ŞİRNİKMƏK

Bir qədim deyim var: “əvvəl şirnini verib şirnikdirir, sonra zəhər verib öl­dürür”. Bəli, şirnikmək sözü məhz şirni kəlməsindən əmələ gəlib: birbirik­mək, şirinşirnikmək sözlərinin qəlibi eynidir. Şirnikmək –şirniyə öyrəşmək, da­danmaq deməkdir (qanqanıxmaq, ototuxmaq sözləri də həmin qəlib üzrə yaranıb. Sözün son hecasında incə sait olduqda adlardan feil düzəldən şə­kil­çinin tərkibində də incə sait olur: bir-ik-mək.., əksinə olduqda şəkilçidə də qalın sait olur: otuxmaq, qan-ıx-maq və s. Şirin, şirni sözləri fars dilindən keçib, bizdə onun yerinə dadıq, dadlı, sucuq sözləri işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞİRMƏMMƏD
ŞİRVANMAQ

Digər lüğətlərdə