VAHİD

I
сущ. мат. единица:
1. первое наименьшее целое число. Vahidin kökü корень из единицы, vahidə gətirmə приведение к единице
2. величина для измерения. Vahidlər sistemi система единиц, ölçü vahidi единица измерения
3. обособленная часть целого. Təsərrüfat vahidi хозяйственная единица
II
прил.
1. единственный. Vahid nüsxə единственный экземпляр
2. единый. Vahid qardaşlıq ailəsində в единой братской семье, vahid cəbhə единый фронт, vahid dövlət планы единый государственный план, vahid norma və qiymətlər единые нормы и расценки, vahid tələblər единые требования, vahid yanaşma единый подход, vahid torpaqəmələgəlmə prosesi с.-х. единый почвообразовательный процесс, библ. vahid kartoteka единая картотека, vahid təsvir единое описание, vahid dil единый язык, экон. vahid büdcə единый бюджет, vahid sərf единый расход, vahid tarif cədvəli единая тарифная расценка, vahid energetika sistemi единая энергетическая система, vahid idman təsnifatı спорт. единая спортивная классификация
3. единичный. тех. Vahid aqreqatların gücünün artırılması наращение мощностей единичных агрегатов; vahid yük единичная нагрузка; мат. , эл. тех. vahid vektor единичный вектор, vahid impuls funksiyası единичная импульсная функция, vahid yük единичный заряд
4. унитарный. Vahid respublika унитарная республика, vahid şəklə salmaq унифицировать; vahid şəklə salınmış унифицированный; vahid şəklə düşmək унифицироваться, быть унифицированным
VAHƏSRƏTA!
VAHİDLİK
OBASTAN VİKİ
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vahid (ad)
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vahid Abbasov
Abbasov Vahid Muxtar oğlu — "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir == Həyatı == Vahid Abbasov 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1979 – cu ildə Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbi- nin birinci sinfinə getmiş 1989 – cu ildə həmin məktəbi əla qiymətlərlə, ictimai – siyasi cəhətdən olduqca fəal, əsil vətənpərvər bir gənc kimi bitirmişdir(1989-90- cı illərin Sumqayıt və qanlı 20 Yanvar hadisələri ona çox təsir etmiş, demək olar ki, bütün həyatını dəyişmışdir). 1992-ci il oktyabrın 8-də Füzuli rayonunun Şaqrağdağ yüksəjliyi uğrunda gedən döyüş əməliyyatında şəhid olmuşdur. Ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. == Məqsədi == Vahidin arzusu, məqsədi həkim olmaqdı. Yeddinci sinifdən sonra Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbi-nin biologiya müəllimi Rövşən müəllimin köməkliyi ilə məktəbi bitirənə qədər ciddi-cəhdlə bütün vaxtını ancaq bu məqsəd yolunda oxumağa, çalışmağa həsr etmişdi. Demək olar ki, Vahid bütün uşaqlıq və gənclik ilərini əyləncələrdən uzaq şəkildə bu məqsədinə, qalan ömrünü isə qəhrəmanlara məxsus şəkildə (sonunu düşünən qəhrəman olamaz) Vətəni – gənc Azərbaycan Respublikası-nın ərazi bütövlüyü uğrunda fəda etmişdir. == İgidliyi == == Haqqında yazılanlar == == İstinadlar == Yusif Əkbərov, Şahin Qasımov "Qarabağda bir kənd var – Yusifcanlı". Bakı.
Vahid Alıyev
Vahid Abbas oğlu Alıyev (18 fevral 1989; Daşkəsən rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Alıyev 1989-cu il fevralın 18-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Vahid Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Alıyev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Alıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Aslan
Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu; 29 sentyabr 1972, Parakənd, Gədəbəy rayonu) — Azərbaycan jurnalisti, yazıçı, riyaziyyat və informatika müəllimi Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü == Həyatı == Vahid Aslan 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. === Ailəsi === Ailəlidir. İki qızı, bir oğlu var. == Təhsili == 1979–1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb. 1989–1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb. 1994–1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995–1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib. == Yaradıcılığı == Fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993–1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
Vahid Axundov
Vahid Axundov (azərb. Axundov Vahid Cümşüd oğlu‎; 9 fevral 1942, Bakı) — Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri. == Həyatı == Vahid Axundov 9 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini mühəndis-iqtisadçı olaraq bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Vahid Axundov 1970-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1987-ci ildə professor elmi rütbəsini almışdır. O, 150 elmi əsərin müəllifidir. === Əmək fəaliyyəti === Vahid Axundov 1959–1960-cı illərdə Bakı Dəri Qalantereya fabrikində çilingər, 1964-cü ildə isə Avtomobil Ehtiyatları Zavodunda mühasib vəzifəsində çalışmışdır. 1965–1966-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, baş iqtisadçı olaraq işləmişdir. Vahid Axundov 1970–1987-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor vəzifəsini icra etmişdir. 1987–1991-ci illərdə Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Elmi işlər üzrə prorektor, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri, 1991–1993-cü illərdə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirinin baş iqtisadi müşaviri, 1993–2005-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır.
Vahid Ağayev
Vahid Məcnun oğlu Ağayev (14 sentyabr 1996, Bakı – 11 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Ağayev 14 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 187 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vahid Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Ağayev 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Baxşiyev
Vahid Məclum oğlu Baxşiyev (17 may 1999; Xaçmaz rayonu, Azərbaycan — 30 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Baxşiyev 17 may 1999-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Vahid Baxşiyev 22 yanvar 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Vahid Baxşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Baxşiyev 30 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Bağırov
Vahid Həbib oğlu Bağırov (23 yanvar 1941, Əliabad, Naxçıvan rayonu – 29 may 2010, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirərək Naxçıvan Televiziyasında əmək fəaliyyətinə başlamışdır. 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. 1966-ci ildə Naxçıvan MSSR Vilayət Komsomol Komitəsinin 1-ci katibi seçilmişdir. 1970-ci ildə "Şərq Qapısı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. 1970-ci ildə Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə qəbul olub və 1973-cü ildə Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1975-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin Plenumu 30 mart 1977-ci ildə Vahid Bağırovu Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə keçmişdir. 1979-ci il Azərbaycan Kommunist Partiyası Naxçıvan vilayət XXXII partiya konfransında Naxçıvan vilayət partiya komitəsinin üzvü seçilmişdir.
Vahid Fərzəliyev
Vahid Sabir oğlu Fərzəliyev — biologiya elmləri doktoru, dosent. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri == Ümumi məlumatlar == Vahid Sabir oğlu Fərzəliyev 1969-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ailəlidir:2 qızı və 1 oğlu var. == Elmi fəaliyyəti == Vahid Sabir oğlu Fərzəliyev elmi fəaliyyətinə 1990-cı ildən AMEA Mərkəzi Nəbatat Bağında bağban kimi başlamışdır. 2001-2006-cı illərdə Mərkəzi Nəbatat Bağının “Toxumçuluq” sektorunun rəhbəri, 2006-2007-ci illərdə “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri, 2007-2015-ci illərdə Mərkəzi Nəbatat Bağının direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən Bağın direktoru vəzifəsini icra edir. Mərkəzi Nəbatat Bağının Elmi Şurasının və Azərbaycan Botaniklər Cəmiyyətinin sədr müavinidir. V.S.Fərzəliyev Mərkəzi Nəbatat Bağının elmi tədqiqat işlərinin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndirilməsi üçün bir çox işlər görmüşdür. Onun rəhbərliyi ilə «Toxumçuluq» sektoru fəaliyyətə başlamış və toxum mübadiləsi məqsədilə dünyanın 130-dan artıq nəbatat bağı ilə əlaqələr yaradılmışdır. Bu əlaqələr Bağın bitki kolleksiyalarının zənginləşdirilməsində və ümumilikdə dünyada bitki biomüxtəlifliyinin davamlı qorunmasında əhəmiyyətli rola malikdirlər.
Vahid Hacıyev
Vahid Hacıyev (bioloq) — Azərbaycan bioloqu, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), biologiya elmləri doktoru (1966), professor (1970). Vahid Hacıyev (dövlət xadimi) — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.
Vahid Musabəyov
Vahid Musabəyov (1 avqust 1864, Qutqaşın – 13 may 1943) — əmək qəhrəmanı. == Həyatı == 1864-cü il avqust ayının 1-də Qutqaşendə kəndli ailəsində doğulmuşdur. 1885–1889-cu illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil almışdır. Burada o, rus və Azərbaycan ədəbiyyatının məşhur nümayəndələri, ilk növbədə, Fonvizin, U. Şekspir, N. M. Karamzin, A. S. Puşkin, M. Y. Lermontov, N. V. Qoqol, M. F. Axundov, İ. S. Turgenev, L. N. Tolstoy və digər tanınmış yazıçı və şairlərin əsərləri ilə yaxından tanış olur ki, onlar V. Musabəyovun pedaqoji baxışlarının formalaşmasına güclü təsir göstərir. Bu sətirlərin müəllifinin şəxsi arxivində saxlanılan qeydiyyat kitabçasında ədəbiyyat, tarix və pedaqoji elmlərlə bağlı çoxsaylı əsərlərin adları vardır ki, o, onları oxumuş və müəyyən qeydlər etmişdir. Sənədləri vərəqlədikcə Vahid Musabəyovun seminariyanın son dərəcə istedadlı və səliqəli şagirdlərindən olması göz önündə canlanır. Musabəyovun seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və digər əl işləri böyük maraq doğurur. Bunlar Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın, İtalyanın, Norveçin, İsveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. Xəritələrdə seminariya müəlliminin qeydləri vardır. Xəritələr o qədər yaxşı tərtib edilibdir ki, ilk baxışda onun seminarist tərəfindən çəkildiyi təəccüb doğurur.
Vahid Musayev
Vahid Musayev (15 noyabr 1947, Bakı – 8 yanvar 1999, Qobustan) — Azərbaycan Respublikası Müdafiə naziri (1993), general-mayor. == İlk illəri və təhlisi == Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə 176 №-li orta məktəbə getmiş, 1966-cı ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdi. 1966-cı ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olub və 1971-ci ilədə fərqlənmə diplomu ilə həmin fakültəni bitirib. 1978–1981 illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb. == Fəaliyyəti == 1971-ci ildən zabit kimi Gürcüstan SSR-də hərbi xitmətə başlamışdı. Gürcüstanda xidmətdə olarkən hərbi karyerasını davam etdirmək qərarına gəlib. 1981–1984 Gürcüstan (Axalkalakidə) , 1984–1986 Afrika (Maputu), 1986–1988 Ukrayna (Jitomir), 1988–1990 Ukraynada (Vladimir-Volınskiy) hərbi xidmətdə olmuşdur. Vladimir-Volıniski vilayətindən 1990-cı ildə deputat seçilib. 1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində hərbi xidmətdə olmuşdur.
Vahid Mustafayev
Mustafayev Vahid Fuad oğlu və ya Vahid Naxış (4 sentyabr 1968, Bakı) — Azərbaycan rejissoru, ssenarist, yazıçı və naşir, reportyor və media təşkilatçısı, ANS Şirkətlər Qrupunun prezidenti, VMF Natural Frequencies şirkətinin təsisçisi. == Həyatı == Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə "gizli nəşr" sayılan "RokOko" adlı dövri məcmuə dərc edir. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edir və bunun sayəsində həm "RokOko" məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olur və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük rəğbət qazanır. Vahid Mustafayev Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr elmi dərəcəsi alır və Universitetin "Fəxri məzunu" adına layıq görülür. Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan "Azərbaycan" qəzetində Vahid Mustafayev 1990-cı ilin əvvəllərində "Gənclər Bürosu" adlı şöbə təşkil edir, qəzetin "Koroğlu kəşfiyyatı" adlı məcmuəsini və video əlavəsini yaradır. Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra Vahid Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir. 1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev ilə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradır və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verir. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradır və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayır.
Vahid Məmmədli
Vahid Məmmədli (6 yanvar 1965, Qazax) — azərbaycanlı yazıçı, şair, abstraksionist rəssam, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü (2009), hüquq elmləri üzrə fəlsəfə doktoru (2003), baş ədliyyə müşaviri, Prezident təqaüdçüsü (2021). Azərbaycan ədəbiyyatında ilk fentezi romanın (Atropatena dastanı), dünya ədəbiyyatında ilk qansız döyüş romanının (Tunc Allahın yükü) müəllifi. 2007-ci ildən bədii yaradıcılıqla məşğul olur. Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, bestsellerlər müəllifi kimi tanınır. Rusiyanın ilk qansız döyüş romanının (Tunc Allahın yükü), Azərbaycan ədəbiyyatında isə ilk fentezinin ("Atropatena dastanı" trilogiyası) müəllifidir. Hekayə və povestləri Rusiya, Türkiyə, İngiltərə, Fransa, Avstriya, Almaniya, Yunanıstan, Çexiya, Hindistan, Misir, İran və digər ölkələrin dövri mətbuatında mütəmadi çap olunur. Azərbaycanda böyuk əks-səda doğurmuş çoxepizodlu və ağır cinayət işlərinin istintaqını uğurla başa çatdırmış peşəkar prokuror, ölkədə cinayət əməllərinin tövsifini və istintaq taktikasını mükəmməl bilən mütəxəssislərdən biri, Azərbaycanda cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair müqavilələr praktikasına həsr olunmuş ilk elmi monoqrafiyanın və beynəlxalq cinayət hüququna dair bir çox məqalələrin müəllifidir. Azərbaycan mətbuatında və mediasında, məsələn "Kaspi" qəzetində, "Kult.az" mədəniyyət saytında, "Azadlıq radiosu"nda və "Ulduz" jurnalında müxtəlif yazıları yayımlanıb. 20 kitabın müəllifi V. Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və digər ölkələrdə çap olunub. Londonda Qafqazla bağlı nəşr olunan "Cənubi Qafqaz" jurnalında "Azərbaycanın pərəstiş olunan yazıçısı" kimi təqdim olunub.
Vahid Məmmədov
Vahid Məmmədov (alim) — Azərbaycanlı alim. Vahid Məmmədov (şəhid) — Azərbaycanlı şəhid. == Oxşar == Vahid Məmmədli — Azərbaycanlı yazıçı.
Vahid Nadirli
Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı – 2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993). == Həyatı və fəaliyyəti == Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur. Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
Vahid Naxış
Mustafayev Vahid Fuad oğlu və ya Vahid Naxış (4 sentyabr 1968, Bakı) — Azərbaycan rejissoru, ssenarist, yazıçı və naşir, reportyor və media təşkilatçısı, ANS Şirkətlər Qrupunun prezidenti, VMF Natural Frequencies şirkətinin təsisçisi. == Həyatı == Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə "gizli nəşr" sayılan "RokOko" adlı dövri məcmuə dərc edir. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edir və bunun sayəsində həm "RokOko" məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olur və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük rəğbət qazanır. Vahid Mustafayev Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr elmi dərəcəsi alır və Universitetin "Fəxri məzunu" adına layıq görülür. Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan "Azərbaycan" qəzetində Vahid Mustafayev 1990-cı ilin əvvəllərində "Gənclər Bürosu" adlı şöbə təşkil edir, qəzetin "Koroğlu kəşfiyyatı" adlı məcmuəsini və video əlavəsini yaradır. Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra Vahid Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir. 1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev ilə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradır və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verir. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradır və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayır.
Vahid Novruzov
Vahid Tapdıq oğlu Novruzov (7 yanvar 1950, Alaverdi) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor (2000); Azərbaycan Respublikası Auditorlar Palatasının sədri (1996–h. h.); Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü. == Həyatı == Novruzov Vahid Tapdıq oğlu 7 yanvar 1950-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1966-cı ildə Bakı şəhəri 31 №li orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini, 1999-cu ildə isə Bakı Asiya Universitetini bitirmişdir. 1978-ci ildə Q. V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda "Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılmasının normativ bazasının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi, 1990-cı ildə isə həmin İnstitutda "Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 1972–1992-ci illərdə Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda laborant, iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. 1979–1981-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1992–1996-cı illərdə Milli Məclis Aparatının İqtisadi Qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri vəzifələrində çalışmışdır. Vahid Novruzov 1996-cı ilin aprel ayından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına sədr vəzifəsinə təyin olunmuşdur.
Vahid Nəzərov
Vahid Əliş oğlu Nəzərov — Azərbaycan Ağır Atletika Federasiyasının sabiq birinci vitse-prezidenti, milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası == Haqqında == O, dəfələrlə Azərbaycan çempionu tituluna sahib çıxıb. 32 yaşında beynəlxalq dərəcəli hakim adını alıb. Gənc yaşlarından məşqçilik fəaliyyətinə başlayan Nəzərov 17 il Azərbaycan milli komandasında baş məşqçi işləyib. Onun rəhbərliyi altında yığma 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib. Ölkə prezidentinin 25 dekabr 2006-cı il dekabr sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. Nəzərov 1992-ci ildən — 2010-cu ilədək Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti postunda çalışıb. 2009-cu ilin iyul ayında əsas milli komandanın baş məşqçi postundan kənarlaşdırılıb. Onun yerinə bolqarıstanlı Yanko Rusev gətirilib. Nəzərova isə gənclərdən ibarət yığmanın baş məşqçi vəzifəsi tapşırılıb. 1978-ci ildə SSRİ idman ustası olan Nəzərov Azərbaycanda ən gənc əməkdar məşqçi adına layiq görülüb.
Vahid Orucoğlu
Vahid Orucoğlu — aktyor, mətn oxuyan, film səsləndirən. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru. == Həyatı == Vahid Orucoğlu 1986-cı il sentyabr ayının 2-də Bakı şəhərində doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. == Teatr səhnəsində əsas rolları == Teatr səhnəsində rolları . Mim - ("İmperator", Elçin) . Savalan - ("Məhv olmuş gündəliklər", İ.Əfəndiyev) . Vasif - ("İblis", H.Cavid) . Tülkü - ("Tülkü Həccə gedir", A.Şaiq) . Şir - ("Cəsur qurbağa balası", L.Ustinov) . Dəvəçi - ("Şeyx Sənan", H.Cavid) . Həbəş - ("Ezop", G.Fiqeyredo) . Banda üzvü - ("Oliver Tvistin macəraları", Ç.Dikkens) . Şagird - ("Mənim ağ öyərçinim", T.Vəliyeva) . Müəllim - ("Əcəl atı", V.Əlixanlı) . Döyüşçü - ("Romeo və Cülyetta", U.Şekspir) . Ağagül - ("Buzovna kəndinin əhvalatları", Elçin) . Qara div - ("Şahzadə Xəzərin nağılı", K.Ağabalayev, N.Kazımov) . Həsən - ("Əlincə qalası", Dilsuz) . Qaraçı - ("Qaraca qız", S.S.Axundov, A.Şaiq) . Nağılçı - ("Şəngülüm. Şüngülüm, Məngülüm", M.Müşfiq) . II Arlekin - ("Buratinonun macəraları", A.Tolstoy) . Rulle - ("Balaca və damda yaşayan Karlson", A.Lindqren) . Uşaq və kukla - ("Danışan gəlincik", A.Şaiq) . Aşbaz - ("Yatmış gözəl", B.Marvin) . I qatil - ("III Riçard", U.Şekspir) . Alabaş - ("Dəcəl keçi", P.Nurəliyeva) . Şirməmməd - ("Məlikməmməd və sehrli almalar", Azərbaycan xalq nağılı) . I çöl ördəyi - ("Çirkin ördək balası", H.X.Andersen) . Bosxomci - ("Qohumlar", V.Şuqrayeva, Ə.Əmirli) . Mələk; şagird; dost - ("Xortdanın cəhənnəm məktubları", Ə.B.Haqverdiyev) . Mixaylo - ("Ünvansız qatar", Əli Əmirli) . Alik - ("Yarımcıq qalmış", Y.Abramov, L.Bəyim) . Balqabaq - ("Çippolino", C.Rodari) . Tənbəl Əhməd - ("Tənbəl Əhməd", Azərbaycan xalq nağılı. Səhn.: Ə.Qurbanov) . Qldurbaşı - ("Sindbad", Ərəb xalq nağılı) . Səlim - ("Ana", H.Cavid) . Peggi Blunun atası - ("Tanrıya 14 məktub", E.E.Şmidt) . Mazandaranski - ("Oqtay Eloğlu", C.Cabbarlı) . Rasim - ("Şəhərin qış gecələri", Anar) . Toğrul – (“Balaca yaramaz məxluq” İsmayıl İman) . Stansiya rəisi– (“Kod adı VXA” Mehriban Ələkbərzadə) == Filmoqrafiya == Sirat körpüsü (film, 2007) Məhkumlar (film, 2007) Tamahkar (film, 2007) Yaşananlar Tərsinə çevrilə dünya (film, 2011) Həyat varsa...
Vahid Qazi
Vahid Qazi (tam adı: Qazi Vahid Pərviz oğlu; 22 mart 1968, Ağdam) — Azərbaycanlı yazıçı, publisist, bloger. == Həyatı == Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib. Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib. Bir çox ölkədə keçirilən konfranslarda iştirakçı olub, demokratiya problemləri mövzusunda çıxışlar edib. Keçmiş kommunist ölkələrində demokratik mübarizələrə beynəlxalq dəstək layihələrində fəallıq göstərib. Azərbaycanın şəhər və kəndlərində vətəndaş cəmiyyətinin gəlişməsi üçün minlərlə insanı əhatə edən layihələrdə təşkilatçılıq edib.
Vahid Quliyev
Vahid Həbibulla oğlu Quliyev (20 sentyabr 1955, Qumlaq, Cəbrayıl rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir.
Vahid Qurbanov
Vahid Elşad oğlu Qurbanov (27 yanvar 2001; Əyyublu, Tovuz rayonu — 30 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Qurbanov 2001-ci il yanvarın 27-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 2007-2016-cı illərdə E.Bayramov adına Əyyublu kənd tam orta məktəbində, 2016-2018-ci illərdə K.D.Uşinski adına 29 saylı Gəncə şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vahid Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vahid Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vahid Qurbanov oktyabrın 30-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Əyyublu kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vahid Qəhrəmanov
Vahid Pənah oğlu Qəhrəmanov (1900, Qutqaşın – 1978, Bakı) – hüquqşünas, hüquq elmləri doktoru (1950), professor (1951), AMEA-nın müxbir üzvü (1972), Əməkdar hüquqşünas (1966). == Həyatı == Vahid Qəhrəmanov 1900-cü ildə Qəbələ şəhərində anadan olub.1919-cu ildə Nuxa gimnaziyasını bitirib, 1935–1937-ci illərdə Ümumittifaq Hüquq Akademiyasında təhsil alıb. == Əmək fəaliyyəti == Vahid Qəhrəmanov 1926–1928-ci illərdə Ağdamda müstəntiq, daha sonra Kürdəmir qəzasında prokuror işləyib. Naxçıvan MR prokuroru və xalq ədliyyə komissarı (1929–1934), Ordubad Rayon Xalq İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası prokurorunun baş köməkçisi (1934–1935) vəzifələrini icra edib. 1939–1941-ci illərdə Bakı hüquq məktəbinin direktoru, 1943–1978-ci illərdə (fasilələrlə) Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müdiri olub. Vahid Qəhrəmanov Azərbaycan Respublikası Ali Məhkəməsi və Respublika Prokurorluğunda Elmi Məsləhət Şuralarının üzvü, həmçinin Ali və Orta İxtisas Təhsili Nazirliyinin Dövlət və Hüquq üzrə Elmi Şurasının sədri olub. == Akademik fəaliyyəti == Vahid Qəhrəmanov 1943-cü ildə Tbilisi şəhərində dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1950-ci ildə Moskvada elmlər doktoru elmi adlarını alıb. 1951-ci ildə professor elmi adı verilib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Vahid Qəhrəmanov Azərbaycanda hüquq təhsili və hüquq elminin ilk yaradıcılarından biri, cinayət hüququ sahəsində tanınmış mütəxəssislərdəndir.
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki. 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km eləyir.
Məcnun Vahidov
Məcnun Vahidov — Azərbaycanlı müəllim-pedaqoq, yazıçı-ssenarist. Texnika elmləri namizədi, dosent. == Həyatı == Məcnun Abdulvahid oğlu Vahidov 27 iyul 1946-cı ildə Ağdaşda anadan olub. 1969-cu ildə AzNKİ-nun Neft-mexanika fakültəsini bitirib və ömrününü sonuna kimi də bu təhsil ocağında çalışıb. Mancanaq dəzgahların optimal layihələşdirilməsi ilə məşğul olub. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Şahmat bəstəçiliyi üzrə idman ustası idi. "Şahmat bəstəçiliyi" və "Karavan mansub na Velikom Şelkovom" kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası nəzdində şahmat bəstəçiliyi üzrə komissiyasının sədri və Azərbaycanın yığma komandasının kapitanı olub. 200-ə qədər şahmat məsələləri və etüdləri tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb.
Mənzil (ölçü vahidi)
Mənzil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Uzunluq olcu vahidlərindən biri də mənzildir. Hər hansı uzaq yolun bolunduyu, yaxud konkret bir zaman ərzində getmək mumkun olan ayrı-ayrı hissələri mənzil (dayanacaq, yaşayış yeri, duşərgə) adlandırılmışdır. "Bir saatlıq mənzil", "bir gunluk mənzil", "bir həftəlik" və ya "bir aylıq mənzil" ifadələri məhz muəyyən zaman ərzində getmək mumkun olan yolu bildirir. Karvanın 1 gundə gedəcəyi yol (29-30 km) da mənzil adlanır. Turk xalqlarında, eyni zamanda azərbaycanlılar arasında 1 gundə dayanmadan gedilən yola ulu mənzil deyilir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Məryəm Vahidova
Məryəm Adıyevna Vahidova (15 oktyabr 1959, Qazaxıstan) — Sovet və rus filoloqu, publisist və ictimai-siyasi xadim, jurnalist, Mixail Lermontov, A. Puşkin, Lev Tolstoy və başqalarının tədqiqatçısı. O, Beynəlxalq Fundamental Təhsil Universitetinin (IUFS) təşkilatçılığı ilə 11–12 noyabr 2014-cü il tarixlərində Sankt-Peterburqda keçirilən VI Dünya Elmi Konqresində Oksford Universitetindən fəxri fəlsəfə doktoru (Ph. D.) diplomu aldı. Elə orda Dostoyevskinin "Gözəlliyə görə. "Humanizm, Ədalət" medalı və "Şərəf və Cəsarət" ordeni ilə də təltif edilmişdir. 2017-ci ildə incəsənət və mədəniyyət sahəsində Fəxri Böyük Doktor Diplomunu almışdır (No 17 08 00041). 9 oktyabr 2018-ci ildə Jurnalistika və Ədəbiyyat üzrə Böyük Doktor diplomu alıb, Tacikistan Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib. == Həyatı == Məryəm Adıyevna Vahidova 15 oktyabr 1959-cu ildə Qazaxıstanda anadan olub. O, 1985-ci ildə N. K. Krupskaya adına Semipalatinsk Pedaqoji İnstitutunu bitirib. İxtisasca filoloqdur.
Narkotik maddələri haqqında vahid Konvensiya
Narkotik maddələri haqqında vahid Konvensiya (1961) (1972-ci ildə düzəliş edilmişdir) — məqsədi, sirr (marixuana, həşiş və s.), kokain (digər ecognin esterləri ilə birlikdə) və tiryək (morfin, eroin, tibbi məqsədlər xaricində kodein və s.) 1931-ci il Paris Konvensiyasını dəyişdirdi. == Birləşmiş Millətlər Təşkilatının Narkotik maddələri ilə Mübarizə Konvensiyasının Qəbulu == Konfrans, BMT Baş Assambleyasının 1395 (XIV) qətnaməsi ilə narkotiklərə nəzarət sahəsində texniki yardımın göstərilməsinə dair xüsusi tədbirlərin təsis edilməsi məqsədi ilə keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası, 28 iyul 1958-ci il tarixli 689 J (XXVI) saylı qərarla, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 62-ci maddəsinin 4-cü bəndinə və Baş Məclisin 366 (IV) saylı qətnaməsinə əsasən qərar verdi. 3 dekabr 1949-cu ildə, bu sahədə mövcud olan çoxtərəfli müqavilələri tək bir sənədlə əvəzləyən Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın qəbul edilməsi, müstəsna olaraq narkotik nəzarətinə cavabdeh olan beynəlxalq müqavilə qurumlarının sayını azaltmaq üçün səlahiyyətli nümayəndələrin konfransını çağırmaq; və narkotik xammal istehsalına nəzarət yaratmaq. Birləşmiş Millətlər Təşkilatının Narkotik Narkotiklərlə Mübarizə Konvensiyasının Qəbulu üzrə Konfransı, 24 Yanvar-25 Mart 1961-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirildi. İşdə 73 ştatın nümayəndələri iştirak etdi. Konfransda BMT-nin aşağıdakı ixtisaslaşmış qurumları təmsil olunmuşdur: Ümumdünya Səhiyyə Təşkilatı; Beynəlxalq Mülki Aviasiya Təşkilatı; Beynəlxalq Əmək Təşkilatı; Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı. Konfransda aşağıdakı beynəlxalq qurumlar təmsil olundu: Daimi Mərkəzi Tiryək Komitəsi; Narkotik dərmanlara nəzarət orqanı. Konfransda aşağıdakı qeyri-hökumət təşkilatları da təmsil olundu: Beynəlxalq Katolik Xeyriyyə Konfransı; Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyası; Beynəlxalq Cinayət Polisi Əməkdaşlıq Təşkilatı. Konfransın işinin nəticəsi Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın qəbul edilməsinə dair 5 qətnamənin qəbulu, eyni zamanda 1961-ci il Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın mətninin təsdiqlənməsi olmuşdur.
Nyuton (ölçü vahidi)
Nyuton — BS-də qüvvənin vahididir N {\displaystyle N} kimi işarə olunur. Qüvvəni İsaak Nyuton kəşf etdiyinə görə, onun şərəfinə belə adlandırılmışdır.
Om (ölçü vahidi)
Om (beynəlxalq işarəsi: Ω, rusca işarəsi: Om) – 1960-cı ildə rəsmi olaraq BS-də Elektrik müqavimətinin vahidi kimi qəbul edilmişdir. Om elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Om ölçü vahidi alman alimi Georq Simon Omun şərəfinə adlandırılmışdır. Omun tərsi olan ölçü vahidi elektrik keçiriciliyin vahidi olan Simensdir.
Para (pul vahidi)
Para (türk. para, serb. пара, rum. para) — müxtəlif ölkələrdə xırda pul vahidinin adı. == Türkiyə == Para ilk dəfə 1623-cü ildə Osmanlı İmperiyasında gümüş sikkə şəklində buraxılmışdır. Əvvəlcə sikkənin çəkisi 1,1 q idi, 19-cu əsrin əvvəllərində tədricən azalmağa başladı və 0,22 q çatdı. Gümüşün əyarı da düşürdü. Məsələn, 1757-ci ildə sikkələr 520-ci, 1800-cü ildə isə 420-ci əyarlı gümüşdən zərb edilirdi. 1687-ci ildən ikiqat para da zərb edilməyə başlandı. Avers hissəsində sultanın adı, reversdə isə zərb olunma yeri və tarixi qeyd olunurdu.
Paskal (ölçü vahidi)
Paskal (beynəlxalq işarəsi: Pa, rusca işarəsi: Па) – BS-də Təzyiqin vahididir. Paskal ölçü vahidi fransız alimi Blez Paskalın şərəfinə adlandırılmışdır. == Əsas vahidlərlə ifadə olunması == 1 P a = 1 N m 2 = 1 k g m .
Pul vahidi
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Qol (ölçü vahidi)
Qol — əsas arxdan ayrılan bilək yoğunluğunda su axıdan arx. == Ümumi məlumat == Əkinləri suvararkən axıdılan suyun miqdarını ölcmək üçün qol sözündən istifadə edilmişdir. Qol əsas arxdan ayrılan şırımdır. Qol təxminən bilək yoğunluğunda su axıdan arxıdır. Çayın qolu ifadəsi də yuxarıdakı mənaya uyğun gəlir. Böyük çaylara qarışan xırda çaylar qol adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Qrenlandiya(inzibati vahid)
Qrenlandiya (qrenlandca:Kalaallit Nunaat; dan. Grønland) — Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazi. Sahəsi 2 166 086 km², dünyanın ən böyük adası. == Adın etimologiyası == Qrenlandiya adı iki dan sözündən — grøn (yaşıl) və land (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl el", "yaşıl diyar" mənasını verir. Azərbaycan dilinə Qrenlandiya sözü rusca Гренландия sözündən keçib. == Tarix == Danimarka artıq üç yüz ildir ki, Qrenlandiyaya nəzarət edir. 1979-cu ildə əraziyə məhdud suverenlik verilib. Danimarkanın keçmiş müstəmləkəsi 21 iyun 2009-cu ildə müstəqilliyini elan edib. Bu addım 2008-ci ilin noyabr ayında keçirilmiş referendumun nəticələrinə əsasən atılıb. Onda adanın əhalisinin böyük əksəriyyəti geniş muxtariyyəti dəstəkləmişdi.
Rəhim Vahidov
Vahidov Rəhim Məcid oğlu (15 dekabr 1914, Ağdaş – 1994, Bakı) — Azərbaycan, sovet arxeoloqu, tarix elmləri doktoru, Mingəçevir, Torpaqqala, Gavurqala və s. qədim və erkən orta əsr abidələrinin tədqiqatçısı. == Həyatı == Rəhim Vahidov 1914-cü il dekabrın 15-də Yelizavetpol quberniyasının Ərəş qəzasının, Üçqovaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndinin məktəbində alıb. Sonra Bakıda qatar mühəndisliyi kursunda oxumuş və bir müddət Gəncədəki dəmir yolu deposunda işləmişdir. 1935-1936-cı illərdə Göyçay rayonu Bığır kəndində məktəbdə müəllim kimi çalışmışdır. 1937-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İkinci Dünya Müharibəsi zamanı 402-ci Diviziyanın 840-cı Piyada alayının 3-cü Piyada Batalyonunun leytenant rütbəsində komandiri olmuşdur. “Almaniya üzərində qələbəyə görə” və “Qafqazın müdafiəsinə görə” medallarına layiq görülmüşdür. === Arxeoloji fəaliyyəti === Müharibədən sonra Azərbaycan Tarixi Muzeyində işləməyə başlamışdır.
Sahə (ölçü vahidi)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. == Müəyyən edilməsi == Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür. Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı tərəfindən hazırlanmış və yalnız AB ölkələrini əhatə etmişdir. NUTS kodları ölkə standartlarını müəyyən edən iki hərf ilə başlayır ISO 3166-1 «alpha-2» (istisna olmaqla, İngiltərəni qeyd etmək üçün "GB" istifadə olunur, "Great Britain"). NUTS kodunun növbəti hərifi ISO 3166-2 uyğun olaraq inzibati müəssisələrin kodlarına cavab verir. İkinci və üçüncü səviyyədə ərazi bölgüsü hər bir simvolu ilə göstərilmişdir - 1-dən 9-a qədər ədədlər istifadə olunur, lakin bu səviyyədə daha çox ərazi vahidləri varsa, latın əlifbasının baş harfləri də istifadə olunur. == Səviyyələr == Hazırda standart üç səviyyəli NUTS vahidlərini, eləcə də yerli idarəetmə vahidlərini müəyyən edir (ing. local administrative unit, LAU). Bəzi ölkələr üçün bəzi səviyyələr mövcud olmaya bilər. Məsələn, Lüksemburq üçün yalnız yerli inzibati vahidlər müəyyən edilir və bütün NUTS vahidləri ölkə ilə üst-üstə düşür.
Səfəvilər dövründə inzibati-ərazi vahidləri
Səfəvilər dövlətinin inzibati ərazi vahidləri — Səfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı.
Tacəddin Vahidov
Tesla (ölçü vahidi)
Tesla (beynəlxalq işarəsi: T, rusca işarəsi: Tl) – maqnit induksiyası vahidi olub, serb dahisi Nikola Teslanın şərəfinə adlandırılmış və 1960-cı ildə BS-də törəmə vahidlər sırasında daxil edilmişdir. == Vahidlərlə ifadə olunması == T = V ⋅ s m 2 = N A ⋅ m = J A ⋅ m 2 = H ⋅ A m 2 = W b m 2 = k g C ⋅ s = N ⋅ s C ⋅ m = k g A ⋅ s 2 {\displaystyle \mathrm {T} ={\dfrac {\mathrm {V} \cdot {\mathrm {s} }}{\mathrm {m} ^{2}}}={\dfrac {\mathrm {N} }{\mathrm {A} {\cdot }\mathrm {m} }}={\dfrac {\mathrm {J} }{\mathrm {A} {\cdot }\mathrm {m} ^{2}}}={\dfrac {\mathrm {H} {\cdot }\mathrm {A} }{\mathrm {m} ^{2}}}={\dfrac {\mathrm {Wb} }{\mathrm {m} ^{2}}}={\dfrac {\mathrm {kg} }{\mathrm {C} {\cdot }\mathrm {s} }}={\dfrac {\mathrm {N} {\cdot }\mathrm {s} }{\mathrm {C} {\cdot }\mathrm {m} }}={\dfrac {\mathrm {kg} }{\mathrm {A} {\cdot }\mathrm {s} ^{2}}}} Düsturda göstərilən vahidlər: A: amper. BS-də əsas vahiddir. C: kulon. BS-də törəmə vahiddir. kg: kiloqram. BS-də əsas vahiddir. m: metr. BS-də əsas vahiddir. N: nyuton.
Torpaq (ərazi vahidi)
Torpaq — Almaniya və Avstriyanın federativ dövlət quruluşunun əsasını təşkil edən inzibati-ərazi vahidi. Avstriya 9, Almaniya isə 1990-cı ildən etibarən 16 torpağa bölünür.
Tuluq (ölçü vahidi)
Tuluq — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və ölçmək üçün istifadə edilən əşya. == Ümumi məlumat == Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab mənim bir öynəmin xörəyidi" (Koroğlu dastanı). == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.
Tümən (pul vahidi)
Tümən (və ya "toman"), (fars. تومان‎, ing. toman) — İran İslam Respublikasının rəsmi pul vahidi. == Etimologiya == Fars dilindəki تومان‎ (tumân) sözü, qədim türk və ya monqol dilində "on minlik" mənasına gələn түмэн (tümen) sözündən keçmişdir. Qədim monqol-tatar hərb sistemində 10 min əsgərdən ibarət ordu birləşməsinə tümən deyilmişdir. == Tarix == XVII əsrdən 1927-ci ilə qədər Qacar hakimiyyəti dönəmində İran ərazində rəsmi pul vahidi tümən adlandırılmışdır. Bir tümən 10 min dinara bərabər olub. Əskinaslar İran İmperiya Bankı tərəfindən dövriyyəyə buraxılıb. 1932-ci ildə İranda pul islahatları aparılıb və tümən 1:10 nisbətində İran rialına dəyişdirilib. 2020-ci ilə qədər dövlət valyutasının adı rial olsa da, pərakəndə ticarətdə qiymətlər bir qayda olaraq tümənlə göstərilmiş və xalq arasında da pulun adı tümən olaraq qalmağa davam etmişdir.
Təbriz tüməni (pul vahidi)
Təbriz tüməni -Ağqoyunlular, Qaraqoyunlular, Əfşarlar, Səfəvilər və Zəndlər dövrlərində olmuş pul.
VI Mehmed Vahideddin
VI Mehmed Vəhidəddin (osman. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.
VI Mehmed Vahidəddin
VI Mehmed Vəhidəddin (osman. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.

Значение слова в других словарях