Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Çınqıl
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Dingir
Dingir, Diĝir (şumercə: 𒀭; deyilişi [ tiŋiɾ ]) — mixi yazılı qaynaqlarda "Tanrı" anlayışını ifadə edir. "Tinqir" sözü "İlah" və ya "İlahə" olaraq tərcümə edilə bilər. Şumer mixi yazılarında 𒀭 işarəsi adətən ilahiliyi, bəzən də müqəddəsliyi müəyyənləşdirmək üçün dini adların qarşısında istifadə edilir (məs.: 𒀭𒈹 = dingirİnanna; "İnanna tanrı"). İşarə əvvələr şumercə "göy", "ulu", "ən" (yüksək, uc, son) məna yükünü daşıyan an sözünün ideoqramı kimi istifadə olunub; sonralar isə işarə həm də dingir (tanrı) sözünün loqoqramına çevrilib və şumer panteonunun ən ulu tanrısı, bütün digər ilahların əcdadı hesab edilən An tanrının adını daşıyır; bundan əlavə, sözlərdə /an/ hecasını ifadə edən fonoqram kimi tətbiq edilir. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin El (və ya ilu) İlahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur. Şumer ilahiyyat anlayışı göylərlə sıx bağlıdır, faktlardan bu aşkar olunur ki, "göy" ideoqramının işarəsini iki dəfə yazdıqda ulduzun gerçək şəkli formalaşır. İlahiyyatın gerçək bağlılığı səmadakı parlaq hierofaniya ( yunan dilində "müqəddəs işığı gətirmək" anlamına gəlir) ilə bağlıdır. Bu da mümkündür ki, Şumercə olan Dingir sözü tədricən dəyişilib, Türk dilində olan Tenqri (səma, Göy Tanrısı) sözünə çevrilmişdir. Güman ki, türk panteonunun baş ilahı (T2NQR2İ /teŋri/ = göy; Tanrı) şumer panteonundakı Dingir ilə bağlıdır. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin il (yaxud ilu) ilahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur.
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz ƏliyevÇingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı.Çingiz AxundovÇingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi.Yaşayış məntəqələriÇingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
Çılğır
Çılğır (əvvəlki adı: Çiləgir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyid kənd inzibati ərazi dairəsi tərkibindəki Çiləgir kəndi Çılğır kəndi adlandırılmışdır.
Gümüşü çingil
== Təbii yayılması == Yabanı halda İranda və Şimali-Qərbi Monqolustanda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m, sallaq zoğlara malik, gövdəsinin rəngi qonur koldur. Bitkinin yarpaqlaması mürəkkəb, 3-6 cüt gümüşü cütlələkvari çılpaq yarpaqlardan ibarətdir. Yarpaqların üzəri bozumtul, gümüşü tükcüklərlə örtülmüş olur. Uc hissədəki tək yarpaq tikanla əvəz olunmuşdur. Bu tikanlar qışda yarpaqcıqlar töküldükdən sonra saplaqlarla birlikdə gövdə üzərində uzun müddət qalır. Yarpaqaltlıqları bizvari tikanlara çevrilmişdir. Çiçəkləri 2-3 ədəd olmaqla yarpaqların qoltuğundakı salxımlarda yerləşir. Kasayarpaqları dişli olub, 3-6 sm uzunluğunda, enli, üçbucaq formasındadır. Tacı bənövşəyi, qırmızımtıl, çəhrayı və ya ağ, uzunluğu 15-18 mm-dir.
Çingiz (Baymak)
Çingiz (başq. Сыңғыҙ, rus. Чингизово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Tatlıbay): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km.Kənd Samkara çayının sağ sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.|0 == Tanınmış şəxsləri == Xusain Faizulloviç Akhmetov (1914-1993) — XX əsrin başqırd bəstəkarı. Rəşidə Qilmutdinovna Tuysina (10 may 1942) — rəqqasə, Rusiyanın əməkdar artisti. Ənvər Zakiroviç Asfəndiyarov (15 may 1934) Sovet və rus tarixçisi, tarix elmləri namizədi, professor, Salavat Yulayev ordenli.
Çingiz Abbasov
Çingiz Abbasov — Azərbaycanın neftçi alimi, Bakı Neft texnikumunun direktoru (1973–1981), 80 texnikum üzrə direktorlar şurasının sədri (1974–1980). == Həyatı == Çingiz İsgəndər oğlu Abbasov 27 noyabr 1926-cı ildə Laçın rayonunun Sus kəndində anadan olmuşdur. 2–3 yaşında atasını itirmiş və anası 3 uşağını zəhmətkeşlik ruhunda tərbiyə etmişdir. Sus kəndində məktəb olmadığından kənddən 3–4&;km məsafədə yerləşən Qızılca kənd məktəbinə 1936–1938-ci illərdə təhsil almışdır. 1939-cu ilin yayında ailə Laçın şəhərinə köçmüş və təhsilini orada davam etmişdir. 1946-cı ildə Laçın şəhərindəki orta məktəbi "Əla müvəffəqiyyət və nümunəvi əxlaq üçün" Gümüş medalla bitirmişdir və imtahansız M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə bitirmiş və "Dağ mühəndisi" adını almışdır. 1942–1946-cı illərdə — Laçın şəhər orta məktəbində Baş pioner dəstə rəhbəri (eyni zamanda kitabxanaçı) axşamlar isə kinomexanik köməkçisi işləyib. 1951–1952-ci illər — Dövlət elmi-tədqiqat layihə institutunda (indiki Az. NQS. DETLİ) mühəndis. 1952–1958-ci illər — "Lenin Neft" tresti (hazırkı "Balaxanı Neft" NQÇİ) 8-ci mədəndə neftçıxarma ustası (sahə rəisi), 14 və 12-ci mədənlərdə baş mühəndis və 14-cü mədəndə müdir.
Çingiz Sadıxov
Çingiz Hacı oğlu Sadıqov (5 aprel 1929, Bakı – 30 dekabr 2017, San-Fransisko, Kaliforniya) — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994) == Həyatı == Cingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır. 1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir. Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir. 1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur. Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıqova təbrik məktubu göndərmişdir. Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987 "Şöhrət" ordeni — 28 oktyabr 2009 == Filmoqrafiya == Onu bağışlamaq olarmı?
Çingiz Topel
Çingiz Topel (2 sentyabr 1934, İzmit – 8 avqust 1964, Kipr) — Türk pilot kapitan, 1964-cü ildə Türk Hərbi Hava Qüvvələrinin Kiprdəki xəbərdarlıq uçuşu zamanı təyyarəsi Yunan zenit silahları ilə vurulduqda, paraşütlə tullanaraq tutuldu. Yunanlar tərəfindən işgəncələrə məruz qaldı və öldü. == İrsi == Bir çox parka, prospektə və küçəyə Türkiyənin müxtəlif bölgələrindəki yaşayış məntəqələrinin adı verilmişdir. Gaziantep və Kayseri'de hər biri bir, Ankaranın Mamak, Çubuk mahalları və İzmirin Konak bölgəsi, İstanbulun Gaziosmanpaşa, Eyüpsultan, Tuzla ve Kartal bölgələri, Hakkari vilayətinin Yüksekova bölgəsi, Kocaeli və İzmit mahalının Karabaş məhəlləsi və Balıkesir. Gönen'in (Balıkesir) ana caddesine, atasının təyinatı ilə Ömər Seyfettin İbtidai məktəbində oxuduğu Hasan Basri Çantay və Gündoğan məhəllələrini ayırdı. Malatya, Kırıkkale, Sorgun və Eskişehirin ən böyük küçələrindən birinə Tekirdağ mərkəzindəki bir meydanın adı verildi. Cengiz Topel adı Antalyanın Muratpaşa və Finike bölgələrində, Ağrının Patnos mahalında, Adıyaman, Batman, Sakarya, Eskişehir, Samsun, Şanlıurfa, Isparta, İstanbul Tokat Turhal, Sancaktepe, Bakırköy və Zonguldak'ın Kozlu, Manisa'nın Dəmirçisi, Mersin Mediterraneanında istifadə olunur. , Muğlanın Ortaca, Tarsus, Silifke və Anamur, Osmaniyenin Kadirli, Adananın Yüreğir, Konya'nın Karatay, Afyonkarahisar Dinarı, Trabzon Of və Sinop Boyabat, Gaziantep Şahinbey, İzmir Buca və Güzelbahçe bölgələri və Gönen (Balıkesir) məktəbləri. Konyada Cengiz Topel adına verilən "Şəhid Topel Polis Karakolu", "Cengiz Topel Hərbi Dəniz Hava Üs Komandanlığı" və İzmitdə Kocaeli Cengiz Topel Hava Limanı da var. İstanbul-Şirinevler'de, Kağıthanenin Çağlayan məhəlləsində və Maltepe'nin Gülsuyu məhəlləsində onun adını daşıyan bir məscid var.
Çingiz Xan
Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çingiz Yesenamanov
Çingiz Yesenamanov (10 mart 1989-cu ildə anadan olub) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Çingiz Zeynalov
[mənbə göstərin]Çingiz Zeynalov — döyüş sambosu üzrə Rusiyanın idman ustası, beynəlxalq dərəcəli hakim == Həyatı == Azərbaycan Respublikasının Şəki şəhərində anadan olub. == Fəaliyyəti == Moskvada yaşayan həmyerlimiz Çingiz Zeynalov döyüş sambosu üzrə Rusiyanın idman ustası və beynəlxalq dərəcəli hakimdir, eyni zamanda, həmin növ üzrə federasiyada fəaliyyət göstərir, məşqçiliklə məşğul olur. Səksən nəfərə qədər şagirdi var və onlardan əllisi Azərbaycan vətəndaşıdır. Çingiz müəllim və yetirmələri iştirakçısı olduqları bütün yarışlarda ölkəmizi təmsil edir, onun şərəfini layiqincə qoruyurlar. Belə yarışlardan biri də bu yaxınlarda Sankt-Peterburqda keçirilmişdir. Əlbəyaxa döyüş üzrə XI beynəlxalq festivalda Zeynalovun dörd şagirdi də bacarığını nümayiş etdirmişdir. Onların hamısı çıxışlarını fəxri kürsüdə başa vurmuşdur. Tural Məmmədov və Ruslan Qafarov festivalın qalibləri olmuş, Əli Əliyev və Samir Xudiyev isə müvafiq surətdə ikinci-üçüncü yerləri tutmuşlar. Bu uğurlar bütün festival günlərində idmançılarımıza köməklərini əsirgəməyib, onlara ürəkdən azarkeşlik etmiş Sankt-Peterburqun azərbaycanlı sakinlərinə böyük sevinc gətirmişdir. Qarşıda məşqçini və onun yetirmələrini yeni yarışlar - noyabrda Yaltada kikboksinq, dekabrda isə Kişinyovda universal karate üzrə dünya birincilikləri gözləyir.
Çingiz xaqan
Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çingiz Öndər
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. == Karyerası == === Klub karyerası === Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur.O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir.14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. === Milli karyerası === Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır. Cengiz ilk dəfə Türkiyə millisinə 2016-cı ilin noyabr ayında Kosovo millisi ilə oyun üçün çağırılmışdır.Ünder Türkiyə millisində ilk qolunu 2017-ci ilin mart ayında Moldova millisinə qarşı oyunda vurmuşdur. == Karyera statistikası == === Milli komanda === 11 İyun 2017 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Türkiyə hesablamasının birinci siyahısındadır.
Çingiz İldırım
Çingiz İldırım (tam adı Sultanov Çingiz İldırım oğlu; 10 iyul 1890, Qubadlı, Zəngəzur qəzası – 27 iyul 1941, Moskva) — Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı, xalq komissarı. == Həyatı == 1890-cı ilin 10 iyulunda bəy ailəsində dünyaya gəlmişdir. Atası İldırım Qubadlıda ilk məktəbin açılmasına nail olmuş və 2 oğlunu — Çingizlə Cabbarı həmin məktəbdə oxutdurmuşdur. Kənd məktəbini bitirdikdən sonra Çingiz Şuşadakı realnı məktəbdə təhsilini davam etdirmişdir. Bu məktəb 1906-cı ildə bağlanmış, Çingiz isə təhsil ardınca Vladiqafqaza yollanaraq orta təhsilini 1909-cu ildə orada tamamlamışdır. Həmin ildə 19 yaşlı Çingiz, Sankt-Peterburqa ali təhsil almaq üçün yollanmış və Politexnik institutun dağ-sənaye şöbəsinə qəbul olunmuşdur. Ali təhsilini 1916-cı ildə başa vurduqdan sonra oradakı "Ayvaz" zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlamışdır. Yüksək səviyyəli mühəndis-metallurq olmuşdur. === Həbsi və edamı === 7 iyul 1937-ci ildə İldırım NKVD tərəfindən həbs edildi və iddia edilən əks-inqilabi fəaliyyətdə ittiham edildi. Dnepropetrovskda, Bakıda və Moskva da məhbus olaraq saxlanıldı.
Çingiz İsmayılov
Çingiz İsmayılov — Azərbaycan alimi, coğrafiya elmləri doktoru, professor. == Həyatı == Çingiz İsmayılov 1952-ci ildə Qax şəhərində anadan olub.1969–1974-cü illərdə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsində təhsil almışdır. 1978-ci ildən İqtisadi və sosial coğrafiya kafedrasında – aspirant, müəllim, baş müəllim, dosent olmuş və 2005-ci ildən professor vəzifəsində çalışır. == Təhsili, elmi dərəcə və elmi adları == 1974-cü ildə Bakı Dövlət Universitetinin geoloji-coğafiya fakultəsini bitirib. 1983-cü ildə "Azərbaycanın nefqazkimya kompleksinin formalaşması və inkişafının coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə "Xəzəryanı regionda nefqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin professoru adına layıq qörülmüşdür. == Əmək fəaliyyəti == 1974–1976-cı illlər ərzində Quba rayonunda coğrafiya müəllimi işləyib. 1977–1978-ci illərdə Azərbaycan EA-nın Coğrafiya İnstitunda mühəndis işləyib. 1978–1981-ci illərdə BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında əyani aspirant, (1981–1985) müəllim, (1985–1988) baş müəllim, (1988–2005) dosent və 2005-ci idən hazır dövrədək professor vəzifəsində çalışır.
Çingiz İsrafilov
Çingiz İsrafilov (1942, Varşava, Ümumi Hökumət) — Amerika Kolumbiya Universitetinin məzunu, yeni dövr Türkiyə iqtisadiyyatının banisi sayılan Turqut Özalın iqtisadi məsələlər üzrə məsləhətçisi, iqtisadiyyatin liberallaşdırılması və özəlləşdirmə proqramının rəhbəri. == Həyatı == Əmisi İsrafil İsrafilov Gəncə üsyanının iştirakçılarındandır, Üsyan bolşeviklər tərəfindən amansızlıqla yatırıldıqdan sonra ailə Türkiyəyə mühacirət etməli olub, oradan isə Avropaya köçüblər. Əsilləri Daşkəsənin ucqar kəndi olan Əmirvar kəndindəndir. Siyasi mühacirətə getməmişdən əvvəl 1915–1920-ci illər arasında ailəsi Şəmkirin Seyfəli kəndində yaşayıb. Çingiz İsrafilov 1942-ci ildə Polşanın paytaxtı Varşava şəhərində doğulub, sonrakı fəaliyyətini əsasən Türkiyədə qurub. Kolumbiya Universitetinin Riyaziyyat fakultəsindən 1967-ci ildə məzun olub, eyni universitetdə 1970–1975-ci illərdə doktarantura pilləsində "Osmanlı İmperiyasının iqtisadi tarixi" üzrə dərs almışdır, lakin tezisini tamamlamamışdır. 1990–1992-ci illərdə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə müşavirliyini də həyata keçirib. 2001-ci ildə Şota Rustaveli adına Batumi Dövlət Universitetindən Fəxri Doktor elmi dərəcəsini almışdır. == Fəaliyyəti == 1967–1973 Cİ-Pi Morqan Bankı Menecment Araşdırması departamentində ekspert. 1973–1976 United States Trust Company Sahibkarlıq Elmi Departamentində böyük mütəxəssis.
Çingiz Əhmədov
Çingiz Əli-Əşrəf oğlu Əhmədov — Azərbaycanın tanınmış komediya aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru. == Həyatı == Əhmədov Çingiz Əli-Əşrəf oğlu 27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. «Boşanaq, evlənərik», «Bəbirlinin kələkləri», «Qızıl toy», «Sevgilimin anası», «Məşədi İbad», «Qız görüşə tələsir» tamaşalarında çıxış etmişdir. 1991-ci ildə Dövlət Gənclər Teatrına dəvət olunub. Gənclər Teatrından dəfələrlə cəbhə bölgələrinə getmiş, çıxışlar etmiş və bu çıxışları fərmanlara, diplomlara layiq görülmüşdür. Bundan başqa «Arvadımın əri özüməm», «Toy kimindir?», «Valeh, kəndinə qayıt», «Hamlet», «Ox və hədəf»,«Aldanmış kəvakib» və s. tamaşalarda da iştirak etmişdir. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına dəvət olunub.
Çingiz Əlioğlu
Əliyev Çingiz Əli oğlu (29 iyun 1944, Qaryagin) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (1991). == Həyatı == Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olmuşdur. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil almışdır (1961-1965). Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub. == Yaradıcılığı == Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şerilə başlamışdır. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edir. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdır. Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışmışdır (1992-.). Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak etmişdir. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunmuşdur.
Çingiz Əliyev
Çingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü.
Çingiz Ələkbərov
Ələkbərzadə Çingiz Əbülhəsən oğlu — nasir, ssenarist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin] == Həyatı == Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirmişdir (1955). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuşdur (1958). Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləmişdir (1961-1966). İsmayıllı rayonundakı İvanovka kəndində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olmuşdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilmişdir (1986-1988).
Çingiz Ələkbərzadə
Ələkbərzadə Çingiz Əbülhəsən oğlu — nasir, ssenarist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin] == Həyatı == Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirmişdir (1955). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuşdur (1958). Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləmişdir (1961-1966). İsmayıllı rayonundakı İvanovka kəndində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olmuşdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilmişdir (1986-1988).
Çingiz Əmirov
Çingiz Əmirov — Ədliyyə polkovniki, Ədliyyə Nazirinin müavini, MQİBİ-nin (Penitensiar Xidmətin) rəisi (1993-1996). == Həyatı == Çingiz İldırım adına AzPİ (1971), Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində (1991) təhsil alıb. Ədliyyə polkovniki, 15.11.1993-dən 27.07.1996-cı ilədək Ədliyyə Nazirinin müavini, MQİBİ-nin (Penitensiar Xidmətin) rəisi olmuşdur. 1994-cü ildə çəkilən "Qara "Volqa"" filmində məsləhətçi olmuşdur. 27.07.1996-cı ildə xidmət zamanı vəfat etmişdir. Yazıçı Rövşən Yerfinin "Üzdəniraq ada" romanı Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur. == Ailəsi == Yazıçı Cəmşid Əmirovun oğludur. == İstinadlar == == Xarici keçidlər == "Qara Volqa"nın müəllifi nədən qorxmuşdu?!
Çingiz Əsədullayev
Çingiz Əsədullayev(25 avqust 1960, Sumqayıt) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Əsədullayev Çingiz Rauf oğlu 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsini bitirmişdir. Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidentidir. Bakı Fond Birjası Müşahidə Şurasının və İnvestisiyalarınTəşviqi Fondunun Himayəçilər Şurasının sədridir. Rus və ingilis dillərini bilir. 1979-cu ildən SSRİ Dövlət Bankının Azərbaycan kontorunda iqtisadçı, aparıcı iqtisadçı, 1986-cı ildən Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində bölmə rəisi, "Azərittifaq" Birliyində baş iqtisadçı, idarə rəisinin müavini işləmişdir. 1990-cı ildən Bakı İstehlakçılar Cəmiyyətinin vitse-prezidenti, "Nefteko" sovet-alman müəssisəsinin icraçı direktoru, 1991-ci ildən "Turan" Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 1992-ci ildən "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 1997-ci ildən "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri, 2007-ci ildən Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının sədridir. Bitərəfdir.
Canqar
Canqar — Qərbi monqolların dastanı. == Dastan haqqında == XIII—XIV əsrlərə aid edilən bu dastan dünya folklorunun ən böyük əsərlərindən biridir. == Xarici keçidlər == «Джангар» на калмыцком языке на форуме «Свободная Калмыкия» «Джангар» на русском языке на сайте «Бумбин Орн» Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Mongolian Epic Identity: Formulaic Approach to Janggar Epic Singing Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine «Джангар» — наш идеал! «Бумба» — наше будущее?
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Cılfır
Cılfır — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub. == Toponimikası == Cılfır kəndi Bərgüşad silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyərcik kəndindən köçmüş ailələr tərəfindən Cılfır meşəsi adlanan ərazidə salınmışdır. Kənd həmin meşənin adını daşıyır. Azərbaycan dilinin dialektlərində cılfır "cəngəllik, kol-koslu yer" deməkdir. == Coğrafiyası və iqlimi == Cılfır kəndi Bərgüşad silsiləsinin yamaclarında yerləşir. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Cıdır
Cıdır - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən yeniyetmələr və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Cıdır oyunu Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biri. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud" boylarından Nizami Gəncəvinin "Xosrov və Şirin" pomasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. == Oyunun qaydaları == Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini – onun başlanmasını və qurtarmasını zurnaçılar dəstəsi müşayət edir. Cıdır özünə- məxsus musiqi nömrəsi olur.
Canqur (Heris)
Canqur (fars. جانقور‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,940 nəfər yaşayır (492 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Ətraf kəndistanında, Heris qəsəbəsindən 21 km cənub-qərbdədir.
Conqar boğazı
Çonqar boğazı - ukr. Чонгарська протока, krımtat. Çonğar boğazı (Krım yarımadasını materikdən) Çonqar yarımadasını Tyop-Cankoy yarımadasından (Ukrayna) ayırır. Azov dənizinin akvatoriyasına daxil olan Sivaş körfəzinin şərqi ilə qərbini birləşdirir. Uzunluğu 300 m, eni 80–150 m, dərinliyi 3 m təşkil edir. Boğaz vətəndaş müharibəsinin və İkinci Dünya müharibəsinin qanli döyüşlərinə şahidlik etmişdir. Boğaz üzərində iki avtomobil körpüsü vardır. Cənub hissədə yerləşən köhnə körpü istifadəsizdir.
Conqar yarımadası
Çonqar yarımadası (ukr. Чонгар, Чонгарський півострів) — Azov dənizinə daxil olan Sivaş körfəzinin şimalında yerləşən yarımada. İnzibati cəhətdən Xerson vilayəti Qeniçek rayonu ərazisinə daxildir. Çonqar boğazı ilə birlikdə Siaş yarımadasını iki yerə ayırır. Çonqar yarımadası çox saylı damba və körpülərlə Krım yarımadasına birləşir. Yarımadada eyni adlı kənd yerləşir. == Hərbi əhəmiyyəti == Çonqar yarımadası Or bərzəxi və Arabat əqrəbi ilə birlikdə Krımın materikə birləşməsi baxımından böyük əhəmiyyət daşıyır. İstər Rusiya vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi dönəmində burada şiddətli döyüşlər getmişdir.. Burada general Vrangelin rəhbərliyi və fransız mühəndislərin iştirakı ilə Çonqar güçləndirilmiş müdafiə xətti qurulmuşdur. 2014-cü ilin fevral-dekabr ayları Ukraynaya məxsus PPX yaxınlığı və Çonqar kəndidə daxil olmaqla Rusiya ordusunun nəzarətində olmuşdur.
Cunqar kəpənəkçiçəyi
Cunqar kəpənəkçiçəyi (lat. Aconitum soongoricum) - kəpənəkçiçək cinsinə aid bitki növü.
Cunqar südləyəni
Cunqar südləyəni (lat. Euphorbia soongarica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Dınqıl, sazım, dınqıl (film, 1976)
== Məzmun == Burada özündən çox razı, tüfeyli sərçənin macəralarından bəhs olunur. Eyni zamanda kinolent xatırladır ki, fırıldaqla, yalanla xeyir görmək olmaz. == Film haqqında == Applikasiya filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissorlar: Məsud Pənahi, Hafiz Əkbərov Quruluşçu rəssamlar: Məsud Pənahi, Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamları: Anatoli Abarenov, Rauf Dadaşov, Sergey Dyojkin, Vahid Talıbov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova Rəssam: N.Ağayeva Montaj edən: A.Vəliyeva Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Rəssam assistenti: Y.Uznadze Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Fazaçı-rəssam: Hüseyn Cavid İsmayılov (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qışqır, Blakula, qışqır (film, 1973)
Qışqır, Blakula, qışqır (ing. Scream Blacula Scream) — 1973-cü ildə istehsal olunmuş ABŞ filmidir. == Mükafatlar və nominasiyalar == == İstinadlar == == Xarici keçidlər == Qışqır, Blakula, qışqır — Internet Movie Database saytında.
Cıdır düzü
Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi. == Cıdır düzündə keçirilən yarışlar və ədəbi məclislər == Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. == Tarixi == Yunan ippodromu Roma sirkinə bənzər idi.
Cıdır oyunu
Cıdır - Azərbaycanda əsasən yaz və payız fəsillərində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biridir. == Oyunun qaydaları == Oyunda üçdən artıq adam iştirak edir. Hər oyunçunun papağı, xüsusi hazırlanmış 1m 40sm uzunluğunda dəyənəyi olmalıdır. Oyunu keçirmək üçün dəyirmi dirək, ağac kötüyü, saplı balta və düz yer seçirlər. Oyunçular əvvəl bir-bir əllərindəki dəyənəyi dirəyə və ya balta sapına vurub sürüşdürərək uzağa atmağa çalışırlar. Dəyənəyi ən geridə qalan oyunçu papağını dirəyin üstünə qoyur və ya balta sapından asır. Ən uzağa düşən dəyənəyin qaldığı yerdə bir cızıq çəkilir və həmin cızıqdan oyunçular dəyənəklərini papağa atırlar. Əvvəlcə papaq sahibi dəyənəyi atır. Əgər oyunçu öz papağını vurarsa, papağını geriyə götürür və oyun əvvəlki qayda ilə yenidən başlanır. Başqa oyunçular papağı vura bilməyəndə oyundan çıxırlar.
Cığır (Bostanabad)
Cığır (fars. جغر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (6 ailə).
Qazax - Cunqar müharibəsi
Qazax-cunqar müharibələri (1643-1756) — Qazax və Cunqar xanlıqları arasında XVII əsrdən XVIII əsrin ortasına kimi davam edən müharibələr. Cunqarların məqsədi örüş yerlərinin artırılması idi. Hərbi mənada cunqarlar bütün Türkistan üçün təhlükə törədirdilər. == Birinci mərhələ == Qazaxların cunqarlarla ilk vuruşması 1635-ci ildə baş verdi və sonuncuların qələbəsi ilə bitdi. Cahangir xan cunqarlara əsir düşdü. Cunqarlarla sülh müqaviləsi bağlanandan sonra o əsirlikdən qurtuldu, lakin qayıtdıqdan sonra Cunqar xanlığının sərhəd köçlərinə basqınlar təşkil etməyi davam etdi. 1652-ci ildə xoşout Oçirtu xanın başçılığı ilə cunqarlar yenə qazax uluslarının qoşununu məğlub etdilər. Cahangir xan Oçirtu xanın oğlu Qaldama tərəfindən öldürüldü. Qazaxlar məğlub oldular və cunqar köçlərinin zəbt etdiyi Alatau ətəklərini tərk etməli oldular. == İkinci mərhələ == 1660-cı illərdə müxtəlif qazax xanlarının və sultanlarının dəstələri mal qara və insan qəniməti məqsədi ilə cunqar uluslarına çoxsaylı basqınlar təşkil etdilər ki, Qaldane Boşoqtu xuntayci dövründə irimiqyaslı hərbi əməliyatlar yenidən başlandı.
Ordubad çınqıl-qum qarışığı yatağı
Ordubad çınqıl-qum qarışığı yatağı- Ordubad şəhərindən cənubda,dəmir yolu stansiyasından 400 metr şimal-şərqdədir. == Ümumi məlumat == Geoloji quruluşunda qayma,çınqıl,çaqıl və qum qarışığından ibarət Üst dördüncü dövr yaşlı allüvial-prolüvial çöküntülər iştirak edir.Sahəsi 0.64 kvadrat kilometr,faydalı qatın qalınlığı 5.25-5.95 metrdir.Texnoloji tədqiqatlara görə,çaqıl-çınqıl-qayma qarışığı "200" beton istehsalında dəmir yolu tikintisində ballast örtük kimi istifadəyə yararlıdır.Yatağın sənaye ehtiyatı 6974 min kubmetr təşkil edir.Yataq istismar olunur.
Uçurum üzərində cığır (film, 1979)
== Məzmun == Film 1978-ci il aprelin 6-da SSRİ Nazirlər Sovetinin "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni gücləndirmək üzrə əlavə tədbirlər haqqında" qərarına cavabdır.
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir. == Haqqında == Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5-6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı “250” markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- I — Naxçıvan şəhərinin cənub hissəsindədir. == Haqqında == Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7-9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı “200-250” markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.