CƏNG

CƏNG I is. [ fars. ] Vuruş, döyüş. Düzəldirlər top, tüfəng; Etmək üçün yarım cəng (M.Müşfiq).

CƏNG II is. Mis qabın hava ilə təmasda olması nəticəsində qaralması.

CƏMİYYƏT
CƏNGİ
OBASTAN VİKİ
Cəfərabad (Cəng Almaz)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Cehel Amiran (Cəng Almaz)
Cehel Amiran (fars. ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 120 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəng-i Sər (Salmas)
Cəng-i Sər (fars. جنگ سر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (45 ailə).
Cəng-i Sər (Xoy)
Cəng-i Sər (fars. جنگسر‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (41 ailə).
Keçəgünbəd (Cəng Almaz)
Keçəgünbəd (fars. كچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yengikand (Cəng Almaz)
Yengikənd (fars. ینگی‌کند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 222 nəfər yaşayır (41 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Əmir Bahaduri-Cəng
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) – İran şahı Məhəmmədəli şahın saray vəziri. == Həyatı == Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü. Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü.
Mirzə Məhəmməd xan Səfdər Cəng
Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng Baranlı və ya daha çox tanındığı adı ilə Səfdər Cəng (15 dekabr, 1708 - 5 oktyabr, 1754) — Aud nəvvabı. Səfdər Cəng Böyük Moğol imperiyasının zəiflədiyi dövrdə saraydakı əsas şəxslərdən biri olmuşdur. O, Audun ikinci nəvvabı olmuş və bu vəzifədə həm dayısı, həm də qayınatası olan Səadət Əli xanı əvəz etmişdir. Ondan sonrakı bütün Aud nəvvabları Səfdər Cəngin soyundan gələn şəxslər olmuşdurlar. O, Azərbaycan hakimləri Qaraqoyunlu sülaləsinin soyundan gəlirdi. == Həyatı == 1739-cu ildə o, həm dayısı, həm də qayınatası olan I Bürhan-ül-Mülk Səadət Əli xanı devirərək Aud taxtına oturdu və oranı 19 mart 1739-cu ildən 5 oktyabr 1754-cü ilə qədər idarə etdi. Böyük Moğol imperatoru olan Məhəmməd şah ona Səfdər Cəng titulunu vermişdir. Bacarıqlı hakim olan Səfdər Cəng nəinki Auddakı sabitliyi qoruyub saxlaya bilmiş, eyni zamanda artıq hakimiyyəti zəifləmiş Məhəmməd şaha da yüksək səviyyədə dəstək göstərmişdir. Bundan qısa müddət sonra ona Kəşmirin də hakimliyi verilmiş və Dehli sarayında əsas fiqurlardan birinə çevrilmişdir. O, Məhəmməd şahın hakimiyyətinin son illərdə bütün imperiya üzərində hakim mövqeyə sahiblənmişdi.
Odlu cəng arabaları (film, 1981)
"Odlu cəng arabaları" (ing. Chariots of Fire) — rejissor Hyu Hadson tərəfindən 1981-ci ildə çəkilmiş Britaniya tarixi dramı. Bu film Parisdə keçirilmiş 1924 Yay Olimpiya Oyunlarında iştirak etmiş iki idmançının: tanrı yolunda çalışan dindar şotland sprinteri Erik Liddel, digəri isə İngiltərə yəhudisi Harold Abrahams haqqındadır. Bu film Kann kinofestivalında (1981) 2 mükafat, 4 nominasiyada Oskar mükafatı (Ən yaxşı film, 1982), 3 BAFTA mükafatı (1982) və digər mükafatlar qazanmışdır. Film, həmçinin məşhur yunan bəstəkarı Vangelisin sonradan dünya hit-paradında birinci yerləri bölüşəcək instrumental musiqisi ilə də yaddaşlarda qalmışdır. Filmin başlığı ingilis şairi Uilyam Bleykin "Yerusəlim" himnindəki "Mənə odlu cəng arabalarını gətirin" sətrindən ilhamlanaraq verilmişdir. Həmin himni filmin sonlarında eşidə bilərik. Həqiqətdə isə "odlu cəng arabaları" ifadəsi İncilin Çarlıqların dördüncü kitabından (2:11 və 6:17) götürülmüşdür. == Süjeti == 1919-cu ildə Kembric Universitetinə daxil olan Harold Abrahams (Ben Kross) oxuduğu təhsil müəssisəsində antisemitizmlə qarşılaşsa da, lakin Qilbert və Sallivan klubunda iştirak etməkdən zövq alırdı. O, Kembricdə Triniti Böyük Kortunu saat əqrəbinin düz 12:00-u vurması ilə qaçaraq finişi vaxtında keçən yeganə şəxsə çevrilir.
Ay cəngavəri
Ay cəngavəri (ing. Moon Knight) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman. İlk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxucuların qarşısına çıxmışdır. "Ay cəngavəri" adı altında ilk komiks isə 1980-ci ilin noyabrında nəşr olunmağa başlamışdır. == Komiks tarixi == İlk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxucuların qarşısına çıxmışdır. Duqlas Monç və Don Perlin tərəfindən yaradılan bu personaj bu komiksdə bir qurdadamını tutub Komitə adlı mafiyaya təhvil vermişdir. Daha sonra bu personaj tərəf dəyişdirmişdir və məlum olmuşdur ki, bununla mafiya haqqında gizli məlumatları əldə etmək üçün etmişdir. Az görsənsə də, oxuyucular tərəfindən sevilmişdir. 1980-ci illərə qədər Ay cəngavəri ancaq "Marvel Spotlight" komiksinin 28 və 29-cu saylarında görünmüşdür. Bundan başqa oxuyucular onunla "Möhtəşəm Hörümçək-adam" jurnalının 22 və 23-cü buraxılışlarında, "Halk", "MK", "Müdafiəçilər", "Marvel Preview" komikslərində də qarşılaşmışdırlar.
Ay cəngavəri (teleserial, 2022)
Ay cəngavəri (ing. Moon Knight) Disney+ striminq xidməti üçün Ceremy Sleyter tərəfindən yaradılmış və Marvel Comics nəşriyyatının eyniadlı komiks personajına əsaslanan bir Amerika mini-serialıdır. "Marvel Kinematoqrafiya Kainatı" (MKK) mediafranşizi çərçivəsində sayca altıncı teleserialdır. Layihə Marvel Studios şirkəti tərəfindən hazırlanır, Sleyter baş ssenarist, Mohamed Diab isə baş rejissor kimi çıxış edir. == Məzmun == Dissosiativ şəxsiyyət pozğunluğundan əziyyət çəkən muzdlu Mark Spektor Stiven Qrant kimi çoxsaylı şəxsiyyətləri ilə birlikdə Misir tanrıları ilə əlaqəli ölümcül bir sirrə sürüklənəcəklər.
Ağ cəngavər
Bankiv cəngəllik toyuğu
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Boz cəngəllik toyuğu
Boz cəngəllik toyuğu (lat. Gallus sonneratii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Coker (Qara cəngavər)
Coker (ing. The Joker) — Kristofer Nolanın 2008-ci ildə çıxarılmış "Qara cəngavər" adlı superqəhrəman filmində Avstraliya aktyoru Hit Ledcer tərəfindən canlandırılmış DC Comics uydurma mənfi obrazıdır. Ledcerin personaj interpretasiyası Betmen: Öldürən zarafat və Arkham Asylum: A Serious House on Serious Earth qrafik romanlarından təsirlənmişdir. Onun fiziki xüsusiyyətinə Qlazqo gülüşünü əhatə edən kloun makiyajı aiddir. Anarxiya və xaos fəlsəfi ideyalarını rezümə edən bu canlandırma, Ledcerin Terri Gilliamın "Qrim qardaşları" fantastik filmindəki kloun səhnəsi də daxil olmaqla, əvvəlki rolları ifa texnikasını da ehtiva edir. Bundan başqa o, Frensis Bekonun rəsm əsərlərinə, Entoni Bercessin "Qurulan portağal" romanına və müxtəlif pank-rok ifaçılarına istinad edir. Müasir dövrün ən ikonik performanslarından biri kimi qəbul edilən Coker, Ledcerin ən yaxşı işlərindən biri hesab edilir; aktyor özü bu rolu ən xoş rolu hesab edirdi. 2008-ci ilin iyulunda filmin çıxarılmasından altı ay sonra Hit Ledcer doza həddinin aşılmasından (sui-qəsd hesab edilir) vəfat etmişdir. Onun bu performansı sensasiya kimi qəbul edilmiş, tənqidçilər tərəfindən çox müsbət qarşılanmış, Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı da daxil olmaqla, aktyora ölümündən sonra bir çox mükafatlar qazandırmışdır. == Film == === Qara cəngavər === Coker 2008-ci ildə çıxarılmış “Qara cəngavər” adlı superqəhrəman filminin personajlarından biridir.
Cəngah
Cəngan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəngan oyk., sadə. Cəlilabad r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir; Neftçala r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir; Sabirabad r-nunun Muğan Gəncəli inzibati ərazi vahidindəkənd. Kür çayının sahilindədir; Salyan r-nunun Kür Qaraqaşlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Salyan düzündədir. Mustafabəyli, Birinci Rəncbərlər adları ilə də tanınır. Qaradolaqların cəngan tirəsinin adı ilə bağlı olduğu ehtimal edilir. Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir.
Cəngan
Cəngan (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəngan (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Cəngan (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Cəngan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Cəngan (Neftçala)
Cəngan — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir.
Cəngan (Sabirabad)
Cəngan — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir. Yerə adını verən tarixi fakt Elxani hökmdarı Abaqa xanın Qızıl Orda ordusunu gözlədiyi cəngə əlverişli yer mənasını daşıyır.(bax.
Cəngan (Salyan)
Cəngan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Kür Qaraqaşlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Salyan düzündədir. Mustafabəyli, Birinci Rəncbərlər adları ilə də tanınır. Qaradolaqların cəngan tirəsinin adı ilə bağlı olduğu ehtimal edilir. Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir.
Cəngan bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cəngavər
Cəngavər (lat. miles, caballarius, fr. chevalier, ing. knight, it. cavaliere) — orta əsrlərdə zadəganlar arasında geniş yayılmış fəxri titul.
Cəngavər (Azərbaycan)
Cəngavər — orta əsrlər dövründə, yəni Ağqoyunlu və Səfəvi imperiyaları zamanı orduda ağır süvariləri bildirmək üçün istifadə edilən söz. Termin qədim pəhləvi dilindən gələn iki sözdən yaranmış — Cəng (döyüş) və Vər’е (gedən)-, mənası döyüşə getmək deməkdir. Bu termin sadəcə at üzərində döyüşə gedən süvarilər ilə ağır silahlarla silahlanmış və ya zirehlər geyinmiş döyüşçüləri tərif etmək üçün istifadə edilmişdir. Ağqoyunlu və Səfəvi imperiyaları zamanı ordu əsasən qeyri-nizami hissələrdən təşkil edilirdi və müharibə zamanı müxtəlif türk tayfalarından toplanırdı. Səfəvilər dövründə cəngavərlər həm də qızılbaş hesab edilməklə birlikdə, şahın davamçıları mənasını verən müridlər — iman üçün döyüşən — kimi qəbul edilirdilər. Bu cəngavərlərin ən çox məşhurlaşdığı döyüşlərdən birinci Çaldıran döyüşüdür. Döyüşdə Səfəvi imperiyasının məğlub olmasına baxmayaraq, cəngavərlərin Osmanlı ordusunun yeniçəri və sipahilərinə qarşı inadlı müqavimətləri onların məşhurlaşmasına səbəb olmuşdu. Döyüş zamanı onlar yeniçərilərə və sipahilərə aramsız hücumlar edərək, ağır zərbələr vurur və dərhal da geri çəkilirdilər, Osmanlı ordusu onların öhtəsindən yalnız artilleriya atəşinin gücü ilə gələ bildi. Bu isə, Səfəvi ordusunda yox idi. I Şah Abbas dövründə yenidən başlayan Səfəvi-Osmanlı müharibələrində də cəngavərlərdən istifadə edilmiş və bu dəfə uğurlu olunmuşdur.
Cəngavər ordeni
Cəngavər ordeni — Orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuşdur.
Cəngavərin görünüşü (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Cəngavərliyə qəbul (rəsm)
Cəngavərlik rütbəsinin verilməsi — (Englishː The Accolade) ingilis rəssam Edmund Leightonun çəkdiyi rəsmdir. Bu, mövzusu cəngavərlik olan God speed (Tanrı sürəti - 1901) və Dediction (İthaf - 1908) əsərləri daxil olmaqla 1900-cü illərdə ərsəyə gətirdiyi xeyli rəsmlərdən biridir. Leightonun əsərlərinin və dövrünün ən çox tanınan tablosu kimi təsvir edilir. == Haqqında == Rəsmin orijinalı və ilham mənbəyi ilə bağlı çoxlu hekayələr var. Tarixçilər təsdiq edir ki, bu rəsm rütbə verilməyə, cəngavərliyi təsdiq etməyə, cəngavərliyə qəbul olunmağa həsr olunub. Rəsmdə təsvir olununan namizədin çiyinlərinə qılıncın küt tərəfi ilə yavaşca toxundurmaq yaxud kürəyini qucaqlamaqla birlikdə bu cür mərasimlər bir neçə forma almışdı. İlk nümunədə seçiləcək olan namizəd cəngavər taxtındakı monarx qarşısında diz çökür. Monarx qılıncın kənarını cəngavərin sağ çiyninə toxundurur. Ondan sonra monarx qılıncı yavaşca şagirdin başı üzərinə qaldırır və sol çiyninə aparır. Yeni təyin olunmuş cəngavər qalxır, idarəçi ona cəngavər ordeninin nişanəsini göstərir.
Cəngavərlər (aerobatika eskadronu)
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Cəngi (Abaran)
Cəngi, Cəngi təpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə, Abaran çayının yanında yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati - ərazi bölügüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «meşə Örtüyü olmayan dağ», «meşəsiz dağ» mənasında işlənən cəngi sözü ilə təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.
Cəngi (Qobustan)
Cəngi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun faktiki mövcud olan Cəngi kəndi dəqiqləşdirmə qaydasında Nabur kənd sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 102 nəfər əhali yaşayır.

Digər lüğətlərdə