}},{\vec {v}}]}{({\vec {r}},{\vec {r}})}}} burada: r → {\displaystyle {\vec {r}}} — nöqtənin radius vektoru, v → {\displaystyle {\vec {v}}} — bu nöqtənin verilmiş koordinat sistemindəki sürəti, [ r → , v → ] {\displaystyle [{\vec {r}},{\vec {v}}]} — vektor hasil, ( r → , r → ) {\displaystyle ({\vec {r}},{\vec {r}})} — vektorların skalyar hasilidir. Praktikada çox vaxt ω / 2 π {\displaystyle \omega /2\pi } -ə bərabər olan fırlanma tezliyindən istifadə edilir. Ölçmə vahidi san−1 və ya dövr/dəq götürülür.
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Hava sürəti
Hava sürəti, havadakı istənilən aviavasitənin sürəti. Aviasiyada fərqli məqsədlər üçün istifadə olunan bir çox fərqli hava sürəti olduğundan hava sürətinə ümumi bir tərif vermək düzgün olmazdı. Hava sürəti termini ilə əsasən aviavasitənin əsas sürət saatından oxunan və təyyarənin ətrafındakı hava kütləsinə görə, nisbi sürəti verən alət hava sürəti və ya göstərilmiş hava sürəti (göstərici sürət) nəzərdə tutulur.
Kreyser sürəti
Kreyser sürəti (kruiz sürəti) — canlıların və ya nəqliyyat vasitələrinin maksimum sürətdə uzun bir hərəkət sürəti, vahid yolda enerji istehlakının əhəmiyyətli dərəcədə artması ilə əldə edilir. Kreyser sürəti uzun bir hərəkəti xarakterizə edir. Məsələn, bir şəxs qaça bilər, bir təyyarə sürətli və qəzəbli bir yerə gedir, bir avtomobil daha sürətli gedir, hava müqavimətini aşır, sürətdən asılı olaraq kvadrat olur və s. == Aviasiyada == Aviasiyada kreyser sürəti bir təyyarənin maksimum aralığının sürəti və minimum kilometr yanacaq istehlakıdır. Kreyser sürəti maksimum sürətin təxminən 30–80% -ni təşkil edir və təyyarələr üçün səs sürətini aşmır. Süper səsli aviasiya üçün seyrçi subsonik və seyrçi supersonik sürət arasında fərq var və son vəziyyətdə uçuş məsafəsi kəskin şəkildə azalır. Məsələn, M-2,0-ə uyğun gələn, maksimum uçuş kütləsi 195 ton olan Tu-144S-də, uçuşun maksimal məsafəsi 3080 km, kütləsi 187 ton — 3600 km, uçuş sürəti M-ə uyğun olan bərə aralığıdır. = 0.85 4300 km-dir. Təyyarədə seyr etməkdən əlavə, ən sərfəli sürəti — müəyyən vaxt intervalında yanacaq sərfinin minimal olduğu uçuş sürətini də ayırmaq adətdir. Ən yaxşı sürətdə təyyarə daha uzun müddət havada qala bilər və buna görə də hava limanının uçuş-enmə zolağı çox yükləndikdə, bu sürətlə tez-tez təyyarə eniş xəttini gözləyir.
Küləyin sürəti
== Külək == Atmosfer təzyiqinin paylanmasından asılı olaraq hava həmişə üfiqi istiqamətdə yer dəyişir. Havanın üfiqi istiqamətdə belə yer dəyişməsinə külək deyilir. Külək həmişə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir. == Küləyin sürəti == Küləyin sürəti və istiqaməti daima dəyişir. Yer səthində küləyin orta sürəti 5-10m/san olub, bəzən isə güclü atmosfer tufanları zamanı 50m/san.-yə çatır. Atmosferin yuxarı təbəqələrində şırnaq axınlarında küləyin sürəti daima 100 m/san bərabər olur. Küləyin sürəti m/san, km/saat və düyümlərlə ifadə olunur. Metr saniyədən düyümlərə keçmək üçün m/san-ni 2-yə vurmaq lazımdır. Bundan başqa küləyin sürətini ballarla (Bofort şkalası) ifadə etmək olar. Mümkün ola bilən küləyin sürətləri 12 balla ifadə edilir.
Molla Gürani
Molla Gürani (28 avqust 1406, Ergani, Diyarbəkir ili – 1488, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Makrîzî, Dürerü’l-ʿuḳūdi’l-ferîde fî terâcimi’l-aʿyâni’l-müfîde (nşr. Adnân Dervîş – Muhammed el-Mısrî), Dımaşk 1995, I, 363–365. Bikāî, ʿUnvânü’z-zamân bi-terâcimi’ş-şüyûḫ ve’l-aḳrân, Köprülü Ktp., nr. 1119, vr. 6b-7b. Sehâvî, eḍ-Ḍavʾü’l-lâmiʿ, I, 241–243. Süyûtî, Naẓmü’l-ʿiḳyân (nşr. Philip K. Hitti), Beyrut 1927, s. 38–40.
Musa Siraji
Musa Şərəfetdin oğlu Sirajetdinov (ləqəbi — Musa Siraji) (1 fevral 1939 – 14 sentyabr 2019, Tuymazı, Başqırdıstan.) — başqırd şairi, publisist, ictimai xadim. Başqırdıstan Respublikası Yazıçılar Birtliyinin üzvü. == Bioqrafiyası == Musa Siraji (Musa Şərəfetdin oğlu Sirajetdinov) 1 fevral 1939-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası, Tuymazı rayonu, Töpkildə kəndində kəndli ailəsində anadan olmuşdur. 2 saylı Kandrinskaya orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra iki il burada müəllim işləmişdir. 1958–1963-cü illərdə Başqırdıstan Dövlət Universiteti filologiya fakultəsində təhsil almışdır. BDU-ni bitirdikdən sonrrssonu "Qızıl Tan" qəzetində işləmişdir. Sonra Başqırd nəşriyyatında redaktor, Başqırdıstan Respublikası Yazıçılar Birliyində ədəbi məsləhətçi kimi fəaliyyət göstərmişdir. 1971–1973-cü illərdə isə Başqırdıstan Dövlət Universitetində müəllim vəzifəsində çalışmışdır. BDU-da təhsil aldığı dövrdən yazmağa başlamış və yerli mətbuatda nəşr olunmuşdur.
Mərminin sürəti
Mərminin sürəti - mərminin kütləsinin mərkəzinin zaman vahidi ərzində keçdiyi məsafə; mərminin (güllənin, minanın) hərəkətlərinin əsas göstəricilərindən biri. M/S-lə, bəzən Maxa sayla ölçülür. Artilleriya mərmisi, gülləsi və minasında ən çox tətbiqi əhəmiyətə, odlu silahın vacib taktiki-texniki göstəricisi olan, başlanğıc sürəti malikdir. Mərminin sürəti, hərəkətdən-sonrakı mərhələnin sonunda maksimal əhəmiyətə malik olur. Sonradan ağırlıq gücünün və havanın müqavimətinin təsirindən mərminin sürəti, trayektoriyanın zirvəsindən kənarda yerləşən, ən aşağı göstərici olan bir nöqtədə azalaraq, düşmə noqtəsinə qədər, sonradan yenə yüksəlir . Böyük məsafəli trayektoriyalarda mərminin düşməsindən bir az öncə mərminin sürətinin ikinci maksimumu başlaya bilər. Əgər trayektoriya nisbətən kiçik məsafəyə malikdirsə (məsələn zenit və döşəmə atəşi zamanı), mərminin sürəti ancaq azalır. Reaktiv və aktiv - reaktiv raketlərin sürəti fəal sahənin sonunda maksimuma çatır, sonra mərminin sürətində dəyişiklik adi mərmilərdəki kimi olur. Müasir mərmilərin başlanğıc sürəti: minaatanlarda - 100–150 m/s, geri təpkisiz toplarda 380–500 m/s haubitsalarda 300–700 m/s yerüstü artilleriyanın toplarında 600–1000 m/s zenit, tank, tankəleyhinə və gəmi universal artilleriyasının toplarının 700–1500 m/s reaktiv qurğularda ( trayektoriyanın fəal sahəsinin sonunda) 1000 m/s qədər. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 7 səh.
Nəsrin Sipahi
Nəsrin Sipahi (29 noyabr 1934l)Krım Türkü səs sənətçisidir. == Həyatı == Nəsrin Sipahi 29 Noyabr 1934-cü ildə İstanbul Yeşilköy-də doğulmuşdur.İstanbul doğumlu Krım tatarı kökənli Adilə-Yunus Akçan-nın qızıdır.Yeşilköy İbtidai məktəbi və Bakırköy Orta məktəbinu bitirdikdən sonra Sənət Məktəbinin Moda və "Biçki-Dikiş" kursuna getmişdir.İngilis dilini öyrənmək üçün Amerika məktəbində oxudu. Qardaşları Nihad Akçan və Çetin Akçan tanınmış teatr sənətçiləridir. == Karyera == Gənc yaşlarında musiqidəki istedadını dərk edən sənətçi, İstanbul Bələdiyyəsi Konservatoriyasında oxuyarkən Harbiyədəki İstanbul radiosunun qarşısında olan bəstəkar evində Şerif İçlidən dərs almağa başladı.Əvvəlcə janrı qərb musiqisi olsa da, nəhayət türk musiqisini oxumağa başladı. 1953-cü ildə, o dövrdə əsas musiqi tədris mərkəzi sayılan Ankara Radiosuna daxil oldu. 1960-cı ildə radiodan istefa etdi və Ankarada səhnə ifaçısı kimi işə başladı. Türkiyədəki konsertlərindən sonra bir çox xarici ölkədə də çıxış etdi. Sovet İttifaqında 1971-ci il qastrol səfərində türk dilindən əlavə Azərbaycan, rus və erməni dillərində də mahnı oxudu. Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Kanada, Avstraliya, Fas, Tunis, Suriya, Misir Kipr və İspaniyada konsert verdi. Dörd yüzə yaxın single çıxardı.O 1965-ci ildə bir filmdə də oynadı: "Kalbimdeki Serseri" .
Pərdə sürəti
Pərdə sürəti ― fotoqrafiyada diafraqmadan keçən işığın nə qədər müddət senzorda qalacağını ifadə edən sistem. Başqa sözlə, pərdə sürəti şəkil çəkməyə sərf olunacaq vaxtı müəyyən edir.Professional fotoaparatlarda pərdə sürəti aralığı genişdir. Həvəskar, yaxud ucuz kameralar daha az pərdə sürəti aralığına sahibdir. == İstifadə formaları == Pərdə uzun müddət açıq qalarsa, hərəkət edən cisimlər fotoda bulanıq halda təsvir olunar. Bu isə hərəkət hissi verir. Məsələn, şəlalə, çay, hərəkətdə olan maşınlar və s. kimi obyektlər üçün istifadə olunur. Qısamüddətli pərdə sürəti isə anlıq hadisələr üçün təsvir olunur. Quşun qanad çalmağı, delfinin suyun üstünə tullanması və s. Qısamüddətli pərdə sürəti fotonun bulanıqlaşmasına səbəb olan kamera sarsıntısı ehtimalını azaldır.
Salahi Sonyel
Salahi Ramadan Sonyel (türk. Salâhi R. Sonyel; 1932, Nikosiya, Nikosiya rayonu[d] – yanvar 2016) — Kiprli Türkiyə tarixçisi. O, Britaniya arxivlərindəki işləri ilə tanınır. Sonyel Türkiyə tarixi ilə bağlı işlərinə görə Türkiyə Respublikasının "Şərəf" medalı ilə təltif edilmişdir.
Sipahi aşırımı
Sipahi aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 1825,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Parağa kəndindən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında yerləşir.
Strahil zirvəsi
Strahil zirvəsi (bolq. връх Страхил, ‘Vrah Strahil’ \'vr&h stra-'hil\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2700 m hündürlüklü qaya zirvəsidir. Sentinel dağlarının şimal-qərbdə yerləşmişdir.Zirvə Bolqarıstanlı üsyançı lideri olan Strahil Voyvodanın (17-ci əsr — 1711) adını daşıyır. == Yerləşməsi == Strahil zirvəsi 78°05′40″ c. e. 86°20′01″ q. u. koordinatlarında yerləşmişdir. Heyl dağından 2.8 km şimal-qərbdə, Habli dağından 8.2 km şimal-şərqdə, Silyanov zirvəsindən 8.63 km cənub-şərqdə, Broks zirvəsindən 7.7 km cənubda yerləşmişdir. ABŞ xəritəsinə 1961-cı ildə daxil edilmişdir.
Süryani dili
Süryani dili və ya Suriya dili (ܠܫܢܐ ܣܘܪܝܝܐ leššānā sūryāyā) – Mesopotamiya və Şərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti. I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur. Süryani əlifbası ilə yazılır. == Xristianlıqda rolu == Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə Assuriya və Akkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta Asiyaya və Yaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır. == Tarixi == Süryani dilinin inkişafı mərhələləri: Qədim Arami dili - Assuriya, Aşşur, Hatra, Adiabena, Osroena kimi dövlətlərin dili olmuşdur.
Sıravi Əhməd
Sıravi Əhməd — Xədicə Abbasovanın albomundan olan mahnı. Mahnının musiqisi Emin Sabitoğluna, sözləri isə Rüfət Əhmədzadəyə aiddir. Mahnı Vəfa Quluzadənin sifarişi ilə yazılmışdır.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Suarası
Suarası — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Suarası kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Səfiyan kəndindən köçüb gəlmiş ailələr Binələr adlı sahədə salmışlar. Kəndin adı onun coğrafi mövqeyini əks etdirir. Oykonim su və arası sözlərindən ibarət olub, kəndin iki kiçik çay (sağda Vəlilər suyu və solda Noxudlu suyu) arasında yerləşdiyini bildirir. Hər iki su Xanalılar kəndinin yaxınlığında birləşərək Həkəri çayının qolu olan Zurdərə çayını əmələ gətirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.
Sunami
Sunami — yaponca "津波" (つなみ) sözündən olub, liman dalğası və ya nəhəng dalğa deməkdir, okean və ya dəniz dibində zəlzələ, meteorit düşməsi, dənizin altında nüvə partlayışları, vulkan püskürməsi ilə əlaqədar döşəmənin çökməsi, yerin yerdəyişməsi kimi tektonik hadisələr nəticəsində dənizə keçən enerji nəticəsində yaranan uzunmüddətli dəniz dalğalarıdır. Bundan əlavə, qasırğalar sunamilərə də səbəb ola bilər.Sunamilərin 80%-i Sakit Okeanda baş verir. Yunan tarixçisi Fukidid “Peloponnes müharibəsinin tarixi” kitabında sunamilərin sualtı zəlzələlər nəticəsində baş verdiyini irəli sürmüşdür. Fukidid bu təklifi irəli sürən ilk şəxs kimi tanınsa da, sunaminin baş verməsi haqqında 20-ci əsrə qədər çox şey məlum deyildi. İlk geoloji, coğrafi və okeanoqrafik sənədlər sunamiləri “seysmik dəniz dalğaları” adlandırırdı. Sunami dalğaları adi sualtı cərəyanlar və ya dəniz dalğaları kimi deyil, çünki onların dalğa uzunluqları daha uzundur. Sunamilər adətən dalğa qatarı adlanan dəqiqələr və saatlar arasında dəyişən dövrlərdə bir sıra dalğalardan ibarətdir. Böyük hadisələrlə on metrlərlə dalğalar baş verə bilər. Sunamilərin təsiri sahilyanı ərazilərlə məhdudlaşsa da, onların dağıdıcı gücü böyük ola bilər və bütün okean hövzələrinə təsir edə bilər. 2004-cü ildə Hind okeanında baş vermiş sunami bəşər tarixinin ən ölümcül təbii fəlakətlərindən biri idi və Hind okeanı ilə həmsərhəd olan 14 ölkədə ən azı 230.000 insanın ölümünə səbəb olmuşdur.
Şubanı
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.