Bir qədim deyim var: “əvvəl şirnini verib şirnikdirir, sonra zəhər verib öldürür”. Bəli, şirnikmək sözü məhz şirni kəlməsindən əmələ gəlib: bir və birikmək, şirin və şirnikmək sözlərinin qəlibi eynidir. Şirnikmək –şirniyə öyrəşmək, dadanmaq deməkdir (qan və qanıxmaq, ot və otuxmaq sözləri də həmin qəlib üzrə yaranıb. Sözün son hecasında incə sait olduqda adlardan feil düzəldən şəkilçinin tərkibində də incə sait olur: bir-ik-mək.., əksinə olduqda şəkilçidə də qalın sait olur: otuxmaq, qan-ıx-maq və s. Şirin, şirni sözləri fars dilindən keçib, bizdə onun yerinə dadıq, dadlı, sucuq sözləri işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)