əsalı
əsarətçi
OBASTAN VİKİ
Əsarət (Rövşən Abdullaoğlu)
Əsarət — Rövşən Abdullaoğlunun 2019-cu ildə nəşr edilmiş "Tanrı - mif, yoxsa həqiqət?" silsiləsindən olan ilk kitabı. Dünyagörüşü seçimimiz, yaxşını və pisi təyin etdiyimiz meyarlar nə dərəcədə obyektivdir? Biz nə dərəcədə ictimai manipulyasiyanın təsiri altındayıq? Düşüncə və qərarları üzərində könüllü olaraq ixtiyarı əldən vermiş insan ən rəzil köləliyi qəbul etmiş, beyni əsarətdə olan biridir. Bu əsarətdən qurtulmaq üçün ilk addım – kölə olduğunun fərqinə varmaqdır. Yalnız bundan sonra düşüncələrimizdə, istəklərimizdə, seçimlərimizdə bütün ixtiyarı öz əlimizə alıb həyatımızı kökündən dəyişəcək mühüm suallara doğru cavab tapa bilərik. Tanrı mifdir, yoxsa həqiqət? – Bu, yaradılışla bağlı olan sualların ən önəmlisi və ən çətinidir. Bu suala hər kəs özü cavab verməlidir: nə valideynlərimiz, nə cəmiyyət, nə də hansısa nüfuzlu alim deyil, məhz özümüz. “Əsarət” kitabı “Tanrı varmı?” sualına düzgün cavab verə bilmək üçün zəruri olan fundamental məlumatlardan, xurafi, yanlış görüşlərin, doqmalaşmış “elmi” fərziyyələrin, ictimai stiqmaların insanın azad düşüncəsini necə əsir almasından bəhs edir.
12 illik əsarət (film)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
12 illik əsarət (film, 2013)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
Sumqayıt: milli əsarət, ya milli səxavət? (kitab)
Sumqayıt: milli əsarət, ya milli səxavət? Həsən Sadıqov və Ramazan Məmmədovun müəllifi olduğu bu kitab Sumqayıt şəhəri haqqında böhtan xarakterli yalan məlumatlar yayan erməni və ermənipərəst yazarlara cavab məqsədilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır.
Avinyon əsarəti
Avinyon əsarəti — papalığın tarixində papaların Romada deyil, Fransanın cənubunda yerləşən Avinyon şəhərində 1309–1377-ci illərdə məcburi yaşadıqları dövr. Fransa kralı IV Filiplə dini və mülki hakimiyyətlərin səlahiyyətləri haqqında mübahisədə papalar məğlub edildikdən sonra kralın tələbi ilə katolik kilsəsinin başçısı V Klement papanın iqamətgahını 1309-cu ildə Avinyon şəhərinə köçürmüşdü. Avinyon əsarəti dövründə papalar fransızların əllərində oyuncaq olub təsirlik baxımından dərin böhrana uğramışdır. Papaların özləri və saray əyanlarının əxlaqi pozğunluqlarına qiymət verən, o zamanlar Avinyonda yaşayan italyan humanisti, şair və alim Françesko Petrarka yazırdı ki, bu şəhər "dünyada mövcud olan bütün şərlərin yuvasına çevrilib", xəyanət yuvasına dönübdür. Papaların və onların əyanlarının Romaya qayıtdıqdan sonra Avinyon əsarətinin bilavasitə təsiri özünü katolik kilsəsinin "böyük parçalanmasında" göstərdi, çünki bu dövrdə kardinalların bir qismi (xüsusən ingilis, alman və italyanlar) papanın birini Romada, digərləri isə (fransız, ispan və şotlandlar) başqasını Avinyonda seçirdilər. Babilistanda qədim yəhudilərin əsarətini nəzərdə tutub Avinyon əsarətini bəzən Babil əsarəti də adlandırırlar.

Digər lüğətlərdə