NƏ₁

1. sual əvəz. Bu və ya digər əşyanı, vəziyyəti, halı, hadisəni müəyyənləşdirmək üçün sual məqamında işlədilir. Nə dedin? Nə olan işdir? Nə olub? Bu nə evdir?
2. əvəz. Təsdiq bildirən feillərə inkarlıq mənası verir.
[Uğur:] Səndən yaxşılıqdan başqa nə görmüşəm? İ.Əfəndiyev.

3. əd. Danışan şəxsin bir şeydən məmnunluğunu, o şeyin ürəyindən olduğunu bildirir. Nə ürəyimdən dedin? Nə yaxşı əsərdir? Qız nə qız? – Qədir yenə də əyilib baxırdı.
Dərə nə dərə! Mir Cəlal.

4. Cəm şəkilçisi ilə: “hər şey”, “hər nə istəsən” mənasında. Burada nələr yoxdur. O səndən nələr dedi.
– Bu yoldan gələr, keçər; Ahular mələr, keçər; Oğulsuz anaların; Qəlbindən nələr keçər. (Bayatı).
Nələr bitmir, nələr yoxdur torpağımızda. S.Rüstəm.

5. Şəxs əvəzliklərindən sonra gələrək onlara inkarlıq mənası verir. Ona nə. Sənə nə. – [Növbətçi:] Mənə aid bir şey yoxdur.
Şəhər stansiyası satıb, mənə nə? Mir Cəlal.

6. Çıxışlıq halında “niyə”, “nə üçün”, “nə səbəbə”, “niyə görə”, “nədən” suallarını əvəz edir.
Əzizim, qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət içirtdin; Nədən bəs yandı ürək? (Bayatı).

7. “İsə” qoşması ilə qeyri-müəyyənlik bildirir.
Təcrübəli Fərhadoğlu vurnuxur, nə isə qəti bir qərara gələ bilmirdi. S.Rəhimov.
Əbil Qənbərovun çıxışı … adamlarda nə isə bir donuqluq əmələ gətirdi. Ə.Vəliyev.

8. “Var” sözü ilə “heç nə”, “heç zad” mənası verir.
Meyvəsiz bağda nə var? Bəhrəsiz tağda nə var? Məcnun xəyallı könlüm; Leylisiz dağda nə var? (Bayatı).

9. Xəbər şəkilçisi ilə “nədir?” formasında sual kimi işlənir.
[Ata:] Çarəsiz mağaraya girdim, bir də ağır bir xorultudan gözlərimi açdım: – Bu nədir? Məndən başqa burada adammı var? – dedim. A.Şaiq.
Səlim indi Mehribana sanki fəlsəfə dərsi verirdi: həyat nədir, ölüm nədir – onu anladırdı. S.Hüseyn.

◊ Nə bilim – deyə bilmərəm, bilmirəm.
[Qədir:] Ay bəy, Məşədi Ələkbər deyir, nə bilim, yüzbaşı özü də bizə baxır. Mir Cəlal.

Nə borcuma (borcuna), nəyimə (nəyinə) gərək – bax nə borcum(a), nə borcun(a), nə borcumuzdur, borcundur (“borc”da).
Nə çarə – bax çarə.
…Nə desən çıxar – xatakar, pis əməlli adam haqqında.
[Sona:] Hə, onlardan nə desən çıxar. Ə.Əbülhəsən.

Nə deyim – bax demək 1
Nə əcəb – bax əcəb.
Sual və təəccüblə onun üzünə baxabaxa dedi: – Nə əcəb, Vahid? Nə əcəb? Bu vaxt? Mir Cəlal.

Nə fayda – bax fayda.
Ancaq nə fayda; Özü yıxılanın ağlamağından! B.Vahabzadə.

Nə hə, nə yox – bax .
Nə isə – xülasə, müxtəsər, sözün qısası.
Nə isə, Məsmənin yeganə əziz oğlu haqqında şirin xatirələri tükənməz idi. Mir Cəlal.

Nə ki – hər nə qədər, nə qədər, mümkün qədər.
Nə ki gözəl görmüşəm mən; Hamısından başdı Gözəl. Aşıq Ələsgər.
[Hacı:] Şamaxılı Şamaxıdan, gəncəli Gəncədən, şəkili Şəkidən nə ki imkan var hümmət eləyək… Mir Cəlal.

Nə lazım – əbəsdir, dəyməz, ehtiyac yoxdur. Nə lazım işi böyütmək.
Nə olar – hər ehtimala qarşı.
Demək nə lazımdı, özün bilirsən; Bir gün yaranırsan, bir gün ölürsən. Aşıq Ələsgər.

Nə olar, nə olar ki, nə olaydı – ümid, arzu, istək mənasında işlənir. Nə olaydı mənim də adım xoşbəxtlər cərgəsində çəkiləydi.
– Nə olar ki, hamıya məlum olan düşmənlərimizi bir saatlığa qoyaq kənara. C.Məmmədquluzadə.
Nə olardı [Əntiqəni] də bu dərs otağına buraxaydılar, oturmağa qoyaydılar. Mir Cəlal.
Könüllü gəlmədik bu dünyaya biz; Nə olar, dünyadan könüllü getsək?… B.Vahabzadə.

Nə olar, olar – gözlənilən təhlükə və ya hadisə, iş qarşısında işlədilir. [Əsgər:] Daha burada dayanmaq namərdlikdir, Mütəllim! Vuraq özümüzü çaya.
Nə olar, olar. Ə.Vəliyev.

Nə olursa olsun – hər necə olsa, hər nə olsa da, mütləq.
Ey gənc! Səadəti bir xəyal bilmə; Nə olursa olsun, ancaq əyilmə! S.Vurğun.
Durnanı möhkəm qucmuş Xasay bu il nə olursa olsun toy etmək, fikrində idi. Ə.Vəliyev.

Nə sənə, nə mənə – heç bir şeyi nəzərə almadan, hesablaşmadan, gözləmədən.
Adilə nə sənə, nə mənə, birdən anasının üstünə qışqırdı. Ə.Məmmədxanlı.

Nə təhər (tövr) – bax təhər.
İmzalarla deyil, gözlə görsünlər; Ağlın duruluğu nə təhər olur; Hökmün bulannığı nə təhər olur. M.Araz.

Nə üçünsə – səbəbi məlum olmadan. Nə üçünsə cavab vermədi. Nə üçünsə üzünü yana çevirdi.
– Bəyim bilet alıb geri dönəndə bizi görüb nə üçünsə qızardı. İ.Əfəndiyev.

Nə üzlə – bax üz.
Mən onun yanına gedim nə üzlə; Oyunlar oynadı bu dünya bizlə. S.Tahir.
[Bəy:] Pristavın yanına bəs nə üzlə gedəcəksən? Mir Cəlal.

Nə var, nə yox – bax var 1
Nə yaxşı – bax yaxşı.
İllər həsrətinə dözən şerimiz; Köhnəldi nə yaxşı, susdu nə yaxşı. M.Araz.

Омонимы

  • NƏ I əvəz. Sual əvəzliyi. Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana (S.Vurğun). NƏ II ədat Sual mənasında

Этимология

  • İnkar bağlayıcısı kimi farscadır, eyni formalı sual əvəzliyi öz sözümüzdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
NƏ₂
NƏBADƏ
OBASTAN VİKİ
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. == Tarixi == Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Nə faydası
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə? Harada? Nə zaman? Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. == Tarixi == Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Nə faydası (mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. == Təsviri == Rəsmdə iki taitili qız əks olunub. == Qiyməti == Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. == Sərgilənməsi == Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Həyat nə qəribəsən
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. == Məqalənin məzmunu == Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Nə gözəldir bu dünya...
"Nə gözəldir bu dünya..." — Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Eldar Quliyevin filmi. == Məzmun == Filmdə göstərilir ki, ölkə bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim (Yaşar Nuri) xəstələri evlərinə buraxır. Lakin ətraf bu xəstələrdən betər xəstədir. Xəstələr vəziyyəti belə görüb xəstəxanaya qayıtmağa məcbur olurlar. Bugünkü həyatımızın problemlərindən bəhs edən bu film ruhi xəstələrin həyatından danışsa da, əslində burada cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır. == Film haqqında == Film aktyor Həsənağa Turabovun kinoda son işidir. Filmin ssenarisi rejissorun ideyası əsasında yaranıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Eldar Quliyev Ssenari müəllifi: Eldar Quliyev, Natiq Rəsulzadə Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Mayis Ağabəyov, Rafiq Nəsirov Bəstəkar: Müslüm Maqomayev Səs operatoru: Teymur Abdullayev Rejissor: Akif Rüstəmov Montaj edən: Tamara Nərimanbəyova Məsləhətçi: Ağabəy Sultanov (tibb elmləri doktoru) İcraçı prodüser: Vladimir Dudniçenko Operator: Eldar Ağayev Geyim rəssamı: Şahin Həsənli Qrim rəssamı: Hikmət Qurbanov Rejissor assistenti: Çingiz Həsənov, Cəbrayıl Rzayev Montaj üzrə assistent: Lyudmila Lotina İnzibatçı: Əbdülnəsir Kutiyev, Ədalət Yunusov, Rüfət Əsədov(R. Əsədov kimi) İşıq ustası: Rüstəm Rüstəmov, Əliağa İbrahimov Səs texniki: O. Süleymanov Geyimçi: Elmira Balaməmmədova === Rollarda === Yaşar Nuri-Asim Əliyeviç Həsənağa Turabov-Müstəntiq Rasim Balayev-Mirzəyev Ayan Mirqasımova-Səbinə Elşən Rüstəmov-Emin Muxtar Maniyev-Kazım Rafiq Əzimov-Arif Rafiq Əliyev (II)-Ramiz Nahidə Orucova-Asim Əliyeviçin arvadı İradə Ağasıbəyli-Kazımın qızı Məbud Məhərrəmov-Kazımın kürəkəni Cəmil Quliyev-Həkim Zərnigar Ağakişiyeva-Həkim Nadir Ağayev-Sürücü Nadir Əbdülrəhimbəyov-Xəstə Arif Kərimov-Sanitar Xalidə Şərifova-Həkim Sona Əliyeva-Katibə Səfa Mirzəhəsənov Ömür Nağıyev-Səbinənin qardaşı Maqsud Məmmədov Sidiqqə Heydərova Rafiq Qasımov Vahid Əliyev-Xəstə Salman Bayramov-Xəstə Emil Tahirov A. Əfqanlı A. Əliyev R. Əliyev A. Quliyev Rahib Əliyev E. İbrahimov A. Sadıqov A. Rəhimov Y. Həşimov Ağaxan Şərifov Mehman Cəfərov R. Əzimov A. Şirinov Rövşən Kərimduxt-Səbinənin qardaşı İsmayıl Zeynalov-Uşaq Elvin Abdullayev-Uşaq Rüstəm Bağırov-Uşaq Rəhimə Bağırova-Uşaq Elxan Quliyev-Məhəllə sakini Kübra Dadaşova-Məhəllə sakini === Filmi səsləndirən === Eldəniz Rəsulov — sürücü (Nadir Ağayev)(titrlərdə yoxdur) == Sponsor == "Azərkinovideo" İB == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol.
Sən hər nə istəsən
«Sən nə istəsən» (isp. Todo lo que tú quieras) — İspaniyanın 2010-cu ildə çəkilmiş, dram janrında, rejissor Açero Manyasın filmi == Süjet == Sadə Madrid ailəsi — Leo, Alisia və onların balaca qızı Dafni. Ata işləyir, ana uşağın tərbiyəsi və ev işləri ilə məşğuldur. Hər şey adi, həmişəki kimi rahat atmosferdə davam edir. Lakin birdən Alisiya epilepsiyadan ölür — Leo və Dafni artıq onsuz yaşamağa məcbur olurlar. Leoya çox çətin olur: uşaq heç cürə anasını unuda bilmir və onun həyatdan köçməyini qəbul etmir. Gecələr o anasının adını çağırır. Bəzən, kimisə xoşbəxt etmək üçün, sevən insanlar bütün şərtləri və mühakimələri aşaraq, bütün qadağaları keçirlər. Leo qərar verir və axşamlar o həyat yoldaşının paltarlarını geyinir, başına parik taxır, dodaqlarını parlaq qırmızı pomada ilə boyayır və beləcə o qızı üçün "ana" olur. Belə bir performans bir az uzanır və bu yavaş-yavaş bir qorxulu oyuna çevrilir.
Nə geri çəkil, nə də təslim ol (film, 1986)
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. == Məzmun == Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. == Məzmun == Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... == Xarici keçidlər == Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Həyat nə qəribəsən (film, 2022)
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Nə Faydası (Zülfiyyə Xanbabayeva mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə Gözəldir Bu Dünya... (1999)
"Nə gözəldir bu dünya..." — Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Eldar Quliyevin filmi. == Məzmun == Filmdə göstərilir ki, ölkə bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim (Yaşar Nuri) xəstələri evlərinə buraxır. Lakin ətraf bu xəstələrdən betər xəstədir. Xəstələr vəziyyəti belə görüb xəstəxanaya qayıtmağa məcbur olurlar. Bugünkü həyatımızın problemlərindən bəhs edən bu film ruhi xəstələrin həyatından danışsa da, əslində burada cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır. == Film haqqında == Film aktyor Həsənağa Turabovun kinoda son işidir. Filmin ssenarisi rejissorun ideyası əsasında yaranıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Eldar Quliyev Ssenari müəllifi: Eldar Quliyev, Natiq Rəsulzadə Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Mayis Ağabəyov, Rafiq Nəsirov Bəstəkar: Müslüm Maqomayev Səs operatoru: Teymur Abdullayev Rejissor: Akif Rüstəmov Montaj edən: Tamara Nərimanbəyova Məsləhətçi: Ağabəy Sultanov (tibb elmləri doktoru) İcraçı prodüser: Vladimir Dudniçenko Operator: Eldar Ağayev Geyim rəssamı: Şahin Həsənli Qrim rəssamı: Hikmət Qurbanov Rejissor assistenti: Çingiz Həsənov, Cəbrayıl Rzayev Montaj üzrə assistent: Lyudmila Lotina İnzibatçı: Əbdülnəsir Kutiyev, Ədalət Yunusov, Rüfət Əsədov(R. Əsədov kimi) İşıq ustası: Rüstəm Rüstəmov, Əliağa İbrahimov Səs texniki: O. Süleymanov Geyimçi: Elmira Balaməmmədova === Rollarda === Yaşar Nuri-Asim Əliyeviç Həsənağa Turabov-Müstəntiq Rasim Balayev-Mirzəyev Ayan Mirqasımova-Səbinə Elşən Rüstəmov-Emin Muxtar Maniyev-Kazım Rafiq Əzimov-Arif Rafiq Əliyev (II)-Ramiz Nahidə Orucova-Asim Əliyeviçin arvadı İradə Ağasıbəyli-Kazımın qızı Məbud Məhərrəmov-Kazımın kürəkəni Cəmil Quliyev-Həkim Zərnigar Ağakişiyeva-Həkim Nadir Ağayev-Sürücü Nadir Əbdülrəhimbəyov-Xəstə Arif Kərimov-Sanitar Xalidə Şərifova-Həkim Sona Əliyeva-Katibə Səfa Mirzəhəsənov Ömür Nağıyev-Səbinənin qardaşı Maqsud Məmmədov Sidiqqə Heydərova Rafiq Qasımov Vahid Əliyev-Xəstə Salman Bayramov-Xəstə Emil Tahirov A. Əfqanlı A. Əliyev R. Əliyev A. Quliyev Rahib Əliyev E. İbrahimov A. Sadıqov A. Rəhimov Y. Həşimov Ağaxan Şərifov Mehman Cəfərov R. Əzimov A. Şirinov Rövşən Kərimduxt-Səbinənin qardaşı İsmayıl Zeynalov-Uşaq Elvin Abdullayev-Uşaq Rüstəm Bağırov-Uşaq Rəhimə Bağırova-Uşaq Elxan Quliyev-Məhəllə sakini Kübra Dadaşova-Məhəllə sakini === Filmi səsləndirən === Eldəniz Rəsulov — sürücü (Nadir Ağayev)(titrlərdə yoxdur) == Sponsor == "Azərkinovideo" İB == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol.
Sonra nə oldu? (veriliş, 2019)
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Şair, nə tez qocaldın sən...
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir. == Yaranması == Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.
Şair, nə tez qocaldın sən?

Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım (film, 1987)
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. == Məzmun == Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (film, 1990)
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. == Məzmun == Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... == Xarici keçidlər == Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Həyat, sən nə qəribəsən (teleserial, 2013)
Həyat, sən nə qəribəsən — 2013–2016-cı illərdə yayımlanan serial. Serial "Xəzər" televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gəlib. Çəkilişlərinin əsas hissəsi AAAF Parkda aparılırdı. == Məzmun == Serial uşaqlıqda ata-anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serialın qəhrəmanı Həyat əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur. Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır. Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir.
Həyat sən nə qəribəsən (teleserial, 2013)

"Elm" nəşriyyatı
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. == Haqqında == Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
"Elm və təhsil" nəşriyyatı
"Elm və təhsil" nəşriyyatı — 2006-cı ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Əsas fəaliyyəti dərslik, kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur. == Əlaqə == Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev küçəsi, 8-ci döngə 4. Tel.: (+99412)497–16-32, Faks: (+99412)497–16-32.
"Nərgiz" operası
Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera. == Tarixçə == Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim). == Məzmun == Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur. == Qaynaq == L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
"Qeyrət" nəşriyyatı
"Sərvan" nəğmələri
"Sərvan" nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə "sərvanlar" söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. "Sarvan" nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları ("Yoluva qoymuşam iydə", "Yoluva qoymuşam kahı", "Yoluva qoymuşam qəndi", "yoluva qoymuşam alma" və s.) "sərvanlar"ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. "Sərvan" nəğmələri bir çox hallarda oxşar nəqəratlərlə oxunur. "Aş gəl, aş gəl" nəqəratli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
"Təbib" nəşriyyatı
"Təbib" nəşriyyatı == Haqqında == "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur. 1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. == Əlaqə == Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
"Təhsil" nəşriyyatı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat. 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksək ixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür. == Haqqında == Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
18 saylı Nərimanov-Nizami seçki dairəsi
19 saylı Nərimanov birinci seçki dairəsi
20 saylı Nərimanov ikinci seçki dairəsi
21 saylı Nəsimi birinci seçki dairəsi
22 saylı Nəsimi ikinci seçki dairəsi
23 saylı Nəsimi-Səbail seçki dairəsi
98 Nəsli
98 Nəsli (isp. La Generación del 98) — ispan ədəbiyyatında Filippin, Puerto Riko, Kuba və Quamın İspaniya Krallığının əlindən çıxması ilə nəticələnən 1898-ci ildə baş vermiş ABŞ ilə müharibədən sonra ölkədəki siyasi, sosial, bir çox dəyərlərin çöküşü fonunda ortaya çıxmış, bir çox yazıçı, şair və publisistin mənsub olduğu müəlliflər qrupu. 98 Nəsli ədiblərin, demək olar ki, hamısı 1864–1874-cü illərdə doğulmuşdur.
ABŞ Nəqliyyat Departamenti
Amerika Birləşmiş Ştatları Nəqliyyat Nazirliyi (ing: United States Department of Transportation, USDOT, DOT) — ABŞ hökumətinin nəqliyyatla məşğul olan federal nazirliyi. 1 aprel 1967-ci ildə təsis edilmişdir. Bu təşkilat, ABŞ-nin nəqliyyat naziri tərəfindən idarə olunur. Nəqliyyat naziri 3 iyul 2013-cü ildən bu yana vəzifədə olan Entoni Foksdur.
ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Azərbaycan Dövlət Pedaqoji Kolleci (əvvəlki adı: M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Bu kollec 1919-cu ildə yaranmışdır. Hal-hazırda dosent İsrayıl İsgəndərov rəhbərlik edir. Bundan əvvəlki adı M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş və 23 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılmışdır. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin adından şəxs adı götürülmüşdür. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) Nurlana Əliyeva, 2016-cı ildən Qulu Novruzov, 2018-ci ildən etibarən isə İsrayıl İsgəndərov rəhbərlik edir. == Adları == Kollec 1919-cu ildən indiyə kimi müxtəlif adlarla fəaliyyət göstərmişdir: 1919–1920-ci illərdə — Bakı Kişi Müəllimləri Seminariyası; 1920–1925-ci illərdə — Bakı Qadın Müəllimləri Seminariyası; 1925–1926-cı illərdə — Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası; 1926–1930-cu illərdə — Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu; 1936–1938-ci illərdə — M. Ə. Sabir adina Mərkəzi Beynəlmiləl Texnikumu; 1938–1963-cü illərdə — M. Ə. Sabir adına Rus Pedaqoji Məktəbi; 1968-ci ildən — M. Ə. Sabir adına Bakı Pedaqoji Məktəbi; 1991-ci ilin dekabrından — M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu; 23 dekabr 1999-cu ildən — M. Ə. Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci; 13 iyun 2000-ci ildən — Azərbaycan Dövlət Pedaqoji Kolleci; 03 fevral 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Məktəbəqədər təlim və tərbiyə; İnkluziv təhsil; Ailə və ev təhsili; Fiziki tərbiyə müəllimliyi; Sosial iş. == Kontingent == Kollecdə əyani və qiyabi şöbələr üzrə ümumilikdə 4169 tələbə təhsil alır. Həmçinin "Moodle"[1]-tədris idarə edilməsi sistemini tətbiq edən ilk kollecdir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. == Tarixi == 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. == Rəhbərləri == Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli == Nəşrləri == "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
AMEA Mərkəzi Nəbatat Bağı
Mərkəzi Nəbatat Bağı — Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs. "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin yaradılması və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin 7 yanvar 2022-ci il tarixində № 5 qərar imzalamışdır. == Tarixi == Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər artıq 1930-cu illərdə irəli sürülmüşdü. O vaxtlar Bakı şəhəri iri neft sənayəsi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar olaraq 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində P. V. Kovalskaya-İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olundu və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanıldı. 1935–1938-ci illər ərzində burada institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxanalar və təsərrüfat binalarının inşasına başlanıldı. Təşkil olunduğu 1936-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərdiyi 2000-ci ilədək Botanika bağı Botanika İnstitutunun şöbəsi olmuşdur. Botanika İnstitutunun ilk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı, akademik Aleksandr Alfonsoviş Qrossheym, Botanika bağının ilk direktoru isə Mixail Vasilyeviç Brjezitskiy təyin olunur. Bu vaxtdan etibarən Botanika bağının sahələrində Azərbaycan və ekzot floradan olan bitkilərin kolleksiyasının yaradılması ilə yanaşı, texniki, dərman bitkiləri üzərində elmi-tədqiqat işləri aparılır. 1937–1940-cı illərdə bağ üçün nəzərdə tutulan ərazilərdə neft hasilatı üçün quyuların qazılması ilə əlaqədar bağın sahəsi 16 hektar qalır.
AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı
AMEA Naxçıvan Bölməsinin Nəbatət bağı - AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun tərkibində fəaliyyət göstərir. == Tarixi == AMEA Naxçıvan Bölməsinin Nəbatət bağı 2003-cü ildə Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında salınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə bu bağ Muxtar Respublikanınmuzeyləri siyahısına daxil edilmişdir. == Statistik məlumatlar == Bağın təcrübə sahəsi 13,2 hektardır və sturukturuna uyğun olaraq təcrübə sahələrinə ayrılıb. Nəbatət bağında hər bir bitkinin xüsusiyyətləri tədqiq edilir, yayılma zonalarının xəritəsi tərtib olunur, mühafizə yolları müəyyənləşdirilir. Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən, Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq olunur. Həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimalı Amerika mənşəli bitkilər əkilərək introduksiya olunur. Nəbatət bağına müxtəlif rayonların meyvə bağlarından və şəxsi təsərrüfatlardan qiymətli yerli meyvə sortları gətirilərək burada meyvə genefondu bağı yaradılıb. Bağda muxtar respublikanın yerli meyvə bitkiləri ilə yanaşı, tərəvəz və bostan bitkiləri genefondu da toplanılır ki, həmin nümunələr AMEA Genetik Ehtiyatlar İnstitutunun genbankında saxlanılır. Bağın ərazisində Nadir bitkilər kolleksiyası sahəsi də fəaliyyət göstərir.
AMEA Naxçıvan Bölməsinin Nəbatət bağı

AMEA Nəsimi adına Dilçilik İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. == Tarixi == 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. == Rəhbərləri == Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli == Nəşrləri == "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi — Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. 1998-ci ildən fəaliyyət göstərən mərkəzin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir. == Tarixi == Azərbaycanda ilk dəfə seysmik hadisələrlə bağlı instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılıb. 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşlarının təşəbbüsü ilə həmin il Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır. SSRİ dövründə uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda "Geofizika" Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika partiyası yaradılmışdır. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru, professor Arif Həsənov rəhbərlik edib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilib. 2008-ci ildə Arif Həsənov dünyasını dəyişdikdən sonra mərkəzə AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli rəhbərlik etməyə başlayıb.
Abbasqulu Nəcəfzadə
Abbasqulu İsmayıl oğlu Nəcəfzadə (1 dekabr 1957, Xızı) — Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, musiqiçi, dirijor. == Həyatı == 1 dekabr 1957-ci ildə Şamaxıda Astrxanovka kəndində (indiki Qızmeydan) anadan olub. Qızmeydan kəndinin adı yaşayış məntəqəsi kimi "Kitabi-Dədə Qorqud" dastanında çəkilir. Bir zamanlar bu kənd Xızının inzibati ərazisinə daxil edilmiş, sonralar Şamaxı rayonuna verilmişdir. Abbasqulu Nəcəfzadə əslən Xızının Gəmşər mahalına aid edilən Xirək kəndindəndir. Azərbaycanın bir sıra ərazilərində - Gəncə (Bərdənin yaylağı olub), İsmayıllı (qala və eyniadlı müdafiə səddi) Xirək adlı toponimlər mövcuddur. === Təhsili === 1965–1974 : 16 saylı Uşaq Musiqi Məktəbi 1974–1978 : Sumqayıt Musiqi Texnikumu, kamança müəllimi, xalq çalğı alətləri orkestrinin rəhbəri 1978–1983 : Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, konsert ifaçısı, kamança müəllımi və xalq çalğı alətləri orkestrinin dirijoru == Yaradıcılığı == 2006 : "Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat)" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 may 2007-ci il tarixli (protokol № 19 -k) qərarı ilə sənətşünaslıq namizədi (sənətşünaslıq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi təsdiq edilmişdir (diplom: EN № 04560) http://www.science.az/en/referat.php?show=true&pid=1482) 2010 : Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 noyabr 2010-cu il tarixli (protokol № 36 — k) qərarı ilə "Musiqi sənəti" ixtisası üzrə dosent elmi adı verilmişdir (dosent attestatı: DS № 03655) 2012 : "İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni təsnifatı" adlı elmlər doktoru dərəcəsi almaq üçün müdafiə işini tatamlamış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 mart 2014-cü il tarixli (protokol № 04 — R) qərarı ilə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir (diplom: ED № 01540). 2017 : Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyul 2017-ci il tarixli (protokol № 14 — R) qərarı ilə "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrası üzrə professor elmi adı verilmişdir (professor attestatı: PR № 01589) === Əmək fəaliyyəti === 1976-cı ildən etibarən günümüzə qədər əmək fəaliyyətini bir musiqiçi kimi fasiləsiz olaraq davam etdirir, ifaçı, müəllim, həm də müxtəlif ansamblların rəhbəri və ifaçısıdır. 1976–1978-ci illərdə Bakı şəhəri H.Sarabski adına Mədəniyyət Evində "Xalq üçlüyü"ndə kamança ifaçısı. 1978–1983-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun xalq çalğı alətləri ansamblının rəhbəri.
Abbasəli Nəzərəliyev
Abbasəli QaraGöz oğlu Nəzərəliyev - 20 yanvar şəhidi. 1962-cu ildə 25 noyabrda Babək rayonunun Əliabad kəndində anadan olub.Tikintidə dülgər işləyib. Şövkət adında bir qızı qaldı. Yanvarın 18—19-da kəndin müdafiəsində iştirak edib. 19-u gecə Qaraburun postunda İdris Məmmədovun qətlə yetirilməsi xəbəri Abbasəlini də sarsıdıb. Onun arxasınca gedib. Yolda ona da güllə dəyib. Dostunun dadına çatmamış Abbasəli də həlak olur.Abbasəli Nəzərəliyevin adı Babək rayonundakı Əliabad kənd məktəbinə verilmiş, "İzmir" kooperativi barelyefini düzəldib məktəbin qarşısına vurmuşdur.Anadan olduğu və yaşadığı Əliabad kəndində dəfn edilmişdir. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF).
Abşeron iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Abşeron-Xızı iqtisadi rayonu – Azərbaycan Respublikasında iqtisadi-coğrafi rayon. Sahəsi 3,34 min km2 . Əhalisi 563,1 min . Abşeron və Xızı inzibati rayonları, Sumqayıt şəhəri daxildir. 7 iyul 2021-ci ilə qədər Abşeron iqtisadi rayonu adlandırılmışdır. == Təbiəti == Abşeron rayonunun ərazisi qərbdə Baş silsilə və Ləngəbiz silsiləsinin cənub-şərq, şərqdə Qobustanı və Abşeron yarımadasının qərb, şimalda Samur-Dəvəçi ovalığının cənub-şərq, cənubda Cənub-Şərqi Şirvan düzünün şimal hissəsini əhatə edir. Relyefi dağlıq və düzənlikdir. Səthi silsilə və tirələrlə yanaşı dərə, yarğan, qobu, təpə və çökəkliklərlə mürəkkəbləşmişdir. Yüksəkliyi Xəzər sahili düzənliklərdə okean səviyyəsindən –28 m -dən dağlıqda 2205 m (Dübrar d.) arasında dəyişir. Rayonun ərazisində, əsasən, Tabaşır, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır.

Значение слова в других словарях