Ənzəli əməliyyatı (1920)
Ənzəli əməliyyatı—1920-ci ildə baş vermiş hərbi-dəniz əməliyyatı.
Həmin hadisələri təsvir edərkən müxtəlif arxiv materialları ilə yanaşı, ilk növbədə hadisənin fəal iştirakçısı, ekspedisiyanın rəhbəri Fyodor Raskolnikovun ilk dəfə 1934-cü ildə nəşr olunmuş kitabına istinad edəcəyik. Həmin kitab müəllifin faciəvi taleyi ilə əlaqədar olaraq uzun illər SSRİ-də təkrar nəşr olunmayıb, ilk nəşr isə kitabxanalardan yığışdırılıb. Təkrar nəşr yalnız 1964-cü ildə reallaşdırılıb — həmin vaxt ki, Raskolnikov artıq bəraət almışdı. Bununla da, onun haqqında yazılan, habelə onun özünün yazdığı bir çox mətnlər yalnız 1980-ci illərin sonlarından başlayaraq işıq üzü görəcəkdi. Məsələn, Raskolnikovun 1938-ci ildə qələmə aldığı "Stalinə açıq məktub" yazısı, yaxud məşhur Sovet yazıçısı Varlam Şalamovun "Fyodor Raskolnikov" məqaləsi buna sübutdur.
Kim idi Raskolnikov? İlk bolşeviklər pleyadasının parlaq nümayəndələrindən biri, atəşin marksist, diplomat, hərbçi, yazıçı və jurnalist Fyodor Raskolnikov (əsl soyadı — İlyin) 1892-ci ildə anadan olmuşdu.
Beləliklə, Fyodor Raskolnikovun bioqrafiyası köhnə bolşeviklərin bir çoxunun həyat həkayətindən elə də fərqlənmir — gizli mübarizə, təqiblər, İnqilab, var-gücü ilə Sovet hakimiyyəti uğrunda mübarizə, sonunda isə 1930-cu illərin sonlarının repressiyaları.
İranın şimalında, Gilan əyalətində yerləşən Ənzəli şəhəri İranın Xəzər dənizi sahilindəki ən iri limanı idi.