Əbülhəsən Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər xilafəti – təq. 935, Bağdad, İraq, Abbasilər xilafəti) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı.
Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır.
Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir.
Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi.
Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.