SABİT

sif. [ ər. ]
1. Hərəkət etməyən, hərəkətsiz, daim bir qərarda duran (qalan), dəyişməyən, tərpənməz; daimi. Sabit cərəyan. Sabit temperatur. Sabit qüvvə.
2. məc. Səbatlı, möhkəm; fikrinin, əqidəsinin üstündə möhkəm duran, fikrindən, əqidəsindən dönməyən.
Bircə Zeynal bəy toxtaq durub, əvvəlki layihəsində sabit idi… Çəmənzəminli.

□ Sabit qalmaq – bir şeyin üstündə möhkəm durmaq, fikrindən, əqidəsindən dönməmək.
Xülasə, şəhərdə hər bir şey tərəqqi tapmışdı, dəyişilmişdi, abad olmuşdu, bircə usta Ağabala qədimliyində sabit qalıb otuz il idi ki, bu qərar ilə məişət keçirirdi. Çəmənzəminli.

◊ Sabit olmaq köhn. – sübut olunmaq, yəqin olmaq, sübuta yetmək.
[Fərraşbaşı:] Ağa Şahzadə soruşur ki, Hacı Qafurun bacısının varisliyi sizin yanınızda sabit oldumu? M.F.Axundzadə.

Синонимы

  • SABİT dəyişməz — möhkəm — daimi — stabil

Антонимы

  • SABİT SABİT – DƏYİŞKƏN Əsil aşiq olur sevgidə sabit (H.Cavid); Hibrid orqanizmlər daha dəyişkən olur (M.Axundov)

Этимология

  • SABİT Ərəbcədir. Sübut, təsbit, isbat, müsbət sözləri ərəbcə eyni kökə malik olan kəlmələrdir. (Bəşir Əhmədov
SABİQƏN
SABİTQƏDƏM

Значение слова в других словарях