əyləncə

* beer and skittles / social activities праздные развлечения / сплошное удовольствие
Əyilən boynu qılınc kəsməz.
Əyləşin!
OBASTAN VİKİ
Əyləncə
ABŞ-də şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-nin göydələnləriylə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir. Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb.Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb.30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb.Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib.Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir.Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur.Amma, insanlar heç vaxt içkilərinin nə vaxt yarandığı və niyə belə adlanmaları barədə fikirləşmirlər. Ginnesin rekordlar kitabına düşən daha bir qəribə tikili isə Privilage klubudur.Bu binaya 11 min adam yerləşə bilir. Klub 70-ci illərdə açılıb. İlk öncə buraya gələn insanlar açıq səmadan ləzzət ala bilərdilər. Necə deyərlər "Open air".O kosmik gəmi görünüşünü xatirladir.Böyüklükdə isə futbol stadionuna bənzəyir. 80-ci illərdə rokerlərin və modellərin sevimli yeri olan klub 90-cı ilə qədər bir müddətlik bağlanıb.Kluba giriş 50 dollardır.İldə bir dəfə burada möhtəşəm partilər keçirilir ki, sanki nağıllar aləmini xatırladır və dillərdə uzun müddət əzbər qalır. Partidə mümkün ola biləcək hər şey olur...
Əyləncə jurnalistikası
Əyləncə jurnalistikası — populyar mədəniyyətə və əyləncə biznesinə və məhsullarına yönəlmiş hər hansı bir jurnalistikadır. Moda jurnalistikası kimi, əyləncə jurnalistikası da sənayenin özündə işləyənlərdən kənarda ümumi auditoriyanı hədəf alarkən, sənayenə aid xəbərləri əhatə edir. Ümumi formalara həyat tərzi, televiziya və film, teatr musiqisi, videooyun və ünlücoverage daxildir. Xəbər jurnalistikası cari hadisələrin məlumatları və ya əvvəllər baş vermiş hadisələrin hesabatları ilə məşğul olur. Bu tip jurnalistikanın əsas məqsədi məlumat verməkdir. Əyləncə jurnalistikası başqalarının arasında filmlər, televiziya şouları, hadisələr, musiqi, moda və videooyunlar kimi əyləncə sənayesinin məlumatları ilə məşğul olur. Bu tip jurnalistikanın əsas məqsədi əylənməkdir. Jurnalistlər hekayələrinin əyləncəli hala gəlməsinə səbəb olan müəyyən bir məsələdə faktlar ata bilərlər. Bu hərəkət istehlakçıya dərin təsir göstərə bilər və hesabatın həqiqiliyini şübhə altına alır. Bu problemin halları xəbər məqalələrində, jurnallarda və sənədli filmlərdə baş verə bilər.
"Qəbələnd" əyləncə mərkəzi
"Qəbələnd" əyləncə mərkəzi — Qəbələ şəhərində yerləşir. Ümumi ərazisi 16 hektardır. Azərbaycanın Disneylandı adlandırılır. Uşaqlar və böyüklər üçün Britaniya, İtaliya, Almaniya və İsrail istehsalı olan 60-dan artıq oyun aparatları, 6D attraksionu, "LaserMaxx", yarış avtomobilləri üçün iki trek, motosikllər üçün yol, buz meydançası, voleybol, basketbol və futbol üçün oyun meydançaları, fitnes-mərkəz, istər Azərbaycan, istərsə də dünya mətbəxinin xörəklərini təklif edən qəhvəxana və restoranlar, suvenir mağazası fəaliyyət göstərir. "Qəbələnd" əyləncə mərkəzində yeddi süni göl yaradılmışdır. Bura Azərbaycanlı turistlərdən başqa İran, Türkiyə və Rusiyadan da turistlər gəlir.
Bakı Əyləncə Mərkəzi
Bakı Əyləncə Mərkəzi — Bakıda fəaliyyət göstərən istirahət məkanlarından biri. == Tarixi == Bakı Əyləncə Mərkəzinin açılışı 1998-ci ildə ölkə başçısı Heydər Əliyevin iştirakı ilə olmuşdur. Açıldığı gündən bəri burada boulinq, Fitness&SPA, shopping və restoran sahələrində xidmət göstərilir. Bakı Əyləncə Mərkəzi Cənubi Qafqazda açılmış ilk ən müasir 12 xətli boulinq meydançasına sahibdir. Boulinq meydançasındakı "X-Strike" kafesində Azərbaycan, Türkiyə və Avropa mətbəxinin gözəl ləzzətləri təqdim olunur. == Sahibi == Əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur.
Megafun Əyləncə Mərkəzi
Megafun Əyləncə Mərkəzi — 30 000 m² sahəsi, 17 coğrafi zonası ilə Avropanın ən böyük qapalı əyləncə mərkəzi. Əyləncə mərkəzində 300-ə yaxın mexaniki attraksionlar, oyun aparatları və hər yaşa, hər zövqə uyğun əyləncə növü vardır. Habelə 35-ə yaxın restoran, kafelər və mağazalar fəaliyyət göstərir. == Haqqında == Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat memarlıq və keyfiyyət baxımından Bakının ən çox rəğbət görən bir neçə komplekslərinin müəllifidir. Bunların arasında “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” komplekslərinin adları xüsusilə vurğulana bilər. Hal-hazırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyata keçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir. Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013-ci ilin dekabrın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi. Yenilənən Megafun hal-hazırda 17 coğrafi zonadan ibarətdir.
Əyləncə parkı (Pripyat)
Əyləncə parkı (ukr. Парк розваг, парк атракціонів) — Ukraynanın Kiyev vilayətinin tərk edilmiş Pripyat şəhərində yerləşən şəhər parkı. Çernobıl AES-də baş vermiş qəza səbəbindən fəaliyyət göstərmir. Park şəhərin mərkəzində — univermaq, "Energetik" mədəniyyət sarayı və "Polesye" mehmanxanası binalarının arxasındakı sahədə yerləşir. Parkın ərazisində olan ən məşhur obyekt, sonralar Pripyatın əsas rəmzlərindən birinə çevrilmiş şeytan çarxıdır. Şeytan çarxı heç vaxt işləməyib; o, 1986-ci il mayın 1-də işə salınmalı idi, lakin attraksionun istismarına 5 gün qalmış Çernobıl AES-də qəza baş verib.
İşıqlı əyləncə (rəsm əsəri)
İşıqlı əyləncə (ing. Illumined Pleasure) — Salvador Dali tərəfindən 1929-cu ildə neftli fusion və yağlı kollajla 23.8 x 34.7 sm ölçülü panel üzərində çəkilmiş bir rəsm əsəri.
Tac Kazino və Əyləncə Kompleksi
Crown Casino and Entertainment Complex - (ing. Tac Kazino və Əyləncə Kompleksi) Avstraliyanın Melburn şəhərində yerləşən kazino və əyləncə kompleksidir. 1994-cü ildə müvəqqəti açıldıqdan sonra 1997-ci ildə yeni binasında xidmət göstərməyə başladı. 510.000 m² sahəsi ilə Cənubi Yarımkürənin ən böyük kazinolarından biridir.
Bahar əyləncələri (film, 1989)
Bahar əyləncələri (rus. Весенние забавы) — qısametrajlı cizgi filmi rejissor Ağanağı Axundov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Məzmun == Burada Azərbaycan xalqının çox sevdiyi və ən əziz bahar bayramı günlərində şən və fəndgir Keçəllə naqqal və xəsis Kosanın başına gələn məzəli əhvalatlardan poetik və əyləncəli şəkildə söhbət açılır. == Film haqqında == Film Alla Axundovanın şeirlərinin motivləri əsasında çəkilmişdir. == Fİlmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Çingiz Qaryağdı Rejissor: Ağanağı Axundov Operator: Antonina Korotnitskaya Rəssam: Rasim Babayev, Vaqif Məmmədov Bəstəkar: Cəmil Əmirov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Xalq Əyləncələri Cəmiyyəti
"Xalq əyləncələri" cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiş liberal istiqamətli qurum. Cəmiyyət müstəqillik əldə etmiş əhalinin istirahətinin təşkilində, savadlanmasında, uşaqların və yeniyetmələrin müxtəlif əyləncəli tədbirlərə və dərnəklərə, klub və kitabxanalara cəlb olunmasında xüsusi fəallıq və təşəbbüskarlıq göstərmiş, onlara milli-mənəvi dəyərlərin aşılanmasında əhəmiyyətli rol oynamışdır. 1919-cu ilin əvvəllərində Bakı və onun mədən-zavod rayonlarındakı mədəni-maarif cəmiyyətlərini birləşdirmək məqsədilə konfrans çağırılması üçün təşkilat komissiyası yaradılmış, "Bakı şəhəri mədəni-maarif müəssisələri ittifaqının nizamnaməsi" təsdiq olunmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə təqdim edilmişdi. Nizamnamədə deyilirdi ki, mədəni-maarif cəmiyyətləri ittifaqının məramı Bakı əhalisinin mədəni səviyyəsini yüksəltmək məqsədilə şəhərin bütün mədəni qüvvələrini birləşdirməkdən ibarətdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəmiyyət öz fəaliyyətini dayandırmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Xalq evləri cəmiyyəti Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
Bahar əyləncələri (film)
Bahar əyləncələri (rus. Весенние забавы) — qısametrajlı cizgi filmi rejissor Ağanağı Axundov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Məzmun == Burada Azərbaycan xalqının çox sevdiyi və ən əziz bahar bayramı günlərində şən və fəndgir Keçəllə naqqal və xəsis Kosanın başına gələn məzəli əhvalatlardan poetik və əyləncəli şəkildə söhbət açılır. == Film haqqında == Film Alla Axundovanın şeirlərinin motivləri əsasında çəkilmişdir. == Fİlmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Çingiz Qaryağdı Rejissor: Ağanağı Axundov Operator: Antonina Korotnitskaya Rəssam: Rasim Babayev, Vaqif Məmmədov Bəstəkar: Cəmil Əmirov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.

Digər lüğətlərdə