ZAUR

Bax: Zair. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZAT
ZAVOD
OBASTAN VİKİ
Zaur (ad)
Zaur — Qafqazın ən məşhur kişi adlarından biri. Ərəb dilində "zəvvar" mənasında işlənir və ziyarət edən, ziyarətçi anlamına gəlir. Bundan başqa bu ad ərəb dilində Aslan nəriltisinə də uyğun gəlir. Gürcüstan, Azərbaycan və İtaliya müxtəlif yazılma və tələffüz olunma şəklində geniş yayılıb. Zaur Rzayev — müğənni Zaur Məhərrəmov — Rejissor. Operator. Ssenari müəllifi. Zaur Tağızadə — Azərbaycan futbolçusu. Zaur Ustac — Azərbaycanlı yazıçı. Zaur Kamal — Azərbaycanlı aparıcı.
Zaur Askenderov
Zaur Askenderov (12 iyul 1970, Məmmədqala, Dağıstan MSSR) — Rus iş adamı, ictimai və siyasi xadim. 30 sentyabr 2021-ci ildən Dağıstan Respublikası Xalq Məclisinin sədri. Əvvəllər Rusiya Federasiyası Federal Məclisi VI və VII çağırış Dövlət Dumasının deputatı, Vahid Rusiya fraksiyasının üzvü olmuşdur. Dövlət Dumasının İqtisadi Siyasət, Sənaye, İnnovativ İnkişaf və Sahibkarlıq Komitəsinin üzvü olur. "İş Rusiyası" Ümumrusiya ictimai təşkilatının Dağıstan regional şöbəsinin sədridir Milliyyətcə qumuqdur. Dağıstan Respublikası Xasavyurd rayonunun Kostek kəndindəndir. == Bioqrafiyası == 2009-cu ildə Dünya İqtisadiyyatı İnstitutunun Dünya İqtisadiyyatı ixtisasını bitirir. 2015-ci ildə Dağıstan Dövlət Universitetində yenidən hazırlıq keçir. 2016-cı ildə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında təhsil alır. 1988-ci ildə Mikoyan ət kombinatında işçi olaraq çalışır və daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Zaur Axundov
Zaur Valeh oğlu Axundov (6 iyul 1971, Tovuz – 29 mart 1994, Koxanəbi, Tovuz rayonu) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Zaur Axundov 1971-ci il iyul ayının 6-da Tovuz şəhərində anadan olub. 1978-ci ildə Tovuz şəhəri Nəsirəddin Tusu adına orta məktəbdə 1-ci sinifə gedib, 1988-ci ildə orta məktəbi bitirib. Sovet ordusunda 1989-cu ildə Rusiyanın Krasnoyarsk diyarının Abakan şəhərində əsgəri xidmətdə olub. 1991-ci ildə hərbi xidmətini başa vurub. Z.Axundov əsgəri xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Tovuz istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 1992-ci ildən 1994-cü ilin 29 mart tarixinə qədər düşmənlə üzbəüz mövqelərdə döyüşüb. Z.Axundov 1994-cü il martın 29-da Ermənistan ordusunun atdığı tank mərmisinin zərbəsinə tuş gələrək 11 nəfər döyüşçü yoldaşı ilə birgə həlak olub. Tovuz rayonunun Koxanəbi ərazində Sulutəpə zirvəsində şəhid olan Z.Axundov rayonun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. == Xatirəsi == 2005-ci ildə Z.Axundovun qardaşı taekvondo ustası Ümid Axundov tərəfindən şəhidin adını daşıyan taekvondo klubu yaradılıb.
Zaur Ağalı
Zaur Kamil oğlu Ağalı (11 dekabr 1996, İstisu, Lənkəran rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib 2015-ci aprel ayında həqiqi hərbi xidmətə yollanıb 2016-ci ildə oktyabr ayında xidmətə başa vurub qayıdıb. 2017-ci ildə ailə həyatı qurub. 2018 iyulun 7-sində bir Oğlan övladı dünyaya gəlib. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərndə savaşıb. Zaur Ağalı Füzuli istiqamətinndə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Zaur Ağalı oktyabrın 22-də yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zaur Ağamalıyev
Zaur Aşiq
Zaur Baxşəliyev
Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet" və "Ədəbiyyat" dövri mətbuat orqanlarında müxbir kimi çalışıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) aparıcısı və layihə rəhbəridir. "Ömrün səhifələri, "Yağ kimi", "Yeri var", "Bizim səhər", "Xalq ulduzu", "Onun yarısı", "Bəxtəvər", "Tanıdım səni", "Məni yarımdan soruş", "Bu stil mənim", "Ümid var", "Öz aramızda", "Fort Boyard" kimi mədəni-maarif, sosial-analitik, şou xarakterli populyar, reytinqli verilişlərin müəllifi və aparıcısı olub. Hazırda müəllifi olduğu "BizimləSən" sosial-analitik və "Zaurla Günaydın" musiqili-əyləncəli proqramlarına aparıcılıq edir. Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07.11.2016-cı il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. == Bioqrafiya == Zaur Lətif oğlu Baxşəliyev 26 fevral 1981-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Şuşa şəhərindən məcburi köçkün kimi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində məskunlaşıb. 1992-ci ildə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsilini davam etdirib.
Zaur Botayev
Zaur Amaludinoviç Botayev (6 may 1979-cu il, Xasavyurt, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sərbəst güləş üzrə çıxış edən Rusiya güləşçisi, Avropa çempionu (2002), Dünya Çempionatın mükafatçısı (2002), Rusiya çempionatlarının çoxqat mükafatçısı, hərbi qulluqçuların arasında dünya çempionu. Rusiyanın əməkdar idmançısı. Krasnoyarsk dövlət pedaqoji universitetinin məzunudur. İ. Xojikov onun birinci məşqçisi olmuşdur. 1998-ci ildən Rusiyanın yığma komandasının üzvü idi, 2007-ci ildə böyük idmanı tərk etdi. == Xarici keçidlər == Zaur Botayev müxtəlif çempionatlarda infosport.ru saytında profili Мовлади Абдулаев. "Заур Ботаев". wsport.su. Энциклопедия чеченского спорта. 2013-07-03.
Zaur Cavanşir
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. == Həyatı == Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Zaur Cəfərov
Zaur Cəfərov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi. Zaur Cəfərov (pauerliftinqçi) — Azərbaycan pauerliftinqçisi.
Zaur Dadaşov
Zaur Zümrüd oğlu Dadaşov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib. == Hərbi xidmətləri == 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHQ kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.12 oktyabr Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.
Zaur Darğalı
Zaur Darğalı və ya Zaur Darğallı — 2017–2019-cu illər Kvemo Kartli bölgə qubernatorunun müavini. 2019-cu ilin 19 may tarixində keçirilən seçkilərə əsasən 78,6% səs toplayaraq Marneulinin bələdiyyə sədri seçilib. == Həyatı == Zaur Darğalı 4 iyul 1988-ci ildə anadan olub. O, 2005–2009-cu ildə İlia adına Dövlət Universitetinin Kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb, bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. Azərbaycan, gürcü, rus, ingilis, türk dillərini bilir. == Fəaliyyəti == Zaur Darğalı 2007–2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli Gənclər Şurasının üzvü olub. O, 2007–2011-ci ilər ərzində Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, "Timer" qəzeti kimi media təşkilatlarında çalışıb. Zaur Darğalı 2008–2011-ci illərdə Marneuli Gənclər Mərkəzinin layihələr üzrə meneceri vəzifəsini icra edib. Həmçinin 2008–2011-ci illərdə müxtəlif layihələrdə fəal şəkildə iştirak edib, onlardan "Effektiv inteqrasiya naminə, daha yaxşı komunikasiya" (layihə eyni zamanda məcburi köçkün şəxslərlə bağlı məsələləri nəzərdə tuturdu), "Marneuli QHT-ləri inkişaf və əməkdaşlıq forumu" (layihə Marneulidə 12 QHT-nı əhatə edib) və s.
Zaur Dövlətov
Zaur Zahid oğlu Dövlətov (9 mart 1995; Abşeron rayonu, Azərbaycan — 12 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Zaur Dövlətov 9 mart 1995-ci ildə Abşeron rayonunda anadan olmuşdur. Əslən Lənkəran rayonundandır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində ali təhsil almışdır. Müharibəyə qədər Türkiyənin Antalya ilinin Kəmər ilçəsindəki beşulduzlu otellərin birində animator olaraq çalışırdı. Subay idi. == Hərbi xidməti == Zaur Dövlətov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zaur Dövlətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Zaur Hümbətov
Zaur Hüseynov
Zaur Hüseynov (dövlət xadimi) — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri. Zaur Hüseynov (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Zaur Hüseynov (mayor) — Vətən Müharibəsi Qəhrəmanı. Zaur Hüseynov (əsgər) — Vətən Müharibəsi şəhidi.
Zaur Həsənov
Zaur Həsənov (aqronom)
Zaur Həşimov
Həşimov Zaur Tahir oğlu (24 oktyabr 1981, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. == Həyatı == Zaur Tahir oğlu Həşimov 24 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Futbola 7 yaşında başlayıb. Sumqayıt futbol məktəbinin yetirməsidir. İlk məşqçisi Tofiq Rzayev və Ağamusa Bağırov olmuşdur. == Karyerası == Premyer-liqada "U-18", "Şəfa" (Bakı), "Xəzər Universiteti" (İndiki İnter Bakı) klublarında oynayıb. 2007/08 mövsümündə "MKT-Araz" (İmişli) klubuna keçib. İlk oynunu UEFA kubokunda "Qroçilina" klubuna qarşı keçirib. İmişli təmsilçisi zəif oyundan sonra komanda dağılıb və Həşimov "Xəzər Lənkaran"a transfer olunub. Qış fasiləsində isə "Qarabağ"ın 4 nömrəsi olub.
Zaur Kabisov
Zaur Kabisov (oset. Къæбысты Зауыр, 27 iyul 1936 – 9 sentyabr 2014) — Osetiyalı yazıçı, jurnalist, publisist, osetin dilində ilk elmi-fantastik romanın müəllifi. == Bioqrafiyası == Zaur Kabisov kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində, orta məktəbi isə Cava rayonu Kemult orta məktəbində bitirib. 1956-cı ildə Tsxinvali (Cənubi Osetiyanın paytaxtı) şəhərindəki Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsi, Osetiya şöbəsinə daxil olur. İnstitutu bitirdikdən sonra on iki il Cənubi Osetiya Muxtar Vilayətinin Leninqorsk rayonunda məktəb müəllimi olaraq çalışır. 1973-cü ildə Tsxinvali şəhərinə köçür və "Soveton İrıston" ("Sovet Osetiyası") vilayət qəzetinin redaksiyasında əvvəlcə tərcüməçi olaraq çalışır, lakin qısa müddət sonra müxbir olur. 1975-1992-ci illərdə "İriston" ("Osetiya") nəşriyyatında redaktor, 1992-2014 -cü illərdə Cənubi Osetiya Respublikası Yazıçılar Birliyinin orqanı olan "Fidiuaq" jurnalının məsul katib olaraq fəaliyyət göstərir. 1976-cı ildən SSRİ Yazıçılar Birliyinin üzvü, sonradan isə Cənubi Osetiya Birliyinin üzvü olur. Yazmağa hələ orta məktəb şagirdi ikən olarkən başlayır.
Zaur Kamal
Zaur Kamal (tam adı: Zaur Kamal oğlu Gülməmmədov, 19 dekabr 1974, Bolnisi rayonu) — Əməkdar mədəniyyət işçisi, müğənni, şoumen, radio dj, jurnalist, televiziya aparıcısı. == Həyatı == Zaur Kamal 19 dekabr 1974-cü ildə Bolnisidə anadan olmuşdur. Orta məktəbi Bolnisi rayonunda başa vurduqdan sonra 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurub. Evlidir, Bartu və Rüstəm adlı iki oğlan övladı var. == Karyerası == Zaur Kamal aparıcılıq fəaliyyətinə 1998-ci ildə başlayıb. İlk dəfə "Burc FM" (hazırda 100.5 FM) radiosunda "Poliqon" verilişinin aparıcısı olub. Daha sonra Xəzər TV-də teleaparıcılq fəaliyyətinə də başlayıb. Televiziyada ilk layihəsi "Ay Zaur" verilişi olub. Daha sonra "5-də 5" layihəsi ilə də məşhurlaşıb.
Zaur Kantemirov
Zaur İslam oğlu Kantemirov (28 avqust 1942, Bakı – 27 sentyabr 2021, Bakı) — Azərbaycan Respublikasının əməkdar rəssamı (1992), qrafika, plakat, rəngkarlıq, monumental sənət, sənaye dizaynı, fotoqrafiya sahələrində böyük uğurlar qazanmış müasir Azərbaycan rəssamıdır. == Həyatı == Zaur İslam oğlu Kantemirov 1942-ci il avqust ayının 28-də Bakıda dünyaya gəlib. O, M. Əliyev adına Dövlət İncəsənət İnstitutunun məzunudur. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək fantastik layihələrə imza atıb. "Şüşə qəlbli" təxəllüsünü də elə bu işlərinə görə qazanıb. Görkəmli sənətkar 27 sentyabr 2021-ci ildə 79 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
Zaur Kərimov
Zaur Saleh oğlu Kərimov (2 fevral 1996, Atakişili, Kürdəmir rayonu – 27 oktyabr 2020, Qubadlı) — Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Zaur Kərimov 2 fevral 1996-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra Bərdədə hərbi kurs keçmişdir. Hərbi kursu bitirən Zaur yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur və Xüsusi Təyinatlı Qüvvələrdə əsgər olaraq xidmətinə davam edir. Azərbaycan Ordusunun əsgəri olan Zaur Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Kərimov 28 oktyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Çanaqçı-Şuşa istiqamətində ağır döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 28 oktyabrda Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Zaur Mikayılov
Zaur Rauf oğlu Mikayılov (1974, Şamaxı rayonu) — Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri (2023). == Həyatı == Zaur Rauf oğlu Mikayılov 1974-cü ildə Şamaxı rayonunda anadan olub. 1999-cu ildə Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib. Ailəlidir, üç övladı var. == Karyerası == 1999–2009-cu illərdə Telekommunikasiya sahəsində Mobil operatorlarda Marketinq meneceri, Baş kommersiya müdiri, Baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb. 2009–2016-cı illərdə Paşa İnşaat şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub. 2016–2018-ci illərdə Agro Dairy MMC-də Baş Menecer vəzifəsində çalışıb. Adıçəkilən şirkət "Paşa Holdinq"in strukturuna daxildir. 2018–2021-ci illərdə Azərbaycan Supermarketləri MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
Zaur Mirzǝzadǝ
Zaur Mirzəzadə (23 sentyabr 1983, Bakı) — Prodüser, kino prodüser, kino rejissor, ssenari müǝllifi. == Həyatı == Mirzǝzadǝ Zaur Mübariz oğlu 23 sentyabr 1983-cü ildǝ Bakıda anadan olub. 1990-cı ildǝ 189 saylı orta mǝktǝbǝ daxil olub, 1995-ci ildǝ "287 saylı Zǝkalar" liseyinǝ daxil olub, 2000-ci ildǝ hǝmǝn liseyi bitirib. Süleyman Əlǝsgǝrov adına 1 nömrǝli musiqi mǝktǝbindǝ tar ixtisası üzrǝ tǝhsil alıb. 2000-ci ildǝ Bakı Dövlǝt Universitetinin biologiya fakültǝsinǝ daxil olub, amma bu ixtisas üzrǝ tǝhsilini davam etdirmǝk istǝmǝdiyindǝn bu sahǝdǝ tǝhsilini yarımçıq qoyub. 2001-ci ildǝ "Neft vǝ Qaz yataqlarının işlǝnmǝsi vǝ istismarı" fakültǝsinǝ daxil olub, 2005-cı ildǝ bitirib. 2005-2006-ci illǝrdǝ ordu sıralarında xidmǝt edib. 2007 vǝ 2008-ci illǝrdǝ Ukraynada 2017-2018-ci illǝr isǝ Çexiyada rejissorluqdan vǝ prodüser işindǝn masterklasslar almışdır. Hal hazırda ikinci ali tǝhsilini alır. == Fǝaliyyǝti == İncǝsǝnǝtǝ hǝdsiz maraq göstǝrǝn Mirzǝzadǝ, 2007-ci ildǝ tǝhsilini davam etdirmǝk üçün Ukraynanın paytaxtı Kiyev şǝhǝrinǝ yola düşür, rejissorluqdan master klasslar alır.
Zaur Mirzəzadə
Zaur Mirzəzadə (23 sentyabr 1983, Bakı) — Prodüser, kino prodüser, kino rejissor, ssenari müǝllifi. == Həyatı == Mirzǝzadǝ Zaur Mübariz oğlu 23 sentyabr 1983-cü ildǝ Bakıda anadan olub. 1990-cı ildǝ 189 saylı orta mǝktǝbǝ daxil olub, 1995-ci ildǝ "287 saylı Zǝkalar" liseyinǝ daxil olub, 2000-ci ildǝ hǝmǝn liseyi bitirib. Süleyman Əlǝsgǝrov adına 1 nömrǝli musiqi mǝktǝbindǝ tar ixtisası üzrǝ tǝhsil alıb. 2000-ci ildǝ Bakı Dövlǝt Universitetinin biologiya fakültǝsinǝ daxil olub, amma bu ixtisas üzrǝ tǝhsilini davam etdirmǝk istǝmǝdiyindǝn bu sahǝdǝ tǝhsilini yarımçıq qoyub. 2001-ci ildǝ "Neft vǝ Qaz yataqlarının işlǝnmǝsi vǝ istismarı" fakültǝsinǝ daxil olub, 2005-cı ildǝ bitirib. 2005-2006-ci illǝrdǝ ordu sıralarında xidmǝt edib. 2007 vǝ 2008-ci illǝrdǝ Ukraynada 2017-2018-ci illǝr isǝ Çexiyada rejissorluqdan vǝ prodüser işindǝn masterklasslar almışdır. Hal hazırda ikinci ali tǝhsilini alır. == Fǝaliyyǝti == İncǝsǝnǝtǝ hǝdsiz maraq göstǝrǝn Mirzǝzadǝ, 2007-ci ildǝ tǝhsilini davam etdirmǝk üçün Ukraynanın paytaxtı Kiyev şǝhǝrinǝ yola düşür, rejissorluqdan master klasslar alır.
Zaur Mədətov
Zaur Kamal oğlu Mədətov (16 noyabr 1999; Sumqayıt, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə qəbul olub. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam edib və 2017-ci ildə təhsilini bitirib. İdmanın cüdo növü ilə məşğul olub, Azərbaycan daxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb. Subay idi. == Hərbi xidməti == Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabrın əvvəllərində döyüşlərə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Mədətov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Təhminə və Zaur
Təhminə və Zaur (sinql)
Zaur Cəfərov (pauerliftinqçi)
Zaur Cəfərov (tam adı: Cəfərov Zaur Əliağa oğlu; 5 sentyabr 1982, Sumqayıt) — Azərbaycan pauerliftinqçisi, 6 qat dünya, 6 qat Avropa çempionu, Azərbaycanın əməkdar idman ustası, elitar idmançı, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli hakim, dünya və Avropa rekordçusu, mütləq dünya və mütləq Avropa çempionu, dünya kubokunun sahibi, Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin üçqat qalibi və iki dəfə mütləq çempionu, Qran-Prinin qalibi, dəfələrlə Respublika çempionu. Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini 2-dəfə yerinə yetirmış yeganə Elitar idmançı. 2022-ci ildə Rusiyada keçirilən dünya kubokunda Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini yerinə yetirərək "Elitar idmançı" titulunu qazanıb. 2023-cü ildə Qırğızıstanda keçirilən Avropa çempionatında ikinci dəfə "Elitar idmançı" tituluna yiyələnib. Göstərdiyi yüksək nəticələrə görə Pauerliftinq üzrə Ümumdünya İdman Təşkilatının rəhbərliyi tərəfindən 2023-cü ildə Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-Pri turnirində pauerliftinqin ən yüksək mükafatı olan "Elitar üzüklə" təltif olunub. == Bioqrafiyası == === Təhsili === 5 sentyabr 1982-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 32 nomrəli Texniki və Təbiət Elmləri liseyində alıb. 1998–2002-ci illərdə Azərbaycan Texniki Universitetinin (MBM) "Mühəndis biznesi və menecment" fakültəsini bakalavr, 2002–2004-cü illərdə Azərbaycan İqtisad universitetinin "İqtisadiyyat və idarətmə" fakültəsini fərqlənmə diplomu ilə magistraturasını bitirib. 2004–2007-ci illərdə Sumqayıt Dövlət Universitetinin "Aqrar sahədə heyətin idarə edilməsi" ixtisası üzrə doktoranturanı müdafiə etmişdir. === İdmançı karyerası === 1997-ci ildən etibarən həvəskar idmanla məşğul olmağa başlayıb, sonralar isə pauerliftinq idman novündə respublika cempionatlarına qatılıb.
Zaur Cəfərov (polkovnik-leytenant)
Zaur Hüseyn oğlu Cəfərov (4 mart 1980, Başlıbel, Kəlbəcər rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə anadan olmuşdur. === Təhsili === İbtidai təhsilinə 1986-cı il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlamışdır. 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçmüşdür. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil almışdır. === Ailəsi === Zaur Cəfərov ailəli idi. 2 qız, bir oğul övladı var. == Hərbi xidməti == 2001-ci ildə ali hərbi məktəbi bitirərək həmin il Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib.
Zaur Hüseynov (dövlət xadimi)
Zaur Hüseynov (tam adı:Zaur Mir Tofiq oğlu Hüseynov; — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri. == Həyatı == Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirmişdir. Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.
Zaur Hüseynov (hərbçi)
Zaur Rahat oğlu Hüseynov (26 avqust 1987, Salyan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Zaur Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda hərbiçi ailəsində anadan olub. 1994-2002-ci illərdə Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə 8-ci sinifə qədər təhsil alıb. Uşaqlıqdan rəssamlıqla məşğul olduğundan o illərdə həmin məktəbin şagird rəssamı adını da qazanmışdır. Həmin illərdə təşkil olunan rəsm sərgilərində bir neçə dəfə şəhər birinciliyini, həmçinin Şəhər olimpiyadalarında Azərbaycan dili fənni üzrə də birincilik əldə etmişdir. Bədən tərbiyyəsi dərslərində fəal iştirak etdiyi üçün "Şahin" idman yarışların da və digər kollektiv idman yarışlarında komandasına yüksək nəticələr qazandırmışdır. Hərbiçi ailəsində vətənpərvər ruhda böyüməsi onu rəssam olmaq arzusundan əl çəkərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yollanmasa maraq oyatdı. == Hərbi xidməti == 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır, 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2009-cu ildə Ordu yarışlarında qazandığı 29 medal ilə məktəbi fərqlənmə ilə bitirib. 3 bürünc, 5 gümüş 21 qızıl medal.
Zaur Hüseynov (leytenant)
Zaur Vaqif oğlu Hüseynov (24 iyun 1995; Masallı rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Hüseynov 1995-ci il iyunun 24-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Hüseynov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Zaur Hüseynov (mayor)
Zaur Rahat oğlu Hüseynov (26 avqust 1987, Salyan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Zaur Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda hərbiçi ailəsində anadan olub. 1994-2002-ci illərdə Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə 8-ci sinifə qədər təhsil alıb. Uşaqlıqdan rəssamlıqla məşğul olduğundan o illərdə həmin məktəbin şagird rəssamı adını da qazanmışdır. Həmin illərdə təşkil olunan rəsm sərgilərində bir neçə dəfə şəhər birinciliyini, həmçinin Şəhər olimpiyadalarında Azərbaycan dili fənni üzrə də birincilik əldə etmişdir. Bədən tərbiyyəsi dərslərində fəal iştirak etdiyi üçün "Şahin" idman yarışların da və digər kollektiv idman yarışlarında komandasına yüksək nəticələr qazandırmışdır. Hərbiçi ailəsində vətənpərvər ruhda böyüməsi onu rəssam olmaq arzusundan əl çəkərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yollanmasa maraq oyatdı. == Hərbi xidməti == 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır, 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2009-cu ildə Ordu yarışlarında qazandığı 29 medal ilə məktəbi fərqlənmə ilə bitirib. 3 bürünc, 5 gümüş 21 qızıl medal.
Zaur Hüseynov (metropoliten)
Zaur Hüseynov (tam adı:Zaur Mir Tofiq oğlu Hüseynov; — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri. == Həyatı == Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirmişdir. Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.
Zaur Hüseynov (şəhid)
Zaur Hüseynov (əsgər)
Zaur Eldar oğlu Hüseynov (20 mart 1992; İmamverdilər, Beyləqan rayonu, Azərbaycan — 8 noyabr 2020; Qurbantəpə, Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Hüseynov 20 mart 1992-ci ildə Beyləqan rayonunun İmamverdilər kəndində Eldar Hüseynov və Nəsibə Hüseynovanın ailəsində anadan olmuşdur. Qardaşı Mahir Hüseynov da İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Zaur Hüseynov 1998-2009-cu illərdə Beyləqan rayon İmamverdili kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Zaur Hüseynov bir müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmət qulluqçusu olmuşdur. Sonra mülki fəaliyyətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Hüseynov 8 noyabr 2020-ci ildə Cəbrayıl rayonunun Qurbantəpə kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn olunmuşdur.

Digər lüğətlərdə