ƏYİRMƏK

f. Əllərin arasında, yaxud müxtəlif mexanizmlər vasitəsilə yun, pambıq liflərini eşib ip halına salmaq.
Cəhrəsi qarşısında ip əyirər; Uşağıyçın belə dua eləyər. A.Səhhət.
[Tapdığın] anası isə çoxdan bəri məfrəşdə saxladığı yunu darayır, əyirirdi. Ə.Vəliyev.
Fatı qaşqabağını töküb: – Görmürsən yun darayıram? – dedi, – ip əyirəcəyəm, gəbə toxuyacağam. Ə.Abasov.

Этимология

  • ƏYİRMƏK Əymək feilindən düzəlib. Mənası “dolamaq” deməkdir. “Su gəmini əyirdi”, cümləsi “su gəmini əydi” demək olub
ƏYİRMƏ
ƏYİRMƏÖLÇƏN

Значение слова в других словарях