ƏRŞ

is. [ ər. ] şair. Göy, asiman.
Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi.
Müqtədirsən ucalıb ərşə qədər getməyə də; Cənnəti, həm də cəhənnəmləri seyr etməyə də. A.Səhhət.

◊ Ərşə bülənd olmaq – bax ərşə çıxmaq.
[Qərib:] Səbrə taqətim yox, gəlməz qərarım; Ərşə bülənd olub ah ilə zarım. Aşıq Qərib”.

Ərşə çıxmaq – ucalmaq, göylərə qalxmaq.
Göy üzündə açanda biz qanadı; Ərşə çıxar yağıların fəryadı. R.Rza.

Ərşə dayaq olmaq – bax ərşə dayanmaq.
Ərşə dayanmaq – bax ərşə çıxmaq.
Fərraşların küçələrdə səsi hər dəqiqədə ərşə dayandı. M.F.Axundzadə.

Ərşə qalxmaq – bax ərşə çıxmaq.
Məzlumların ah və naləsi ərşə qalxdı. C.Məmmədquluzadə.

Ərşə ucalmaq – bax ərşə çıxmaq.
Zülfün qəmi bir halə salıbdır məni, ey məh! Naləm ucalır ərşə şəbi-tar gələndə. S.Ə.Şirvani.

Ərşi-əla şair. – uca göy, səma, asiman.
Hər düşəndə qəddin yada, ağlaram; Ünüm çıxar ərşiəlayə, pəri! M.P.Vaqif.

Ərşi-fələk – bax ərşi-əla.
[Ağamərdan:] Əyər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq. M.F.Axundzadə.
Hələ dan ulduzu batmayıb ərşifələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu.

Ərşi-müəlla şair. – bax ərşi-əla.
Arizin gün əvəzi aləmi nurani edər; Gər mələklər çəkələr ərşi-müəllayə səni. S.Ə.Şirvani.

Başı ərşə durmaq (qalxmaq, dayanmaq) – çox uca, hündür, yüksək şey haqqında.
[Nigar:] Başı ərşə duran dağlar; Dağlar, Eyvazı neylədiz?! Koroğlu”.

Синонимы

  • ƏRŞ ərş bax göy I
  • ƏRŞ göy — asiman
ƏRSİZLİK
ƏRUS

Значение слова в других словарях